“hematologiya şÖBƏSİ respublika əHƏMİYYƏTLİ BİR ŞÖBƏYƏ ÇevriLƏCƏK” universitet şƏHƏRCİYİn dən reportaj



Yüklə 15.4 Mb.
Pdf просмотр
səhifə1/3
tarix18.12.2016
ölçüsü15.4 Mb.
  1   2   3

“HEMATOLOGİYA 

ŞÖBƏSİ 

RESPUBLİKA 

ƏHƏMİYYƏTLİ 

BİR ŞÖBƏYƏ 

ÇEVRİLƏCƏK”

UNİVERSİTET ŞƏHƏRCİYİN DƏN 

REPORTAJ

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 13 (1610) 10 iyul  2015 - ci il                           Qiyməti 40 qəpik

ƏMƏKDAŞLARIN 

İSTİRAHƏTİ DİQQƏT 

MƏRKƏZİNDƏDİR

E-universitetlə 

bağlı 

müzakirə 

aparıldı

Rektor tələbə-

könüllülərlə görüşdü

 

7



BU  SAYIMIZDA 

Rəy sorğusunun nəticələri: Azərbaycan Prezidentinin 

reytinqi 90 faizə yaxınlaşır

ATU-da 

nadir və 

mürəkkəb 

şiş 

əməliyyatı 

keçirilib

Azərbaycanda ilk dəfə «Kök hüceyrə 

transplantasiyası» 

4

Cavablardan görünür ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar 

günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam 

əksəriyyəti, yəni 89,7 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə 

verərdi.

“İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına 

respondentlərin 86 faizə yaxını “bəli, cavab verir” (tam və ya qismən), cəmi 3 

faizi “xeyr, cavab vermir”, bir o qədəri isə “əsasən cavab vermir” deyə bildirib. 

Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Ölkə  əhalisinin 73 faizi Azərbaycan Prezidenti postunda İlham Əliyevə  al-

ternativ görmür.

Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar 

günü keçirilsəydi, rəyi soruşulanların əksəriyyəti (61 faiz) birmənalı olaraq 

səsverməyə qatılardı. Daha 22 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını 

seçib. Səsverməyə  getməyəcəklərini deyən respondentlər isə  9 faiz təşkil edib. 

Qalan 8 faiz cavab verməkdə  çətinlik çəkib.

Hesabat 2015-ci il iyulun 1-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğu-

sunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə  yolu 

ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 

2,7 faizdir.

Əhalinin sosial stratifikasiyası, yaş və  cinsi strukturunu proporsional şəkildə 

əks etdirən bu sorğu, təsadüfi seçmə  metodu əsasında Azərbaycanın 10 sosi-

al-iqtisadi zonası üzrə 36 yaşayış məntəqəsini əhatə edib.

2

3

2

Azərbaycan  əhalisinin  ölkə  Prezidenti  İlham  Əliyevə  etimadı 

yüksəkdir. Bunu “Rəy” Monitorinq Mərkəzinin iyulun əvvəlində 

ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

7


http://www.amu.edu.az

10 iyul  2015-ci il

2

Azərbaycan Tibb Universi-



tetinin (ATU) rektoru, akade-

mik  Əhliman  Əmiraslanov 

“Bakı  2015”  Birinci  Avropa 

Oyunlarında  iştirak  edən 

tələbə  -  könüllülərlə  görüş-

dü.


      Görüşdə  ATU-nun  rek-

toru  Əhliman  Əmiraslanov 

tələbə-könüllüləri 

salam-


laya

 

raq,  ilk  Avropa  Oyun-



larının  uğurla  və  mü vəf-

fəqiyyətlə  başa  çatma-

sı 

münasibətilə 



onları 

təb rik  etdi.  Millət  vəkili 

Ə.Əmiraslanov  ilk  dəfə 

Azər baycanda  keçirilən  və 

dünyanın  əksər  ölkələrində 

böyük  maraqla  qarşılanan 

Birinci  Avropa  Oyunları-

nın  belə  uğurla  başa  çat-

masına  sevindiyini  bildir-

di:  “Bu  möhtəşəm  iş  bizim 

ölkəyə  çox  qısa  müddətə 

tapşırılsa  da,  cənab  pre-

zidentimiz  İlham  Əliyevin 

sərən camına 

əsasən, 

2013-cü  il  yanvarın  17-də 

birinci  Avropa  Oyunlarının 

keçirilməsi  üzrə  Təşkilat 

Komitəsi  yaradıldı.  Təşkilat 

Komitəsinə  Azərbaycanın 

birinci xanımı Mehriban xa-

nım  Əliyeva  sədrlik  edirdi. 

Təşkilat  Komitəsinin  qərarı 

ilə  Əməliyyat  Komitəsi  ya-

radıldı  və  bu  komitə  işinin 

öhdəsindən layiqincə gəldi. 

İlk  Avropa  Oyunlarının  açı-

lış  və  bağlanış  mərasimləri 

möhtəşəm  oldu.  Mən  də 

Bakı  Olimpiya  Stadionun-

da  idim,  sizi  yaxından  izlə-

yirdim,  tələbələrimizin  belə 

fəal iştirakı məni qürurlandı-

rırdı. Bütün Avropa mediası 

oyunların yüksək səviyyədə 

keçirilməsindən  yazdı,  te-

lereportajlar 

hazırlandı. 

Hər  yerdə  xalqımızın  necə 

mehriban, 

qonaqpərvər 

olduğundan  danışıldı.  Bi-

rinci  Avropa  Oyunlarına 

Azərbaycanın  çox  qısa  bir 

müddətdə  hazırlaşmasına 

baxmayaraq,  qürur  duyu-

ram  ki,  nəticə  həddindən 

artıq yüksək oldu”.

Akademik 

Əhliman 


Əmiras  lanovun 

sözlərinə 

gö rə, ATU-dan Birinci Avro-

pa Oyunlarında iştirak edən 

tələbələrin ümumi sayı 1000 

nəfərə yaxın olub. Onlardan 

400  nəfəri  Səhiyyə  Nazirli-

yinin  müraciətinə  əsasən 

dekabr və yanvar aylarında 

ATU-nun Tədris Cərrahiyyə 

Klinikasında 

təlimlər 

keçiblər. Bu tələbələrin 215 

nəfəri Birinci Avropa Oyun-

larında  həkim  yardımçısı 

kimi iştirak ediblər.

      Daha  sonra  çıxış  edən 

ATU-nun Tələbə Həmkarlar 

İttifaqı  Komitəsinin  sədri 

Elşad  Novruzov  Birinci  Av-

ropa  Oyunlarında  iştirak 

edən  tələbələr  haqqında 

məlumat  verdi:  “Məlum  ol-

duğu kimi, 8 dekabr 2012-ci 

il tarixində Avropa Olimpiya 

Komitəsinin  Baş  Assamb-

leyasında  2015-ci  ildə  Bi-

rinci  Avropa  Oyunlarının 

Bakıda  keçirilməsi  barədə 

qərar qəbul olunub. Avropa 

tarixində  ilk  dəfə  təşkil  olu-

nan  bu  oyunlara  ev  sahib-

liyinin  məhz  Azərbaycana 

həvalə edilməsi Beynəlxalq 

və Avropa Olimpiya hərəkatı 

tərəfindən 

ölkəmizdə 

görülən  bütün  işlərə,  id-

man  və  bədən  tərbiyəsi 

sahəsində 

əldə 

edilən 


nailiyyətlərə  verilən  yüksək 

qiymətin təzahürüdür”.

ATU-nun 

istehsalat 

təcrübəsi 

dekanı 


Şəfa 

Əliyev 


isə 

bildirdi 

ki, 

universitetdən  “Baku  2015” 



ilk  Avropa  Oyunlarına  qatı-

lan könüllülər yay istehsalat 

təcrübəsindən azad olunub.

   Görüşün sonunda ATU-

nun rektoru Ə. Əmiraslanov 

ilk  Avropa  Oyunlarında  ya-

xından iştirak etdikləri üçün 

bir daha tələbə - könüllülərə 

təşəkkür etdi.

Günel ASLANOVA

u    Azərbaycan  Tibb  Universitetində  (ATU)  TEMPUS  layihəsi 



çərçivəsində  FLEPP  (Foreign  Languages  Education  for  Professional 

Purposes)  dil-treninq  təlimlərinə  hazırlıq  başlanıb.  Belə  ki,  layihə 

çərçivəsində  ATU-da  yeni  avadanlıqlarla  təchiz  olunmuş  otaq 

yaradılıb.  Bu  otaqda  yeni  multimediya  sistemi  quraşdırılıb,  tədrisin 

müasirləşdirilməsi üçün bütün lazımi avadanlıqlar alınıb.

   


 ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov yeni yaradılan 

otaqla tanış olub. O, gələcəkdə Tibb Universitetində daha bir belə 

otağın yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

   ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulo-

vanın sözlərinə görə, bu layihə artıq iki ildir ki, davam edir: “ATU da 

sözügedən layihənin iştirakçısıdır. Layihə çərçivəsində bizim univer-

sitetin müəllimləri digər ali təhsil ocaqlarının müəllimləri ilə bərabər 

xarici ölkədə dil kursları keçirlər. Layihənin məqsədi Azərbaycanda 

fəaliyyət  göstərən  ali  məktəblərdə  xarici  dil  tədrisinin  səviyyəsini 

yüksəltməkdir”.



TEMPUS layihəsi çərçivəsində 

dil-treninq təlimlərinə 

hazırlıq başlanıb

Rektor tələbə-könüllülərlə görüşdü

Əhliman Əmiraslanov: “ATU-dan ilk Avropa Oyunlarında iştirak 

edən tələbə - könüllülərin ümumi sayı 1000 nəfərə yaxın olub”

ATU-nun mətbuat xidməti

B

u  gün  Azərbaycan 

Tibb  Universitetində 

(ATU)  rəhbərlik  və  inzibati 

işçilərin  iştirakı  ilə  Rabitə 

və  Yüksək  Texnologiyalar 

Nazirliyinin  rəsmisi  ilə  gö-

rüş keçirildi.

Tədbirdə  açılış  nitqi  ilə 

çıxış  edən  ATU-nun  rek-

toru,  akademik  Əhliman 

Əmiraslanov 

universite-

tin  mövcud  informasiya 

texnologiyaları  sisteminin 

fəaliyyəti  haqqında  məlumat 

verdi.  Ə.Əmiraslanov  ATU-

nun  klinikaları  və  tədris  bi-

nalarını  əhatə  edən  elektron 

şəbəkənin  mövcud  olduğunu, 

bu sistemin təkmilləşdirilməsi 

üçün  daim  işlər  görüldüyünü 

bildirdi.  Rektorun  sözlərinə 

görə,  Tibb  Universiteti  İT 

sahəsində  mövcud  sistemin 

daha  effektiv  fəaliyyətini 

təmin  etmək  üçün  yeniliklərə 

ehtiyac var.

Daha  sonra  Rabitə  və 

Yüksək  Texnologiyalar  Na-

zirliyinin  əməkdaşı  Həbib 

Abbasov  “ATU-da  informa-

siya  texnologiyalarının  möv-

cud  durumu  və  qarşıda  duran 

məsələlər–E-universitetə  ke-

çid”  adlı  təqdimatı  ilə  çıxış 

etdi.  O,  ATU-nun  klinikala-

rının  informasiya  sistemləri 

ilə  tanış  olduğunu,  digər  ali 

təhsil  ocaqlarından  fərqli  ola-

raq, Tibb Universitetinin daha 

geniş  şəbəkəyə  malik  oldu-

ğunu  bildirdi.  Çünki  ATU-da 

təhsil  sektoru  ilə  yanaşı,  həm 

də müayinə-müalicə fəaliyyəti 

mövcuddur.

   Daha sonra tədbir iştirakçı-

ları müzakirə edilən mövzu ilə 

bağlı  fikirlərini  səsləndirdilər. 

Tibb Universitetini əhatə edən 

İT  şəbəkəsinin  yenilənməsi 

haqqında  faydalı  təkliflər 

səsləndirildi.



E-universitetlə bağlı 

müzakirə aparıldı

10 iyul  2015-ci il

http://www.amu.edu.az

3

Azərbaycan  Tibb  Universiteti-



nin  Tədris  Cərrahiyyə  Klinikası-

nın  I  Cərrahi  Xəstəliklər  kafed-

rasının  müdiri,  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  müxbir 

üzvi,  professor  Nuru  Bayramo-

vun  rəhbərliyi  altında  böyük  bir 

ekiblə  ilk  dəfə  olaraq  qaraciyər 

xəstəsinə  “Kök  hüceyrə  trans-

plantasiyası”  əməliyyatı  həyata 

keçirildi. 

Xəstənin 

sümük 


iliyindən əldə edilən mezenximal 

kök  hüceyrələrini  intraarterial 

yolla qaraciyərə trans etdilər.

Ekibdə 


Transplantologiya 

şöbəsinin müdiri t.ü.f.d. Dr. Rus-

lan  Məmmədov,  Şüa-diaqnos-

tika  şöbəsinin  müdiri  Dr.  Rasim 

Bayramov, 

İnvaziv 


kardiolo-

giya  şöbəsinin  müdiri,  t.ü.f.d. 

Dr.Qalib  İmanov,  Hematoloq 

Dr.  Naidə  Ağayeva,  Molekulyar 

bioloq  və  genetik  Dr.  Fərid  İs-

mayıllı,  Həkim-Anesteziolog  Dr. 

Məmməd Şirinov, Rezident Meh-

riban Hüseynova iştirak edirdi.

Başda  Prof.  Nuru  Bayramov 

olmaqla  bütün  ekibə  dərin 

təşəkkürümüzü  bildirir,  işlərində 

davamlı  uğurlar  və  Azərbaycan 

səhiyyəsində  ilklərə  imza  atma-

nın davamını diləyirik.



İyulun  8-də  ATU-nun  Tədris 

Terapevtik  Klinikasının  Tibbi 

Şurasının  növbəti  yığıncağı 

keçirildi.  Klinikanın  direkto-

ru, professor Surxay Musayev 

yığıncağı  açaraq  gündəlikdə 

duran məsələləri diqqətə çat-

dırdı.   

Əvvəlcə 


klinikanın 

iyun 


ayındakı 

müalicə-diaqnostik 

fəaliyyətinin yekunları haqqında 

klinikanın  baş  həkimi,  dosent 

Ramin  Bayramlının  məlumatı 

dinlənildi. O, hesabatını əsasən 

statistik  rəqəmlər  üzərində  qu-

raraq  paralellər  apardı,  bütün 

şöbələr  üzrə  son  göstəriciləri  

slaydlar  vasitəsilə  nümayiş  et-

dirdi. Hesabatda qeyd olundu ki, 

bu ilin iyun ayı ərzində may ayı 

ilə  müqayisədə  klinikaya  daxil 

olan  xəstələrin  sayında  azalma 

qeydə alınıb. Eyni zamanda kli-

nikaya daxil olan xəstələrin sayı  

2014-cü  ilin  müvafiq  dövrü  ilə 

müqayisədə də azalıb.

Baş  həkim  ambulator  qəbulun 

sənədləşdirilməsi  və  ambulator 

diaqnozların 

əsaslandırılması 

zamanı yol verilən mövcud nöq-

sanlara da toxundu. O cümlədən 

yeni daxil olan xəstələrin xəstəlik 

tarixlərinin  tərtibi,  protokola 

uyğun  olmayan  və  göstərişsiz 

dərmanların  yazılması,  təyinat 

vərəqi ilə xəstəlik tarixləri arasın-

da  uyğunsuzluq  və  diaqnozun 

3-5  gün  müddətində  müəyyən 

edilməsinə  dair  qüsurlar  da  he-

sabatda öz əksini tapdı.

Bundan  sonra  klinikanın  he-

matologiya  şöbəsinin    müdiri 

Valeh  Hüseynov  şöbənin  1  illik 

fəaliyyəti  haqqında  yığıncaq  iş-

tirakçılarını  məlumatlandıraraq 

yeniliklər,  əldə  edilən  uğurlar, 

elmi  nailiyyətlər  və  gələcək 

planlar  barədə  danışdı.  Qeyd 

etdi  ki,    ambulator  müayinələr 

və  stasionar  müalicələr  həyata 

keçirilir.  İndiyədək  müraciət 

edən  xəstələrə  9  %  sümük  ili-

yi  biopsiyası,  5  %  sümük  iliyi 

aspirasiyası,  4  %  flebotomiya, 

33  %  hemotransfuziya,  42  % 

kimyəvi  terapiya  və  7  %  serum 

köçürülməsi xidməti göstərilib.

Şöbənin  1  illik  fəaliyyəti 

dövrün də  ambulator  xəstələrin 

sayı  845  nəfər  olub.  Stasionar 

xəstə  sayı  511  nəfərə  çatıb  ki, 

bunlardan da 259 nəfəri gündüz 

stasionarında müalicə alan, 252 

nəfəri isə yatan xəstələrdir.

Ən  müasir  səviyyədə  aparılan 

müayinələr  barədə  məlumat 

verən  Valeh  Hüseynov  bil-

dirdi  ki,  qan  bankı  və  aferez, 

sümük  iliyi  transplantasiya-

sı  bölmələrinin  yaradılması, 

şöbənin  xüsusi  hepafiltirlərlə 

təchizatı və kök hüceyrə toplan-

ması  və  dondurulması  (klinika 

kök  hüceyrə  toplanması  üçün 

Trima  aferez  cihazı  və  dondu-

rulması üçün ABŞ istehsalı azot 

tankı  ilə  təchiz  olunub)  əsas 

hədəflərimizdir.  Eyni  zamanda 

tibbi  heyətin  təkmilləşdirilməsi, 

MM  xəstələrində  kök  hüceyrə 

toplanmasına  təsir  edən  faktor-

lar mövzusunda Ankara Univer-

siteti ilə birgə elmi iş və Allojenik 

sümük iliyi transplantasiyasında 

vacib  şərtlərdən  olan  HLA  uy-

ğun donorun axtarışı sahəsində 

elmi iş də başlıca hədəflərimizə 

daxildir.

Dr.  Valeh  Hüseynov  onu  da 

vurğuladı  ki,  Hematologiya    və 

Sümük  iliyi  transplantasiyası 

şöbəsinin  normal  fəaliyyət  gös-

tərməsi  üçün  müasir  tələb lərə 

cavab  verən  laboratoriya,  rea-

nimasiya və digər bolmələrin ol-

ması çox vacibdir və bu baxım-

dan  çoxprofilli  klinikamızda  hər 

cür şərait yaradılıb.

Şöbədə  maarifləndirmə  işi-

nin  də  diqqətdə  saxlandığını 

deyən  doktor  V.Hüseynov  orta 

tibbi  personal  üçün  həftədə  bir 

dəfə  seminar  (neytropeniya-

lı  xəstələrə  yanaşma,  mərkəzi 

venoz  kateter  baxımı,  aseptik 

və  antiseptika  və  s.)  hazırlan-

masından,  həkimlərin  həftəlik 

konsiliumundan  da  bəhs  etdi. 

Türkiyə Cümhuriyyəti  Bilim Uni-

versiteti ilə Florence Nightingale 

xəstəxanasının 

Hemotologiya 

və  Sümük  İliyi  Transplantasiya-

sı  şöbəsinin  müdiri  professor 

Mutlu Arat ilə ayda bir dəfə canlı 

körpü  vasitəsilə  konsilium  apa-

rıldığını söylədi.

O, şöbədə qan bankı xidmətinin 

daha da yaxşılaşdırılması və qan 

bankı məhsullarının hazırlanma-

sı  istiqamətində  ilk  addımların 

atıldığını  bildirərək  gələcəkdə 

görülən işlərin yüksələn xətlə in-

kişaf  edəcəyinə  əminliyini  ifadə 

etdi.  


Klinikanın təsərrüfat hissəsi nin 

fəaliyyəti barədə toplantı iştirak-

çılarını  məlumatlandıran  direk-

tor  müavini  Malik  Məmmədov 

mərtəbələrə  suaparan  boru-

ların    yenisi  ilə  əvəz  edildiyi-

ni,  I  mərtəbədə  qəbul  otağının 

genişləndirildiyini,  tə cili  yardım 

mər kəzinin 

yaradıldığını 

və 

mü hazirə  zallarının  təmir  olun-



duğunu  bildirdi.  Həmçinin  ca-

maşırxana  binasının  tikildiyini 

və  avadanlıqlarla  təchiz  edildi-

yini  söyləyərək  qazanxanada 

sıra dan  çıxmış  detalların,  na-

sosxanada  nasosların,  təzyiq 

tənzimləyicilərinin  qismən  də-

yiş dirilməsindən,  su  hovuzunun 

içərisində  və  ətrafında  görülən 

təmir işləri haqqında da məlumat 

verdi.

Klinikanın  direktoru,  professor 



S.Musayev tibbi şuranın yığınca-

ğını yekunlaşdıraraq aylıq hesa-

batla bağlı fikirlərini bölüşdü. Bil-

dirdi  ki,  iyun  ayında  respublika-

da keçirilən böyük idman tədbiri 

ilə əlaqədar kənd əhalisinin Ba-

kıya  gəlməsi  çətinləşmişdi.  Biz 

gözləyirdik ki, tədbirlər başa ça-

tandan sonra xəstələrin sayı ar-

tacaq və həqiqətən də belə oldu.

S.Musayev  qeyd  etdi  ki, 

xəstəxanaya  daxil  olan  xəstə 

haqqında 

məlumat 


internet 

üzərindən  dərhal  nazirliyə  ötü-

rülür.  Bəzən  xəstələrə  vax-

tında  diaqnoz  qoyulmaması, 

respublikada  təsdiq  olunma-

yan 


dərmanların 

yazılma-


sı,  təyinat  vərəqəsində  olan 

dərmanlarla  xəstəlik  tarixində 

olan  dərmanların  uyğunsuzluğu 

kimi hallara yol verilməsi təəssüf 

doğurur.

Hematologiyanın  universiteti-

mizdə  yeni  bir  sahə  olduğunu 

və  Dr.  Valeh  Hüseynovun  ma-

raqlı  hesabatla  çıxış  etdiyini  də 

vurğulayan  S.Musayev  əsas 

diqqətin bu sahənin tam forma-

laşmasına  yönəldiyini  söylədi: 

“İnanırıq  ki,  bu  şöbə  təkcə 

universitetimizdə  deyil,  respub-

likada fərqli fəaliyyəti ilə seçilən 

bir  şöbəyə  çevriləcək.  Hema-

tologiya  şöbəsinin  yaradılması-

nın,  təkmilləşdirilməsinin,  yeni 

müalicə  üsullarının  tətbiqinin 

daim  universitetin  rektoru,  aka-

demik  Əhliman  Əmiraslanovun 

diqqət mərkəzində olduğunu və 

məhz  onun  dəstəyi  və  köməyi 

ilə  bu  qədər  müasir  tibbi  cihaz 

və  avadanlıqların  alınmasının 

mümkün  olduğunu  xüsusi  qeyd 

etdi.  Bu  məqsədlə  xeyli  müasir 

cihaz  alınıb.  Kök  hüceyrələrin 

saxlanılması,  onların  dondu-

rulması  üçün  cihazlar  Ame-

rika 

Birləşmiş 



Ştatlarından 

gətirilmişdir.  İndi  hematologiya 

şöbəsinin  tələb  olunan  stan-

dartlara  uyğun  şəkildə  yenidən 

qurulması,  hepafiltr  sisteminin 

quraşdırılması 

istiqamətində 

hazırlıq  işləri  gedir.  Bütün  işlər 

Türkiyənin  və  Azərbaycanın  bu 

sahədə  ixtisaslaşmış  şirkətləri 

tərəfindən  həyata  keçiriləcək, 

şöbədə bu xəstələr üçün xüsusi 

steril  şərait  yaradılacaq.    Çün-

ki  hematoloji  xəstələr  patogen 

mikroorqanizmlərdən tam təcrid 

edilməlidir.  Yəni  müalicədən 

öncə  belə  xəstələrin  immuniteti 

sıfırlanır. Bu mərhələdə hər han-

sı  infeksiya  dəhşətli  nəticələrə 

gətirib çıxara bilər”.

S.Musayev  bu  istiqamətdə 

görülən  bütün  işlərin  təsdiq 

olunmuş  plana  müvafiq  olaraq, 

sentyabr ayında başa çatacağı-

na əminliyini vurğuladı və çıxışı-

nın sonunda məzuniyyətə çıxan  

tibbi  personala  mənalı  istirahət 

arzuladı.



Arif MƏMMƏDLİ

“HEMATOLOGİYA ŞÖBƏSİ RESPUBLİKA 

ƏHƏMİYYƏTLİ BİR ŞÖBƏYƏ ÇEVRİLƏCƏK”

T i b b i     ş u r a n ı n   y ı ğ ı n c a ğ ı n d a 

Azərbaycanda ilk dəfə «Kök hüceyrə transplantasiyası» 

    ATU-nun  Tədris  Cərrahiyyə 

Klinikasında  Azərbaycanda  ilk 

dəfə  olaraq  qaraciyər  xəstəsinə 

“Kök  hüceyrə  transplantasiyası” 

əməliyyatı həyata keçirildi.

ATU-nun mətbuat xidməti

http://www.amu.edu.az

10 iyul  2015-ci il

4

Yay  mövsümü  başlayıb... 



Universitet 

şəhərciyində 

abad lıq    və  tələbə  yataqxa-

nalarında  tikinti-təmir  işlərinin 

aparılmasına  start  verilib.  Bu 

ilin  başlanğıcından  indiyədək 

xeyli  cari  və  əsaslı  təmir 

işləri  görülüb.  Görülən  işlərlə 

əlaqədar  ətraflı  məlumat 

əldə etmək üçün universitetin 

inzibati-təsərrüfat  işləri  üzrə 

prorektoru  Aydın  Vəliyevlə  5 

saylı yataqxada görüşdük. Ya-

taqxanada  əsaslı  təmir  işləri 

aparıldığından  Aydın  müəllim 

təmirin  gedişi  ilə  maraqlanır, 

işçilərə lazımi göstərişini verir-

di. Onunla söhbətimiz zamanı 

son 6 ayda görülən işlərə qısa 

bir ekskursiya etdi. Bildirdi ki, 

patoloji-morfoloji  laboratori-

ya  yenidən  təmir  olunaraq 

istifadəyə  verilib və laboratori-

yanın  həyətyanı sahəsi abad-

laşdırılıbdır. Bundan əlavə “20 

Yanvar” şəhidlərinin xatirəsinə 

ucaldılmış 

abidənin 

yeri 

dəyişdirilərək təmir olunubdur. 



Müsahibimiz Onkologiya Kli-

nikasının  klinik  və  biokimyəvi 

laboratoriyasının  əsaslı təmir 

olunduğunu  və  inzibati  bina-

nın  kosmetik  rəngləndiyini  də 

diqqətimizə  çatdırdı.  İngilis 

dili kafedrasında təşkil olunan 

kompyuter  zalının  17  ədəd 

kompyuterlə  təchiz  edildiyini 

qeyd etdi.  Bütün kafedraların 

reaktiv və avadanlıqlarla təmin 

edildiyini, ümumi yataqxanala-

rın daim nəzarətdə olduğunu,  

zərurət yarandığı zaman təmir 

işlərinin  aparıldığını  bildirdi. 

Hazırda 2 saylı tədris binasının 

3 otağında təmir işlərinin get-

diyini  də  diqqətimizə  çatdırdı: 

“Hazırda olduğunuz bu 5 saylı 

yataqxanada əsaslı təmir işləri 

aparılır. Hər şey dəyişdirilərək 

yenisi  ilə  əvəz  olunur.    Qapı-

pəncərələr,  lift    yenilənibdir. 

Həm  bu  yataqxana,  həm  də 

Onkoloji  Klinikanın  klinik  və 

biokimyəvi laboratoriyası LED 

sistemi  ilə  işıqlandırılacaq. 

Tələbələrin 

təhlükəsizliyini 

təmin  etmək  üçün  yataqxana 

kameralaşdırılıb.  Onlar  üçün 

buraxılış sistemi tətbiq oluna-

caq.  Burada  yaşa-

yan  tələbələr  onlara 

verilmiş  kart  vasitəsi 

ilə  binaya  daxil  ola-

caqlar.  Bu  sistem 

vasitəsi  ilə  yataqxa-

naya kənar şəxslərin 

daxil  olmasının  qar-

şısı alınacaqdır”.    

Prorektor 

istər 

abadlıq, 



istər sə 

də  aparılan  təmir  işlərində 

kənardan işçi qüvvəsinin  cəlb 

edilmədiyini,  işlərin  univer-

sitetin  təmir-tikinti  şöbəsinin 

işçiləri  tərəfindən  həyata  ke-

çirildiyini də qeyd etdi. Fəalliq 

göstərən  və  fərqlənənlərdən  

Hüseyn Hacıyev, Anar ismayı-

lov, Arif Cəfərov, Hafiz Xəlilov, 

İlqar Mayılov, Elçin və başqa-

larının adlarını çəkdi.   

Aydın  müəllim  həmçinin 

yeni  tədris  ilinədək  görüləcək 

işlərdən  də  danışdı.  Bildirdi 

ki,  5  saylı  tədris  korpusunun 

bütün  sanitar  qovşağı  əsaslı 

təmir  olunacaq,  istilik  sistemi 

və  su  təchizatındakı  mövcud 

problemlər  aradan  qaldırıla-

caq. Buna görə 1500 metr bo-

runun  dəyişdiriləcəyini,  700-ə 

yaxın yeni radiatorun quraşdı-

rılacağını bildirdi: “Bu mövsim 

kitabxananın,  2  saylı  yataq-

xananın,  idman  kompleksinin 

hissə-hissə  əsaslı  təmiri  də 

nəzərdə  tutulub.  Yataqxana-

ların  əksəriyyətində  elektrik 

və qaz sobaları dəyişdiriləcək. 

İngilis  dili  kafedrasında  əlavə 

kompyuter  zalının  hazırlana-

ması  və  sentaybr  ayınadək 

təhvil verilməsi də nəzərdə tu-

tulub. Qazanxanada da əsaslı 

təmir işlərinə ehtiyac var. Qış 

mövsüminədək    bu  problemi-

mizi də aradan qaldıracağıq”. 

Prorektor  universitetin  rek-

toru,  akademik  Əhliman 

Əmiraslanovun 

universitet 

həyatına  göstərdiyi  diqqət 

və  qayğıdan  da  söz  açdı  :  “ 

Universitet  şəhərciyində  apa-

rılan  tikinti  və  abadlıq  işləri 

hörmətli  rektorumuzun    daim 

diqqətindədir.  Onun  əsas 

istəyi  odur  ki,    görüləcək  bu 

işlərin  fövqündə  tələbələr  sa-

vadlı  mütəxəssis  kimi  yetiş-

sin,  xalqa,  cəmiyyətə  yararlı 

vətəndaş olsunlar.”


Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə