Azərbaycan Respublikası Prezidenti İnsan Hüquqları üzrə Təlim və Tədqiqat


Məhkumların əməyə cəlb edilməsinə dair beynəlxalq standartlar



Yüklə 481,29 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix02.01.2022
ölçüsü481,29 Kb.
#1027
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Məhkumların əməyə cəlb edilməsinə dair beynəlxalq standartlar 

 

Ölkənin tərəfdar çıxdığı və ya qəbul etdiyi müvafiq beynəlxalq normalar da azadlıqdan məhrum 

etmə yerlərində saxlanılanların əməyə cəlb edilməsini müsbət hal hesab edir. 

Birləşmiş Millətlər təşkilatının “Məhkumlarla minimal standart davranış qaydaları” 

məhkumların əməyə cəlb edilməsi ilə bağlı aşağıdakı standartları özündə ehtiva edir: 

•  Məhbusların əməyi onlara əzab verməməlidir; 

•  Bütün məhbuslar həkimin təsdiq etdiyi fiziki və psixi qabiliyyətlərinə müvafiq olaraq 

işləməyə borcludur; 

•  Məhbuslara normal iş gününü dolduran faydalı iş tapşırılmalıdır; 

•  Məhbusların təmin edildikləri iş, mümkün qədər, onlara azad edildikdən sonra layiqli əməklə 

məşğul olmaq üçün  ixtisaslarını artırmağa, yaxud ixtisas əldə etməyə imkan verməlidir; 

•  Faydalı peşələri onlardan bəhrələnməyi bacaran məhbuslara, xüsusən yeniyetmələrə 

öyrətmək lazımdır. 

•  Məhbuslar peşənin düzgün seçilməsinə və idərənin tələblərinə və müəssisədəki intizama 

uyğundursa, özlərinin görmək istədikləri işi yerinə yetirmək imkanına malik olmalıdır

6



                                                 

6

 Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə 



Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.   


 

1.Azadlıqdan məhrum etmə yerlərində əməyin təşkili və metodları, məhbusları azad əməyin 

normal şərtlərinə uyğunlaşdırmaq üçün, cəmiyyətdəki analoji əməyə tətbiq edilən kimi olmalıdır. 

Beləliklə, bu əmək qüvvədə olan norma və texniki tələblərə uyğun olmalı və istehsal prosesinin 

idarə edilməsinin müasir metodları çərçivəsində həyata keçirilməlidir.  

2. Baxmayaraq ki, məhbusların əməkdən maliyyə gəliri əldə etmək istəkləri keyfiyyətin 

səviyyəsinin  artması və yaxşılaşdırılmasına, həmçinin peşə hazırlığının məqsədyönlülüyünə 

müsbət təsir edə bilər, bununla belə məhbusların maraqları və onlara islahedici təsirlər bu 

məqsədlərə tabe etdirməməlidir

7



Beynəlxalq standartlara görə həbsdə saxlanılan şəxslər icbari işlərə cəlb edilə bilməzlər. Əməyə 

cəlb etmə könüllü olmalıdır. 

Avropa Şurası Nazirlər Komitəsi 12 fevral 1987-ci il tarixli 404-cü iclasında R (87) 3 №-li 

tövsiyyəsi ilə  təsdiq etdiyi «Avropa Penitensiar Qaydaları»nda əmək fəaliyyəti ilə bağlı 

aşağıdakı tələbləri qoymuşdur:  

 

•  Həbs yerlərində əməyə daxili rejimin müsbət elementi kimi baxılmalı və ondan heç vaxt 



cəza kimi istifadə edilməməlidir. 

•  Penitensiar müəssisənin müdiriyyəti faydalı əmək üçün kifayət qədər şərait yaratmağa 

çalışmalıdır. 

•  Məhbuslara təklif olunan işin xarakteri onlara azadlığa çıxdıqdan sonra yaşamaq üçün 

qazanc əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan yaratmalıdır. 

•  13-cü Qaydaya uyğun olaraq iş təqdim edilərkən cinsi əlamətə görə ayrı-seçkiliyə yol 

verilə bilməz. 

•  Məhbuslara, xüsusilə gənc məhbuslara səmərə verə bilən və ixtisas hazırlığı elementlərini 

nəzərdə tutan iş təqdim olunmalıdır. 

•  İmkan daxilində müvafiq ixtisas seçimi, daxili qaydanın və intizamın tələbləri nəzərə 

alınmaqla, məhbuslar iştirak etmək istədikləri fəaliyyət növünü seçə bilərlər. 

•  Məhbusları normal həyata hazırlamaq məqsədilə islah müəssisələrində əməyin təşkili və 

üsulları cəmiyyətdə olan fəaliyyətin təşkili və üsullarına maksimal uyğun olmalıdır. 

•  Penitensiar müəssisələrdə məhbusların əməyindən maliyyə gəliri alınması standartlara 

uyğunlaşdırılma, habelə peşə hazırlığının keyfiyyətinin yüksəlməsi və səmərəliliyi 

nöqteyi-nəzərindən faydalı olsa da, məhbusların mənafeləri bu məqsədə tabe 

edilməməlidir. 

•  Məhbuslara iş penitensiar müəssisənin müdiriyyəti tərəfindən, ya müstəqil və yaxud 

xüsusi podradtçı ilə birgə, penitensiar müəssisənin ərazisində və yaxud onun 

hüdudlarından kənarda təqdim olunur. 

•  İstənilən halda məhbuslar öz əməklərinə görə ədalətli əmək haqqı almalıdırlar. 

•  Məhbuslar əmək haqqının bir hissəsini şəxsi istifadə üçün icazə verilmiş əşyalar əldə 

etmək və bir hissəsini ailələrinə ayırmaq imkanına malik olmalıdırlar. 

•  Məhbusları, azad edilərkən onlara verilmək məqsədilə əmək haqqının bir hissəsini qənaət 

etməyə həvəsləndirmək lazımdır. 

•  Məhbusların sağlamlıqlarının qorunması və əməyin təhlükəsizliyi tədbirləri azadlıqda 

olan işçilər barədə tətbiq edilən tədbirlərdən sərt olmamalıdır. 

•  Məhbuslara, ixtisas xəstəlikləri də daxil olmaqla, istehsalatda xəsarət almaqla əlaqədar 

ödəmələr üçün azadlıqda olan işçilərə tətbiq edilən ödənişlərdən az olmayan vəsait 

nəzərdə tutulmalıdır. 

                                                                                                                                                             

İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006 

7

 Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə 



Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.   

İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006 

 



•  Məhbusların maksimal iş günü və iş həftəsi azad işçilərin muzdla işə qəbulunu 

müəyyənləşdirən yerli normalara və ənənələrə uyğun olmalıdır. 

•  İmkan daxilində işləyən məhbuslar milli sosial təminat sisteminə daxil edilməlidirlər.  

 

•  Məhbusların həftədə ən azı bir istirahət günü, təhsil və digər məşğuliyyət üçün kifayət 



qədər vaxtı olmalıdır

8



 

Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının  Cəzaların İcrası məcəlləsi əməyə cəlb 

etmə ilə bağlı BMT və Avropanın minimal standartlarının tələblərini nəzərə almışdır.  Bununla 

belə BMT-nin Azərbaycan Rеspublikasının BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə 

Komitəsinə  təqdim  еtdiyi ikinci dövrü hеsabatla bağlı Komitənin 8-26 noyabr 2004-cü il 

tariхində  kеçirdiyi 33-cü sеssiyada  qəbul  еtdiyi «Iqtisadi, sosial və  mədəni hüquqlar üzrə 




Yüklə 481,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin