Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə2/257
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#36084
1   2   3   4   5   6   7   8   9   ...   257
Ümumi,yaş və ped.psixologiya TƏZƏ

1.Psixi proseslər

2.Psixi hallar

3.Psixi xassələr

Psixi proseslər psixi faktın dinamikasını ifadə edir. Psixi proseslərə idrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül), emosional proseslər (sevinc, kədər, qəm, nifrət, məhəbbət) və iradi proseslər (çətinliklərin aradan qaldırılması, motivlər mübarizəsi, davranışın tənzimlənməsi, qərar qəbul edilməsi və s.) aiddir.

Psixi hallar psixi faktın nisbi davamlığını ifadə edir. Psixi hallar insanın psixi vəziyyəti ilə bağlıdır. Psixi hallara şən əhval, dalğınlıq, affekt, ehtiras, stress, inamsızlıq, şübhə və s. misal ola bilər.

Psixi xassələr psixi faktın sabitliyini ifadə edir. Temperament, xarakter və qabiliyyətlər əsas psixi xassələrdir. İnsanın əqli keyfiyyətlərini və emosional xassələrini də psixi xassələrə aid edirlər. Bunlar isə öz əksini fəaliyyət və ünsiyyətdə tapır.

Psixi proseslər, psixi hallar və psixi xassələrin hamısına birlikdə psixika və ya psixi hadisələr deyilir. Psixi hadisələr heyvanlarda da təzahür edir. Buna görə də psixologiya baxmayaraq ki, insanı öyrənir, eyni zamanda heyvanların da psixikasını, onun təzahürünü, dəyişməsini, təkamülünü, insan psixikası ilə heyvan psixikasının fərqini tədqiq edir. Psixoloqların tədqiqatları əsaslı surətdə göstərir ki, psixika fəaliyyət və ünsiyyət prosesində formalaşır. Deməli, psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Beləliklə, psixologiyaya tərif versək belə deyə bilərik.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin