Web sistemləri fənnindən mühazirələr



Yüklə 0,53 Mb.
səhifə11/21
tarix24.07.2023
ölçüsü0,53 Mb.
#137344
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Web sistemleri

Komutasiya rejimləri


Aşağıdakı kommutasiya növləri mümkündür: portların kommutasiyası, kadrların kommutasiyası və xanaların kommutasiyası (ATM şəbəkələrində):

  1. Portların kommutasiyasında proqram vasitəsilə fiziki seqmentə hər hansı bir port təhkim olunur. Bu kommutasiyanın ən sadə formasıdır.

  2. Kadrların kommutasiyası şəbəkənin buraxma zolağına daxil olmanın genişləndirilməsi üçün istifadə olunur. Kommutasiyanın bu çür formasında paralel olaraq bir neçə ötürmələr yerinə yetirilə bilər. Catalyst-in bütün çeviriciləri kadrların kommutasiyasını həyata keçirirlər.

  3. Xanaların kommutasiyası (ATM şəbəkələrində) kadrların kommutasiyasına oxşardır. ATM şəbəkələrində kadrların əvəzinə ölçüsü qeyd edilmiş çox da böyük olmayan xanalardan istifadə edilir. Xanaların kommutasiyası üçün Cisco Lightstream çeviriciləri yaradılmışdır.

Körpülərlə müqayisədə çeviricilər az pul ödəməklə portdan daha intensiv istifadə etməyə imkan verirlər. Çeviricilər seqmentdə daha az istifadəçilərin olmasına icazə verdikləri üçün, istifadəçilərə verilən buraxma zolağının orta qiyməti artmış olur. Bir seqmentdəki istifadəçilərin sayının azaldılmasına səy göstərilməsi mikro seqmentləşdirmə adlanır: Bu cür yanaşma ayrılmış seqmentlərin yaradılmasına imkan verir. Bir seqmentə yalnız bir istifadəçi qoşulduğu halda, digərlərin seqmenti boşaldılmasını gözləmədən, bütün buraxma zolağı onun sərəncamında qalır. Buna görə də örta ölçülü şəbəkələrdə mövcud olan münaqişələr burada baş vermir.
Kadrların yerini dəyişdirmək üçün çeviricilər kadrdakı səviyyə 2 (2-ci səviyyənin çeviriciləri) və ya səviyyə 3 (çox səviyyəli çevirici 3)-ün tərkibinianaliz edirlər. Bəzi hallarda çeviricilərə kadrların kommutatorları deyilir, çünki əsasən onlar xanaların ötürülməsi üçün təyin olunan ATM kommutatorundan fərqli olaraq, səviyyə 2-nin kadrlarını göndərirlər. Token Ring və FDDİ şəbəkələri üçün müxtəlif texnologiyalı çüviricilər tətbiq olunurlar, lakin əvvəlki kimi, çeviricilər ən çox Ethernet şəbəkələrində tətbiq olunur.Çeviricilər aşağıdakı yeni imkanlara malik olurlar: Çoxlu sayda eyni zamanda baş verən danışıqlar,kiçik gecikmə ilə yüksək süeətlə kadrların ötürülməsi, ayrılmış birləşmələr üzrə qurğuların qarşılıqlı əlaqəsi,tam dupleksli qarşılıqlı əlaqə.
Daşıyıcıya uyğun olaraq, verilənlərin ötürülmə sürətinin uyğunlaşması (bir şəbəkədə sürətləri 10 Mbit/s və 100 Mbit/s olan xostlar eyni zamanda işləyə bilirlər).
Şəbəkə qurğularının münaqişəsiz qarşılıqlı əlaqəsi üçün ayrılmış birləşmələrin təşkil olunma mümkünlüyü faylları göndərən zaman şəbəkənin buraxma qabiliyətini artırır. Çoxlu sayda danışıqların eyni zamanda mümkünlüyünün səbəbi ondan ibarətdir ki, eyni bir zaman anında bir neçə paketləri həm ötürmək, həm də kommutasiya etmək mümkündür.
Tam dupleksli qarşılıqlı əlaqə şəbəkənin buraxma qabiliyyətini 2 dəfə artırır, daşıyıcıya görə surətin uyğunlaşdırılması isə çeviricilər vasitəsilə müxtəlif sürətli (10 Mbit/s və 100 Mbit/s) seqmentləri birləşdirməyə imkan verir və lazım gəldikdə isə buraxma zolağını ayırmağa imkan verir. Çeviricilərin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, onları şəbəkəyə əlavə etdikdə heç də mövcud interfeys plataları və ya kabel sistemini dəyişdirmək vacib deyildir.
Kommutasiya rejimləri. Çeviricidə paketlərin kommutasiyası kommutasiyanın seçilmiç rejimindən asılıdır. 3 rejim mövcuddur:
Aralıq yadda saxlanılma ilə kommutasiya. Bu 2 əsas rejimlərdən biridir. Çevirici bütün kadrı öz buferinə köçürür və kadrın nəzarət ardıcıllığını hesablayır. Nəzarət ardıcıllığında və uzunluqda (kadrın uzunluğu 64 baytdan kiçik və 1518 baytdan böyük ola bilməz) səhv olduqda, kadr atılır. Əgər kadr korrektdirsə, o zaman çevirici kommutasiya cədvəlində alıcının ünvanını tapır və kadrın ötürüləcəyi interfeysi təyin edir. Bütün kadrı köçürmək və nəzarət ardıcıllığını hesablamaq lazım olduğundan gecikmə vaxtı kadrın uzunluğundan asılıdır. Bu cür kommutasiya rejimi Catalyst 5000 çeviricilərində həyata keçirilmişdir.
Bir-başa kommutasiya (real zamanda). Bu komutasiyanın ikinci əsas rejimidir. Çevirici öz buferinə yalnız alıcnın ünvanın köçürür ( kadrın preamçluasından sonar gələn 6 bayt), onu kommutasiya cədvəlində tapır, lazımi interfeysi təyin edir və ondan alıcıya kadrı göndərir. Bir-başa kommutasiyada gecikmə çox az olur, çünki alıcının ünvanı köçürüldükdən və interfeys təyin olunan kimi kadrın ötürülməsi başlanır. Bəzi çeviriciləri elə konstruksiya etmək olar ki, onlar səhvlərin yarandığı tezliklər hüdudu aşmamış bir-başa kommutasiya rejimində işləsinlər. Bu hüdudu keçdikdə, çevirici avtomastik olaraq, aralıq yadda saxlanılma rejiminə keçir. Səhvlərin yaranma tezliyi hüdud qiymətindən az olduqda, port avtomatik olaraq, bir-başa kommutasiya rejiminə keçəcəkdir.
Fraqmentsiz komutasiya. Bu rejim bir-başa kommutasiyanın təkmilləşdirilmiş variantıdır. Çevirici uzunluğu 64 bayt olan münaqişələr pəncərəsinin açılmasını gözləyir ki, oraya alıcıya göndərməmişdən əvvəl kadrın bir hissəsini ora göndərir. Adətən, əgər paket səhvə malikdirsə, o zaman o, birinci 64- baytlarda yerləşir. Bir-başa kommutasiya ilə müqayisədə səhvlərin tapılması daha yaxşılaşır, lakin gecikmə praktiki olaraq artmır.



  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin