Torpaqşünaslıq fənninin məqsədi, medodları və inkişaf tarixi


 XX əsrin 45-90-cı illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti dövrü)



Yüklə 286,87 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix08.06.2023
ölçüsü286,87 Kb.
#127027
1   2   3   4   5   6   7   8   9   10
1.torpaqsunasliq fenninin meqsedi

4. XX əsrin 45-90-cı illəri (Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti dövrü). 
1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında Torpaqşünaslıq və Aqrokimya 
İnstitutunun yaradılması ilə torpaqşünaslıq elminin inkişafında yeni mərhələ başlayır. 
İnstitut Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında torpaqların tədqiqatı işlərini 
davam etdirir (H.Əliyev, K.Ələkbərov). Ölkədə kənd təsərrüfatının inkişafı ilə əlaqədar 
V.Kovdanın rəhbərliyi altında Kür-Araz ekspedisiyası Salyan, Muğan, Cənub-Şərqi 
Şirvan, Gəncə-Qazax və Mil düzlərində torpaq-geomorfoloji (V.Yeqorov, Y.Lebedev), 
torpaqların su-fiziki və fiziki-kimyəvi xassələri (S.Dolqov, N.Qorbunov), torpaq-
meliorativ rayonlaşdırılması (A.Rozanov, N.Kandorskaya) sahəsində tədqiqatlar 
aparılmışdır. Azərbaycan hökumətinin tapşırığı ilə 1952-ci ildə torpaqşünaslıq və 
Aqrokimya İnstitutunun metodiki rəhbərliyi altında bütün əkinçilik təsərrüfatlarında (5 
mln.ha sahədə) irimiqyaslı torpaq tədqiqatlarına başlanır. 
50-ci illərin sonlarında çoxillik torpaq-coğrafi tədqiqatların vacib nəticələrindən biri 
də Azərbaycanda 1:200000 miqyasında ümumiləşdirilmiş torpaq xəritəsinin tərtibidir. 
Geologiya-Coğrafiya Bölməsinin qərarı ilə çapa məsləhət görülür və 1957-ci ildə 
Moskvada rus dilində nəşr olunur (miqyas 1:500000).
XX əsrin ikinci yarısı bütövlükdə akad. H.Əliyev, V.Volobuyev, M.Salayev kimi tanınmış 
torpaqşünas alimlərin elmi fəaliyyəti ilə əlamətdar olmuşdur.
XX əsrin ikinci yarısından etibarən bütün dünyada olduğu kimi, respublikamızda da 
ekoloji problemlər ön plana çəkilir. Akad. H.Əliyevin rəhbərliyi altında meşə 
torpaqşünaslığı üzrə respublikada geniş tədqiqatlar aparılır. Torpaqların zonal yayılma 
qanunauyğunluqları, nomenklaturası və sistematikası müəyyən edilir. Subtropik və 
xüsusən üzümçülük məqsədilə ehtiyat torpaq fondu müəyyən edilir 
Keçən əsrin 70-ci illərində Azərbaycanda zəif tədqiq olunan sahələrdən biri də 
dəmyə və suvarılan torpaqların genezisi, diaqnostikası, sistematikası, təsnifatı ilə bağlı 
problemlər idi. İlk dəfə Azərbaycanın quru bozqır zonasında, bütövlükdə Kür-Araz 
ovalığında geniş çöl, stasionar və kameral torpaq tədqiqat işləri quru subtropiklərin dəmyə 
və suvarılan torpaqların dəqiq diaqnostikasını, sistematikasını və təsnifatını hazırlamağa 
imkan verdi (M.Babayev, Ş.Həsənov).


11 
70-ci illərdən başlayaraq torpaqların mineralogiyası sahəsində tədqiqatlar genişlənir, ilk 
dəfə olaraq Kür-Araz ovalığı torpaqlarının lil fraksiyalarının mineraloji, mikromorfoloji 
tərkibi, xassə və xüsusiyyətlərinə dair sanballı tədqiqat işləri aparılır və ayrı-ayrı 
torpaqəmələgətirən süxurlar üzərində torpaqəmələgəlmənin istiqaməti müəyyənləşdirilir 
(İ.Ş.İsgəndərov). Bu tədqiqatlar əsasında “Azərbaycanın əsas zonal torpaq tiplərinin 
mineraloji tərkibi” adlı monoqrafiya çap olunmuşdur (1987).

Yüklə 286,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin