4.Qərar qəbul etmə prosesində istifadə olunan metodlar(induksiya və deduksiya).
Göründüyü kimi, sintez təhlildən əvvəl gəlir. Artıq anlanıldı ki, qərarın hazırlanmasında təkcə “səbəb-nəticə” məntiqinə əsaslanmaq olmaz. Çünki bu məntiq kainatın bir çox reallıqlarını özündə əks etdirmir.
Qərar qəbul etmə zamanı “səbəb-nəticə” məntiqi ilə yaranan ziddiyyətləri aradan qaldırmağa imkan verən“istehsalçı-məhsul” münasibətləri (əlaqələri) istifadə olunmağa başlandı.
İnduksiya nəticə çıxarma (ümumi müddaə) üzrə istiqamətlənmiş mühakimələrin gedişində xüsusidən (ayrı-ayrı faktlardan) ümuminin alınması məntiqinə əsaslanır. Konkret hallar üçün qərarın qəbul edilməsi məqsədi ilə presedentlərə (misalllara), analogiyalara əsaslanan metodlar induksiyaya metodlarına nümunə hesab olunurlar.
Deduksiya ümumi müddəa xarakterli müəyyən aksiomlara,postulatlara, hipotezalara (fərziyyələrə) əsaslanan məntiqi qaydalara görə nəticələrin çıxarılmasını təsvir edir. Əgər mühakimə həqitətə uyğundursa, onun nəticəsi də doğrudur. Aşağıda şərh olunacaq qərar qəbul etmə məsələlərində əsasən deduksiya metodları istifadə olunur.