Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   2   3   4   5   6   7   8   9   ...   34

edərək, birinci zərbəni ona qarşı yönəltdilər. 1918-ci il martın 9-da general 

Talışinskinin başçılıq etdiyi Azərbaycan diviziyasının qərargahı Tiflisdən 

Bakıya gəldi. Qərargahın rus zabitlərinin arasında guya ki, əvvəllər jan-

darmeriyada xidmət etmiş şəxslərin olduğunu bəhanə edərək, müsəlman 

diviziyasının bütün qərargahı Şaumyanın göstərişi ilə Bakı Soveti adın-

dan birbaşa vağzalda həbs edildi. “Müsəlman qərargahının həbsi ilə er-

mənilər müsəlmanları bolşeviklərə və təbii ki, ermənilərə qarşı silahlı üs-

yana təhrik etməyə çalışırdılar... Müsəlmanlar üsyana qalxmadılar”, (31) 


21

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

hərçənd bu həbs təkcə Bakıda deyil, digər qəzalarda da azərbaycanlı əhali 

arasında böyük narazılığa səbəb oldu. 

Amerikalı tarixçi Firuz Kazımzadənin fikrincə, “Talışınskinin azad 

edilməsi münaqişəni ləğv edə bilərdi”, belə ki, “Şaumyan daha az təşəb-

büskar və inadkar olsaydı” və diplomatiyanı öyrənmək barədə Leninin 

məsləhətinə əməl etsəydi, qırğının qarşısını ala bilərdi. Qeyd olunma-

lıdır ki, həmin günlər Şaumyan Lenindən diplomatiyanı öyrənmək töv-

siyə edilən teleqram almışdı. Əslində “Leninin diplomatiya barəsində 

məsləhəti daha çox ehtiyatlı və daha az iddialı olmaq xəbərdarlığından 

savayı bir şey deyildi”. (32) Lakin Şaumyanın bu dövr bütün diplomatiya-

sı müsəlmanları çıxış etməyə vadar edəcək və onlara qarşı silahlı müba-

rizənin başlanmasına bəhanə verəcək yeni təxribatın təşkil edilməsinə 

yönəlmişdi. Tezliklə belə bəhanə yarandı. 

Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərindən 

ibarət kiçik bir dəstə öz xidməti yoldaşları, müsəlman diviziyasının zabi-

ti - Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin 

Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak 

olmuş oğlu Məhəmməd Tağıyevin cənazəsini müşayiət edərək və onun 

dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya 

gəldi. Dəfndən sonra, martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan 

dəstə guya ki, şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşı-

sını almaq istəyən bolşeviklər tərəfindən saxlanıldı və tərksilah edildi. 

Şəhərdə bir neçə min nəfərlik erməni və qızıl ordu hissələri olduğu halda 

48 nəfərdən ibarət silahlı müsəlman dəstənin istəsə belə, heç nə edə bil-

məyəcəyi nəzərə alınmadı. Əksinə, müsəlmanların yeganə silahlı dəstə-

sinin şəhərdən dinc şəkildə çıxıb getməsinin qarşısının alınması bolşe-

viklərin azərbaycanlıları cavab verməyə təhrik etmək və beləliklə onlara 

qarşı əsl müharibəyə başlamaq niyyətini büruzə verirdi.

Bu dəfə təxribat baş tutdu. Onsuz da Lənkərana getməyə hazırlaşan 

azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdə mənzillərə yerləşdi-

rilmiş minlərlə silahlı erməni birləşmələri qarşısında faktiki olaraq silah-

sız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərin azərbaycanlı əhalisinin 

qəzəbinə səbəb oldu. 1918-ci il martın 30-da səhər şəhərin müxtəlif his-

sələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlandı. 

Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qayta-

rılmasını, və yaxud eyni zamanda Bakıda erməni hərbi birləşmələrinin 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

22

tərksilah edilməsini tələb edirdilər. Azərbaycan milli elitasının və siyasi 



qüvvələrinin nümayəndələrinin şəhərdə gərginliyin daha da dərinləş-

məsinin qarşısını almaq üçün göstərdikləri bütün cəhdlər son nəticədə 

təsirsiz qaldı. (33) Müsavatçıların “Açıq söz” qəzeti müsəlman əhalisinə 

emosiyalara qapılmamaq çağırışı ilə müraciət etdi, amma bütün bunlara 

baxmayaraq müharibə başlandı. (34) 

 Şəhərin müsəlman əhalisinin azərbaycanlılara mənsub olan ictimai 

binalarının qarşısında və müsəlman məhəllələrində qeyri-mütəşəkkil şə-

kildə səngərlərin qazılması və “bir mauzerlə və beş patronla” “top və pu-

lemyotlara” cavab verilməsi (35) ilə ifadə edilən müqaviməti bir sutkadan 

da az müddətdə davam etdi. Şəhərin mərkəzi və istisnasız olaraq bütün 

müsəlman məhəllələri çoxminli bolşevik-erməni birləşmələrinin silahlı 

hücumuna və aeroplanlardan bombardmana məruz qaldı. Xəzər donan-

masının sahilə gətirilmiş gəmiləri isə öz toplarını onlara tuşlayaraq fa-

siləsiz atəşə tutdu. 1918-ci il martın 31-də azərbaycanlı əhalinin nümayən-

dələri köməksiz müsəlmanların qırğınına son qoyulması xahişi ilə Bakı 

Sovetinə, şəxsən Şaumyana müraciət etdilər və tam təslim əlaməti olaraq 

ağ bayraqlar qaldırdılar. Azərbaycanlıların təslim olması ilə kifayətlən-

məyən bolşeviklər və daşnaklar “Müsavat”a və Müsəlman Milli Şurasına 

ultimatum təqdim etdilər. Ultimatumda müsəlmanlardan “açıq şəkildə 

və qeyd-şərtsiz Bakı Sovetinin hakimiyyətini tanımaq, azərbaycanlıların 

“Vəhşi diviziya” adlanan hərbi hissəsinin Bakı və onun ətraf kəndlərin-

dən kənara çıxarmaq, həmçinin Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yolu-

nu açmaq kimi təcili tədbirlərin görülməsi tələb edilirdi”. (36)

 “Bu tələblərdən bəziləri bilərəkdən absurd xarakter daşıyırdı. Məsələn, 

azərbaycanlılar və onların siyasi təşkilatları hətta istəsələr belə, Bakı-Pet-

rovsk dəmir yolunun fasiləsiz fəaliyyətini təmin edə bilməzdilər, çünki 

onlar bu dəmir yoluna bütün məsafə boyu nəzarət etmirdilər. O ki qal-

dı azərbaycanlı hərbi qulluqçuların Bakının ərazisindən çıxarılması-

na, məhz Bakı Sovetinin bolşevik-daşnak liderləri özləri mart hadisələri 

ərəfəsində onlara şəhərin hüdudlarını tərk etməyə imkan verməmişdilər”. 

(37) Bununla belə, qan tökülməsinin dayandırılması və şəhərin dinc azər-

baycanlı əhalisinin həyatının mühafizəsi xətrinə ultimatum elə həmin 

gün “Müsavat” rəhbərliyi tərəfindən qəbul edildi. Lakin, “elan edilmiş 

barışığa” baxmayaraq, şəhərin müsəlman məhəllələrinin talan edilməsi, 

yanğınlar törədilməsi, yollarda və şəhər ətrafı kəndlərdə erməni silahlı 


23

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

quldur dəstələri tərəfindən insanların məhv edilməsi davam edirdi. Bü-

tün bu hallara göz yuman Bakı Soveti rəhbərliyi isə davamsız olaraq yeni 

tələblər irəli sürürdü. Bakıdakı İran konsulunun da hadisələrin gedişinə 

müdaxilə etməyə və sonradan məlum olduğu kimi, mart hadisələri qur-

banlarının arasında çoxlu sayda onun da həmvətənlərinin – İran vətən-

daşlarının həlak olduğu qırğının qarşısını almağa yönəlmiş səyləri heç 

bir nəticə vermədi.

Qeyd olunmalıdır ki, 1918-ci ilin əvvəlində yalnız Bakı və onun ət-

raf kəndlərində 70 minə yaxın əksəriyyəti etnik azərbaycanlı olan İran 

vətəndaşları işləyir və yaşayırdı. İstər sayına, istərsə də şəhərin sosial-iq-

tisadi həyatının müxtəlif sahələrində tutduqları mövqeyə görə onlar Bakı 

cəmiyyətinin əhəmiyyətli hissəsini təşkil edirdilər. Kifayət qədər fəal və 

işgüzar bir insan olan İran konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi 

isə şəhərin rəsmi və ali dairələrə daxil olan tanınmış və hörmətli xarici 

diplomatlardan biri hesab olunurdu. O, Azərbaycan və rus dillərini yax-

şı bilir, yerli adamlarla öz dillərində danışır və nitqlər edirdi. İran vətən-

daşlarının arasında İranla Qafqaz şəhərləri arasında ticarətin ayrı-ayrı 

sahələrinə nəzarət edən və Bakıda öz kontorları, daşınmaz əmlakı, mağa-

zaları və s. olan milyonçular, iri və orta tacirlər zümrəsi var idi. Çoxsaylı 

xırda iranlı tacirlər də şəhərin ticarət həyatında əhəmiyyətli rol oynayır-

dılar. Bu əhali qrupunun daha böyük hissəsi isə neft sənayesində, əsasən, 

qara fəhlə işləyirdi. Eyni zamanda şəhərdə yüzlərcə bədbəxt, yaşamaq 

üçün hər növ vəsaitdən məhrum olan və Bakının küçələrində dilənçi 

həyatı keçirən “iranlılar” var idi. Tamamilə aydındır ki, Bakının mərkəzi 

küçələrini və yaşayış məhəllələrini əhatə edən 1918-ci il qanlı mart ha-

disələri İran vətəndaşlarının özlərindən, eləcə də onların əmlakından 

yan keçə bilməzdi. Təsadüfi deyil ki, küçə döyüşlərinin və atışmalarının 

ilk qurbanları əksər hallarda məhz bu evsiz-eşiksiz insanlar, “Əlahəzrət 

İran şahının” təbəələri oldular. Hadisələrdən az sonra həm İranda, həm 

də Bakıda çıxan İran qəzetləri bu haqda dəfələrlə yazmaqla, əsas günahı 

öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi bacarmamış İran kon-

sulunda görürdülər. Halbuki, mart hadisələrinin ikinci günü erməni qul-

durlarından gizlənən yüzdən artıq İran vətəndaşlarının sığınacaq tapdığı 

İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən ələ keçi-

rilmiş, konsulun özü, konsulluğun əməkdaşları ilə birlikdə əsir götürül-

müşdü. Yalnız Məhəmməd Said-əl Vəzarənin Bakı Sovetinə dəfələrlə mü-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

24

raciətindən sonra əsir İranlı vətəndaşları azad etmək mümkün olmuşdu 



və bu zaman konsulun özü də daxil olmaqla bu insanlara konsulluğun 

binasını tərk etməmək əmri verilmişdi. (38) Lakin bolşeviklərin xəbər-

darlığına baxmayaraq, İran konsulu bir neçə rus dənizçisi ilə birlikdə Ba-

kının küçələrinə çıxaraq, müsəlmanların müdafiə olunduğu İçəri Şəhər 

Qalasına gəlmiş və Qalanı toplardan atəşə tutan Xəzər donanmasının rus 

əsgər və matrosları tərəfindən hərbi əməliyyatların dayandırılması üçün 

həqiqətən çox səy göstərmişdi. (39) Lakin, Said-əl Vəzarənin bolşeviklərlə 

danışıqları zamanı “günahsız müsəlman, qadın və uşaqlara qarşı vəhşilik-

lərin dayandırılması”, habelə “müharibədə iştirak etməyən yüzlərlə İranlı 

vətəndaşların ölümünə səbəb olan şəhərin bombalanmasına dərhal son 

qoyulması” kimi tələbləri eşidilməmiş qalmışdı. (40) 

Son nəticədə müsəlmanların kütləvi qırğını azərbaycanlılarla barışı-

ğa rəsmi şəkildə razılaşmış Bakı Soveti tərəfindən deyil, aprelin 2-də (21 

martda) 36-cı Türküstan alayının qətiyyətli tələbi və artıq vəziyyəti başa 

düşmüş Xəzər rus dənizçilərinin əks təqdirdə Bakı Sovetinin tabeçiliyin-

dən çıxmaq hədələri sayəsində dayandırıldı: “Dənizçilər əgər ermənilər 

müsəlman qırğınlarını dayandırmazsa, şəhərin erməni hissəsinə toplar-

dan atəş açacaqları ilə hədələdilər, “Ərdəhan” və “Krasnovodsk” hərbi gə-

miləri şəhərin şərq hissəsində yerləşən limanlara yaxınlaşdı”. Həmçinin 

“dörd dəhşətli gündən” sonra İcraiyyə Komitəsinin sədri Caparidzenin 

“ciddi müdaxiləsi” də öz nəticəsini verdi. (41)

 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki 

olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıq-

la qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin azərbay-

canlı-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə 

kütləvi xarakteri ilə səciyyələnirdi.

Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəl-

man qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdud-

ları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının 

yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə 

soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kə-

narı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin 

– Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zab-

rat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silah-

lı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.


25

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

“Həmin günlərdə Bakının küçələrində və onun ətraf kəndlərində 1917-

ci ilin fevralında Petroqradda döyüşlər və ya oktyabrda “qansız” bolşevik 

çevrilişi zamanı ölənlərdən daha çox adam həlak olmuşdu. Əgər qurban-

ların sayı nəzərə alınarsa, mart hadisələri rus inqilabı dövründə ən dəh-

şətli epizodlardan biri olmuşdur”. (42) 

Mart hadisələri zamanı həlak olanların dəqiq sayını müəyyən etmək, 

təbii ki, mümkün deyil, xüsusilə hadisələrin ilk 3-4 günü ərzində bolşe-

vik-daşnak dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn et-

məyə izn vermədikləri nəzərə alınarsa. Meyitlərin sayı isə o qədər çox idi 

ki, onların şəhərin küçə, həyət və evlərindən yığışdırılması bir neçə gün 

davam etmiş və bu iş müxtəlif şəxslərdən ibarət ayrı-ayrı dəstələr tərə-

findən görülmüşdür. Sənədlərdən aydın olduğu kimi, müsəlmanların çox-

larının meyitləri həm hadisələrin baş verdiyi günlərdə, həm də sonradan 

ermənilər tərəfindən yanan evlərin içindəki alova, quyulara və dənizə atı-

lırdı. Təsadüfi deyil ki, mart hadisələrinin gedişində həlak olanların sayı-

na dair bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif rəqəmlər göstərilir.

Məsələn, S.Şaumyan özü mart hadisələrinə siyasi qiymət verməyə ilk 

cəhd edənlərdən biri olmaqla, bu hadisələri “vətəndaş müharibəsi” kimi 

səciyyələndirərək, aprelin 13-də Moskvaya göndərdiyi hesabatında “hər 

iki tərəfdən qətlə yetirilənlərin sayının üç mindən artıq” olduğunu göstə-

rirdi. (43) Ermənilər özləri bu hadisələri bolşeviklərlə müsəlmanlar ara-

sında hakimiyyət uğrunda mübarizə kimi qələmə verirdi və erməni yepis-

kopu Baqrat iddia edirdi ki, guya qanlı mart günlərində cəmi min nəfər: 

300 erməni və rus, 700 müsəlman öldürülmüşdür. (44) Yepiskop Baqratın 

bu məsələlərdə mövqeyi aşağıda daha ətraflı nəzərdən keçiriləcəkdir. 

Artıq qeyd edildiyi kimi, mart faciələri günlərində həlak olmuş müsəl-

manların arasında çoxlu sayda İran vətəndaşları var idi və İran qəzetləri 

hadisələrdən sonra dərhal vətənə qayıtmağa müvəffəq olmuş öz vətən-

daşlarının son məlumatlarına istinad edərək, iddia edirdilər ki, “mühari-

bənin 3-4 günü ərzində 2000 nəfər qətlə yetirilmiş və onlardan 500 nəfər-

dən çoxu iranlılar olmuşdur”. Həmçinin qeyd edilirdi ki, həlak olanların 

arasında İran konsulunun 21 yaşlı qardaşı da var idi. (45) Lakin konsul 

Məhəmməd Said Marağayi sonralar başqa bir rəqəm gətirərək yazırdı 

ki, “yalnız onun tərəfindən təşkil edilmiş komissiya tərəfindən küçə və 

həyətlərdən 5000-dən artıq qətlə yetirilmiş müsəlman, iranlı və qeyri- 

iranlıların meyitləri toplanmış və dəfn edilmişdi.” (46)



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

26

M.Ə.Rəsulzadə, baş vermiş faciəni milli qırğın kimi səciyyələndirərək 



göstərirdi ki, məhv edilmiş müsəlmanların sayı 10 min nəfərə çatmışdı, 

və onların böyük hissəsini fəhlələr və aralarında minlərlə qadın, uşaq 

və silah daşıya bilməyən adamların olduğu əhalinin kasıb təbəqələri 

təşkil edirdi. (47) Artıq mart hadisələri araşdırıldıqdan sonra Fövqəla-

də Təhqiqat Komissiyasının ümumiləşdirilmiş məruzəsinə əsasən, hə-

lak olmuş yalnız türk-müsəlman əhalisinin daha çox ehtimal olunan 

sayı səsləndirilmişdi: 11 min nəfər. Az sonra daha dəqiq rəqəm – 12 min 

nəfər –göstərilmişdir. (48)

Azərbaycanlılara qarşı vəhşiliklərin dəhşətli miqyası həmin dövrdə 

şəhərdə fəaliyyət göstərən siyasi partiyaların heç birini biganə qoymamış, 

həmçinin mülki əhali və digər xalqların nümayəndələrində xüsusilə ağır 

təəssürat yaratmışdı. Menşeviklərin “Naş qolos” (Bizim səsimiz) qəzeti 

həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül 

olmuş, doğranmış, eybəcər hala salınmış… “Təzə pir” məscidi artilleriya 

atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətin-

də 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və 

şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi.. Geniş kütlələr qəzəb və 

nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir 

ki, onların qarşısını almaq elə də asan olmayacaq.” (49) Azərbaycanlılara 

və “Müsavat” partiyasına heç bir rəğbəti olmayan bu qəzet də mart ha-

disələrini milli qırğın kimi qiymətləndirirdi və məhz bu mövqeyinə görə 

- “hadisələrə həqiqətə uyğun olmayan qiymət verdiyi və açıq-aşkar qərəz-

li məqalələr” nəşr etdiyi üçün “İnqilabı müdafiə komitəsinin” qərarı ilə 

dərhal bağlandı. (50) 

Bütün azərbaycanlılar – sol təmayüllü müxtəlif partiyaların üzvləri və 

bolşeviklərin ideya müttəfiqləri də bolşevik-daşnak dəstələrinin müsa-

vatçılarla mübarizə bəhanəsi ilə faktiki olaraq məqsədyönlü şəkildə dinc 

azərbaycanlı əhalisini məhv etdiyini anlayır və etiraf edirdilər. Azərbay-

canlı bolşevik S.M.Əfəndiyev yazırdı ki, mart hadisələri zamanı “daşnak-

lar yalnız müsavatçıları deyil, ümumiyyətlə bütün müsəlmanları qırırdı-

lar … Hadisələrin gedişi elə vəziyyət yaratmışdı ki, Sovetin başında duran 

yoldaşlar – Şaumyan, Caparidze və başqaları, özləri daşnakların əsirinə 

çevrilmişdi”. (51) N.Nərimanov Şaumyana və Caparidzeyə yazdığı məktu-

bunda qeyd edirdi ki, “bu hadisələr Sovet hakimiyyətini ləkələmiş və onu 

gözdən salmışdır”, (52) azərbaycanlıların “Hümmət” təşkilatının qəzeti isə 


27

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ

yazırdı: “Biz, bolşevik olmaqla, eyni zamanda müsəlman yoxsullarının 

nahaq yerə axıdılan qanının cəzasız qalmasına imkan vermərik. Biz bü-

tün gücümüzlə müsəlmanlara qarşı törədilən bütün o alçaqlıqları aydın-

laşdırmağa çalışacağıq”. (53)

Bununla bərabər, S.G.Şaumyan, hakimiyyətini bolşevik “Hümmət”in 

də qəbul etdiyi Bakı Sovetinin rəhbəri kimi, “müsəlmanlara qarşı alçaq-

lığın törədilməsində” şəxsən özünün və başçılıq etdiyi orqanın birbaşa 

rolunu heç gizlətmirdi və üstəlik, onu “erməni polkunun köməyindən 

istifadə etməyə” “vadar etmiş” əsas səbəbi açıq şəkildə göstərirdi: “Şəhə-

rimizin milli tərkibi bizi qorxudurdu. Biz qorxurduq ki, mübarizə arzuo-

lunmaz çalar ala bilər”. “Vətəndaş müharibəsi nəticəsində yoxsul və ev-

siz-eşiksiz müsəlmanlar kütləsinin zərər çəkdiyini” etiraf etməyə məcbur 

olmasına baxmayaraq, Şaumyan elə oradaca qeyd edirdi: “... qələbə isə o 

qədər böyükdür ki, bu, gerçəkliyə az kədər gətirir”. (54)

Lakin gerçəklik əslində o qədər qanlı və faciəli idi ki, heç kimi - nə 

Azərbaycan əhalisinin geniş təbəqələrini, nə də qonşu İranı, Türkiyəni, 

Türküstanı, Mərkəzi Asiyanı, Rusiyanın müsəlman hissəsini etinasız 

qoya bilməzdi. Ermənilər və bolşeviklər tərəfindən Bakıda dinc müsəl-

man əhalisinin kütləvi şəkildə qırılması bu ölkələrin ictimaiyyətin-

də hədsiz hiddət oyatmışdı. Bütün Bakı cəmiyyəti, o cümlədən həmin 

“dəhşətlə dolu” günləri yaşamış qeyri-müsəlman əhali kimin təqsiri 

üzündən “tamamilə dinc bir şəhərdə belə bir şeyin necə baş verdiyini” 

aydınlaşdırmağa çalışaraq, mart qırğınlarını ən qızğın şəkildə müzakirə 

edirdi. Mübarizə aparan siyasi qüvvələrin özləri isə – bir tərəfdən bol-

şevik-erməni ittifaqı, digər tərəfdən “Müsavat” – artıq qanlı hadisələrin 

başlandığı andan bir-birini əhalinin ayrı-ayrı hissələri arasında silahlı 

qarşıdurma yaratmaqda ittiham edirdilər. Bu zaman “Cənubi Qafqazın 

müqəddəratı həll olunurdu …Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər 

Azərbaycanın paytaxtı elan edilərdi... Müsəlman əksinqilabçı ünsürləri 

bütün Zaqafqaziyada vəziyyətə hakim ola bilərdilər. Əgər onların siyasi 

məqsədi – Zaqafqaziyanı Rusiyadan ayırıb Türkiyə protektorluğuna tabe 

etdirmək məqsədi nəzərə alınarsa – aydındır ki, Bakıda onlar qalib gəl-

səydilər, Zaqafqaziya Rusiya üçün itirilmiş olardı” – deyən S.G.Şaumyan 

açıq şəkildə etiraf edirdi: “Biz bunu dəf etməli idik və biz ilk fürsətdən, 

atlı dəstəmiz üzərinə ilk silahlı hücum cəhdindən istifadə edərək bütün 

cəbhə boyu hücuma başladıq”. (55)



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

28

Artıq təkcə bu etirafın özü “Müsavat” partiyasının mart hadisələrini 



törətməkdə ittiham olunmasını əsassız edir. Bu cür ittihamların əsassız-

lığını partiyanın lideri Məmməd Əmin Rəsulzadə də məntiqlə sübut edir-

di: “Mart hadisələrində “Müsavat”ı günahlandırırdılar. Bu tamamilə əsas-

sız idi, çünki müharibənin elan edilməsi üçün hər hansı fiziki qüvvəyə 

malik olmaq lazım idi ki, bu da “Müsavat”da yox idi”. (56) Mart hadisələ-

ri ərəfəsində azərbaycanlıların, o cümlədən “Müsavat”ın Bakıda və onun 

ətraf kəndlərində hər hansı iri hərbi birləşmələrinin olmadığı, sonralar 

1918-ci ilin martında baş vermiş hadisələrin mahiyyətini araşdıran ilk 

sovet təhqiqatçıları da, tamamilə qərəzli mövqelərinə baxmayaraq, təsdiq 

edirdi. Məsələn, “Qırmızı Professura” institutunun məzunlarından biri Y.

Ratqauzer özünün 1927-ci ildə dərc edilmiş əsərində yazırdı ki, ...“Müsa-

vat” partiyasının rəhbər özəyi martın 18 (30) –də döyüşün başlanacağını 

gözləmirdi… Rayonlarda olan müsavatçı hərbi qüvvələr vaxtında şəhərə 

gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının nizami hərbi 

hissələri yox idi, yalnız qeyri-mütəşəkkil quldur dəstələri vardı, onlar da 

çox vaxt ümumi rəhbərlik olmadan hərəkət edirdilər”. (57) 

Diqqətəlayiqdir ki, Bakıda mart hadisələrini yaşamış Britaniya konsu-

lu Ronald Mak Donell mart hadisələrində erməni millətçi qüvvələrinin 

xüsusi rolunu qeyd edir və hesab edirdi ki, ermənilər olmasaydı, bolşevik-

lər heç vaxt müsəlmanlarla belə davranmağa cürət etməzdilər: “4 gündən 

sonra müsəlman gəmisinin tərksilah edilməsi səbəbindən bolşeviklərlə 

müsəlmanlar arasında münaqişə başladı, bu da mart qırğınları ilə nəti-

cələndi. Ermənilər bolşeviklərlə birləşdilər və demək olar ki, müsəlmanla-

rı Bakıdan sıxışdırıb çıxardılar. 

Bu vaxt mən Erməni Milli Şurası qarşısında öz etirazımı bildirmişdim və 

indi də iddia edirəm ki, müsəlmanlara qarşı mübarizədə bolşevikləri dəstək-

ləməklə, onlar öz tarixlərində ən böyük səhvlərdən birini etmişlər... Bu si-

yasətə görə bütün günahı erməni siyasi təşkilatı “Daşnaksütun”un üzərinə 

qoymaq lazımdır. Ermənilərin dəstəyi olmasaydı, bolşeviklər heç vaxt müqa-

vimət göstərən müsəlmanlara qarşı əməliyyatlara başlamazdılar”. (58)

İranın Bakıdakı konsulu Məhəmməd Said-əl Vəzarə Marağayi də, hə-

min günlərdə aralarında minlərlə İran vətəndaşlarının olduğu müsəl-

manlara qarşı zorakılığın qarşısının alınmasında fəal iştirak etməklə, bu 

hadisələri yerli müsəlman əhalisinin erməni silahlı qüvvələri tərəfindən 

qızışdırılan milli qırğını kimi xarakterizə edirdi. (59) 


29

BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin