TüRKİYƏ cumhuriYYƏTİ MƏRMƏRƏ universiteti Əlyazması hüququnda


İŞİN ÜMUMİ XARAKTERİSTİKASI



Yüklə 366,62 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix02.01.2022
ölçüsü366,62 Kb.
#1846
1   2   3   4   5   6   7   8   9   ...   15
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI 

 

      Mövzunun  aktuallığı.  Yer  kürəsində  insanların  ömrü  uzandıqca 

bud sümüyü boynu sınıqları da artmaqdadır. Bu sınıqlar bəşəriyyətin 

hal  hazırda  ciddi  sosio-iqtisadi  problemlərindən  birini  təşkil  edir. 

Əhalisi  təqribən  üç  yüz  milyon  olan  ABŞ-da  hər  il  280000  bud 

sümüyü boynu sınığı qeyd edilir və müalicəyə alınır. 2050-ci ildə bu 

miqdarın 2 qat artacaği düşünülür. (S.Terry Canale MD: Campbell’s 

Operative  Orthopaedics,  2007).  Bu  xəstələrin  xəstəxanada  yatış 

günləri onkoloji xəstələrinkindən də çoxdur.(J. Manniger, 2007). 

      Bud  sümüyü  boynu  sınıqları  müalicə  nöqtəyi  nəzərən  ortoped-

travmatoloqlar arasında həmişə mübahisə mövzusu olmuşdur və indi 

də  bu  patologiyanın  müalicəsində  kifayət  qədər  müvəffəqiyyət  əldə 

olunmamışdır. İnkişaf etmiş ölkələrdə yaşlı əhali getdikcə artmaqda 

və  osteoparozun  qabağının  alınması  üçün  istifadə  olunan  dərmanlar 

da bu sınıqların miqdarını azaltmamaqdadır. Bunun nəticəsidir ki, bu 

xəstələtin  osteoparozlu  sümüklərindəki  sınıqların  müalicəsində 

internal  fiksasiya  metodu  getdikcə  azalmaqda  və  artroplastika 

əməliyyatları isə artmaqdadır. Artroplastika əməliyyatları isə müalicə 

məsrəflərini  artırmaqdadır.(Aitken  JM,  1984;  Rehnberg  L,  1989; 

Stankewich  CJ,  1996;  Eriksson  F,  2002;  Heini  PF,  2004;  Bucholz, 

Robert  W.,  2006).  Bud  sümüyü  boyun  sınıqlarında  artroplastika 

əməliyyatlarının üstün cəhətləri olduğu kimi çatışmayan cəhətləri də 

var.( Bhandari M, 2003). 

      Bud sümüyü boyun sınıqları əksəriyyət ölkələrdə yaşı 65-dən çox 

olan   xəstələrdə artroplastika metodu ilə müalicə edilir. Bu metodla 

bud  sümüyü  başı  çıxarılır  və  nəticədə  insan  orqanizminə  aid  hissə 

metal  bir  protezlə  dəyişdirilir.  Bu  metodda  internal  fiksasiyaya 

nəzərən  daha  çoz  ağırlaşma  görülür.  Eyni  zamanda  kanallı  vintlərlə 

müqayisə  edildikdə  artroplastika  təqribən  on  qat  bahalı  metoddur. 

Meta-analiz 

təcrübələrdə 

artroplastika 

təkrar 


əməliyyatları 

azaltmasına baxmayaraq, infeksiya, əməliyyat zamanı qan itirilməsi, 

əməliyyat  vaxtını  və  ölüm  nisbətini  artırır.(Bhandari  M,  2003). 



Əvvəllər istifadə olunan kanallı vintlərlə kifayət qədər fiksasiya əldə 

edilmədiyi  üçün  bu  yaş  qrup  xəstələrin  müalicəsində  artıq  istifadə 

edilmir. 

      Digər  tərəfdən bud  sümüyü  boyun  sınıqlarının internal fiksasiya 

ilə təsbit metodlarının inkişafında təcrübələr davam etdirilmiş, ancaq 

Richards  kompressiya  mili  və  kanallı  vintlər  xaricində  əsaslı  addım 

atıla  bilinməmışdır.(Lu-Yao  GL,  1994;  Bray  TJ.,1997;  Hudson  JI, 

1998; Damany DS, 2005).  

      Xəstələrin 10-15%-ində cərrahdan asılı olmayan ağırlaşmalar baş 

verir.  Təcili  əməliyyat,  anatomik  reduksiya,  sınıq  xəttində 

kompressiya,  sərt  internal  fiksasiya  cərrahdan,  materialdan  və  sınıq 

tipindən 

asılı 

olan 


faktorlardır. 

Bud 


sümüyü 

başının 


vaskulyarizasiyasındakı  damarların  zərər  görməsi  cərrahdan  asılı 

deyil, amma uyğun olmayan reduksiya və implant çatışmazlığı bunu 

daha  da  artırır.(S.Terry  Canale  MD:  Campbell’s  Operative 

Orthopaedics,  2007).  Meta-analiz  təcrübələrdə  bud  sümüyü  başının 

avaskulyar nekrozu    11-19 % , psevdoartrozu isə 23-37 % arasında 

göstərilmişdir.(Lu-Yao GL, 1994). 

      Bud  sümüyü  boynu  sınıqlarında  internal  fiksasiyanın  mexanik 

stabilliyini  artırmaq  üçün  vintlər  üç  nöqtə  prinsipi  ilə 

qoyulmalıdır(lateral  korteks,  bud  sümüyü  kalkarı  və  subxondral 

sümük).(J.  Manniger,  2007).  Xəstələrin  çoxu  yaşlı  olduğu  üçün 

osteoparoz  nəticəsində  internal  fiksasiyanın  çatışmamazlığı  əmələ 

gəlir. Sınığın stabilliyi və bitişməsi arasında korrelyasiya təcrübələrlə 

sübut  edilmişdir.(Rehnberg  L,  1989).  İmplantın  miqrasiyasını 

azaltmaq və ikincili sınıq yerdəyişməsinin qarşısını almaq üçün bud 

sümüyü  başına  daha  möhkəm  tutuna  bilən  müxtəlif  dizaynlı  vintlər 

icad edilmiş və ya müxtəlif materiallarla (PMMA, Kalsiyum fosfat) 

vintin  tutma  gücü  artırılmışdır.(Stankewich  CJ,  1996;  Moore  DC, 

1997; Eriksson F, 2002; Mattsson P, 2003; Mattsson P, 2006)  

      Tədqiqatın məqsədi və vəzifələri. Dizayn edilən  kanallı vintin 

bud  sümüyü  başını  tutan  yivli  qismi  üzərində  dəliklər  var.  Vintin 

kanal qismi içindən bud sümüyü başına maye PMMA təzyiq altında 



inyeksiya edilərək sınığın daha yaxşı fiksə ediləcəyini düşündük. Bu 

gücləndirmə 

ilə 

implant  miqrasiyasının  və  ikincili  sınıq 



yerdəyişməsinin qabağının alınması məqsədi güddük. Eyni zamanda 

sərt  fiksasiya  ilə  xəstələrin  daha  əvvəl  mobilizasiya  ediləcəyinə 

inanırdıq.  


Yüklə 366,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin