1.Məktəbə hazırlığın mühüm göstəricisi kimi ixtiyariliyi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu ona görə zəruridir ki, uşağın məktəbdə məşğul olacağı fəaliyyət növü-təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını tələb edir.
2.Uşağın məktəbə hazırlığını xarakterizə edərkən nəzərə alınması zəruri olan ikinci mühüm göstərici əyani-obrazlı təfəkkürün inkişaf səviyyəsindən ibarətdir. Burada təsviri vasitələrin təhlili, quraşdırılması və tətbiqi ilə əlaqədar işlərin yerinə yetirilməsinə fikir verilməlidir.