Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə16/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   12   13   14   15   16   17   18   19   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
6
Baku, Azerbaijan


Risklərin idarəolunma sistemi mürəkkəb struktura malikdir. Bu strukturda nəinki çoxsaylı 
müxtəlif mənşəli, müxtəlif təbiətli risklərin təhlilinə eyni vaxtda baxılır, eyni zamanda həmin risklər, 
onları yaradan səbəblər qarşılıqlı təhlil olunaraq bu risklər arasında əlaqələrə baxılır. Belə 
tədqiqatlarda, təhlillərdə risklərin idarəolunma sistemində aşağıdakı aspektlərə xüsusi diqqət verilir: 
-
risklərin çoxfunksiyalılığı və universallığı – burada müxtəlif mənşəli, təbiətli risklərlə 
mübarizə aparmaq və onlardan dəyən ziyanları minimuma endirmək zəruri hesab olunur; 
-
risk modulu – burada risklərin idarəolunmasında, müxtəlif proseslərin qarşılıqlı əlaqəsi, 
konkret vəziyyətin xüsusiyyəti nəzərə alınır ki, burada istifadəçinin təlabatları öz həllini tapır; 
-
riskin idarəlunmasının yüksək nəticəsi. 
Bu xüsusiyyət özü də dəqiqlik, optimallıq, adaptasiya kimi keyfiyyəti özündə birləşdirir. Burada 
başverən gözlənilməz hadisələrə tez reaksiya vermək, optimal qərarlar çıxartmaq, praktik tədbirlər 
görmək vacib şərtlərdən hesab olunur. Bu isə, turizm şirkətini mümkün potensial ziyanlardan qoruya 
bilir. Bu tipli risklərin universal həlli turizm şirkətinin imicini artırmaqla onun etibarlığını və təbii ki, 
gəlirlərini də artırır. Risklərin belə idarə olunma sistemi turist firmalarının strukturuna daxil olunmalı, 
onların prioritet strateji istiqamətini müəyyən etməlıdir. Bu isə, turizm bazarında şirkətin reytinqini 
artıran əsas prinsiplərdən biridir. Yəni risklərin uğurlu həlli turist şitkətlərinin qeyri-müəyyənlik 
şəraitində funksional fəaliyyətinin göstəricisidir. 
Riskləri kəmiyyətlə qiymətləndirəndə statistik metoddan, ekspert qiymətləndirməsindən, analitik 
metoddan, oxşarlıq metodundan istifadə edilir [ 3 ]. 
Statistik metodda mümkün baş verən hadisələrin sayı (N) ilə, bu hadisələrdən baş verən neqativ 
proseslərin (n) nisbətindən istifadə edilir: 
(1)
Risklərin ekspert qiymətləndirilmə metodunda mütəxəssis ekspertlərin apardığı sorğulardan, 
tədqiqatlardan, onların analiz və qiymətləndirilmələrindən istifadə edilir. Bu metod daha səmərəli, 
effektli olmaqla bəzi risklərdən dəyən zərərlərin qiymətləndirilməsində daha çox istifadə edilir. 
Analitik metodda risklərin kəmiyyətlə qiymətləndirilməsi aparılır və burada iqtisadi-siyasi 
modellərdən istifadə edilir. Oxşarlıq metodunda risklərin qiymətləndirilməsində faktiki məlumatlardan 
və əvvəllər buna bənzər hadisələrdən baş verən məlumatların müqayisəli, oxşarlıq təhlillərindən 
istifadə edilir. 
Turizm sahəsində risklərin nəzərə alınması və ondan dəyən zərərlərin azaldılması qərar qəbul 
edən şəxslərin peşəkarlığından və münasibətindən çox asılıdır. Risk üzrə menecerlər mümkün risklərin 
başvermə ehtimalının düzgün proqnozunu verməli, burada böhran və qəza risklərini xüsusən 
qiymətləndirməlidir. Eyni zamanda risklərin idarə olunmasında texnoloji, iqtisadi, ekoloji təşkilatı, 
psixoloji aspektləri nəzərə almaqla risklərin proqnozuna kompleks yanaşmalıdır. Menecer 
fəaliyyətinin əsasını risklə bağlı informasiyaların toplanması və onların düzgün analizi təşkil edir. Risk 
üzrə menecer digər istehsalat sahəsində çalışanlarla risklərin düzgün qiymətləndirilməsində qarşılıqlı 
əlaqədə işləyir. Belə informasiyalarda menecer əsas informasiya mənbələrinin dəqiqliyini 
yoxlamalıdır. 
Burada menecerin maliyyə, marketinq, istehsalat, təchizat innovativ sahələrdəki səhvi risklərin 
dərəcəsinin artmasına səbəb olur. Risk menecmentin proqnozu, risk vəziyyətinin formalaşmasına 
səbəb olan turobyektin fəaliyyət tendensiyasını, risk amillərinin nəzərə alınmasına əsaslanır. Belə risk 
proqnozları turmüəssisənin fəaliyyət proqnozu ilə uyğun gəlməlidir. Proqnozun vacib hissəsi nəqliyyat 
sferası ilə bağlı olmalıdır. Turmüəssisənin effekti, fəaliyyəti risklərin düzgün proqnoz edilməsindən və 
risklərə qarşı görülən tədbirlərdən asılıdır. Risklərin azaldılması əsaslandırılmış pasional istiqamətlərin 
seçilməsinə eyni zamanda təhlükəsizliyin təmin edilməsinə olan fasiləsiz nəzarətə əsaslanır. Burada 
bütün risk yarada biləcək amillərin nəzərə alınması və onların erqonomik idarə olunmasıdır. 
Risklərdən turmüəssisələrə dəyə biləcək zərərlərin sığortasıda risk menecerlərin fəaliyyətinə daxil 
edilməlidir. 
Turizmdə risklərin qiymətləndirilməsi və proqnozu turizm şirkətlərinin fəaliyyətinin tərkib hissəsi 
hesab edilir. Risklərin ədədi qiymətləndirilməsi iki amilin nəzərə alınmasına əsaslanır [ 4 ].
1.
Hər hansı hadisənin mümkün nəticələri 
2.
Həmin hadisənin başvermə ehtimalı 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin