VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi



Yüklə 7,05 Mb.
səhifə24/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

Dəniz nəqliyyatı. Su nəqliyyatı öz ucuzluğuna görə həmişə böyük üstünlüyə malikdir. Azərbaycanın Volqaboyu, İran, Mərkəzi Asiya ölkələri ilə nəqliyyat əlaqələrində Xəzər dənizi tarixən mühüm rol oynamışdır. 19-cu əsrin ikinci yarısından başlayaraq Abşeron yarımadasında neft sənayesinin sürətli inkişafı bu nəqliyyat növünün əhəmiyyətini hədsiz dərəcədə artırmışdır. 1913-cü ildə Xəzər dənizi ilə 6. 6 mln. ton yük dövriyyəsi həyata keçirilmişdir ki, bunun da 80%-ə qədəri neft məhsulları idi. Tarixi məlumatlar göstərir ki, o zamanki dəniz donanması kiçik gəmilərdən ibarət idi. Bakı Beynəlxalq Dəniz Ticarəti limanının əsası 1902-ci ildə qoyulmuşdur.

Sovet hakimiyyəti illərində ölkəmizdə dəniz nəqliyyatı tamamilə yenidən qurulmuşdur. 1937-ci ildə müasir Bakı limanının birinci hissəsi işə düşmüşdür. Xəzər hövzəsi SSRİ-nin ən mühüm nəqliyyat arteriyalarından biri kimi 1956-cı ilə qədər ölkə dənizləri arasında yük dövriyyəsinə görə birinci yeri tuturdu. 1962-ci ildə işə salınmış Bakı-Krasnovodsk və 80-cı illərdə istifadəyə verilmiş Bakı-Bekdaş bərə xəttləri dəniz yük daşımalarında mühüm yer tuturdu. 1990-cı ildə dəniz nəqliyyatı ilə 17. 8 mln. ton yük daşınmışdır. Onun 65%-i bərə xətləri ilə daşınmışdır. Müstəqillik əldə etdikdən sonrakı ilk illərdə bütün nəqliyyat sahə­lərində olduğu kimi nəqliyyat sektoru da ciddi sarsıntilara məruz qaldı. 1990-1994-cü illər ərzində dəniz nəqliyyatı ilə yük dövriyyəsi 17. 8 mln. tondan 6. 6 mln. tona qədər azalmışdır. Ümumi siyasi-iqtisadi sabitliyin təmin olunması bu sahənin işi­nədə müsbət təsir göstərmişdir. 1995-2007-cı illər ərzində bu sahədə yük döv­riy­yəsi 2 dəfəyə qədər artmışdir. Xəzər hövzəsində gəmilərə sahib olan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi yaranma tarixi 1858-ci il may ayının 21-i sayılır. Məhz bu tarixdə Rusiya senatının fərmanı ilə «Qafqaz və Merkuri» Səhmdar Dənizçilik Cəmiyyəti yaradılmışdır. Xəzər Dəniz Gəmiçiliyi 1992-ci ilə qədər SSRİ Dəniz Donanması Nazirliyinin tərkibindəki 17 gəmiçilik idarəsindən biri idi. SSRİ dağıl­dıqdan sonra 15 Sovet Respublikalarından 7-si SSRİ dəniz donanmasına varis oldu.

Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxildir:

Donanma;


Gəmi təmiri istehsalat birliyi «Xəzərdənizgəmitəmiri»;

Texniki xidmət və təmir bazası;

Dəniz yollarının hövzə idarəçiliyi «Xəzərdənizyol»;

«Xəzərdənizlayihə» elmi-tədqiqat institutu;

Informasiya hesablama mərkəzi;

Ticarət, təchizat və agentlik təşkilatları və s.

Nəqliyyat donanması 71 nəqliyyat gəmisindən və 1 ədəd sudaşıyan gəmidən ibarətdir. Bunlardan 36-sı maye yük daşıyan gəmilər-tankerlərdir, 7 ədədi gəmi-bərələr, 2 ədədi RO-RO tipli universal gəmi, 26 ədədi quru yükdaşıyan gəmilər olmaqla cəmi 375 min tondur.

Nəqliyyat donanmasına 23 quru yükdaşıyan gəmisi Qara və Aralıq dənizlərində taym-çarter müqaviləsi əsasında kommersiya reysləri icra edir, qalan gəmilər Xəzər hövzəsində istismar olunur. Gəmiçilik Xəzərdə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizində bağlayıcı rolu oynayır. Transxəzər istiqamətində yüklərin daşınması üçün hazırda dəmir yol vaqonları, avtomaşınlar və sərnişin daşıyan gəmi-bərələrindən və tankerlərdən istifadə olunur. Xəzər Dəniz Gəmiçiliyinin tanker donanması Xəzərdə ən güclüdür.

Avrasiya dəhlizi Çinin Lyanyunqan limanından başlayaraq Avstriyanın paytaxtı Vena şəhərinədək uzanır. Bu təxminən 11-12 min km məsafədir. Yüklər müxtəlif növ nəqliyyat vasitələri ilə fərqli qanunvericiliklərə, gömrük və sərhəd prosedurlarına malik olan bir çox ölkələrdən keçirilməklə daşınır. Avrasiya dəhlizi Xəzər Dəniz Gəmiçiliyi üçün Xəzərdə əsas yük bazasıdır.

Daşınmalar Xəzər Dəniz Gəmiçiliyinin tankerləri ilə Aktau-Abşeron, Alaca-Abşeron, Alaca-Bakı, Okarem-Abşeron, Okarem-Bakı, Aktau-Bakı və Türk­mənbaşı-Bakı marşrutları üzrə icra edilir.

Tankerlərin yüklənib-boşalmasını sürətləndirmək məqsədi ilə Sanqaçalda neft terminalı istismara verilmişdir. Gəmiçiliyin nəzdində fəaliyyət göstərən «Xəzərdənizyol» İdarəsinin əsası 1928-ci qoyulub. Yaranmasının əsas səbəbi isə limanların tikilməsi, hövzədə yük axınlarının artması ilə əlaqədar olaraq tutumu və suya oturma dərəcəsi böyuk olan mövcud gəmilərin rekonstruksiyası zərurəti idi.

«Xəzərdənizyol» dibdərinləşdirmə işlərini, gəmiçiliyin təhlükəsizliyindən ötrü naviqasiya vasitələrinin qoyulmasını və onlara xidmətin göstərilməsini, yeni dəniz yollarının, kanalların salınmasını, yeni ərazilərin yuyulmasını və başqa bu kimi işləri həyata keçirir.

Bütün keçən illər ərzində “Xəzərdənizyol” idarəsi Xəzər dənizinin bütün limanlarında dibdərinləşdirmə işləri aparılmışdır.

Bakı Dəniz Ticarət Limanı. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci ildə yanvar ayının 1-dən etibarən Bakı Dəniz Ticarət Limanı Xəzər Dəniz Gəmiçiliyinin strukturundan çıxaraq müstəqil müəssisə olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 noyabr tarixli 407 saylı qərarı ilə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünü maliyyələşdirmə prinsipləri əsaında fəaliyyət göstərir.

Liman il boyu günün 24 saatı ərzində fasiləsiz iş cədvəli əsasında işləyir. Liman 5 terminaldan ibarətdir:

1. əsas yük terminalı;

2. konteyner terminalı;

3. bərə terminalı;

4. dübəndi neft terminalı;

5. sərnişin terminalı.



Əsas yük terminalı ümumi uzunluğu 858 m-ə bərabər olan 7 körpüdən ibarətdir. Bu körpülərdən biri xüsusi olaraq «RO-Ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulub. Körpüdə suyun dərinliyi 7 metrə bərabərdir. Texniki bazasında yük qaldırma qabiliyyəti 5 tondan 40 tona kimi olan 16 portal kranları, 1. 5 tondan 10 tona kimi müxtəlif növ avtoyükləyiciləri, 100 ədəd roltreylerlər və «Sisu» markalı dartıcı traktorları vardır.

Terminalın Dəmiryolu xətlərinin uzunluğu 8 km-dir. Manevr işləri üçün 4 ədəd teplovozu, lokomotiv briqadası, deposu, Dəmiryolu və avtomaşın tərəziləri vardır.

Konteyner terminalı ildə 15000 ədəd konteyner qəbul etmək gücünə malikdir.

Bərə terminalı hər birinin uzunluğu 87 metrə bərabər olan 2 qaldırıcı körpüyə malikdir. Körpülərin yanında suyun dərinliyi 8-10 metrə bərabərdir. Bərə hər reys üçün 28 vaqon və ya 45 treyler yük maşını, 202 nəfər sərnişin və 50 ədəd minik maşını götürə bilər. Terminal ildə 8 milyon ton yük aşırma gücünə malikdir.

Neft terminalı ümumi uzunluğu 582 metr olan 4 körpüyə malikdir. Onlardan ikisi istismardadır. Eyni zamanda 5000 tondan 12000 tona qədər ağırlıqda 4 tankerə xidmət göstərilə bilər. Körpülərin yanında suyun dərinliyi 9. 6 metrdir. Neft terminalı ildə 10 milyon ton yük aşırma gücünə malikdir.

Sənişin terminalında uzunluğu 130 metr olan körpü vardır. Terminalda gəzinti gəmiləri Bakı əhalisi və şəhərimizin qonaqlarına xidmət edir. Bakı Dəniz Limanında həmçinin Liman Donanması fəaliyyət göstərir. Donanmaya 20 gəmi daxildir.

Xəzər dənizində beynəlxalq daşımaların, xüsusən xam neftin tranzit nəqlinin kəskin sürətdə artırılması, digər Xəzəryanı dövlətlətin regionda aparılan rəqabətliliyinin sərtləşdirilməsi şəraitində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin hövzədə, xüsusilə Şərq-Qərb dəhlizində neft yüklərinin aparıcı daşıyıcı mövqeyinin saxlanması və gücləndirilməsi ölkənin dəniz nəqliyyatının əsas vəzifələrini təşkil edir.

Bu vəzifələrə nail olmaq məqsədilə 2008-2011-ci illərdə Gəmiçiliyin ticarət donanmasının yeniləşdirilməsi və modernləşdirilməsi, xüsusən neft yükləri daşıyan tankerlərin və bərə gəmilərin təzələnməsi və ümumi yükgötürmə qabiliyyətinin artırılması nəzərdə tutulur.

Proqnozlaşdırılan dövrdə Xəzər dənizinin Abşeron akvatoriyasında liman infrastrukturunun yenidənqurulması, yeni limanların, neft terminallarının inşası Bakı liman rayonunun regionda neft və digər ixrac yüklərin aşırılması, ötürülməsi və sonrakı istehsalı üçün toplanması, işlənilməsi üzrə mərkəzi qovşağa çevril­məsinə imkan yaradacaqdır.

Avtomobil nəqliyyatı. Azərbaycanda avtomobil nəqliyyatının tarixi 20-ci əsrin əvvəllərinə təsadüf edir. 1911-ci ildə Azərbaycanda cəmi 36 ədəd avtomobil olmuşdur. Bərk örtüklü yolların uzunluğu isə cəmi 210 km idi. 1918-ci ilə qədər Çar Rusiyasının tərkib hissəsində olan Azərbaycanın inkişafına uyğun yol quruluşu və yol təsərrüfatı inkişaf etdirilirdi. Bu dövrdə yol təsərrüfatının inkişafı əsasən quberniyaların daxili ərazilərində aparılırdı.

1918-ci ilə doğru avtomaşınların sayı artsa da, yol texnikası çox az artmışdı. Avtomobil yollarının tikinti bazası yaradılmış, ona maşın və mexanizmlər ayrılmışdır. Artıq 10 ədəd tırtıllı traktor, 15 ədəd yük maşını, 4 qreyder, 12 vərdənə və mexanizm var idi.

1918-ci ildə Azərbaycanın ümumi avtomobil yollarının uzunluğu 3850 km-ə çatmışdır. Bu artım əsasən təbii yolların hesabına olmuşdur.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması ilə əlaqədar Milli Şuranın tərkibində Yol, Poçt və Teleqraf Nazirliyi təşkil edildi. ADR-nin süqutundan sonra 1920-ci ildə Xalq Komisarları Sovetinin İşlər İdarəsi yanında Şosse və Torpaq Yolları şöbəsi yaradıldı. 1-20-ci ildə həmin şöbə Şosse-Su Təsərrüfatı İdarəsinə, 1924-cü ildə Şosse və Torpaq Yolları İdarəsinə, 1928-ci ildə Şosse-Torpaq Yolları və Avtomobil Nəqliyyatı Baş İdarəsinə (“Aazbaşyolnəqliyyat”), 1937-ci ildə yenidən Şosse Yolları şöbəsinə çevrilmişdir.

1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi məqsədlər üçün ixtisaslaşdırılmış avtomobil parkı yaranmağa başlamışdı.

1926-cı ildə respublikada 896 ədəd avtomobil olmuşdur ki, onlardanda 275 ədədi minik, 518 ədədi yük və 103 ədədi ixtisaslaşdırılmış avtomobillər idi. Yük avtomobillərinin 400-dən bir qədər çoxu “Azneftin” sərəncamında idi.

Avtomobil parkının artması şosse yollarının uzunluğunun artmasına səbəb oldu. Həmin dövrdə şosse yollarının uzunluğu 6500 km, o cümlədən 2300 km ittifaq və respublika əhəmiyyətli yollar təşkil edirdi.

Avtomobil daşınmasının inkişafında mövcud avtomobil yollarının vəziyyəti mühüm rol oynayır. Şəbəkənin yaxşılaşdırılması, genişləndirilməsi, örtüyün keyfiyyətinin yüksəldilməsi, şəhərlərdə və kənd yaşayış məntəqələrində yolların işıqlandırılması üzrə konkret tədbirlər həyata keçirmək lazımdır.

Avtomobil və yol - vahid kompleksdir, bunlar bir-birilə qarşılıqlı əlaqədə­dir. Yollar insanların estetik və intelektual tələblərinə cavab verməli, onlarla “münasibət”də lazımi ekoloji, bədii və əxlaqi təsirə malik olmalıdır. Ən başlıcası da odur ki, yollar yüklərin və adamların tez və təhlükəsiz mənzil başına çatdırılması üçün yüksək keyfiyyətli olmalıdır.

Sovet hakimiyyəti illərində şose yollarının çəkilişinə xüsusi diqqət verilmişdir. 1940-cı ilədək Bakı-Şamaxı, Bakı-Qusar, Lənkəran-Lerik, Yevlax-Gəncə, Masallı-Lənkəran, Bakı-Salyan-Cəlilabad, Salyan-Qazıməmməd, Lənkə­ran-Astara şose yolları çəkilmişdir. Bu yolların ümumi uzunluğu 2550 km-dən artıq idi. Böyuk Vətən müharibəsi illərində Bakı-Astara, Culfa-Şərur, Uzuntala-Qazax-Qırmızı körpü, Bakı-Şamaxı arasındakı 919 km uzunluğunda olan yeni şose yollarının yenidən qurulması işləri daha da sür’ətləndi.

1985-ci ildə respublikada 24. 2 min km avtomobil yolu olmuşdur ki, bunun da 22. 4 min km-i bərk örtüyə malik idi. Bərk örtüklü yolların 9. 3 min km-i asfalt-beton döşənmiş qara şose olmuşdur. Halbuki, 1940-cı ildə respublikada cəmi 60 km bu cür yol var idi. 1940-cı ilə nisbətən 1985-ci ildə Azərbaycan SSR-də avtomobil yollarının uzunluğu 2. 2 dəfə, bərk örtüklü yolların uzunluğu isə 7. 5 dəfə artmışdır. Eyni zamanda həmin dövrdə respublikanın avtomabil nəqliyyatında yük daşınması 29 mln. tondan 437. 2 mln. tona çataraq 15 dəfə artmışdır.

Keçmiş SSRİ-də nəqlyyatda disproporsiyalar yaranmışdır: uzun müddət avtomobil daşımalarının, yük və minik avtomobillərinin buraxılmasının artım sürətləri yol tikintisinin və yol istismarı xidmətlərinin inkişafının artımını qabaqlamışdır. Bu yollarda qəzaların sayının artması nəticəsində böyük itkilərə və sosial ziyana yol verilmişdir.

Avtomobil nəqliyyatı sistemi də müstəqillik əldə edildikdən sonrakı ilk illərdə ciddi sarsıntılara məruz qalmışdır. Bu nəqliyyat növü üzrə yük dövriyyəsi 1990-1994-cü illər ərzində 153. 1 mln. tondan 12. 0 mln. tona qədər azalmışdır. Görülən radikal tədbirlər nəticəsində yük dövriyyəsi 1995-2007-cı illər ərzində 5 dəfədən çox artmışdır. Avtomobil sektorunda yük dövriyyəsi cəmi yük dövriyyəsinə nisbətən 1995-ci ildə 6. 3 % təşkil edirdisə, bu nisbət 2006-cı ildə 11, 9%-ə qədər yüksəlmişdir.

Azərbaycan ərazisindən keçən TRACECA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin avtomobil yol magistralının bərpası və yenidənqurulması investisiya layihələri, eləcə də ölkə regionlarının yol infrastrukturunun sağlamlaş­dırılması işləri həyata keçirilmişdir. Bunun nəticəsində 2006-cı ildə Dünya Bankı və Azərbaycan Hökümətinin birgə maliyyələşdirdiyi TRACECA dəhlizinin tərkibində Gəncə-Qazax avtomobil yolunun yenidənqurulması layihəsi çərçivə­sində Şəmkir-Qazax hissəsi üzrə tikinti işləri başa çatmış və beləliklə ümumi uzunluğu 94 km olan Gəncə-Qazax avtomobil yolu istifadəyə verilmişdir. Dövlət büdcəsi vəsaiti hesabına 57 km uzunluğunda Quba-İspik-Xınalıq, 53 km uzunluğunda Masallı-Yardımlı, 47 km uzunluğunda Gəncə-Daşkəsən-Xoşbulaq, 19 km uzunluğunda Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilmişdir. Bundan başqa Bakı şəhərində iki çoxsəviyyəli yol qovşağı və iki yeraltı piyada keçidi inşa edilmişdir.

Yaxın 3 ildə(1908-1911-ci illər) aşağıdakı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

1. Kürdəmir-Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə, Gəncə-Qazax və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının yenidənqurulması;

2. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması;

3. Cənub avtomobil yolu dəhlizinin tikintisi;

4.Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun bərpası və yenidənqu­rulması;

5. Bakı dairəvi yolunun tikilməsi;

6. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üçün müxtəlif səviyyəli yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri və avtomobil yollarının tikintisi.

2006-2015-ci illər ərzində 3578 km Respublika əhəmiyyətli, 5928 km yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulmuşdur. 2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qal­dırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə şəhərin müxtəlif yol qovşaqlarında yol ötürücülərinin (körpülərin) və 13 piyada keçidlərinin tikintisi nəzərdə tutulmuş və bu işlər uğurla həyata keçirilir.



Boru kəməri. Azərbaycanda neft-qaz sənayesinin sürətli inkişafı boru-kəmər nəqliyyatının genişlənməsinə təkan vermişdir. Rusiyada ilk dəfə mədəndənkənar neft kəməri 1888-ci ildə Balaxanıdan Bakının neftayırma zavodları və gəmilərə neft vurma körpüləri yerləşən “Qara şəhər” rayonuna çəkilmişdir. Kəmərin uzunluğu 12 km idi. Sonra ölkədə ilk magistral neft kəməri Bakıdan Batumiyə çəkildi. 860 km uzunluğu olan bu kəmərdə Bakı neftayirma zavodlarında istehsal olunan ağ neft-kerosin xarici ölkələrə ixrac olunmaq üçün nəql edilirdi. 1930-cu ildə bu kəmər qara qara neft (xam neft) daşımaq üçün yenidən quruldu. Kürboyunda neft hasilatının genişlənməsi ilə əlaqədar olaraq 1963-cü ildə Əli Bayramlıdan Bakıya 134 km uzunluğunda neft kəməri çəkildi. 1959-1960-cı illərdə 511 km uzunlluğunda olan Qaradağ-Aqstafa kəməri çəkildi. Sonrakı illərdə bu kəmərdən respublikanın bir sıra rayonlarına qaz kəmərləri ayrıldı. Eyni zamanda qaz hasil edilən mə’dənlərdən bir slra Qarabağlı-Salyan, Kalmas-Əli Bayramlı, Siyəzən-Güzdək və s. Qaz kəmərləri çəkilmişdir. Bunlardan əlavə Bakı-Sumqayıt, Bakı-Şimal DRES arasında da qaz kəməri çəkilmişdir. Magistral qaz kəmərləri ilə yanaşı respublikanın şəhərlərində 2000 km-dən artıq qaz bölüşdürən kəmərlər çəkilmişdir ki, bunun da 85 %-i Baki Sumqayıt şəhərlərinin payına düşür. Sonralar Qroznı-Bakı neft və Mozdok-Qazıməmməd qaz kəməri işə salınmışdır.

1990-1994-cü illərdə boru kəmərləri ilə yük dövriyyəsinin həcmi 25. 4 mln. tondan 15. 8 mln. tona qədər azalmışdır. 1995-ci ildən sonra boru kəmərləri ilə həyata keçirilən neft kəmərlərinin həcmi əvvəlcə sabitləşmiş, sonralar isə az da olsa artmağa başlamışdr. Lakin 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin işə salınması nəticəsində həmin nəqliyyat vasitəsində yük dövriyyəsi sürətlə artmışdır (2006-cı ildə 1539 mln. ton/km-dən 15679 mln. ton/km-ə, 2007-ci ildə isə 52305 mln t/km-ə çatmışdır).

Nəqliyyat-yol sektorunda son illər bir sıra beynəlxalq əhəmiyyətli transmilli layihələr həyata keçirilmiş və nəqliyyat kompleksinin, xüsusi ilə karbohidro­genlərin dünya bazarlarına çatdırılması yollarının inkişafı üçün əsaslı zəmin yaradılmışdır. 2006-cı ilin may ayında uzunluğu 1768 km və layihə gücü ildə 50 mln ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Kəməri (BTC) istismara verilmişdir. 11 beynəlxalq tərəfdaşı olan BTC boru kəməri Türkiyənin Qara və Aralıq dənizlərindəki boğazlarından yan keçməklə gün ərzində 1. 0 mln barel xam neftin dünya bazarlarına çatdırılmasına imkan verəcəkdir. Azərbaycanın Şahdəniz yatağında hasil edilən təbii qazın ixracı məqsədilə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisindən keçən hissəsi istəsmara verilmiş və 2006-cı ilin sonundan kəmər vasitəsilə Gürcüstana qaz ixracına başlanmışdır.

Azərbaycanın Şahdəniz yatağında hasil edilmiş təbii qazın ixracı məqsədilə 2007-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin rəsmi açılışı olmuş və kəmərlə Baki-Tbilisi-Ərzurum marşrutu ilə ilk mərhələdə ildə 7. 0 milyard kub metrə qədər təbii qaz Türkiyəyə və digər ölkələrə ixrac olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Gürcüstanın Qara dəniz sahilində Kulevi terminalı əldə edilmişdir və burada yenidənqurma işləri həyata keçirilir. Həmin terminalın buraxılma qabiliyyəti ildə 10. 0 milyon ton mazut təşkil edir və neft məhsullarının qəbulu, saxlanması və yüklənməsi üçün istifadə olunacaqdır. Terminal eyni vaxtda 168 ədəd çən vaqonlarını qəbul edə bilən dəmir yolları ilə, elləcə də tankerlərin yanalması üçün kanalla təcniz olunmuşdur. Azərbaycanda yanacaq-energetika sektorunun intensiv inkişafı geosiyasi əhəmiyyət kəsb edən bir sıra enerji layihələrinin reallaşmasına yol acmışdır. Tbilisi-Ceyhan (BTC) xətti dünyada ən uzun boru kəmərlərindən biridir və onun tikintisi 4 milyard dollara başa gəlmişdir. Buru kəməri BP Britaniya-Amerika neft şirkətinə və onun konsorsium üzrə tərəfdaşlarına məxsusdur. Onların arasında ABŞ-ın “Chevron”, “Conoco Philips” və “Hess” neft şirkətləri də var. Boru ilə gündə bir milyon barrel neft ixrac edilir, tezliklə BP onun həcmini 1, 5 milyon barrelə çatdıra bilər.

BTC boru kəməri təkcə texniki baxımdan deyil, həm də geosiyasi nöqteyi-nəzərdən parlaq naliyyətdir. O, üç ilə tikilmişdir və marşrut müəyyənləşdirilərkən Azərbaycanda (Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ) və Cənubi Osetiya seperatçıları ilə qarşıdurmanın davam etdiyi Gürcüstanda münaqişə zonalarından yan keçmək lazım idi. Layihə texniki baxımdan da çox mürəkkəb idi: yeraltı boru kəmərinin yolu üstündə təxminən 1500 iri və kiçik çay vardı. Şərqlə-Qərb arasında mənafelərin toqquşması Bakıda özünü barız şəkildə büruzə verir. Burada xammal idxalından asılı olan ölkələrdə (onların arasında ABŞ və birləşmiş Avropa da var) sürətlə inkişaf edən Çin və Hindistan arasında enerji daşıyıcılarının alınması uğrunda yarış keçmişin nüvə qarşıdurmasından heç də az fərqlənmir. Enerji ehtiyatlarına malik olmaq bu mübarizədə güclü silaha çevrilir.

BP-nin hesablamalarına görə, yeni boru kəməri yaxın 20 ildə Azərbaycana 230 milyard dollaradək gəlir gətirəcəkdir. Səngəçal terminalından ceyhan limanı­nadək uzanan kəmərin çəkilişinə təxminən 4 milyard ABŞ dolları xərclənib. Layihənin operatoru BP şirkətidir. Ləmərin tikintisi və istismarı üçün yaradılmış BTC Ko. şirkətinin səhmdarları BP (30, 1 faiz), ARDNŞ (25 faiz), “Şevron” (8, 9 faiz), “Statoyl” (8, 71 faiz), TPAO (6, 53 faiz), ENİ (5 faiz), “Total” (5 faiz), “İtoçi” (3, 4 faiz), İNPEX (2, 5 faiz) və “Amerada Hess” (2, 63 faiz) şirkətləridir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri ildə 50 milyon ton Azərbaycan neftini nəql etmək üçün nəzərdə tutulub. Lakin bu yaxınlarda Qazaxıstanın da BTC-yə qoşul­ması bu ölkəyə də neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına cıxarmağa imkan verəcəkdir.

Dünyanın ən böyük enerji layihəsinin gərcəkləşdirilməsi ölkəmizin siyasi və iqtisadi həyatında yeni bir mərhələnin əsasını qoydu. Bu hadisə Azərbaycanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə mühüm təsir göstərən amilə çevrildi. Qlobal enerji layihəsi Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin tərkib hissəsi kimi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar açdı. Azərbaycan-Gürcüstan-Türkiyə arasında yeni müstəvidə iqtisadi əlaqələrin qurulmasına və böyük həcmdə sərmayələrin cəlb edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi.

Müasir qlobal enerji layihəsi kimi BTC-nin reallaşması iqtisadi, geosiyasi, beynəlxalq əhəmiyyət daşıyır. 2006-cı ilin iyulun 13-də BTC-nin rəsmi acılış mərasimində dövlət başçısı İlham Əliyev bu əlamətdar hadisəni belə xarakterizə etmişdi: “Bakı-Tbilisi-Ceyhanın daha geniş mənası var. Artıq bu regional çərçivə­dən çıxıb qlobal müstəviyə keçmişdir. Layihənin bu gun də dünya üçün böyük əhəmiyyəti var və gələcəkdə daha da artacaqdır. Belə olan halda Azərbaycan həm neft-qaz hasil edən ölkə kimi, eyni zamanda, tranzit ölkə kimi, bizim dost­larımızla bərabər fəaliyyətə başlayacaqdır. Yəni inanılmaz dərəcədə gözəl imkanlar açılır. Bütün bu imkanları möhkəmləndirmək, onlardan istifadə etmək üçün bölgədə təhlükəsizlik tədbirləri güçləndirilməlidir. Mən əminəm ki, bu işdə Bakı-Tbilisi-Ceyhanın qiyməti daha da artacaqdır. Təhlükəsizlik tədbirləri, regional əməkdaşlıq, sülhün bərqarar olunması - bütün bunlar bölgə üçün lazımdır. Bölgə­nin inkişafı bundan sonra tam başqa formada zənginləşəcəkdir”.

Həqiqətən, Ümummilli Lider Heydər Əliyevin yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri olan Bakı-Tbilisi-Ceyhan regionun, eləcə də, dünyanın ən mühüm enerji meqalayihələrindən biridir və Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Qazaxıstanın bu kəmər vasitəsilə ildə 20-25 milyon ton neft nəql etmək barədə planları layihənin miqyası barədə təsəvvür yaradır.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri Avropa üçün durmadan artan enerji tələbatlarını ödəməyə geniş imkanlar yaradan ən mühüm layihələrdən biridir. Avropa İttifaqında bu layihə, Qazaxıstan neftinin gələcəkdə bu kəmər vasitəsilə ixrac olunması ilə daha ucuz neft almaq imkanı kimi nəzərdən keçirilir. Bu prosesin uğurla həyata keçirilməsi öz növbəsində Avropanın enerji təhlükəsizliyində Azərbaycan önəmli mövqe tutmasına səbəb olmaqla yanaşı, Avropa Birliyi və Azərbaycanın daha da yaxınlaşmasına gətirib çıxaracaq.

Qazaxıstan neftinin BTC ilə nəqlinə dair razılaşma əldə olunduqdan sonra kəmərin bölgə üçün əhəmiyyəti dəfələrlə artmışdır. Qazax neftinin BTC-yə çatdı­rıl­masını həyata keçirəcək 3 milyard ABŞ dolları dəyərində Aktau- Bakı sisteminin (700 km) tikintisi istiqamətində danışıqlar 2002-ci ildən başlamışdır. Qazax nefti­nin BTC ilə nəqlinin 2010-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Bu prosesi həyata keçirmək üçün BTC-nin daşıma potensialı gündə 1,7 milyon barelədək artırılacaqdır.

BTC yalnız Azərbaycan deyil, Orta Asiya və İranın da enerji resurslarını Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına daşıma potensialına malikdir. Bu orta Asiyadan Avropaya yenidən hər hansı bir boru xəttinin çəkilməsi zərurətini aradan qaldırmaqla enerji şirkətlərini artıq xərclərdən xilas edir və beləliklə Azərbaycanın Avropa enerji təhlükəsizliyi məsələsində əhəmiyyətini ikiqat artırmış olur. Gələcəkdə Azərbaycan üzərindən Gürcüstana təbii qaz ixrac edən İranın da BTC ilə neft ixrac etməsi perspektivlərinin tərəflər arasında müzakirə predmeti olacağı istisna edilmir.

BTC və reallaşmaqda olan Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti Cənubi Qafqazda strateji reallığı Azərbaycanın xeyrinə dəyişmişdir. Nəticədə Türkiyə Gürcüstan və Azərbaycanın enerji şəbəkələri daha da mərkəzləşmiş sistemə çevri­ləcək Şərq-Qərb Nəqliyyat Dəhlizinin əhəmiyyətinin artmasına səbəb olmuşdur.

Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəməri isə Xəzər qazının Yunanıstana kimi daşınmasında əhəmiyyətli rola malik olacaqdır. Gələcəkdə isə kəmərin Orta Asiyada və Xəzər hövzəsi qazını Yunanıstan, İtaliya və Avstriyaya çatdıracaq Nabucco qaz kəmərinə birləşdirilməsi ilə geniş bir şəbəkənin yaradılması nəzərdə tutulur. BTƏ qaz kəmərinin ilkin ötürmə qabiliyyəti 7-8 milyard, sonradan isə 20 milyard kub metrə olması planlaşdırılır. Bu kəmər Azərbaycan qazını Avropa bazarlarına daşımaqla yanaşı qardaş Türkiyənin təbii qaza olan tələbatının böyük bir hissəsinin Azərbaycan qazı hesabına ödənilməsində əhəmiyyətli rola malik olacaqdır. Avropada bir çox mütəxəssislər Bakı-Tbilisi-Ərzurum qaz xəttinin reallaşmasına Rusiyanın qaz asılılığından azad olmaqda əhəmiyyətli rola malik faktor nəzərdən keçirirlər. Eyni zamanda Transxəzər sistemi və Cənubi Qafqaz boru kəməri layihələri də uğurla həyata keçirilməkdədir.

Azərbaycanın qaz kəmərlərinin hazırki potensialı, 2012-ci ildə Azərbaycanın özünün qaz ixracının 7-9 milyard kub metrə çatacağını nəzərə alsaq, əlavə 11 milyard kub metr qaz tranzit etmək imkanı yaradacaqdır.



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin