1. Qərar qəbul etmə anlayışı


İdarəedici qərarların qəbulunun mümkünlüyü



Yüklə 27,59 Kb.
səhifə8/8
tarix30.12.2021
ölçüsü27,59 Kb.
#49343
1   2   3   4   5   6   7   8
Belge

8.İdarəedici qərarların qəbulunun mümkünlüyü

Qərar qəbulu problemi ilə bağlı seçmə aparılacaq şərait və vəziyyətlərin müxtəlifliklərinə baxmayaraq onlar kifayət qədər universial xarakter daşıyır. Qərar seciləcək vəziyyətlər aşağıdakılarla səciyyələnir:

Məqsədin(lərin) mövcudluğu. Qərarın qəbulunun zəruriliyi nail olunası məqsədin mövcudluğundan yaranır. Məqsəd mövcud deyildirsə, onda hər hansı qərarın çıxarılmasına ehtiyac duyulmur.

Alternativ variantların mövcudluğu. Qərar qarşıya qoyulmuş məqsədə bir necə yola(üsula) nail olmağın mümkünlüyü şəraitində qəbul olunur. Bu yollardan hər biri müxtəlif dərəcələrlə və məqsədə nail olmaq ehtimalı ilə xarakterizə oluna bilər və müxtəlif məsrəflər tələb edə bilər.

Məhdudlaşdırıcı amillərin mövcudluğu. Təbiidir ki, qərar qəbul edən şəxs sonsuz imkanlara malik ola bilməz. Məhdudlaşdırıcı amillər çoxluğunun hamısını üç qrupa bölmək olar:

İqtisadi amillər - maliyyə vəsaitləri, əmək və istehsalat vasitələri, vaxt və s.

Texniki amillər - ölçülər, cəki, enerji tələbatı, etibarlıq, dəqiqlik və s.

İnsan etikası və əxlaqını nəzərə alan sosial tələblər.

Qərarların qərar qəbulu ilə bağlı problemləri iki sinfə ayırırlar:

Konseptual xarakterli problemlər

Formal-riyazi və hesablama xarakterli problemlər

Konseptual problemlərə yalnız riyazi üsulların və EHM-in köməyi ilə həll oluna bilməyən problemlər aid edilir. Bəzən bu problemlər birinci dəfə həll olunduqları və keçmiş prototipləri olmadıqlarına görə nadir sayılırlar. Konseptual problemlər adətən yüksək dərəcəli mütəxəssislərdən ibarət ekspert qrupunu cəlb etməklə rəhbərlər səviyyəsində həll edilir. Bu cür problemlərin həllində əsas cəki dəqiq-riyazi metodlar deyil, insaların təfəkkürü, təcrübəsi və duyğuları malik olur. Formal üsullar evrestik insan fəaliyyətini asanlaşdıran və təşkilinə kömək edən vasitə kimi istifadə edilir. Evrestik proseduraların formallaşdırılması qərar qəbuletmə nəzəriyyəsinin tərkib hissəsidir.
Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin