Tourism and recreation in the XXI century: problems and prospects


Cədvəl № 1 İspaniyaya gələn turistlərin artım dinamikası



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə179/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   175   176   177   178   179   180   181   182   ...   356
Kitab Turizm

 
Cədvəl № 1 İspaniyaya gələn turistlərin artım dinamikası 
İllər 
Turist sayı (mln.) 
Əvvəlki ilə görə fərq % 
2009 
52.17 
8.8 
2011 
56.17 
6.6 
2013 
60.67 
5.6 
2015 
68.80 
5.2 
2017 
81.79 
8.6 
Mənbə: TÜROB Fuar Sonuç Raporu. 2018 Fitur. Madrid Turizm Fuarı. s. 7 
Turistlərin İspaniyaya səfər etməkdə əsas məqsədləri istirahətlə yanaşı tətil keçirməkdir. Tətil 
məqsədilə ölkəyə səfər edənlərin sayında 2017-ci ildə əvvəlki ilə nisbətən 10,5 % artım yaşandı. 71 
mln.-dan çox turist məhz bu məqsədlə ölkəni ziyarət etmişdir [5, s. 8]. Müxtəlif məqsədlərlə səfər 
edən turistlərə İspaniya turizm bazarında tətbiq edilən modellərin əsasında cəlbedici turizm təklifi 
təqdim olunur. Turizm bazarı modelinin müxtəlif nümunələrindən Azərbaycanda istifadə etmək bu 
sahədə tərəqqi etməyə imkan verə bilər. 
Sosial turizm.
İspaniyanın tətbiq etdiyi bu modeldə əsas prinsip olaraq sosial fayda qəbul edilir. 
Modeldə tətbiq edilən İMSERSO proqramına əsaslanaraq turizm obyektləri və mərkəzləri qızğın 
mövsüm olmayan dövrdə cəlbedici kompaniyalarla sosial turizm istehlakçılarına xidmət göstərir. 
Beləliklə, həm sosial turizm istehlakçıları olduqca uyğun qiymətə tətil imkanı əldə edir, həm də 
mövsüm bitdiyinə görə iş yerini tərk etmək məcburiyyətində qalan işçilərin davamlı əmək fəaliyyəti 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
143
Baku, Azerbaijan


təmin olunur [9]. İMSERSO proqramının maliyyələşdiriləməsində sosial turizm istehlakçılarının payı 
70 %, dövlət sektorunun payı isə 30% qiymətləndirilir. Proqramdan istifadə üçün bəzi şərtlər var. 
Proqram istifadəçiləri kimlər ola bilər: yaşı 65-dən çox olan İspaniya vətəndaşları; yaşı 55 və 55-dən 
çox olan, dul olduğuna görə təqaüd alan şəxslər; yaşı 60 və 60-dan çox olan, dövlət tərəfindən əlillik 
təqaüdü alanlar. Bundan əlavə, bu kateqoriyalara uyğun olan şəxslər istirahətə özləri ilə bərabər bir nəfəri 
də apara bilərlər. Həmin şəxsin də İspaniya vətəndaşı olması lazımdır. İmserso proqramı vasitəsilə oktyabr-
iyun ayları ərzində Əndəlüs, Kataloniya, Valensiya, Mursiya, Kanar və Balear adalarına səfərlər təşkil 
edilir. Turistlər 3 və 4 ulduzlu otellərdə gecələyirlər. Adətən bu növ səfərlər çarter reyslər vasitəsilə reallaşır 
və İMSERSO tərəfindən maliyyələşir. Səfərlər 8, 10,15 gün davam edə bilər. Səfər başlamamışdan 45 gün 
əvvəl 12 avro (bir şəxs üçün) məbləğində ilkin ödəniş həyata keçirilməlidir.
AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AR DTA-nin iştirakı ilə ölkəmizdə bu modelin 
tətbiq edilməsi əhalinin aşağı büdcəyə malik hissəsi uyğun qiymətlərlə turizm səfərlərində iştirak etmək 
imkanını əldə edər, həm də mövsüm bitdiyinə görə iş yerini tərk etmək məcburiyyətində qalan işçilərin 
davamlı əmək fəaliyyəti təmin olunar. Milli xüsusiyyətlər nəzərə alınaraq sosial turizm modelinin 
ölkəmizdə tətbiq edilməsi təqaüdçülər və uşaqlar üçün turizmdə mövcud olan problemləri aradan qaldıra, 
həmçinin bu sahədə müəyyən canlanmaya gətirib çıxara bilər.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin