BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə39/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   35   36   37   38   39   40   41   42   ...   542
 

Əzizi gördü günü

Sinəmdə kor dügünü. 

Könül sevdiyin istər, 

Göz istər gördügünü. 

Namərdə söy əyilməz, 

Mərd deməz gördügünü. 

 

 

 

 


 

103

Və yaxud: 



 

Əzizi mən də munun, 

Nəsi var məndə munun? 

Çox cəfalar çəkmişəm, 

Yolunda mən də munun. 

O cənnətə çıraqdır, 

Kösöyü məndə munun. 

 

Bir başqası: 

 

Əziziyəm səlamət, 

At oxunu səlamət. 

Təkəbbür olmaginən, 

Hər yetənə salam et. 

Düşmə dilin oduna, 

Sərin olsun səlamət. 

 

Göründüyü kimi, ilk dəfə  Bərdəi tərəfindən yazılmış bu altılıqda 

şair öz fəlsəfi fikrini aydın, səlis, poetik dillə və böyük ustalıqla ifadə et-

mişdir.  

Mərhum tədqiqatçı Asya Məmmədovaya görə, altılıqla yanaşı, 

dörd misralı bayatısı da çoxdur. Bu da Sədullah Bərdəinin dədə-babadan 

süzülüb gələn bu folklor janrını çox yaxşı bilməsini sübut edir. 

Dördlüklər onun “Hədaiq adlı bayatılar” cüngündə verilmişdir. 

Sədullah Bərdəi öz dövrünün görkəmli dilçilərindən biri olmuş

hətta məşhur dilçilərin  əsərlərinə  şərh yazmış,  əlavələr, düzəlişlər etmiş 

və o dövr məktəbləri üçün dərslikləri də olmuşdur. O, XII əsrdə yaşamış 

görkəmli  ərəb dilçisi Məhəmməd  əz-Zəməşxari tərəfindən tərtib edilmiş 

dərsliklərə əlavə şərh yazmış, düzəlişlər etmiş və hətta, ayrı-ayrı sözlərin 

məntiqi-sistematik təhlilini də vermişdir. 

Bunlar Sədullahın dilçi qüdrətini və gücünü, dərin, hərtərəfli biliyə 

malik olmasını bir daha sübuta yetirir. Şair əsərində ərəb dilinin qramma-

tikasında fel, onun növləri, ərəb dilində onun işlənməsi və yerini dərindən 

təhlil etmişdir. Bu isə görkəmli alim Sədullah Bərdəinin dünyanın ən çə-

tin dillərindən biri olan ərəb dilinin qanunlarını çox yaxşı bilməsinə dəla-

lət edir.  

Onun “Həda-iq-əd-dəba-ik fi şərhi risalət  əlamət  əl-xəqain” adlı 

əsəri orta əsr dilçiliyi, ədəbiyyatı, fəlsəfə və məntiqi tarixinin öyrənilməsi 

baxımından da böyük elmi əhəmiyyət kəsb edir. 

 

 




 

104

Sədullah Bərdəinin, ərəb dilindəki sərf-nəhvinin tədqiqatçılarından 

olan filologiya elmləri namizədi Nailə  Ağayevanın fikrincə, bərdəli ali-

min əlyazmalarının ən qədim nüsxəsi Britaniya muzeyində saxlanılır. Mü-

təxəssislərin fikrincə, onun yazılması tarixi 1409-cu ilə  təsadüf edir. Hər 

halda, şairin ölümü həmin tarixdən sonradır, heç şübhəsiz ki, onun ölümü 

XV əsrin birinci rübündə olmuşdur. Müəllifin dünyanın müxtəlif kitabxa-

na, muzey və əlyazmalar fondunda saxlanılan əsərlərinin hərtərəfli tədqiqi 

Azərbaycan xalqına, onun elm tarixinə son dərəcə qiymətli bir töhfə olardı. 

 

Nuriyеv A. 

 «Kоmmunizm yоlu» - 1986 - 17 iyun 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin