1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


XIX Azərbaycan təsviri incəsənəti



Yüklə 165,89 Kb.
səhifə29/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

53.XIX Azərbaycan təsviri incəsənəti.

XIX əsrlərdən başlayaraq Azərbaycan incəsənətində rus və avropa incəsənətinin təsiri hiss olunur. Belə ki. Bu dövrdən başlayaraq Azərbaycanda təsviri-incəsənətin monumental rəngkarlıq, dəzgah rəngkarlığı, qrafika və s. Bu kimi sahələri üzrə ayn-ayn rəssamlar çox qiymətli sənət nümunələri yaratmışlar.Bu dövrdə yaşayıb yaratmış görkəmli sənətkarlardan biri də Mir Möhsün Nəvabdır (1838-1918). Onun yaratdığı əsərlərə misal olaraq «Teymuriəng», «Qızılgülər» və s. Göstərmək olar. Bu dövrdə yaşayıb yaratmış sənətkarlardan biri olan Bəhruz Kəngərli (1892-1922) Tiflis şhərində təhsil almış ilk görkəmli rəssamlarındandır. Özünün çox qısa ömrünə baxmayaraq. B.Kəngərli çox qiymətli və uzaqgörənlik sənət nümunələri yaratmışdır. Rəssam XX əsrin əvvəllərində erməni millətçiləri trəfindən xalqımızın başına gətirilən realist boyalarla ürək ağnsı ilə kətana köçürmüşdür. Onun yaratdığı rəsm əsərlərinə misal olaraq “Qaçqın qadın”. «Tərk edilmiş ev», “Qaçqın oğlan”, “Ağrı dağı”. “llanlı dağ”, “Papaqlı oğlan” və s. Göstərmək olar.Azərbaycanın ən görkəmi, satirik rəssamlarından biri olan satirik qrafikanın banisi Ə.Əzımzadə (1880-1943) inqilaba qdər «Molla Nəsrəddin* və s. Bu kimi məcmuələrdə yüzlərlə əsər yaratmışdır, öz əsərlərində Ə.Əzimzadə xalqımızın məişətim, gündəlik həyatını tənqid atəşinə tutmuş və onun pis cəhətlərini açıb göstərməyə çalışmışdır. Onun yaratdığı əsərlərə misal olaraq « Köhnə və təzə arvad”, « Arvadın döyülməsi”. “Mal bölüşdürülməsi” və s. Bu kimi osərlen göstərmək olar.XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. «Molla Nəsrəddin» və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır. «Molla Nəsrəddin» jurnalının rəssamları Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə və X.Musayev dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır. Məşhur «Yüz tip» rəsmlər seriyası, qadın azadlığı, ateizm və siyasi motivlərə həsr olunmuş akvarelləri aktuallığı, milli koloriti ilə fərqlənir. 1914-cü ildə Mirzə Ələkbər Sabirin «Hophopnamə» əsərinə çəkdiyi illüstrasiyalar Əzim Əzimzadənin ən uğurlu işlərindəndir.




Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin