Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
NVT və ATE- mühazirə (əsas)

Şəkil 1.
İllər üzrə dünya avtoparkının artımı 
Ümumiyyətlə avtomobilləşmə dedikdə ölkə əhalisinin fərdi avtomobillərlə 
təchiz olunma səviyyəsi başa düşülür.Yəni, avtomobilləşmənin kəmiyyət 
göstəricisi kimi hər 1000 nəfər əhəliyə düşən minik avtomobillərin sayı nəzərdə 
2.


tutulur. Wards Auto kompaniyasının apardığı tədqiqatların nəticələrinə əsasən bu 
gün dün- ya üzrə bu göstəricinin orta qiyməti 675 avt/1000 nəfər bərabərdir. Lakin 
ayrı-ayrı ölkələrdə bu göstərici bir-birindən kəskin fərqlənir. Bunu daha aydın 
aşağıdakı cədvəldən görmək olar: 
Cədvəl 1. 
Ölkə 
Avtomobilləşmə göstəricisi 
( avt/1000 nəfər) 
ABŞ 
769 
İtaliya 
690 
Almaniya 
598 
Fransa 
588 
Böyük Britaniya 
560 
Yaponiya 
557 
Rusiya 
226 
Çin 

Hindistan 
1,8 
Lakin avtomobilləşmə prosesi müsbət tərəfləri ilə bərabər neqativ halların da 
yaranmasına səbəb oldu. Onun yaratdığı problemlərin içində birinci yerdə hərəkə- 
tin təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bildiyimiz kimi, bu gün yol 
qəzalarının qarşısının alınması bütün inkişaf etmiş ölkələrin qarşısında duran əsas 
məsələlərdən biridir. Bu məsələnin həllinin çətinliyi ondan irəli gəlir ki, hərəkət 
prosesi SAYM sisteminin bütün elementlərinin qarşılıqlı əlaqəsi nəticəsində yara-
nır və hər-hansı bir elementin fəaliyyətinin pozulması bütün sistemin fəaliyyətinə 
təsir edir. Ona görə də YNH-nin qarşısının alınması üçün hər bir elementin normal 
işinin pozulmasına təsir edən amilləri dərindən araşdırmaq lazımdır. Bu fənnin 
öyrənilməsi zamanı bizi yalnız “avtomobil” elementinin fəaliyyəti ilə əlaqədar mə- 
sələlər maraqlandıracaq. 
3. 


Avtomobil nəqliyyatı sahəsində təhlükəsizlikdən danışdıqda nəzərə almaq la- 
zımdır ki, bu kifayət qədər geniş məvhumdur. Bura həm nəqliyyatın istismarı, həm 
onun texniki qulluğu, həm də təmir işlərinin aparılması zamanı təhlükəsizliyin tə- 
min olunması məsələləri aiddir. Lakin bizim fənnimizin predmeti məs avtomobilin 
konstruksiyasının təhlükəsizliyidir, yəni onun sistem və aqreqatlarının, həm də ba- 
nının yol qəzalarının qarşısının alınması və ya onların fəsadlarının azaldılması ba- 
xımından təkmil olması. Fənnin məqsədi avtomobilin müxtəlif sistem və aqreqatla- 
rının hərəkətin təhlükəsizliyinin təmin olunmasında rolunu öyrənmək və bu istiqa- 
mətdə olan perspektivləri araşdırmaq. 
XX əsrin 50-ci illərinə qədər avtomobilin konstruktiv təhlükəsizliyi məsələsinə 
çox fikir verilmirdi. Belə hesab edirdilər ki, avtomobilin banının dəmiri nə qədər 
qalın olsa, yəni zərbə zamanı o nə qədər az deformasiya olunsa, bir o qədər yaxşı- 
dır. Lakin sonradan aparılan elmi tədqiqatlar və keçirilən kraş-testlər göstərdi ki,
bu fikir yalnışdır. Belə ki, avtomobilin banı az deformasiya olduqda zərbədən ya- 
ranan qüvvə azalmadan banın içərisinə doğru ötürülür. Nəticədə sürücü və sərni- 
şinlər daha ağır xəsarətlər alır. Əksinə, deformasiya çox olduqda içəriyə yönələn 
təsir qüvvəsi azalır. Bundan başqa, avtomobillərin dinamiki göstəricilərinin art- 
ması onların tormoz sistemlərinin daha effektiv etməyi tələb edirdi. Beləliklə XX 
əsrin 50-ci illərindən sonra avtomobillərin banının və təhlükəsizliyi təmin edən 
sistem və aqreqatların konstruksiyalarının təkmilləşdirilməsinə bütün istehsalçılar 
tərəfindən çox böyük diqqət verilməyə başlandı və bu tələblər öz əksini müvafiq 
standartlarda tapdı.

Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin