Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə34/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   30   31   32   33   34   35   36   37   ...   538
Ə d ə b i y y a t

Politologiya [Mətn]: ali 

məktəblər üçün dərslik 

/H.Şirəliyev, Ə.Əhmədov; 

red. Ə.Abdullayev.- Bakı: 

Təbib, 1997.- 416 s.

Ağamalı, F. Harmonik inki-

şafın yüksəliş dövrü [Mətn] 

/F.Ağamalı; elmi red. 

Ə.Əhmədov, A.Mənsimli.-

Bakı: [Ozan], 2008.- 280, 

[13] s.

Babaoğlu, H. İnsan 

hüquqları və azadlıqları 

[Mətn]: tarixi təkamülü, 

beynəlxalq və politoloji 

aspektləri, Azərbaycan 

təcrübəsi /H.Babaoğlu; 

red. Ə.Əhmədov; 

rəyçilər: R.Mustafayev, 

V.Abdullayev, Q.Əliyev.- 

Bakı: Elm, 2006.- 244 s.

Yeni Azərbaycan Parti-

yası 10 il [Mətn] /burax. 

məsul Ə.Əhmədov; tərt. 

ed.: M.Qurbanlı, İ.Əliyev.- 

Bаkı: Azərbaycan, 2002.- 

216 s.

İ n t e r n e t d ə

www..anl.az

www. az.wikipedia.org

www. e-qanun.az

www.yap.org.az

27

60 

illiyi

 İctimai-siyasi xadim

 


22

Tarix

Teymur Bünyadov 

1928  

Y

ANV

AR

Teymur Əmiraslan oğlu Bünyadov 

1928-ci il yanvar ayının 20-də Qazax 

rayonunun  Şıxlı  kəndində anadan ol-

muşdur. 

Azərbaycan Dövlət Universitetinin 

tarix fakültəsini bitirmişdir. 

Tarix elmləri doktoru, professor 

elmi dərəcəsi almışdır. Alimin maraq 

dairəsi öz genişliyi və  rəngarəngliyi 

ilə seçilsə  də,  əsas tədqiqat mövzusu 

arxeologiya və etnoqrafiya sahəsində 

olmuşdur. Azərbaycan etnoqrafiyası-

nın əkinçilik və maldarlıq tarixinin ya-

zılması, Azərbaycanda arxeologiya el-

minin inkişafı sahəsində, qədim tarixlə 

bağlı elmi nailiyyətləri var. Zəngin 

adət-ənənələrimizi, çoxsaylı  mənəvi 

dəyərlərimizi vətəndaşlıq məhəbbəti 

ilə tədqiq və tərənnüm etmiş müəllifin 

1975-ci ildə yazdığı əsərlərdən biri  də 

“Əsrlərdən gələn səslər” kitabıdır.

Azərbaycanda ilk dəfə olaraq 

T.Bünyadovun rəhbərliyi ilə 3 cildlik 

“Azərbaycan etnoqrafiyası” monoq-

rafiyası  nəşr edilmişdir. Kitabda xal-

qımızın çoxəsrlik tarixi, əkinçilik və 

maldarlıq mədəniyyəti,  əhalinin iqti-

sadi həyatında tutduğu mövqeyi tarixi 

etnoqrafik baxımdan araşdırılmışdır.

T.Bünyadov çoxillik elmi fəaliyyəti 

ilə yanaşı, bədii yaradıcılıqla da mütə-

madi məşğul olmuşdur. Onun dərc 

edilmiş onlarca hekayələri, “Göz yaş-

ları” adlı romanı, üç kitabdan ibarət 

olan bayatıları, 2004-cü ildə iri həcmli 

“Anam birdi, Vətən tək...” və “Xan 

çinar kölgəsində” adlı ikicildlik baya-

tılar kitabları oxuculara təqdim olun-

muşdur. 


T.Bünyadov Azərbaycanın ictimai-

siyasi həyatında fəal iştirak edir, res-

publikada və onun xaricində geniş 

elmi-ictimai və  hərbi vətənpərvərlik 

işi aparır.

1989-cu ildə AMEA-ya  müxbir 

üzv, 2001-ci ildə həqiqi üzv seçilmiş-

dir. Hal-hazırda AMEA-da şöbə müdi-

ri vəzifəsində çalışır.

Xidmətlərinə görə o, 2001-ci ildə 

“Qızıl qələm” mükafatı laureatı, 2002-

ci ilin dekabrında AMEA-nın Fəxri 

fərmanı, 2005-ci ildə Azərbaycan Res-

publikası Prezidentinin Sərəncamı ilə 

“Şöhrət” ordeni ilə, 2008-ci ildə ana-

dan olmasının 80 illiyi ilə  əlaqədar 

Azərbaycan Respublikasının Əməkdar 

elm xadimi fəxri adı ilə təltif edilmiş-

dir.

15 namizədlik, 14 doktorluq işinə 



rəhbərlik etmişdir. 38 il pedaqoji 

fəaliyyət göstərmişdir. 

570 elmi əsəri, 23 monoqrafiyası 

çap olunmuşdur. 6 elmi əsəri xarici 

ölkədə nəşr olunmuşdur. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin