Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova


  Söyləvicinin fəaliyyəti ilə bağlı formullar



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə65/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   ...   61   62   63   64   65   66   67   68   ...   78
2.  Söyləvicinin fəaliyyəti ilə bağlı formullar
2.1. Ondan sonra Abdul qayıtdı öz arvadının yanma.  S ö h b ə ­
tini  elədi.  Arvad  şad  oldu,  kişi  də  şad  oldu,  siz  də  şad  o ld u n u z, 
mən də şad oldum (74, 82).
2.2.  O  gündən  onlar  cəh-cəlal  içində  ağ  günlər  keçirib, 
ömür sürməyə başladılar (41,31).
2.3. O orda şad oldu, biz də burada şad olduq (74, 200).
2.4.  Qaytaranın  şərəfmə  şadlıq  oldu,  yemək-içmək  oldu. 
Onlar orada şad oldular, biz burada şad olduq (74, 235).
2.5.  Onlar  da  yedi,  içdi,  muradına  yetişdi.  O  gün  olsun  k i, 
olmayanlar üçün olsun (36, 220).
2.6.  Onlar  yeyib-içib  yerə  keçdilər,  siz  də  yeyin-için,  sağ- 
salamat olun (37, 203).
2.7.  Onlar  yedilər  yerə  keçdilər,  siz  də  yeyin  dövrə  keçin. 
Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl d e­
yənin.  Siz sağ, mən salamat.  Siz yüz yaşayın, mən iki əlli (41,60).
2.8.  Evlərinə dolanacaq düzəltdilər, gün gördülər, ömür sür­
dülər,  öldülər,  yerə  keçdilər.  Nağıl  da  onlardan  yadigar  qaldı 
(34, 32).
186
2.9.  Ərlə  arvad  çönüb  baxanda qoca yox  oldu.  Onlar başla­
dılar orada yaşamağa, biz də burada (74,  37).
2.10.  Üç  gün,  üç  gecə  toy  çaldırdı.  Mən  özüm  də  orada 
idim,  bir  yaxşıca  k ef elədim.  Elə  ki,  qayıdıb  evə  gəldim,  elə  bil 
heç yana getməmişdim (1,  75).
2.11.  Üç  gün,  üç  gecə  onlara  toy  çaldırdı.  Mən  də  onların 
toyunda idim.  Bu gün isə bura gəlmişəm (1,  163)

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin