BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə37/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   33   34   35   36   37   38   39   40   ...   542
 

 

BƏRDƏİ... (?!) 

 

Qeyd etdiyimiz kimi orta əsrlərdə bərdəli alim, yazıçı və sənətkar-

lardan bir çoxu Azərbaycandan kənarda, xarici ölkələrdə yaşamış, yarat-

mışlar. Onlardan məşhur təbib Məhəmməd Bərdəi, böyük alim Şəmsəd-

din Bərdəi, dünya şöhrətli hüquqşünas Məhəmməd ibn Abdulla Bərdəi



 

101

Məkki ibn-Əhməd Əl-Bərdəi, şair Bərdəi və başqalarını misal göstərmək 

olar. Bu görkəmli sənətkarlar və alimlər doğma şəhərləri Bərdədən kənar-

da yaşasalar da, bu torpağın adını yaşatmış, Bərdəi adı ilə odlar yurdu 

Azərbaycanın bu şöhrətli guşəsini bütün dünyaya tanıtmışlar.  

Haqqında söhbət açmaq istədiyimiz Bərdəinin həyatı və sənətkar-

lığı qədim Kiyev şəhəri ilə əlaqədardır. 1975-ci ildə Qədim Kiyevin Podal 

adlanan sənətkarlar məhləsində arxeoloji qazıntılar nəticəsində müəyyən 

edilmişdir ki, zərgər qəlibi Ukraynada Rovua adlanan yerdəki mədəndən 

çıxarılan  şifer daşından hazırlanmışdır. Zinət  əşyaları düzəltmək üçün 

düzbucaqlı daş qəlibin hər iki üzündən istifadə olunurmuş. Onun üst tərə-

fində biri digərindən azca böyük olan 4 ləçəkli gerb, o biri üzündə isə iki 

həndəsi və nəbati bəzək ünsürü oyulmuşdur. Məmulat hazırlayarkən qəli-

bin qapaqlarını bir-birinə bənd etmək üçün bir üzündə dörd, digər üzündə 

isə üç oyuq açılmışdır. Qapaqlar qəlibə bağlandıqdan sonra metal ərintisi 

gözlər vasitəsilə  bəzək oyuqlarına dolurdu. Metal soyuduqdan sonra qa-

paq açılırdı və qəlibdən hazır məhsullar götürülürdü. Beləliklə, qəlibin hər 

iki üzündən eyni vaxtda istifadə edildikdə 7 bəzək nümunə hazırlamaq 

mümkün imiş. 

Bəzəklərin işlədilməsinə, ustalıq səviyyəsinə və bir çox digər xü-

susiyyətlərinə görə usta zərgərlərin hazırladığı bu qəlibi Ukrayna arxeo-

loqları X əsrə aid edirlər. Bu zərgər qəlibi haqqında bizə məlumat verən 

professor Qara Əhmədov göstərir ki, qəlibin üzərindəki küfi xətlə (Ərəb 

əlifbası) yazılmış sözlər ukraynalı alimlərin diqqətini daha çox cəlb etdi-

yinə görə, onun surəti dəfələrlə dərc edilmişdir. Alimlərdən R.S.Orlov bu 

yazını “Bərəkət”, S.M.Çemov isə “Bərdə” kimi oxumuşlar. Q.Əhmədov 

tərəfindən həmin qəlibin surəti çıxarılıb Azərbaycana gətirildikdən sonra 

epiqrafçı alim M.S.Nemətova onun “Bərdəi” kimi oxunmasını daha düz-

gün hesab etmişdir.  

Qədim Bərdəni o zaman kiyevlilər 944-cü ildə rusların Azərbay-

cana etdikləri yürüş zamanı öz gözləri ilə gördükləri və yaxud eşitdikləri 

əfsanəvi  Şərq gözəlliklərinin timsalı – Odlar diyarının paytaxtı kimi tə-

səvvür etmişlər. Mütəxəssislərin fikrinə istinad edərək onu hazırlayan us-

tanın Kiyevə məhz həmin yürüşdən sonra gedib çıxdığını və orada yaşa-

yıb yaratdığını güman etmək olar. O, Kiyevdə öz adından çox, doğulduğu 

ana yurdu Bərdənin adı ilə şöhrət qazanmış və məşhurlaşmışdır. Buna gö-

rə də o, Bərdənin adını özü üçün ləqəb götürmüş və imzasında ancaq bun-

dan istifadə etmişdir.  

 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin