Web sistemləri fənnindən mühazirələr


IP- marşrutlaşdırma. Statiki və dinamiki marşrutlaşdırma, susmaqla marşrutlaşdırma



Yüklə 0,53 Mb.
səhifə13/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
Web sistemleri

IP- marşrutlaşdırma. Statiki və dinamiki marşrutlaşdırma, susmaqla marşrutlaşdırma.


IP- marşrutlaşdırma vasitəsilə müəyyən şəbəkədə yerləşən xostdan digər şəbəkəyə məxsus olan və yzaq məsafədə yerləşmiş xosta bir və ya bir neçə marşrutlaşdırmalar vasitəsilə verilənlərin ötürülmə prosesi baş verir. Marşrutlaşdırmada paketin ötürüldüyü yol marşrutlaşdırma cədvəli vasitəsilə təyin edilir. Bu cədvəldə qarşılırlı əlaqədə olduğu şəbəkələrlə birləşdirilmiş marşrutlaşdırmalar interfeyslərinin İP-ünvanları yerləşdirilir. Marşrutlaşdırma cədvəli köməkliyi ilə verilmiş paketdə yerləşən paket alanın ünvanı ilə təyin olunan şəbəkəyə yolu tapmaq mümkün olur. Əgər yol tapılmamışsa, o zaman susmaqla (əgər bu variant mövcuddursa) seçilmiş marşrutlaşdırma ünvanına həmin paket göndərilir. Marşrutlaşdırma susmaqla, onun sazlanmış interfeyslərinin əlaqəsi olduğu istənilən şəbəkəyə paketləri göndərə bilər. Hər hansı bir xost digər şəbəkənin xostu ilə qarşılıqlı əlaqədə olmaq istədiyi zaman, uyğun marşrutlaşdırmaya paketi çatdırmaq üçün İP protokolu susmaqla seçilən şlüz ünvanından istifadə edir. Əgər marşrut tapılmışsa, o zaman paket lazımi şəbəkəyə göndərilir və yalnız bundan sonra alanın xostuna paket çatdırılmış olur. Yox, əgər marşrut tapılmamışsa, səhv haqqında məlumat xost-mənbəyə qaytarılır.


IP- marşrutlaşdırma prosesi. Əgər dataqrammı alan xost qonşu şəbəkədə yerləşirsə, bu zaman İP- marşrutlaşdırma prosesi tam aydın olur.
İşçi stansiya paket alacaq xosta paket göndərən zaman (məsələn, 176.16.10.2 stansiyası 172.16.20.2 xostuna paket göndərir), 172.16.10.2 xostu paket alanın İP-ünvanını yoxlayır. Əgər belə bir hal alınsa ki, lokal şəbəkədə belə bir ünvan yoxdur, o zaman paket marşrutlandırılmalıdır. ARP protokolu vasitəsilə 172.16.10.2 stansiyası şlüzun susmaqla seçilən aparat ünvanını təyin edir.
172.16.10.2 kompüterinin daxili konfiqurasiyasında şlüzun İP-ünvanının quraşdırılmasına baxmayaraq, bu kompüter şlüzun aparat ünvanını yenə də təyin etməlidir. Bunun üçün o, ARP keşi yoxlayır və, əgər ünvan tapılmazsa, o zaman ARP-yə sorğu göndərilir. Sonra isə marşrutlaşdırmanın susmaqla seçilmiş aparat ünvanına İP paket göndərir. Paketin ünvanlaşdırılması üçün istifadə olunan ibformasiyanın tərkibində aşağıdakı məlumatlar olmalıdır:

  • Mənbənin aparat ünvanı – 1




  • Mənbənin İP-ünvanı – 172.16.10.2




  • Paket alanın aparat ünvanı – 2




  • Paket alanın İP-ünvanı – 172.16.20.2

Paket alanın İP-ünvanını yoxlayaraq, paketi qəbul edən və aparat ünvanı 2 olan marşrutlaşdırmanın İP protokolu təyin edir ki, marşrutlaşdırma paket alan son məntəqə deyildir və paket 172.16.20.0 şəbəkəsinə ötürülməlidir. İndi isə ARP protokolunun köməkliyi ilə İP protokolu 172.16.20.2 xostunun aparat ünvanını təyin edir. Paketin sonrakı marşrutlaşdırılması və paket alana çatdırılması üçün tapılmış aparat ünvanını marşrutlaşdırma özünün ARP keşində yerləşdirir. Sonra isə marşrutlaşdırma aşağıdakı tərkibə malik olan başlıqlı paketi 172.16.20.0 şəbəkəsinə göndərir:


Mənbənin aparat ünvanı – 3
Mənbənin IP-ünvanı – 172.16.10.2 Paket alanın aparat ünvanı – 4
Paket alanın IP-ünvanı – 172.16.20.2

172.16.20.0 şəbəkəsi üzrə yerdəyişmə edən paket aparat ünvanı 4 və İP-ünvanı 172.16.20.2 olan xostu axtarır. Şəbəkə interfeysinin platası paketin başlığında öz aparat ünvanına rast gəldikdə, o, paketi tutub saxlayır.


Qeyd etmək lazımdır ki, mənbənin İP-ünvanı rolunda paketi yaradan xostun nömrəsi (172.16.10.2) çıxış edir, mənbənin aparat ünvanı kimi 172.16.20.0 şəbəkəsi ilə əlaqəli olan interfeysin ünvanından istifadə olunur. Bir vacib anı da qed etmək lazımdır ki, mənbənin və paket alanın İP-ünvanı dəyişməz qaldığı halda, mənbənin və paket alanın aparat ünvanları hər dəfə marşrutlaşmadan keçdikdə dəyişir.

Bəs marşrutlaşdırma necə təyin edir ki, o, hansı interfeys vasitəsilə paketi 172.16.20.0 şəbəkəsinə göndərməlidir? Bu məqsədlə İP-marşrutlaşdırmanın dəstəklədiyi marşrutlaşdırma cədvəlindən istifadə edilir. Məhz həmin cədvək üzrə İP protokolu lazımi şəbəkəyə yolu təyin edir. Mürəkkəb birləşmiş şəbəkələrin cədvəllərində nəinki paket alan şəbəkəyə aparan bütün yollar göstərilməli, həmçinin oradakı verilənlər güman edilən marşrutu effektiv etməlidir. Marşrutlaşdırma cədvəllərində xostların necə yerləşməsi yox, yalnız şəbəkələrin necə yerləşməsi haqqında yazılar olur.


Statiki və dinamiki marşrutlaşdırma, susmaqla marşrutlaşdırma. Adətən marşrutlaşdırma cədvəllərində marşrut haqqında informasiya saxlanılır. Marşrutlaşdırma alqoritmləri bu cədvəlləri yaradır və onları dəstəkləyirlər. Başlanğıc mərhələdə marşrutlaşdırma yalnız onun bilavasitə birləşdiyi şəbəkələr və ya altşəbəkələrə necə çatmağı bilir. , Digər şəbəkələrə yolu tapmaq üçün marşrutlaşdırma aşağıdakı 3 üsuldan birini seçməlidir:

  • Statiki marşrutlaşdırma;




  • Susmaqla marşrutlaşdırma;




  • Dinamiki marşrutlaşdırma.

Statiki marşrutlaşdırma. Statiki marşrutlaşdırmalar cədvəli əl ilə yaradılır və yeniləşdirilir. Marşrut dəyişdikdə, statiki marşrutlaşdırmalar bu haqda bir-birilərini məlumatlandırmırlar. Birləşmiş şəbəkələr topologiyasında dəyişiklik baş verdikdə, şəbəkə inzibatçısının borcudur ki, statiki cədvəlin yazılarını hər dəfə əl ilə təkmilləşdirsin.


Statiki marşrutlaşdırmanın üstün cəhəti ondan ibarətdir ki, burada buraxma zolağı dəyişməz qalır. Məsələ burasındadır ki, burada marşrutların dəyişməsi haqqında xəbərlərin enliyayımlı paylanması qəbul edilməmişdir. Digər müsbət cəhət isə onun təhlükəzsizliyidir. Statiki marşrutlaşdırma zamanı marşrutlaşdırmalar yalnız şəbəkə inzibatçısının onlara məlumat verdiyi şəbəkələr haqqında biliyə malik olurlar. Bu da istifadəçilərin qadağan olunmuş resurslardan istifadə etməsinə imkan vermir. Ən yaxşı ideya isə ondan ibarətdir ki, uzaq məsafədə olan paket alıcısına statiki marşrut bir yol ilə məhdudlaşdırılsın və bu yol yalnız bir marşrutlaşdırmadan keçsin. Həmçinin statiki marşrutlaşdırmadan o vaxt istifadə etmək olar ki, şəbəkəyə yalnız bir yol aparmış olsun (çıxışa malik olmayan dalanlı (stub) şəbəkə). Belə şəbəkələrdə statiki marşrutların yaradılması dinamiki marşrutlaşdırmaya xas olan xərclərdən azad olmağa imkan verir.
Cisco marşrutlaşdırmaları « ip route» əmrinin köməkliyi ilə statiki marşrutlaşdırmanı tətbiq etməklə, konfiqurasiya olunurlar:
ip route set maska adres / interfeys [məsafə] burada:
set – paket alanın şəbəkə və ya alt şəbəkəsi maska – altşəbəkə maskası
adres – növbəti keçid nöqtəsinin marşrutlaşdırmasının IP-ünvanıinterfeys – paket alanın şəbəkəsinə daxil olmaq üçün istifadə olunan interfeysin adı
məsafə – inzibati məsafədir.
Məsələn, 172.16.50.0 uzaq məsafədə olan şəbəkədə statiki marşrut quraşdırmaq üçün aşağıdakı əmrdən istifadə etmək lazımdır:

IP-əmr

Uzaq məsafədəki
şəbəkə

Altşəbəkə maskası

Susmaqla seçilmiş şlüz

IP route

172.16.50.0

255.255.255.0

172.16.20.2

Nəticədə marşrutlaşdırma biləcək ki, 172.16.50.0 İP-ünvana malik olan paket alanın şəbəkəsində paketlərin istənilən yerdəyişməsi 172.15.20.2 İP-ünvana malik olan onun interfeysi vasitəsilə həyata keçirilməlidir. Marşrutlaşdırma paketi ya son istifadəçiyə göndərməlidir, ya da ki, əgər paket alanın yolu naməlumdursa, həmin paket kənara atmalıdır. Paketlərin kənara atılmaması üçün bizim məqsədimiz, müxtəlif şəbəkələrə çatmaq üçün bütün marşrutlaşdırmaları lazımi informasiya ilə təmin etməkdir.
Susmaqla marşrutlaşdırma.Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hər bir marşrutlaşdırma üçün susmaqla yol verilməlidir; əgər bunu etməsək, o zaman xost susmaqla şlüzdan istifadə etdiyi kimi, marşrutlaşdırma da susmaqla marşrutdan istifadə edə bilər.
Cisco marşrutlaşdırmada susmaqla marşrutun verilməsi statiki marşrutlaşdırmada yolların göstərilməsinə analoji olaraq yerinə yetirilir; lakin burada siz susmaqla seçilən marşrut üçün şəbəkə və yalnız sıfırlardan ibarət olan şəbəkə maskasını tətbiq etməklə marşrutlaşdırma cədvəlində yazı yaradırsınız. Məsələn, marşrutlaşdırma A üçün (şək.7.2-iə bax) susmaqla marşrut vermək üçün aşağıdakı əmri daxil etmək lazımdır:

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin