Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün



Yüklə 61,71 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix14.04.2017
ölçüsü61,71 Kb.
#13986
  1   2   3   4   5   6   7   8   9   ...   17

5
ÖN SÖZ
Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində özü nün 
təkmil dövlətçilik fəlsəfəsində humanizm, sosial ədalət və insanpər vərlik prin­
sip lərinə  əsaslanmış,  milli  və  bəşəri  ideallara  bağlı  olmuşdur.  Ulu  Öndərimiz 
hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin 
başlıca  vəzifəsi  saymışdır. Azərbaycan  bu  gün  məhz  Ulu  Öndərin  dövlətçilik 
ideallarına sədaqət nümayiş etdirərək, nailiyyətlərini gün bəgün zənginləşdirir. 
Ulu Öndərin əsasını qoyduğu çoxşaxəli və effektli islahatlar kursu Prezident 
İlham Əliyev tərəfindən dönmədən, ardıcıllıqla, yeni dünya nizamının tələblərinə 
uyğun  tərzdə  davam  etdirilir.  Dövlət  başçısı  Heydər  Əliyev  dühasından,  onun 
müqayisəyəgəlməz  siyasi  və  dövlətçilik  təcrübəsindən  qədə rincə  bəhrələnərək 
xalqımızı inamla xoşbəxt gələcəyə doğru aparır. İqtisadi inkişaf yolu ilə dövlət 
müstəqilliyimizin  daha  da  möhkəmləndirilməsi,  milli  mədəniyyətimizin  qoru­
nub inkişaf etdirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, ölkə­
mizin dünya birliyində layiqli yerini tutması baxımından mövcud siyasi kursun 
müstəsna əhəmiyyəti praktik surətdə təsdiqini tapır.
Müasir Azərbaycan  məhz  Ulu  Öndər  Heydər  Əliyevin  müəyyənləşdirdiyi 
inkişaf yolu ilə nurlu sabahına doğru sürətlə irəliləyir. Bu yolda geriyə boyla­
nan hər kəsin gözləri önündə Ulu Öndərin millət və xalq qarşısındakı misilsiz 
xidmətləri canlanır. Bir daha aydın olur ki, ölkəmizin tərəqqisinin yeganə yolu 
məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi və Ulu Öndərin sağlı­
ğında həyata keçməyən ideyalarının ardıcıl surətdə gerçəkləşdirilməsidir. Ulu 
Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş 
təbliğ olunaraq  praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir 
qloballaşma dövründə xüsusən aktualdır. 
Heydər Əliyev Fondu hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu Öndərin 
zəngin  dövlətçilik  irsinin  öyrənilməsi  və  gənc  nəslə  təlqin  edilməsi,  onun 
ölməz  ideyalarının  gerçəkləşdirilməsi  prosesində  yaxından  iştirak  etmişdir. 
Fond geniş ictimaiyyətlə əlaqələri möhkəmləndirməklə Azərbaycanın hərtərəfli 
inkişafına, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar edilməsi prosesinə layiqli 
töhfəsini verir.
Millətin işıqlı gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inam la 
həyata  keçirən  Heydər  Əliyev  Fondu  qısa  müddətdə  bir  çox  insanların  ümid 
yerinə çevrilmişdir. Ulu Öndərin ölməz ideyalarının layiqli daşıyıcısına çev ril­
miş Fond hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, prob­
lemlərinin  operativ  həllinə  maddi­mənəvi  dəstək  verir.  İnsanlara  ən  müxtəlif 

6
səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin 
əxlaqi­mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. 
2004­cü  ildə  YUNESKO­nun,  2006­cı  ildə  isə  İSESKO­nun  xoşməramlı 
səfiri kimi yüksək titula layiq görülmüş Mehriban xanım Əliyevanın özünün də 
vurğuladığı kimi, Fondun çoxşaxəli fəaliyyətinin bir başlıca qayəsi var – insanlara 
təmənnasız yaxşılıqlar etmək. 
Fondun prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, başqalarına 
yaxşılıq ömrü boyu onun üçün ümdə anlayışlara, ülvi insani keyfiyyətlərə çev­
rilmiş, eyni zamanda bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prin­
sipi dayanmışdır.
Mehriban xanım Əliyeva hələ 1995­ci ildə təsis etdiyi Azərbaycan Mədə­
niyyətinin Dostları Fondu ilə öz həyat amalını, istəyini müəyyən etmişdir: milli 
mədəniyyətimizin inkişafına kömək göstərmək, xalqımızın dəyərli mədəniyyət 
nümunələrinin xaricdə təbliğini dəstəkləmək.
Dünyanın  nüfuzlu  mədəniyyət  qurumu  –  YUNESKO­nun  Azərbaycanın 
Birinci xanımına göstərdiyi yüksək etimad təkcə bir fərdin deyil, ümumilikdə 
respublikamızın  uğuru  olmaqla  bərabər,  həm  də  müasir  dünyanın  xalqımızın 
milli mədəniyyətinə, folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək 
diqqətin ifadəsidir. 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  xanım  Əliyeva  xalqımı­
zın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi­intellektual və mədəni 
mülkiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün geniş­
miqyaslı işlər görmüşdür. 
Heydər  Əliyev  Fondunun  fəaliyyət  prioritetləri  sırasında  elm  və  təhsilin 
mühüm yer tutması qətiyyən təsadufi deyil. Ulu Öndərin ideyalarını əldə rəhbər 
tutaraq  onların  gerçəkləşdirilməsinə  çalışan  Fond,  bir  zamanlar  vətənpərvər 
ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək kimi çətin 
və şərəfli missiyanı öz üzərinə götürmüşdür.
Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri 
yüksək  qiymətləndirən  İSESKO­nun  rəhbəri  Əbdüləziz  bin  Osman  əl­Tüveycri  
ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyanın yerinə 
yetirilməsində şəxsi nümunə göstərdiyini bildirmişdir. Azərbaycanın Birinci xanımı 
həm də sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə İslam Konfransı 
Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür. 
“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi Azərbaycan Diabet Cəmiyyəti 
və  Danimarkanın  “Novo  Nordisk”  şirkəti  ilə  birgə  əməkdaşlıq  nəticəsində 
həyata keçirilmişdir. 
Azərbaycan  talassemiya  xəstəliyinin  geniş  yayıldığı  ölkələrdən  biri  hesab 
olunur.  Layihə  çərçivəsində  müasir  avadanlıqla  təchiz  olunmuş  Talassemiya 
Diaqnostika Mərkəzi yaradılmışdır. 

7
Səhiyyə  məsələləri  ilə  bağlı  Fonda  ayrı­ayrı  insanlardan  10  mindən  çox 
müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx 
əlaqə  qurulmuş,  lazımi  tədbirlər  həyata  keçirilmişdir.  Ürək  xəstəliklərindən 
əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsində, bir qismində isə xarici 
ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərilmişdir. 
Fond,  həmçinin,  ekologiya,  idman  və  sosial  problemlərlə  bağlı  müxtəlif 
layihələr hazırlayaraq səylə icra edir. Qurumun müxtəlif layihələrini birləşdirən 
ortaq nöqtə isə məhz milli genofondun qorunmasıdır. Bu ali mərama xidmət edən 
hər bir fəa liyyət Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət 
daşıyır.
Heydər  Əliyev  Fondunun  çoxsaylı  məqsədlərindən  biri  də  Azərbaycan 
mədəniyyətinin dünyada geniş təbliğidir. Son 10 ildə Azərbaycan Mədəniyyətinin 
Dostları  Fondunun  vasitəsilə  bu  istiqamətdə  bir  sıra  uğurlu  layihələr  həyata 
keçirilmişdir. Azərbaycan milli musiqisinin incilərindən olan muğamın inkişafı 
və təbliği ilə bağlı ciddi addımlar atılmışdır. 
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində YUNESKO­nun Baş 
direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin 
təməli qoyulmuş və qısa zaman ərzində istifadəyə verilmişdir.
Azərbaycan muğam sənətinin inkişafı və qorunması istiqamətində “Qarabağ 
xanəndələri” musiqi albomunun nəfis şəkildə nəşr olunması, tanınmış ifaçıların 
iştirakı ilə ardıcıl olaraq muğam axşamlarının təşkili  yüksək dəyərləndirilir. 
Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin 
qorunub saxlanmasını nəzərdə tutan “Muğam­İrs”, “Muğam­Dəstgah”, “Muğam 
Ensiklopediyası”, “Muğam­İnternet”, “Muğam­Antologiya”, “Muğam dünyası”, 
“Muğam  Mərkəzi”  layihələri  silsiləsindən  “Muğam­İrs”  layihəsi  çərçivəsində 
“Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr olunmuşdur. 2005­ci 
ilin martında Parisdə YUNESKO­nun qərargahında, xoşməramlı səfirlərin illik 
toplantısında “Qarabağ xanəndələri” albomunun təqdimatı olmuşdur.
“Muğam  Ensiklopediyası”  layihəsi  çərçivəsində  Azərbaycan  muğamına 
həsr olunmuş “Muğam Ensiklopediyası”nın nəşri həm elektron, həm də kitab 
variantlarında həyata keçirilir. 
“Muğam­Antologiya”  layihəsi  çərçivəsində  isə  muğamla  bağlı  zəngin  nə­
zəri  musiqi  irsinin  qiymətli  nümunələrindən  Səfiəddin  Urməvinin,  Fəthullah 
Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görmüşdür.
Fondun təşəbbüsü ilə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi 
və qeyri­maddi irsin şah əsərləri siyahısına daxil etmişdir. 
Heydər Əliyev Fondunun dəstəyi və köməyi hesabına Gəncənin sonuncu xanı 
Cavad xanın və VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan, mənəvi­əxlaqi 
dəyərləri təcəssüm etdirən Comərd Qəssabın məzarüstü türbələrində bərpa işləri 
aparılmış, tarixi Gəncə darvazaları bərpa edilmiş, ətraf ərazi abadlaşdırılmışdır.

8
Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  BMT­nin  Cenevrədəki  ofisinin 
iqamətgahında,  Parisdə  Eyfel  qülləsi  yaxınlığında  “Azərbaycan  otağı”nın, 
“Azərbaycan Mədəniyyət evi”nin təntənəli açılışları olmuşdur.
Ermənistanın  işğalı  nəticəsində  tarixi  torpaqlarından  didərgin  düşmüş 
qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstə­
rilməsi  də  Heydər  Əliyev  Fondunun  əsas  fəaliyyət  istiqamətlərindən  biridir. 
Mehriban  xanım  Əliyeva  bu  təbəqədən  olan  vətəndaşlarımızın  problemlərini 
həssaslıqla duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli 
verməyə çalışır. 
Vaxtilə Tbilisi  şəhərində  yaşayıb­yaratmış  görkəmli Azərbaycan  ziyalıları 
Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, habelə Fətəli xan Xoyskinin, 
digər  tanınmış  simaların  qəbirüstü  abidələri  yenidən  qurulmuş  və  xiyaban 
salınmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada, Rusiya Federasiyası hökuməti 
yanında Maliyyə Akademiyasında “Beynəlmiləl dostluq klubu”, Moskva Dövlət 
Beynəlxalq  Münasibətlər  İnstitutunun  (MDBMİ) Azərbaycan  gəncləri  klubu, 
Rusiyadakı  Azərbaycanlı  Gənclərin  Əlaqələndirmə  Şurası  tərəfindən  ardıcıl 
təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri Rusiya ictimaiyyətinin ölkəmizin 
zəngin mədəniyyəti, qədim ənənələri, incəsənəti və milli mətbəxi ilə tanışlığına 
imkan  yaradır.  MDBMİ­nin  gənclər  hərəkatının  lideri  Leyla  Əliyevanın  rəh­
bərliyi ilə həyata keçirilən belə tədbirlər iki ölkə arasında münasibətlərin daha 
da yaxşılaşmasına xidmət edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr olunmuş, beynəlxalq ictimaiyyətə 
ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, 
“Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı 
erməni  təcavüzünün  nəticələri”,  “Erməni  terror  təşkilatlarının  Azərbaycana 
qarşı  fəaliyyəti”  kitabçalarından  ibarətdir.  Bu  topluların  elektron  variantları  
qanlı  soyqırımın  15  illiyində  Fondun  təşəbbüsü  ilə Avropanın  15  dövlətində 
keçirilən  soyqırımı  qurbanlarının  xatirəsini  anma  mərasimlərində  xarici  ölkə­
lərin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasi­
tələrinə, tanınmış ictimai­siyasi xadimlərə paylanılmışdır. 
Respublikanın  internet  məkanında  məlumat  bazasının  zənginliyinə  görə 
analoqu  olmayan  “Azərbaycan”  portalı  (www.azerbaijan.az)  yaradılmışdır. 
Portal 12 bölməni əhatə edir: “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”, 
“İqtisadiyyat”, “Mədəniyyət”, “Cəmiyyət”, “Dövlət hakimiyyəti”, “Azərbaycan 
beynəlxalq  aləmdə”,  “Ermənistan­Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi”, 
“İnzibati ərazi vahidləri” və “Xəritələr”. 
Respublikada kor və görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 
min nəfərdir. Onlara informasiya toplamaq və məşğulluğu artırmaq üçün əlavə 

9
imkanlar yaratmaq mexanizmi kimi İKT­dən istifadənin təşkili zəruri sayılmış, 
BMT­nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlanmışdır. 
Fondun  “Dini  tolerantlığın  ünvanı  –  Azərbaycan”  layihəsi  çərçivəsində 
Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması tamamlanmışdır. 
Dünya  yəhudilərinin  nüfuzlu  təşkilatlarından  olan  “Or­Avner”  Beynəlxalq 
Fondu ilə əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı 
ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan 
yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti 
muzeyindən ibarət kompleks tikilmişdir.
Fondun təşəbbüsü ilə Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək 
bir sıra xarici nəşrlər dilimizə tərcümə edilərək çap olunmuşdur. 
Mehriban xanım təsisçisi olduğu “Azərbaycan İRS” jurnalının 3 dildə nəşri 
ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində, xüsusən 
Rusiya və digər MDB ölkələrinin rusdilli əhalisinə Azərbaycan həqiqətlərinin 
çatdırılmasında təqdirəlayiq iş görür.
Bütün beynəlxalq əhəmiyyətli görüşlərdə, nitqlərdə Mehriban xanımın ölkə­
mizdə, eləcə də YUNESKO və İSESKO­nun xoşməramlı səfiri kimi beynəlxalq 
aləmdə  fəaliyyəti  yüksək  dəyərləndirilmiş,  bu  fəaliyyətin Azər baycanın  gələ­
cək  inkişafı  üçün  böyük  əhəmiyyət  kəsb  etdiyi  vurğulanmış,  birinci  xanıma 
ABŞ­Azərbaycan Ticarət Palatasının “2006­cı ilin xoşməramlı səfiri” mükafatı 
təqdim edilmişdir.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin 
keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011­ci 
il tarixli Sərəncamına uyğun olaraq Heydər Əliyev Fondunun həyata keçirdiyi 
tədbirlər xüsusi əhəmiyyət kəsb etməkdədir.
“Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubi­
leyinin  keçirilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  Sərən­
camına  əsasən,  şairin  yubileyinə  həsr  olunmuş  silsilə  tədbirlər  çərçivəsində 
Heydər  Əliyev  Fondunun  dəstəyi  və  Azərbaycanın  İtaliyadakı  səfirliyinin 
iştirakı ilə 2012­ci il aprelin 20­də Roma şəhərindəki məşhur “Villa Borghese” 
parkında böyük söz ustadının abidəsinin açılışı olmuşdur.
Heydər  Əliyev  Fondu,  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 
Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış böyük­
formatlı nəşrdə toplanmış  dahi Azərbaycan şairi Nizami Gəncəvinin 5 poema­
sının hər birinə yazılan ön söz əsərlərin mahiyyətini dolğun ifadə edir.
Xəlil  Yusifli,  Səməd  Vurğun,  Məmməd  Rahim, Abdulla  Şaiq  və  Mikayıl 
Rzaquluzadənin tərcüməsində təqdim olunan “Xəmsə”yə CD disk əlavə olun­
muşdur.  Diskə  Üzeyir  Hacıbəyli,  Fikrət  Əmirov,  Cahangir  Cahangirov,  Tofiq 
Quliyev, Şəfiqə Axundova və başqa görkəmli bəstəkarların Nizami Gəncəvinin 

10
sözlərinə  yazdığı  mahnı  və  romanslar,  Niyazinin  “Xosrov  və  Şirin”  operası, 
Əfrasiyab Bədəlbəylinin “Nizami” operası, Fikrət Əmirovun “Nizami” simfo­
niyası, eləcə də Qara Qarayev, Cövdət Hacıyev, Ramiz Mustafayev və başqa 
bəstəkarların dahi şairin sözlərinə xor üçün yazdığı əsərlər daxil edilmişdir.
Heydər  Əliyev  Fondu  tərəfindən  oxuculara  təqdim  olunan  yeni  nəşrdə 
“Xosrov və Şirin”  poemasının Azərbaycan dilində yeni tərcüməsi yazıldığı öl çüdə 
–  əruz  vəznində  yerinə  yetirilmiş,  dilimizin  bugünkü  tələblərinə  uyğun  ifadə 
edilmişdir. 
Yeni nəşrlər sırasında olan “Nizami məqbərəsinin tarixi və taleyi” kitabında 
dahi mütəfəkkirin məzarı üzərində XIII əsrin əvvəllərində ucaldılan məqbərənin 
tarix boyu düşdüyü müxtəlif vəziyyətlər və onun səbəbləri araşdırılmışdır. İran, 
Osmanlı  və  Rusiya  imperiyalarının  Qafqazda  yürütdüyü  siyasət  nəticəsində 
dəfələrlə bərbad vəziyyətə düşən məqbərənin zaman­zaman bərpa olunması, bu 
istiqamətdə görülən işlər barədə maraqlı faktlar öz əksini tapmışdır.
Heydər  Əliyev  Fondu  fəaliyyəti  dövründə  digər  nəşrlərlə  yanaşı,  davamlı 
olaraq Azərbaycan klassiklərinin müxtəlif əsərlərini də nəşr etdirir. Nizaminin 
yaradıcılıq manifesti sayılan “Xəmsə”nin yüksək poliqrafik nəşrini bu sahədə 
uğurlu  layihə  kimi  dəyərləndirmək  olar.  Yeni  nəşr  dünya  poeziyasında  epik­
romantik  janrın  banisi,  Şərq  intibahının  parlaq  nümayəndəsi,  mütəfəkkir  şair 
Nizami Gəncəvinin 870 illik yubileyinə layiqli töhfədir.
Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  2012­ci  il  iyunun  5­də  Sankt­
Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur. 
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse­prezidenti Leyla Əliyeva 
iştirak etmişdir. 
Leyla Əliyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına bağın 
açılışı  Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyi  ilə  Sankt­Peterburq 
Administrasiyasının daha bir layihəsidir. O demişdir: “2002­ci il iyunun 9­da 
XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt­Peterburqda abidəsinin 
açılışında  prezidentlər  Heydər  Əliyev  və  Vladimir  Putin  iştirak  etmişdilər. 
Bakıda  hazırlanmış  abidə  Azərbaycan  xalqının  Sankt­Peterburqa  hədiyyəsi 
olmuşdur”. 
Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad Ali 
Rəssamlıq Məktəbinin məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin anadan 
olmasının  870  illi  tamam  olur.  Bununla  əlaqədar,  fondun  nümayəndəliyinin 
hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraq­
mentlər  təsvir  edilmiş  pannolar  qurulmuş,  şairin  abidəsi  bərpa  olunmuşdur. 
Sankt­Peterburq  qubernatorunun  qərarı  ilə  bu  gözəl  bağa  Nizami  Gəncəvinin 
adı verilmişdir. 

11
Qeyd  etməliyik  ki,  Sankt­Peterburq  ziyalıları  Böyük Vətən  müharibəsinin 
ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə 
bu qayğıkeş münasibəti Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Heydər 
Əliyev Fondunun təşəbbüsü ilə Sankt­Peterburq şəhərində dahi Azərbaycan şairi 
və mütəfəkkiri Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidə və salınmış bağ 
Azərbaycanın möhtəşəm qədim tarixə və zəngin irsə malik olan mədəniyyətini 
təcəssüm etdirir. 
Bu  gün  Heydər  Əliyev  Fondu Azərbaycanda  yüz  minlərlə  insanın  inam  və 
etimadını  qazanmış ictimai təşkilat olmaqla yanaşı, Ulu Öndərimizin adını şərəflə 
daşıyır. 
Unutmamalıyıq  ki,  Azərbaycan  cəmiyyətinin  həyatına  və  dilimizin  lüğət 
tərkibinə daxil olan “birinci xanım”, “xoşməramlı səfir” məfhumları bilavasitə 
Mehriban xanımın adı və yüksək mənəvi keyfiyyətlərə malik olan şəxsiyyəti ilə 
bağlıdır. 
Elmar VƏLİYEV,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

12
Xanım mEhrİban ƏLİYEVa
zİYaLı soYkökƏ mƏnsubdur
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun 
və Azərbaycan  Mədəniyyətinin  Dostları  Fondunun  prezidenti, YUNESCO  və 
İSESKO­nun xoşməramlı səfiri, alim Mehriban Arif qızı Əliyeva Azərbaycanın 
görkəmli mütəfəkkiri, alimi və ədibi Mir Cəlal Paşayevin yüksək genetik xüsu­
siyyətlərinin  daşıyıcısı  olan  böyük  ziyalı  ailənin  nümayəndəsidir.  Mehriban 
xanımın babası Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti 
və  elmi  tarixində  şöhrət  tapmış  parlaq  şəxsiyyətlərdən  biridir.  O,  yetmiş  illik  
ömrünün tam yarım  əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji 
yara dıcılıq  işinə  həsr  etmişdir.  Mir  Cəlal  Əli  oğlu  Paşayev  1908­ci  il  aprel 
ayının 26­da Cənubi Azərbaycanın Əndəbil kəndində  anadan olmuşdur. Lakin 
sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və 
gənclik illərini keçirmiş olduğu doğma şəhəri Gəncəyə ömrünün sonuna qədər 
məhəbbətlə bağlı olmuşdur.
O, 1924­1928­ci illərdə Gəncə Darülmüəllim məktəbində təhsilini bitirdikdən 
sonra Gədəbəy yeddiillik məktəbində müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 
1929­1930­cu  illərdə  isə  Gəncə    şəhər  1  saylı  məktəbdə  direktor  vəzifəsində 
çalışmışdır. 
M.C.Paşayev  1930­1931­ci  illərdə  təhsilini  davam  etdirmək  məqsədi  ilə 
Kazan şəhərinə gedərək orada Kazan Pedaqoji İnstitutunun dil­ədəbiyyat fakül­
təsində təhsilini davam etdirmişdir. O, 1932­ci ildə Bakıya qayıdaraq Azərbaycan 
Dövlət Elmi­Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş, “Kommunist” 
və “Gənc işci” qəzetlərində işləmişdir. 
Mir Cəlal müəllim 1933­cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan 
şöbəsinin İctimai elmlər bölməsində elmi işçi vəzifəsində işləmiş, 1936­1941­ci 
illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmiş, 1940­cı 
ildə “Füzulinin  poetik xüsusiyyətləri”  tədqiqatına görə filologiya elmləri nami­
zədi, 1947­ci ildə isə “Azərbaycanda  ədəbi məktəblər (1905­1917)”  əsərinə görə 
filologiya elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq, alimlik fəaliyyətini 
müəllimlik sənəti ilə  əlaqəli davam etdirərək uzun müddət Respublika Elmlər 
Akademiyası  Nizami  adına  Ədəbiyyat  və  Dil  İnstitutunda  şöbə  müdiri,  1961­ci 
ildən  ömrünün  sonuna  qədər  isə  Azərbaycan  Dövlət  Universitetində  kafedra 
müdiri vəzifəsində çalışmışdır.
Ötən  əsrin  20­ci  illərinin  axırlarında  ədəbiyyata  şeirlə  gələn  Mir  Cəlalın  
bədii istedadı nəsr növündə parlamışdır. İlk hekayə və oçerkləri 1930­cu ildə 
çap  olunmuşdur.  Mir  Cəlal  ədəbiyyata  “yeniləşən  insan”  surətləri  gətirmiş, 
xüsusən  də  Azərbaycan  qadınının  taleyi,  fikri,  mənəvi  təkamülü  ədibi  ciddi 
düşündürən  problemlərdən  olmuşdur.  Bu  baxımdan  “Dəzgah  qızı”,  “Gözün 

13
aydın”, “Badamın ləzzəti”,  “Nanənin hünəri” forma və məzmun xüsusiyyətləri, 
bədii detalları, müqayisə və təsvirləri ilə olduqca cazibəlidir.  
Mir Cəlal həm də gözəl romanlar yazmışdır. Onun qələmi “Dirilən adam” 
(1934­1935), “Bir gəncin manifesti” (1939), “Açıq kitab” (1941), “Yaşıdlarım” 
(1946­1952), “Təzə şəhər” (1948­1950), “Yolumuz hayanadır” (1952­1957) kimi 
romanlar  yaratmışdır.  O, Azərbaycan  ədəbiyyatının  1975­ci  illərədək  keçdiyi 
yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mən zərəsinə, janr­
ların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar etmiş, məqalələr yazmış, 
elmi tədqiqat işləri aparmışdır.
Mehriban xanımım atası Arif Mir Cəlal oğlu Paşayev 1934­cü il fevralın 15­də 
Bakıda anadan olmuşdur.
Akademik Arif Paşayev 1957­ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu 
radiofizika ixtisası üzrə bitirmiş, 1959­cu ildən AMEA­nın Fizika İnstitutunda 
elmi  fəaliyyətə  başlamışdır.  Görkəmli  alim  1960­1964­cü  illərdə  Moskvada 
“QİREDMET” İnstitutunda aspirant olmuş, 1966­cı ildə isə “Yüksək və ifrat 
yüksək  tezliklərdə  yarımkeçiricilərin  parametrlərini  ölçmək  üçün  kontaktsız 
üsul  və  cihazların  işlənməsi”  mövzusunda  namizədlik  dissertasiyasını  uğurla 
müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Akademik Arif Paşayev dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, 
maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə 
tətbiq olunan yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız 
ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burul­
ğanlarından  istifadə  edən  qurğular,  mikrominiatür  dəqiq  çeviricilər  yaradıb 
seriya  ilə  istehsala  buraxmışdır.  Akademik  Arif  Paşayevin  əldə  etdiyi  elmi 
nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib potentləşdirilib, beynəlxalq sərgi 
və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra 
sənaye müəssisələrində tətbiq edilmişdir.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978­ci ildə “Yarımkeçiricilərin 
tədqiqində qeyri­dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi 
perspektivləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə 
edərək fizika­riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Qırx  ildən  artıq  bir  dövrdə  zədəsiz  nəzarət  yarımkeçiricilər  fizikasının  və 
ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması 
və onların tətbiqi ilə məşğul olan akademik Arif Paşayevin əsas elmi nailiyyəti 
yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının 
fiziki əsaslarını yaratması olmuşdur. Akademik Arif Paşayev ilk dəfə yarım­
keçirici  materialların  elektrofiziki  parametrlərinin  kontaktsız  ölçülməsi  üsul­
larının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaratmışdır.
Akademik  Arif  Paşayev  300­ə  yaxın  elmi  əsərin,  15­dən  artıq  kitabın 
və  monoqrafiyanın  müəllifidir.  Alim  30­dan  çox  ixtiraya  görə  müəlliflik 

14
şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və diplomlarla təltif olun­
muşdur.  Bundan  əlavə,  akademik  Arif  Paşayev  Azərbaycan  Respublikasının 
Dövlət  mükafatına,  fizika  sahəsindəki  yüksək  nailiyyətlərinə  görə  “SSRİ­nin 
ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Bey­
nəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. “VEKTOR” 
– Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın 
tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış 
alimi” beynəlxalq diplomu ilə təltif edilmişdir.
Akademik  Arif  Paşayev  1971­ci  ildən  1996­cı  ilədək  AMEA­nın  Fizika 
İnstitutunun  “Zədəsiz  ölçmə  və  nəzarətin  fiziki  üsulları”  laboratoriyasına 
rəhbərlik  etmişdir.  1996­cı  ildən  indiyədək  “Azərbaycan  Hava  Yolları”  Dövlət 
Konserni  Milli Aviasiya Akademiyasının rektorudur.  Onun  rəhbərliyi ilə aka­
demiyada tədris prosesi, elmi­metodiki işlər yüksək səviyyədə təşkil edilmişdir. 
Milli Aviasiya Akademiyasında rektor vəzifəsinə təyin edildiyi vaxtdan burada 
“İqtisadiyyat və hüquq”, “Avianəqliyyat istehsalatı”, “İxtisasartırma” kimi ka­
fedralar və yeni ixtisaslar açılmışdır. Burada ilk dəfə Azərbaycan dilində təhsilin 
aparılmasına  başlanılmışdır.  Akademiyanın  ərazisində  yeni  tədris  korpusu, 
müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana 
və s. binalar inşa edilmişdir.
Akademiyanın elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan apa­
ratların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan ro­
botların,  radiotexniki  təminat  obyektlərinin  texniki  vəziyyətinə  avtomatlaşdırılmış 
nəzarət sistemlərinin yaradılmasına və s. yönəldilmişdir. Onun rəhbərliyi altın­
da  Milli Aviasiya Akademiyası  Dövlətlərarası Aviasiya  Kom təsinin  qərarı  ilə 
“Mülki  Aviasiya  ali  təhsil  müəssisəsi”  sertifikatına  layiq  görülmüş  və  Bey­
nəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil 
edilmişdir.
Milli  Aviasiya  Akademiyasında  Azərbaycanda  analoqu  olmayan,  dünya 
standartları  səviyyəsində  şəhərciyin  salınması  işində  gərgin,  müntəzəm  şəkil­
də  aparılan  islahatlar,  təhsilin  səviyyəsinin  yüksəldilməsinə  şəxsi  nəzarət, 
aka demiyada sağlam elmi­pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mü­
təxəssislərin  ali  məktəbə  dəvət  edilməsi,  alimin  yüksək  elmi  potensiala  və 
təşkilatçılıq qabiliyyətinə malik olmasının sübutudur. Arif müəllim yüksək elmi­
praktiki  potensiala  malik  olmaqla  yanaşı,  yüksək  vətəndaşlıq,  vətənpərvərlik 
hisləri ilə yaşayıb­yaradan, respublika əhəmiyyətli işlərdə, xüsusən ölkəmizdə 
aviasiya  təhsilinin  müasir  səviyyədə  inkişafına  yorulmadan  gərgin  əmək  sərf 
edən, gənc nəslin təlim­tərbiyə işlərində, onların yüksək vətənpərvərlik ruhunda 
tərbiyə  olunmalarını  xüsusi  diqqətdə  saxlayan  qayğıkeş  rəhbər,  səmimi  insan 
və  ətrafında  olan  hər  bir  işgüzar,  yaradıcı  əməkdaşın  yaxın  məsləhətçisi  və 
köməkçisidir. Buna görə də elm və təhsilin inkişafında yüksək xidmətlərinə görə 

15
akademik Arif Paşayev 2004­cü il fevralın 15­də Vətənimizin daha bir yüksək 
mükafatına – “Şöhrət ordeni”nə layiq görülmüşdür.
Elmi  axtarışlarının  əsas  istiqaməti  yarımkeçiricilər  fizikası  və  texnikası 
olan Arif müəllim Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq 
Ekoenergetika,  Beynəlxalq  Elmlər,  Beynəlxalq  İnformasiya  akademiyalarının 
akademikidır.
Akademik Arif  Paşayev Azərbaycan  Respublikası Ali Attestasiya  Komis­
siyasının  Ekspert  Şurasının,  Tbilisi  Texniki  Universitetində  Ərazi  Şurasının 
üzvü,  AMEA­da  cihazqayırma  üzrə  Elmi  Şuranın  sədri,  Azərbaycan  Milli 
Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixti­
saslaşdırılmış  şuranın  həmsədri,  Dövlətlərarası  Aviasiya  Komitəsi  nəzdində 
aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.
Akademik Arif  Paşayevin  rəhbərliyi  altında  onlarla  aspirant  və  dissertant 
namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  O,  eyni  zamanda  iki  doktorluq 
dissertasiyasının  məsləhətçisi  olmuş,  Rusiyada,  Ukraynada,  Latviyada,  Esto­
niyada  və  Azərbaycanda  müdafiə  olunmuş  bir  çox  doktorluq  dissertasiyaları 
üzrə rəsmi opponent kimi çıxış etmişdir.
Xanım Mehriban Əliyevanın anası görkəmli şərqşünas alim Aida İmanquliyeva 
1939­cu  il  oktyabrın  10­da  Bakı  şəhərində  ziyalı  ailəsində  anadan  olmuşdur. 
Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət 
Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957­
1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb 
filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının 
Yaxın və Orta Şərq Xalqları İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonralar baş 
elmi  işçi  (1966­1976),  ərəb  filologiyası  şöbəsinin  müdiri  (1976­1988),  elmi 
işlər üzrə direktor müavini (1988­1991), həmin institutda direktor vəzifəsində 
çalışmışdır (1991­ci ildən).
“Mixail Nüayma və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqa­
ləsi “Azərbaycan” jurnalında (1964, № 12) dərc olunmuşdur. O, Livan yazıçısı 
M.Nüaymanın  bir  neçə  hekayəsini  ərəb  dilindən  ruscaya  çevirib  “Vostoçnı 
almanax”da  (Moskva,  1979, VU  buraxılış)  çap  etdirmişdir.  Müasir  ərəb  ədə­
biyyatının aktual problemləri və rus­ərəb ədəbi əlaqələri haqqında məqalələri 
dövri  mətbuatda  –  toplularda  və  elmi­kütləvi  məcmuələrdə  müntəzəm  çap 
olunmuşdur.
Azərbaycanın ictimai həyatında fəal çalışdığı üçün 1987­ci ildə Ümumittifaq 
Şərqşünaslar  Cəmiyyəti  Rəyasət  Heyətinin  üzvü  və  cəmiyyətin  Azərbaycan 
bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) 
şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda 
məruzələrlə çıxış etmişdir. 1992­ci il sentyabrın 19­da Bakıda vəfat etmişdir.

16

Yüklə 61,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin