Vəziyyətin necə olursa olsun. ÖZÜNLƏ FƏxr et ! GİRİŞ



Yüklə 1,17 Mb.
səhifə4/46
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#1443
1   2   3   4   5   6   7   8   9   ...   46
Çako vilayəti. Argentina

Argentinanın Çako vilayalətində yerləşən Saenz Penya rayonunun kasıb gecəqondu məhəlləsindəki köhnə 2 otaqlı evdə yaşayan və maddi vəziyyətlələrinə, oğlunun fiziki vəziyətinə, yaşadıqları yerə və digər problemlərə baxmayaraq həmişə mehriban və xoşbəxt ailəsi ilə fəxr eliyən hündürboy, dolu bədənli, üzü günəşin təsirindən cadar-cadar olmuş, əynində köhnə köynəklə şalvar, başında isə şlyapa olan 48 yaşlı Pedro bu gün evə əlində sürücü işlədiyi mebel fabrikindəki iş yoldaşından borc götürdüyü pulla aldığı hədiyyə ilə gəldi. Ailə üzvəri 4 nəfərdən ibarət idi. Arvadı Mariya ondan 5 kiçik, arıq, sarışın, hündürboy qadın idi və tikiş fabrikində işdiyirdi. Qızı Lusia sarışın və bəstəboy idi. Məktəbi qurtardıqdan sonra bir müddət saç ustası işləsə də iş yerinin bağlanmasından sonra anasının təkidi ilə onun yanında dərziliyi öyrənirdi və bu gün onun 21 yaşı tamam olurdu. 13 yaşındakı oğlu Xose 8 yaşı olanda aftomobil qəzası nəticəsində sol qolunu itirdiyindən xüsusi məktəbdə oxuyurdu və rəssamlıqla maraqlanırdı. ən böyük arzusu isə çin səddini yaxından görmək idi. Bu gün işdən icazə alıb evə tez getməyinin səbəbi televizorda baxacağı boka xuniors-river pleyt matçı idi. Qızıyla o boka xuniorsa, arvadıyla oğlu isə river pleytə azarkeşlik etdiyindən bu iki kommandanın arasında keçirilən oyunlar onların evində ikiqat maraqla izlənilirdi. Ona görə də işdən çıxan kimi dükannan qızı üçün ətir alıb tez-tələsik evə gəldi. Onu qapıda qızı Lusia qarşıladı.



  • salam ata. keç içəri

  • salam qızım. Ad günün mübarək. Al bu sənin üçündü

  • ( Lusia sevincək hədiyyəni atasından aldı ) çox sağ ol atacan

Pedro ayaqqabısını çıxardıb içəri keçərək river pleytin emblemi olan papağı başına qoyaraq divanda oturub oyunu gözləyən oğlundan soruşdu

  • hələ başlamıyıb ?

  • salam ata. Vaxtında gəlmisən. Hələ 15 dəqiqə var.

  • Bəs anan hanı ?

  • Mətbəxdə Lusi üçün kökə bişirir. Mən istəsəm heç bişirməzdi

  • Ad günün olanda istiyərsən. Qızımnan işin olmasın

Lusiya əlində kökə dolu qabla anasıyla birlikdə içəri girəndə Xose jasmin ətrinin iyini hiss eliyib soruşdu

  • Bu ətir iyi hardan gəlir ?

  • məndən. Atam alıb

  • işimiz var daa. ərə də getmir ki canımız qurtarsın.

  • ( Pedro Lusianı yanında oturdaraq Xoseyə dedi ) demədim Lusiynən işin olmasın ?

  • Bəsdirin görək. Oyun başladı. ( Mariya dilləndi )

  • ( Lusi atasına göz vurub Xoseyə dedi ) sənə baxmağı məsləhət görməzdim. Onsuzda boka 3;0 udacaq

  • Deyəsən qorxulu yuxu görürsən axı ? ( Xose söz altda qalmadı )

  • Sən bu oyuna baxıb yatannan sonra hansı yuxunu görəssən bax onu təsəvvür eliyirəm

  • ( Mariya acıqlandı ) belə getsə mən sizə əsl qorxunun necə olduğun hiss elətdirəcəm

1:0 bokanın qələbəsiylə qurtaran oyundan sonra ailə futbola marağı olmadığına görə onlara gələrkən bir qıraqda oturub səbirsizliklə oyunun qurtarmağını gözləyən Lusinin Venera adlı rəfiqəsiylə birgə süfrə başına toplaşıb Lusiyanın ad gününü qeyd etməyə başlad. Bir-neçə dəqiqə sonra qapını döymədən açıb içəri girən Pedronun dostu Gustavo ayaqqablarını soyuna-soyuna ucadan dedi

  • bu nədi, mənsiz başlamısınız ? bəh-bəh pastis in panadas, dana ətindən yemək, kökə, içkilər

  • Gustavo əmi sən hardan bildin ki bu gün Lusinin ad günüdür ? ( Xose təəcüblə soruşdu )

  • nə ad günü ? o yeməyin iyinə gəlib ( Pedro Lusiyanın qabına yemək qoya-qoya dilləndi )

  • noolar ki bir gün səndə mənim uşaqlarımın ad günündə iy hiss elə dəə

  • doğrudan ee Gustavo əmi hardan bildin ? ( atasının çəkdiyi yeməkdən bir qaşıq yeyən Lusiya maraqla soruşdu )

  • 2 ay bundan qabaq şəhərə iş axtarmağa gedəndə sizin doldurduğunuz cv-ləri də özümlə aparmışdım axı, bax ordan yadımda qalıb

  • ( Mariya gümünsünərək ) doğrudan da, bu heç yadımıza gəlmirdi

Yeməkdən sonra Pedro dedi

  • mariya çay gətir Veneranın gətirdiyi tortun dadına baxaq

  • ( Mariya mətbəxə gedəndə Venera soruşdu ) Pedro əmi. Mariya xalayla necə tanış olmusunuz ?

  • ( Pedro özünü o günlərin xəyalına dalmış kimi göstərərək dedi ) Həə qızım, bu çox gözəl və hamıya örnək olacaq bir məhəbbət macərasıdır. Mən onu ilk dəfə 25 yaşımda rosario şəhərində yaşayanda görmüşdüm. Onda onun 20 yaşı vardı və bizim şəhərdə yaşayan xalası gilə qonaq gəlmişdi. Biz ilk dəfə supermarketdə qarşılaşdıq. Sonra dalınca düz buenos ayresə qədər getdim. əvvəlcə atası onların varlı, mənim isə kasıb olduğumdan onun mənimlə evlənməsinə icazə vermirdi. Hətta bir gün Mariyanı görmək üçün səhərdən axşama kimi yağışın altinda onların binasının qabağında dayandım. Axşam da atası polisə zəng vurdu. Düz 3 gün polis nəzarətində qaldım. Həmin vaxtları Mariya gizlincə evdən qaçıb polis idarəsinə məni görməyə gəlirdi. Çox qəddar insan idi atası. Bizi ayırmaq üçün nələr eləmirdi ki. Hətta Mariyanı monastra göndərmək istəyirdi. Amma görəndə ki bizim sevgimizin qarşısında heç dağlar da dayana bilməz, razı oldu

  • ( Mariya içində çay dolu padnosla içəri girərək ) bəsdir Pedro, qızı niyə alladırsan ? sən ona inanma Venera. O öz məhəbbətindən ötrü nəinki buenos ayresə, heç resistenziya rayonuna da getməz. Mən onun xalası qızıyam və biz rosario şəhərində eyni binada qalırdıq. Özüdə mənim atam 12 yaşım olanda ölüb

  • ( Pedro gülümsünərək çaydan bir qurtum içib yanıqlı-yanıqlı dedi ) elə river pleyt yaxşı oldu uduzdu

Lusiya ətrafındakıların oxuduğu ad günü mahnısının sədaları altında tortun üstündəki şamı söndürüb kəsməyə başladı. Venera onu təbrik edərək qucaqladı. Gustavo köynəyinin cibindən qolbağı dəridən olan, içindəki rəqəmləri fosforlu olan qadın qol saatını çıxardıb Lusiya verərək təbrik etdi. Sonra atasıyla anası da onu təbrik edəndən sonra Xose yaxınlaşıb onun üzündən öpərək aldığı qızıl suyuna çəkilmiş kəpənək formalı baş sancağını ona verib dedi

  • ad günün mübarək Lusi.

Çay içdikdən sonra Lusia Veneranı yola salıb otağına gedərək çarpayısının yanında qoyulmuş kiçik yazı stolunun üstündəki ernesto sabatonun “tunel” romanını götürüb qatladığı vərəqdən oxumağa başladı. Mariya Xosenin həyətə çıxdığını görərək Gustavonu yola salandan sonra divanda oturub televizora baxan Pedronun yanında oturub Lusianın eşitməsindən qorxaraq yavaşca dedi

  • bu gün un almaq üçün dükana gedəndə eşitdim. Deyillər uzağı 2-3 aya buraları söküllər. Burda stadion tikmək istiyillər. Burda yaşayan 30 ailə hara gedəcək bilinmir. Heç kimin gedəcək yeri yoxdu. Şəhər merinin nümayəndəsi 2 gün qabaq burda olubmuş. Soruşublar ki -bəs biz hara gedək ? cavab verib ki -bizə dəxli yoxdu. Onsuzda neçə illərdi burda qeydiyatsız yaşıyırsınız sisə heç nə demirik. Deyiləndə ki -heç olmasa bizə yaşamaq üçün bir yer verin, deyib ki -onda elə hamı evin sataraq pulunu banka qoyub gecəqonduda yaşayar ki dövlət onlara ev versin. Öz başınıza çarə qılın. 30 aiələdən ötrü bu qədər ərazini məşğul eliyə bilmərik

  • ( Pedro dərindən köks ötürdü ) o da haqlıdı

  • ( Mariya əlindəki dəsmalla gözünün yaşını silə-silə dedi ) axı biz rosario-dakı evimizi satanda pulu banka qoymadıq ? o pulların çox hissəsi Xosemin həyatda qalmasına sərf olundu. əgər o vaxt evi satıb bura köçməsəydik indi nəinki oğlumun bir qolu, heç özü də həyatda olmayacıydı

  • ( Pedro Mariyanın əlindən tutub dedi ) bilirəm əzizim, bilirəm. o vaxta qədər çalışaram bir şey fikirləşim. Amma bir şeyi yadında saxla. Heç vaxt sizi çöldə qoymuyacam. Hər nə olursa olsun. Indiyə qədər bütün problemlərin öhdəsindən birlikdə gəlmişik. Bunun da öhdəsindən gələrik

  • ( Mariya başını onun çiyninə qoyub astadan dedi ) müqəddəs Məryəm bizə kömək olsun


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin