V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
Gasimov-informatika-darslik (1)

Windows 98
əməliyyat sistemi Windows 95 əməliyyat 
sisteminin genişləndirilmiş formasıdır. Bu sistemdə Internet 
beynəlxalq kompüter şəbəkəsinə qoşulmaq üçün zəruri olan 
proqramlar, drayver və utilitlər reallaşdırılmışdır. Windows 98 


73 
sistemində setup proqramı, istifadəçi interfeysi və s. komponentlər 
daha da təkmilləşdirilmişdir. 
Windows 98 sistemində yeni kompüter qurğularının 
qoşulması və idarə edilməsi prosesi avtomatlaşdırılmış və 
intellektuallaşdırılmışdır 
(konfiqurasiyanın 
və 
enerji 
ilə 
qidalanmanın idarə edilməsi, Win32-drayver modeli, bir neçə 
monitorun qoşulması və s.).
Windows 98 sistemindən başlayaraq reallaşdırılmış Plug and 
Play texnologiyası kompüterin resurslarının, ona qoşulmuş 
qurğuların düzgün işləməsinə, onların avtomatik təyin edilməsinə, 
quraşdırılmasına və ya silinməsinə, diaqnostikasına və fəaliyyətinə 
nəzarət etməyə imkan verir. Belə ki, kompüter yükləndikdə ona 
yeni qoşulan qurğu avtomatik olaraq tanınır, qurğunun bütün 
lazımi drayverləri yüklənir və ya onların yüklənməsi üçün 
istifadəçiyə müraciət olunur və bu məqsədlə ekranda zəruri 
məlumatlar çıxır. 
Plug and Play texnologiyası Windows 98-in elektrik 
qidalanma parametrlərindən istifadə edir və onları nizamlayır. 
Nasazlıq yarandığı zaman hadisələr jurnalında onlar haqqında 
sistem tərəfindən qeydlər aparılır.
Bunlardan əlavə, kompüter şəbəkələri ilə iş sahəsində 
Windows 98 sisteminin tərkibinə yeni protokolları daxil 
edilmişdir: NDIS 5.0, Windows Sockets 2.0 (Win Sock 2.0), 
RSVP protokolou, ISDN-lə iş, çoxkanallı PPP, PPTP (virtual 
xüsusi şəbəkə protokolu), DFS (paylanmış fayl sistemi) və s. 
Windows NT
sistemi kompüter şəbəkələrinin yaradılması 
üçün zəruri imkanlara malikdir. Bu sistemdə «klient-server» 
texnologiyasına əsaslanan bir çox şəbəkə protokolları 
reallaşdırılmış və serverlər üçün zəruri olan proqram təminatı 
onun tərkibinə daxil edilmişdir. Windows NT həm işçi stansiya, 
həm də serverlərdə istifadə üçün nəzərdə tutulmuş iki variantda 
(Windows NT Workstation
 
və Windows NT Server) hazırlanaraq 
istifadəyə verilmişdir. Kompüter şəbəkələrində, eləcə də 
Internetdə müxtəlif xidmətlərin qurulması və həyata keçirilməsi 


74 
üçün müvafiq server proqramları Windows NT Server 
komplektinə daxildir. Windows NT sistemi istifadəçilərin idarə 
olunması, onların sistemə əlavə edilməsi, pozulması, səlahiyyət və 
hüquqlarının dəyişdirilməsi, sistem resurslarına girişlərin 
məhdudlaşdırılması və s. imkanlara malikdir. Bundan əlavə
sistemdə təhlükəsizlik, o cümlədən informasiya təhlükəsizliyi 
məsələlərinin həlli yüksək səviyyədə nəzərə alınmışdır.
Windows 2000
 
əməliyyat sistemi Windows 95/98 və 
Windows NT sistemlərinin bir çox xüsusiyyətlərini özündə 
birləşdirir, ümumi görünüşünə və yerinə yetirdiyi funksiyalara 
görə Windows 95/98 sisteminə, şəbəkə, təhlükəsizlik və digər 
imkanlarına görə isə Windows NT sisteminə daha yaxındır. 
Hazırda Windows 2000 sisteminin bir neçə variantı istifadə 
olunur: 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin