Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?



Yüklə 27,62 Kb.
səhifə1/2
tarix28.04.2023
ölçüsü27,62 Kb.
#103975
  1   2
Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq


Uşaqlarımızı gələcəyə necə hazırlamalıyıq?
Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.
Əlbəttə, hər bir evdə dünyaya aid işlərdən, həyatla əlaqədar məsələlərdən də bəhs edilir. Ancaq uşağın yanında bu məsələlərdən danışarkən onu həmişə nəzərə almaq lazımdır. Üstəlik mümkündürsə, valideynlər və böyüklər onun yanında ona aidiyyəti və faydası olmayan məsələlər barəsində danışmamalı və mənfi təsir edən mövzulardan əsla söz açmamalıdır. Müəyyən bir dövrdə onun ruhunda və qəlbində cücərib böyüyəcək xüsuslar həssaslıqla seçilməli və o, gücü çatmayan məsələlərlə üz-üzə qoyulmamalıdır. Evdə, iş yerində, xülasə, onlar nə vaxt yanımızdadırlarsa, dilimizdən çıxan hər sözdə, hər hərəkətimizdə onları nəzərə almağa borcluyuq.
Onların yanında hər sözümüz, hər söhbətimiz imkan daxilində Allah, Ona iman, Onun nemətləri və İslamiyyət haqqında olmalıdır. Valideynlər bir prinsip olaraq evdə uşaqların yanında məhz gələcəkdə onlarda görmək istədiyi xüsusiyyətlərdən, hal və davranışlardan bəhs etməlidir ki, uşaqlar da valideynləri üçün vacib məsələlərin nə olduğunu eşidə-eşidə, görə-görə, o şüurla böyüsünlər. Valideynlər bu tövsiyələri qəbul və tətbiq etsələr, uşağın gələcək problemlərinin böyük bir qismi həllini tapmış olacaq. Əlbəttə, daha sonrakı dövrlərin də öz problemləri vardır, yeri gəldikcə onlardan da bəhs edəcəyik.
Mərhəmət və şəfqətdə meyar
Bu başlıq altında uşaqlarda mərhəmət və şəfqət hissinin inkişaf etdirilməsi, onların bir mərhəmət timsalı kimi yetişdirilməsi mövzusuna toxunmaq istəyirik. Bu mövzuda da yenə ən səmərəli metod nümunə olmaqdır. Qapıya gəlib yardım üçün əl açan bir adama ərin xanımından əvvəl, yaxud evin xanımı əri ilə birlikdə, hər ikisi olanı-qalanı ilə yardım etməyə tələsməsi, onun dərdinə şərik olub qayğı ilə dinləməsi uşaqların şəfqət hissinə yiyələnməsi baxımından təsirli nümunədir.
Uşaqların şəfqət hissini irsi yolla əldə etməsi də mümkündür. Məsələn, bəzi uşaqlar hələ kiçik yaşdan kövrək olurlar. Bu hal onların daha sonralar bir az həssas, incə, ürəyiyuxa olacağından xəbər verir. Hərçənd, bəzən onlar da sırf diqqət cəlb etmək, istədiklərini valideynlərdən qoparmaq üçün özlərini ağlayırmış kimi göstərirlər, amma incəlikdən doğan göz yaşı həmişə fərqli olur. Uşaqların əliaçıq, ürəyiaçıq, comərd, riqqətli, şəfqətli olmasını düşünürüksə, ailəmizin isti, mehriban olmasını və ətrafa şəfqət rayihələri saçmasını təmin etməliyik.
Uşağın xəsis, xalq deyimi ilə desək, əlibərk, dünyagir, maddiyyat düşkünü kimi böyüməsi şəraitdən asılı olaraq eqoist, mənfəətpərəst, həris, zorba və üsyankar bir adama çevrilməsinin ilkin səbəbləri hesab edilir. Əgər belə bir uşaq ilahi əxlaq çərçivəsində tərbiyə edilmir, yetişdirilmirsə, bu hal onun həm dünya, həm də axirətdə bədbəxtliyə düçar edə bilər.
Bəli, mərhəmət və şəfqət çox önəmlidir. Comərdlik və cavanmərdlik bu fəzilətin bir təzahürüdür. Şəfqət qəhrəmanları həmişə qazanır, mərhəmətsizlər isə itirirlər. Comərd adam fasiq olsa belə, yenə Cənnətə gedə bilər. Xəsis isə mömin belə olsa, Cənnətə getmə ehtimalı çox azdır. Ona görə də uşaqlarda şəfqət və acıma hissi inkişaf etdirilməli, yardımsevərlik və yaxşılıq etmə duyğusu gücləndirilməlidir ki, hərislik edib dünyadan dördəlli yapışmasınlar, Allahı və insanları unutmasınlar. Uşağa möhtaclara kömək etməyi öyrətməlisiniz ki, maddiyyat hərisi olmasın, ruhən, mənən, qəlbən, həyatın həqiqəti etibarilə Allaha bağlı yaşasın. Ancaq unutmayaq ki, yardımsevərlik xüsusiyyətini əməli olaraq göstərmədən, əməlləri sözlərlə dəstəkləmədən uşaqlara aşılmaq qeyri-mümkündür. Fəzilətləri davranışlarımızla təlqin edərkən sözlərimiz də onlara mələklərin pıçıltısı təsirini bağışlayacaqdır.

Yüklə 27,62 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin