Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə17/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   13   14   15   16   17   18   19   20   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
7
Baku, Azerbaijan


Birinci halda hər hansı hadisədən baş verən mümkün nəticələri bütün mümkün variantların orta 
asılı kəmiyyəti kimi aşağıdakı düsturla təyin etmək olar: 
E(x)=p
1
χ
1
+ p
2
χ

(2) 
Burada, E(x)- gözlənilən nəticə, 
p
1
, p

nəticənin başvermə ehtimalı,
χ
1
, χ
2
– mümkün nəticələrin ədədi qiyməti. 
İstənilən iqtisadi xarakteristika qiymət paylanmasına malikdir. Buna görə sonrakı hesablamalarda 
dispersiyanı ortakvadratik meyletmə və ya standart meyletməni təyin etmək lazımdır. 
τ
2
= p
1
[x
1
-E(x)]

+p
2
[x
2
-E(X) ]

(3) 
Burada gözlənilən kəmiyyətdən E(x) mümkün meyletmə riskin proqnoz edilən ehtimalından olan 
fərq diapozonunu göstərir. Misal üçün turizm firmasında gəlirlə, turun günlə uzunluğu arasında olan ± 
fərq.
Bəzi hallarda belə ehtimal olunan fərqləri variasiya əmsalı kəmiyyəti ilə v=τ/x·100 xarakterilizə 
etmək olar. Variasiya əmsalı 0 ilə 100% arasında dəyişir və bu kəmiyyət nə qədər kiçik olarsa, nisbi 
risk ölçüsü bir o qədər az olar. 10%-ə qədər zəif tərəddüd, 10-25% yüksək tərəddüd hesab edilir.
Turizm risklərinin keyfiyyətli analiz metodu biznesdə risk sferasını və ya risk zonalarını müəyyən 
etməkdən ibarətdir. Turist şirkətləri hansısa fəaliyyət nəticəsində risk itkilərini planlaşdırarkən əsas 4 
zona ayrılır: 
1. Risksiz zona;
2. Risk icazə verilən zona;
3. Böhran risk zonası;
4. Hədsiz risk zonası. 
Risksiz zonada demək olar ki, heç bir hadisədən itki gözlənilmir, əksinə bəzən mənfəət artır. 
İcazə verilən risk zonası turizm şirkəti tərəfindən əvvəlcədən nəzərə alınır və burada dəyə biləcək itki, 
gəlirdən çox az təşkil edir. Böhran risk zonasında itki bəzən gəlirdən çox olur. Hədsiz risk zonasında 
itkilər bəzən elə çox ola bilər ki, o turizm şirkətinin bütün əmlakına hətta fəaliyyətinə təsir göstərər. 
Bu baxımdan əksər turizm şirkətləri birinci və ikinci risk zonalarını öz lahiyələrində iş proqramlarında 
əsas kimi qəbul edirlər və fəaliyyətlərini bu risklərə uyğunlaşdırırlar. 
Turizmdə əgər hər hansı müəssisədaxili qərar bir qrup idarəedən şəxslər tərəfindən qəbul edilərsə, 
risklərdən dəyən ziyanların qiymətləndirilməsi təcrübəli mütəxəssislərdən təşkil olunmuş ekspertlər 
tərəfindən həyata keçirilir. 
Turizmdə risklərin hesablanmasının analitik üsulu nəzəri prinsiplərə əsaslanır və bu üsul turizmdə 
çox az istifadə edilir. Çünki hal –hazırda turizm sahəsində istehsal, kommersiya maliyyə risklərinin 
hesablanması üçün tətbiqi riyazi proqramlar yoxdur. Bununla turizm xidmətlərində belə proqramların 
işlənməsində onun tətbiqinin effektivliyi nəzərə alınır. Risklərin idarə olunmasında baş verə bilən 
hadisələrdən yaranan risklərin və ya risk qruplarının proqnozlaşdırılması və bu risklərdən dəyən 
ziyanların azaldılması əsas şərtdir. Risklərin idarə olunmasında elm və tətbiqi hərəkət bir vahid sistem, 
vəhdət təşkil etməlidir. Bu xüsusiyyət bütün mümkün risklər yığımına və onun nəticələrinə kompleks 
baxmağa imkan verir. Belə hal risklərin idarə olunmasında bütövlülük, komplekslilik, sistemin 
inteqrasiyası kimi aspektləri əhatə edir. Bütövlükdə risklərin çoxluğunun ümumi qiymətləndirilməsinə 
və risklər arası əlaqə nəzərə alınmaqla neqativ nəticələrə qarşı mübarizə aparmağa istiqamətlənir. 
Komplekslikdə obyektin mürəkkəbliyi risklərarası əlaqə nəzərə alınmaqla burada bir riskdən digər 
başverə biləcək risklərdə nəzərə alınır. Sistemin inteqariyasında bütün sahələrin baş verəcək risklərə 
və ona dəyə biləcək zərərlərin qarşısını almağa olan tez reaksiyası nəzərdə tutulur. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin