Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi


Torpaqşünaslığın sürətli inkişafı, yeni-yeni sahələrin və təlimlərin yaranması



Yüklə 286,87 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix08.06.2023
ölçüsü286,87 Kb.
#127027
1   2   3   4   5   6   7   8   9   10
1.torpaqsunasliq fenninin meqsedi

9.Torpaqşünaslığın sürətli inkişafı, yeni-yeni sahələrin və təlimlərin yaranması 
mərhələsi . Bu dövr İkinci dünya müharibəsindən sonra başlayaraq XX əsrin 90-cı illərinə 
kimi davam edir. Bu mərhələdə Yer kürəsinin torpaq-bioiqlim qurşaqları və vilayətləri
torpaq zonaları, fatsiya və əyalətləri haqqında bioiqlim əsaslarda ümumi torpaq-coğrafi 
təlimin işlənmişdir. Bu mərhələnin əlamətdar cəhəti torpaqşünaslığın müxtəlif 
istiqamətlərində, ilk növbədə torpaq xəritəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın ilk 
müsbət nəticələrinin (FAO-YUNESKO-nun sifarişi ilə dünyanın torpaq xəritəsinin tərtib 
edilməsi) ortaya çıxmasıdır. 
10. Torpaqşünaslığın ən müasir inkişaf və beynəlxalq əməkdaşlıq mərhələsi. Sovet 
İttifaqı dağıldıqdan sonra müstəqil respublikalarda, o cümlədən rus və sovet 
torpaqşünaslıq məktəbləri ilə çox sıx bağlı olan Azərbaycanda torpaqşünaslıq elmi yeni 
inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrün əlamətdar xüsusiyyəti torpaqşünaslıq 
sahəsində beynəlxalq əməkdaşlığın daha da güclənməsi, dünya üzrə torpaqların vahid 
təsnifat, diaqnostika və nomenklaturasının yaradılması sahəsində beynəlxalq 
koordinasiyanın yaranması olmuşdur. 
Azərbaycanda torpaqşünaslıq elminin inkişafını bir neçə dövrə ayırmaq 
mümkündür: 
1.Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlı mərhələ. Azərbaycanda torpaqşünaslıq 
elminin inkişafında birinci mərhələ maarifçi və təbiətşünas alim Həsən bəy Zərdabinin adı 
ilə bağlıdır. H.Zərdabi torpaqşünaslıq haqqında elmi fikirlərini “Əkinçi” qəzetində
“Torpaq, su və külək” və s. nəşrlərində çap etdirmişdir. Onun torpaqşünaslıqla bağlı 
fikirləri genetik torpaqşünaslığın baniləri V.V.Dokuçayev, N.Sibirtsev və başqalarının 
müddəaları ilə demək olar ki, üst-üstə düşür. Beləliklə, H.Zərdabi Azərbaycanın ilk 
torpaqşünasıdır, torpaqlarımız haqqında ilk elmi məlumatlar ona məxsusdur. 
H.Zərdabinini torpaqşünaslıq haqqında axtarışları X.Həsənov (1972), Ş.Həsənov (2006) 
tərəfindən araşdırılmışdır.Həsən bəy Zərdabinin torpaq haqqında fikirləri əsasən dağ 



süxurlarının aşınmasından, torpaqəmələgətirən amillərdən, torpağın münbitliyindən, 
münbitliyin bərpasından (torpağın qranulometrik tərkibinin dəyişdirilməsi, meliorasiya, 
eroziyaya qarşı mübarizə və s. tədbirlərdən) ibarətdir. H.Zərdabinin torpaqşünaslıqla bağlı 
araşdırmalarında məqsəd bu elmin nəzəri məsələlərini, torpaqların genezisini işləyib 
hazırlamaq olmamışdır. Məqsəd əkinçilik mədəniyyətini yüksəltmək, torpaq 
sərvətlərindən səmərəli istifadə etmək idi.

Yüklə 286,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin