Web sistemləri fənnindən mühazirələr


Frame Relay şəbəkəsi, təyini, ümumi xarakteristikası, protokollar steki



Yüklə 0,53 Mb.
səhifə4/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   21
Web sistemleri

Frame Relay şəbəkəsi, təyini, ümumi xarakteristikası, protokollar steki


Frame relay şəbəkəsi başqa şəbəkələrlə müqayisədə olduqca yeni şəbəkə hesab olunur və X.25 şəbəkəsinə nisbətən lokal şəbəkələrdə döyünmə trafiklərin ötürülməsi üçün daha məqsədyönlü hesab olunur. Bu üstünlük əlaqə kanalları keyfiyyətinə görə lokal şəbəkə kanallarına yaxınlaşan zaman özünü büruzə verir. Qlobal kanallar üçün bu keyfiyyət adətən yalnız optik-lifli kabeldən istifadə edilərkən mümkün olur.
Frame Relay şəbəkəsi xüsusi lokal şəbəkələrin birləşdirilməsi üçün ictimai şəbəkə kimi işlənmişdir.Onlar verilənlərin 2 Mbit/san sürəti ilə ötürülməsini təmin edir. Franme Relay şəbəkəsi texnologiyasının əsas xüsusiyyəti ondan ibarətdir ki, lokal şəbəkələrdə nəqliyyat xidmətinin əsas keyfiyyət göstəricilərinin saxlanmasına zəmanət verir. Frame Relay texnologiyası İXRŞ (şəbəkələrə inteqral xidmətli rəqəmli şəbəkə (İXRŞ – İnteqrated Services Diqital Network, İSDN)) şəbəkələrində xidmət kimi standartlaşdırılmışdır. İ.122 zəmanətində bu xidmət növü paket rejiminin əlavə xidmətlər növünə aid olunub 1988-ci ildə təsdiqlənmişdir. Frame Relay texnologiyası X.25 şəbəkəsində istifadəyə analoji olaraq verilənlərin ötürülməsi üçün virtual birləşmə texnikasından istifadə olunur. Ancaq Frame Relayın protokollar steki kadrları protokollar üzrə yalnız fiziki və kanal səviyyəsində ötürür. X.25 şəbəkələrində isə birləşmə müəyyən olunduqdan sonra istifadəçi verilənləri üçüncü səviyyə protokolları ilə ötürür. Bundan başqa Frame Relay şəbəkəsinin kanal səviyyəsinin LAP-F protokolu iki rejimdə işləyir: əsas (core) və idarə (control). Əsas rejimdə lokal şəbəkələrin kommutatorlarında olduğu kimi kadrlar çevrilmədən və nəzarət edilmədən ötürülür. Bunun hesabına Frame Relay şəbəkəsi yüksək məhsuldarlığa malikdir. Çünki kadrlar kommutatorlarda çevrilməyə məruz qalmır. Şəbəkə isə qəbzləri X.25 şəbəkəsində olduğu imi kommutatorlar arası təsdiqlənməyə vermir. Trafikin döyünmələri Frame Relay şəbəkəsi ilə kifayət qədər sürətli və saxlanmadan ötürülür. Frame Relay protokollarının stekinin strukturu aşağıda təsvir olunur. Texnologiyasının əsasını LAP-D protokolunun sadələşdirilmiş strukturu olan əsas (core) LAP_F protokolu təskil edir. LAP-F (Q.922 İTU-T standartı) protokolu İXRŞ şəbəkəsinin istənilən kanalında işləyir. Terminal avadanlıq istənilən vaxt şəbəkəyə LAP-F kadrları göndərir və hesab edir ki, kommutatorlar şəbəkəsində artıq virtual kanal qoyulmuşdur.
LAP-F control protokolu axının idarəsi və kadrların çatdırılmasının nəzarət funksiyasını yerinə yetirən LAP-F core protokolu üzərində qeyri mütləq üstqurumdur. LAP-F control protokolunun köməyi ilə frame switchinq xidməti realizə olunur. Kommutasiya olunan virtual kanalların D kanalını təklif edir. Onun üzərində bizə tanış olan yenə də, İXRŞ şəbəkəsində kadrların etibarlı ötürülməsi üçün istifadə olunan LAP-D protokolu işləyir. Bu protokoldan yuxarıda Q.931 yaxud Q.933 (İXRŞ-nin Q.931 protokolunun modifikasiya olunmuş və sadələşdirilmiş variantıdır) protokolu işləyir.
Frame Relay texnologiyasının başqa xüsusiyyətlərindən biri də təhrif olunmuş kadrlarda aşkar olunan səhvlərin düzəldilməsinə imtina etməsidir. Frame Relay protokolu belə hallandırır ki, son qovşaqlar nəqliyyat protokolunun yaxud daha yuxarı səviyyələrin işi hesabına səhvlər aşkar olunacaq və səhvlər düzəldiləcək. Bu da müəyyən dərəcədə son avadanlığın intelektuallığını tələb edir və bunun da daha çox hissəsi müasir lokal şəbəkələr üçün daha ədalətlidir. Bu münasibətdə Frame Relay texnologiyası lokal şəbəkə texnologiyalarına-Ethernet, Token Rinq və FDDİ-yə daha yaxındır. Bunlar da hər biri yalnız təhrif olunmuş kadrları atır, ancaq özləri təkrar ötürmə ilə məşğul olmurlar. Bu strukturun təsvirində əsas kimi HDLC kadrının formatı götürülmüşdür. Burada ünvan sahəsi öz formatını dəyişmiş idarə sahəsi isə tamamilə yoxdur. Virtual birləşmə nömrəsinin sahəsi, yəni (DLCİ, Data Link Connection İdentifier) 10 bitdən ibarət olmaqla 1024-ə qədər virtual birləşməni istifadə etməyə imkan veir. DLCİ sahəsi daha çox mərtəbələr sayı tuta bilər və bununla da EAO və EA1 (Extended Address-genişləndirilmiş ünvan) əlamətləri idarə olunur. Əgər bu əlamətdə bit sıfır kimi göstərilibsə, onda həmin əlamətə EAO deyilir və bu onu göstərir ki, növbəti baytda ünvan sahəsi davam edir. Əgər əlamət biti 1-ə bərabərdirsə, onda sahəyə EA1 deyilir və ünvan sahəsinin qurtardığını göstərir.

  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin