kimi əmək standartlarına ciddi surətdə əməl olunmalı, əməyin mühafizəsi və təhlükəsizlik
texnikası qaydalarına əməl olunmalıdır.
Hazırda mövcud olan şərait məhkum əməyindən geniş istifadəyə şərait yaratmır. Bazar
iqtisadiyyatının inkişafı, özəl sektorun yaranması fonunda məhkum əməyindən istifadə o qədər
də cəlbedici görünmür. Hazırda cəza çəkmə müəssisələri adlanan keçmiş islah əmək
müəssisələrinin istehsalat sahələri demək olar ki, istifadə olunmur. Onlardan bir hissəsi artıq ləğv
edilmişdir. Rəsmi statistikaya görə Azərbaycanda hazırda məhkumların 29,9 faizinin əməyə cəlb
olunur ki, onlardan da yalnız 5,7 faizi istehsalat sahələrində çalışır.
Eyni zamanda hazırda əməyə cəlb edilmiş məhkumlar da özlərini və azadlıqda olan ailə
üzvlərini sosial cəhətdən müdafiə edə bilmirlər.
Bununla belə cəza çəkən şəxslərin əmək fəaliyyətini həyata keçirməsinin olduqca müsbət
nəticələri vardır. Əmək fəaliyyəti ilk növbədə əmək stajının və sığorta stajının artmasına, sosial
sığorta fonduna vəsaitin toplanmasına, beləliklə də gələcək sığorta hadisələri zamanı və
pensiyaya çıxarkən sosial baxımdan qismən təminatın olmasına gətirir. Ən əsası isə məhkumun
əməyə olan münasibəti dəyişmir və onun peşə vərdişi və peşə qabiliyyəti nəinki qalır, hətta
inkişaf edir.
Azərbaycanın cəzaçəkmə sistemində məhkumların əməyə cəlb edilməsi üçün zəruri
qanunvericilik bazası yaradılmışdır. İndi qarşıda duran əsas vəzifə məhkumların hər birinin peşə
qabiliyyətinə və bacarığına uyğun olaraq onların işlə təmin olunmasıdır. İşlə təmin olunma
göstəricilərinin artırılması üçün zəruri olan müəssisələrdə iş yerlərinin və istehsalat sahələrinin
yaradılması ilə bitmir. Bu kompleks şəkildə həll edilməlidir. Burada əsas məsələlərdən biri də
məhkumların peşə vərdişlərinin artırılması, peşə təhsilinin təşkilindən ibarətdir. Hər bir məhkum
cəza çəkərkən əməyə cəlb olunursa və ya hər hansı ixtisas üzrə təhsil alırsa, deməli o həm də
cəmiyyətə qayıdış üçün hazırlaşır. Belə halda onun üçün reinteqrasiya və resosializasiya prosesi
daha asan olacaqdır. Dövlət cəza çəkən və cəzasını başa vuran insanların əməyə cəlb edilməsi ilə
bağlı son illərdə bir sıra tədbirlər həyata keçirməkdədir.
Cəzaların İcrası Məcəlləsində müvafiq əlavə
və dəyişikliklər edilmiş, “
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial
adaptasiyası haqqında” Qanun qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə
təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması
Dostları ilə paylaş: