6
Ailənin şəxsi istehlakı və gəliri haqqındakı siyasətinin əsas məzmunu
, əməyin
stimullaşdırılmasını, gəlirlərin əməklə ölçülməsini, təminatlı əmək haqqı sistemini,
əmək haqqının əsassız yüksəldilməsinin qarşısının alınmasını, əmək haqqının
minimum səviyyəsinin təmin olunmasını, muzdlu əməyin qarantını əhatə edir. 0,
büdcədən maliyyələşdirilir, büdcədən kənar əmək haqqını əhatə edir və onların
tənzimlənməsini həyata keçirir.
İctimai sosial tələbata dair siyasət
, minimum
istehlak tələbinin təmin olunma mexanizminin işlənib hazırlanmasıdır. Bu zaman
az təmin olunmuş ailələrin yaşayış minimumu problemi birinci yerdə durmalıdır.
Dövlət əhalinin yaşayış minimumunun təmin olunmasının qayğısına qalmalıdır. Bu
siyasətə həmçinin səhiyyə, bədən tərbiyəsi, idman, təhsil, mədəniyyət-incəsənət,
təbiətin qorunması və fundamental elmin inkişafı daxildir.
Məşğulluq və əmək
siyasəti
- yeni iş yerlərinin yaradılmasını, müəyyən xidmət sahələrinin fəaliyyətini,
məşğulluq fondunu, işsizliyə görə müavinətlərin verilməsi, proqramının
hazırlanmasını əhatə edir
. Az təminatlı əhali qrupunun dəstəklənməsi siyasəti
nəzərdə tutur:
1. Təqaüd sisteminin daima təkmilləşdirilməsi
: a) təqaüdçülərin
yaşayış minimumu həddində təminatı; b) istehlak qiymətlərinin yüksəlməsi ilə
əlaqədar olaraq təqaüdlərin indeksləşdirilməsi; c) hər bir işçinin əməyi
müqabilində təqaüdlərin hesablanması üçün əmək haqqının müasir səviyyəsinin
müəyyən edilməsi; ç) qeyri-dövlət təqaüd fondlarının yaradılması.
Dostları ilə paylaş: