Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə8/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
Bakı. Azərbaycan

Asif televizora baxa-baxa anasına səsləndi



  • ana mən acmışam

  • nə olub, niyə qışqırırsan ? ( anası stolun üstünü silə-silə soruşdu )

  • dedim bəs mətbəxdəsən

  • yemək artıq hazırdır. Gətirim, yoxsa atanı gözləyirsən ?

  • bilmirsən, nə vaxt gələcək ? həmişə bu vaxtları evdə olurdu

  • zəng vurmuşdu. Işdən çıxıb, 1 saata evdə olacaq. Neyləsin mərkəzdəki ən təcrübəli xirurq-cərrah sənin atandır. Ona görədə hamı onun qəbuluna düşməyə çalışır

  • buna görə də atam işdən gec çıxır. Onun yaxşı həkim olmağının əzabını isə mənim mədəm çəkir

  • mən başa düşdüm. Sənə yemək verməsəm atan gələnə qədər sən mənə söz yedizdirəcəksən

  • başqa vaxt olsaydı gözləyərdim. Ancaq bu gün kompyüterdə işim çoxdu. 3d max proqramında ev maketi yığıram

  • sən o proqramları öyrənəndə fikirləşirdim ki mənasız şeydi. Ancaq görürəm çox iş görmək olur

  • bu işi yarımçıq dayandırmalı olacam

  • niyə ki ?

  • niyə olacaq ? ac olanda eyvanı evin damına yapışdırıram

anası “ başa düşdüm ” deyib mətbəxə tərəf gedəndə Asif onun arxasınca qışqırdı

  • anan özünçün də yemək qoy, bir yerdə yeyək

  • sən ac olanda başqalarını fikirləşə bilirsən ? məni lap təəccübləndirdin ( anası eyni ahənglə cavab verdi )

anası yemək gətirməyə gedəndə Asif reklamların bitdiyini görüb filmin davamına baxmağa başladı. Filmdəki baş qəhraman getməyə yeri olmadığına görə gecəni yağışın altda parkdakı skamyanın üstündə keçirtməyə məcbur idi. Asif televizorda skamyada uzanan adamın üstünə tökülən yağış damlalarına baxdıqca qeyri-ixtiyari bir neçə il bundan qabaq başına gələn hadisəni xatırladı. 15 yaşı olanda bir payız günü 3 həmyaşıdı ilə evlərinin yaxınlığındakı parkda qoyulmuş anasının səsinə fikirdən ayıldı “ sürfə hazırdır, gəl yeməyini ye ”. yeməkdən sonra Asif otağına getmək istəyəndə anası qoymadı

  • dayan, iş qaçmır ki. Səninlə bir şey haqda danışmaq istəyirəm

  • ( Asif divanda oturan anasına yaxınlaşdı ) buyur. Eşidirəm

  • Atanın işlədiyi “ samir ” mərkəzinə üzv olmaq istəmirsən ?

  • Dəqiq bilmirəm. Məncə ora müraciət etmək üçün gərək nəyəsə ehtiyacın ola. Mənim isə şükür ALLAHa heç nəyə ehtiyacım yoxdur. Mənim qayğıma qalan və həmişə güvənəcəyim valideyinlərim var, məndən ötrü şəhərdəki evi satıb burdan-binəqədidən həyət evi aldınız. Evi mənim rahat hərəkət edə biləcəyim şəkildə döşəmisiniz, autocad və 3d max proqramlarını öyrənsəm işim də olacaq. daha mənə nə lazımdır ?

  • Məsələ ehtiyacda deyil. Mən maraqlanmışam, ora gedən əlillərin heç də hamısı ehtiyac üzündən getmir. Kimisi bacarığını nümayiş elətdirmək üçün, kimi də bu işdə Samirə dəstək olmaq üçün ora üzv olub. Atan deyir ki “ samir ” mərkəzində hər həftə müxtəlif ölkələrdən gələn əlillərlə birgə müxtəlif yığıncaqlar, tədbirlər təşkil olunur. Məncə ora üzv olsan yerli və xarici çoxlu dost qazanarsan. Məncə bu həyatda zəngin təcrübə qazanmağın üçün ora üzv olmalısan

  • Yaxşı ana, mən fikirləşərəm

  • əgər vaxtın olsa həmin mərkəzin internet saytına gir, bir az məlumat topla

Asif “ oldu ” deyib otağına getmək istəyəndə qapı döyüldü. Anası qapını açıb içəri qayıdanda asif soruşdu

Akif içəri girən kimi Asif dedi

  • xoş gəlmisən ata. Nə əcəb belə gec gəldin ?

  • çox sağ ol oğlum. Deyəsən darıxmısan məndən ötrü ?

  • yaman da darıxıb. ( anası çörək doğraya-doğraya söhbətə qoşuldu ) onun üçün qarın qardaşdan irəlidi. Səni gözləmədən şam elədi. Hətda məni də yoldan çıxartmaq istəyirdi

  • neyniyim axı, dedin atan gec gələcək

  • onnan işin olmasın Adilə. Bəxtim gətirdi ki yolda tıxaca düşmədim, yoxsa ən tezi 1 saatdan sonra evdə olacaqdım. Sizin işləriniz necədir ? ( Akif stulda oturaraq soruşdu ) hər şey qaydasındadır ?

  • şəxsən məndə hər şey qaydasındadır ( Asif dilləndi )

  • hər şey yaxşıdır. ( Adilə əlindəki yemək dolu boşqabları stolun üstünə qoyub söhbətə qoşuldu ) bu gün qonşuda toy var idi, ora getmişdim

  • iş başımı elə qatıb ki xeyirdən də qalıram, şərdən də. Necə toy keçdi ?

  • ata mən otağıma gedirəm ( Asif söhbətə qarışdı ) sizə nuş olsun

  • yaxın dur sənə də olsun ( Akif zarafatla cavab verdi )

Asif otağına gedəndə valideyinləri süfrə arxasında yemək yeyə-yeyə söhbətə başladılar.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin