TüRKİYƏ cumhuriYYƏTİ MƏRMƏRƏ universiteti Əlyazması hüququnda


MATERİALLAR VƏ TƏDQİQATIN METODLARI



Yüklə 366,62 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix02.01.2022
ölçüsü366,62 Kb.
#1846
1   2   3   4   5   6   7   8   9   ...   15
MATERİALLAR VƏ TƏDQİQATIN METODLARI 

 

      Təcrübədə 48 ədəd bud sümüyü başı istifadə edildi. Bud sümüyü 

başları  bud  sümüyü  boyun  sınığı  səbəbi  ilə  artroplastika  əməliyyatı 

keçirmiş  xəstələrdən  perop  alındı.  İki  planda  çəkilən  rentgenlərlə 

fokal  patologiyası  və  ya  bəd  xassəli  şişi  olan  xəstələr  təcrübədən 

çıxardıldı.(Moore DC, 1997; Augat P, 2002; Heini PF, 2004; Stoffel 

KK, 2008).  

       Alınan  bud  sümüyü  başları  izotonik  məhlulla  isladılmış 

tamponlara  bükülüb  plastik  torbalara  qoyulduqdan  sonra  -20º-də 

buzluqlara  yerləşdirildi.  Təcrübədən  24  saat  əvvəl  başlar  buzluqdan 

çıxardılıb əridildi. (Moore DC, 1997; Aminian A, 2007; Stoffel KK, 

2008). 


      Bud  sümüyü  başlarının  donu  açıldıqdan  sonra  Q-KT(general 

Electric, Hi Speed Dual) istifadə edilərək sümüyün mineral sıxlıqları 

ölçüldü.  Bu  ölçülmələr  M.U.  Xəstəxanası  Radiologiya  kafedrasının 

avadanlığından  istifadə  edilərək  həyata  keçirildi.  Eyni  və  ya  yaxın 

sümük  sıxlığı  olan  başlar  təcrübə  və  kontrol  olaraq  müqayisə 

qruplarına bölündü.(Augat P, 2002; Von der Linden P, 2006). 

      Fərqli  uzunluqda  olan  bud  sümüyü  başları  oynaq  səthindən  30 

mm proksimalda köndələn şəkildə osteotomiya edildi. Bundan sonra 

standart  metodla  skopiya  nəzarətində  bud  sümüyü  başı  osteotomiya 

səthinin  ortasından  mərkəzi  olaraq    subxondral  nahiyəyə  qədər  24 

bud sümüyü başına standart 7 mm kanallı vint və digər 24 başa isə 

dizayn  etdiyimiz              7  mm  kanallı  vint  qoyuldu.  Əvvəlcə  təcrübə 

qrupundakı bud sümüyü başlarının hərarəti termsensorla(Hand Held 

Digital  Alarm  Thermometer,  ST  9269)  ölçüldü  və  ilkin  göstəricilər 

qeyd  olundu.  Təcrübə  qrupuna  daxil  olan  24  bud  sümüyü  başına 



kanal içindən 1 ml PMMA inyeksiya edildi. Sement sərtləşərkən bud 

sümüyü başındakı hərarət yenidən təyin olundu. 

      Bundan sonra biomexaniki qüvvət tətbiqinə başlanıldı. Bu zaman 

pull  out,  cut  out  və  maksimum  ekstraksiya  torq  qüvvətləri 

dəyərləndirildi. 

      Pull  out(Çəkmə)  tersti  qrupunda  bud  sümüyü  başları  xüsusi 

hazırlanmış  fiksatorlara  təsbit  edildi.  Fiksatorun  özü  və  vint  təpəsi 

İnstron  cihazının  üst  və  alt  qısqacına  şaquli  vəziyyətdə  taxıldı. 

İnstron  cihazıyla  0.5  mm/san.  aksial  yöndə  çəkmə  tətbiq  edilərək 

maksimum tutma qüvvəti (N) ölçüldü 

      Cut  out(Kompressiya  testi)  qrupunda  bud  sümüyü  başına 

yerləşdirilən  vintin  çöldə  qalan  qismi  135º  bucaq  altında  tutucuya 

bərkidildi.  Tutucu  özü  isə  şaquli  xəttə  25º  bucaq  altında  İnstron 

cihazının alt qısqacına oturduldu. Polietilen kap İnstron cihazının üst 

qısqacına  taxıldıqdan  sonra  bud  sümüyü  başına  şaquli  vaziyyətdə 

aksial yüklənmə tətbiq edildi. Yüklənmə əvvəlcə   5 N-la başlayıb 2 

mm/dəq.  kompressiya  ilə  implant  çatışmazlığı  əmələ  gələnə  qədər 

(ən  az  5  mm)  davam  etdirildi.  Çatışmazlıq  nöqtəsi  yüklənmə-

yerdəyişmə  tablosunda  özünü  xəttin  ani  düşməsi  ilə(fiksasiya 

yerindəki sınığa və ya implant sınmasına bağlı) göstərdi. 

      Maksimum  ekstraksiya  torq(Burma)  testi  qrupunda  bud  sümüyü 

başının içinə yanlardan 10 mm  girəcək şəkildə tutqaclar taxıldı. Bu 

tutqacları birləşdirən çubuq torqmetr cihazının səkkiz bucaq açarına 

taxıldı. Qarşı tərəfdə isə bud sümüyü başına taxılmış vintin altı bucaq 

başı  torqmetr  cihazının  digər  tərəfdəki  altı  bucaq  açarına  taxıldı. 

Torqmetr cihazı ilə 4º/san. tərs istiqamətdə torq-burma (Nm) qüvvəti 

tətbiq  edildi.  Ekstraksiya  vaxtı  ən  yüksək  torq    rəqəmləri  müəyyən 

edildi. 


      SMS-ları(Sümük 

Mineral  Sıxlığı)  və  qüvvət  nəticələri 

qarşılaşdırılmasında  Unpaired  t-testi  istifadə  edildi.  Əhəmiyyət 

dərəcəsi üçün p<0.05 şərti qoyuldu. 

 

 




Yüklə 366,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin