Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Qida borusunun distal hissəsinin yanıq strikturasının cərrahi müalicəsi



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə11/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   7   8   9   10   11   12   13   14   ...   292
2020-02-19 14-56-56

51) Qida borusunun distal hissəsinin yanıq strikturasının cərrahi müalicəsi 
zamanı seçim əməliyyatı hansıdır? 
A) Antireflüks əməliyyatı 
B) Qida borusunun plastikası 
C) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı 
D) Ezofaqofundorafiya 
E) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya 


Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
52) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı ən çox hansı 
orqanlar zədələnir? 
A) Qida borusu 
B) Diafraqma 
C) Öd kisəsi 
D) 12 barmaq bağırsaq 
E) Mədə 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
53) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı öd daşı xəstəliyi ilə 
yanaşı gedərsə hansı əməliyyat icra olunur? 
A) Xolesistektomiya və fundoplikasiya 
B) Xolesistektomiya və diafraqma ayaqcıqlarının tikilməsi 
C) Fundoplikasiya 
D) Xolesistektomiya və Dor əməliyyatı 
E) Xolesistektomiya 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
54) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən effektiv cərrahi 
müalicə üsulu hansıdır? 
A) Hill əməliyyatı 
B) Qastropeksiya 
C) Diafraqma dəliyinin tikilərək daraldılması 
D) Fundoplikasiya 
E) Ezofaqofundorafiya 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 
55) Diafraqmanın relaksasiyasının səbəbi ən çox nə olur? 
A) Diafraqmal sinirin zədələnməsi 
B) Azan sinirin zədələnməsi 
C) Ümumi peritonit 
D) Qonşu orqanlarda inkişaf edən bədxassəli törəmələr 


E) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı 
Ədəbiyyat: Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, 
Киев,1987,566с. 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin