GİRİŞ
Sovetlər birliyinin mövcud olduğu dövrdə məhkumların əməyindən geniş istifadə olunurdu. O
zaman cəza çəkmə müəssisələri də İslah Əmək Müəssisələri adlanırdı və əməyə cəlb etmə islah
prosesinin ən vacib elementlərindən hesab edilirdi. Halbuki həmin dövrdə məhkumların əməyə
cəlb edilməsinin əsas məqsədi ucuz işçi qüvvəsindən istifadə etməklə xalq təsərrüfatının mühüm
hissələrinin inkişafı təmin edilirdi. Sovet cəza sistemi məhkumların əməyindən səmərəli istifadə
edərək iri tikintilər, o cümlədən nəqliyyat və digər kommunikasiyaya aid tikintilərdə
məhkumların əməyinin tətbiqi ciddi iqtisadi vəzifələrin həyata keçirilməsinə şərait yaradırdı.
Sovetlər Birliynin süqutu mövcud sistemin dağılmasına gətirib çıxardı.
Postsovet ölklərində hökm sürən kütləvi işsizlik penitensiar müəssisələrdən də yan keçməmişdir.
Odur ki, bu ölkələrdə, o cümlədən Azərbaycanda məhbusların əməyə cəlb edilməsi ciddi
problem olaraq qalmışdır. Halbuki məhbusların əməyə cəlb olunması həm bu insanların ictimai
faydalı əməklə məşğul olmalarına və beləliklə də islah olunmalarına və həm də işləməklərinin
müqabilində qazanc əldə etmələrinə imkan verərdi. Qaydalarda məhbusların əməyə cəlb edilməsi
vacib aspekt kimi ortaya qoyulmuşdur. Qaydalara görə « əgər həkimin rəyinə əsasən
Dostları ilə paylaş: |