Torpaqəmələgətirən amillər. Plan


İqlim torpaqəmələgəlmə amilidir



Yüklə 31,24 Kb.
səhifə2/9
tarix02.01.2022
ölçüsü31,24 Kb.
#39333
1   2   3   4   5   6   7   8   9
1 torpaqəmələ gətirən amillər

1. İqlim torpaqəmələgəlmə amilidir

Torpaqəmələgəlməsində iqlimin rolu qazların (O2, N2 , CO2 ), su buxarının və günün radiasiyasının torpağa təsirində özünü biruzə verir. Bu təsirlərin istiqamətləri və dərəcələri atmosfer iqliminin təsirindən asılıdır.

Atmosfer iqlimi adətən yer kürəsinin hər hansı nöqtəsində orta qiymətləri ilə atmosferin sutkalar, mövsümlər və bütöv illər ərzində tərəddüdlərinin amplitudasını verən başlanğıc və son göstəricilərinə xarakterizə olunan orta vəziyyətinə deyillir.

Günəş radiasiyası yer səthi tərəfindən onun “ fəaliyyətdə olan qatı ” tərəfindən udulur. Sonra tədricən buraxılır və atmosferi qızdırır. Yağmurların rütubəti torpağa düşür və bitkilər tərəfindən udulur və transpirasiya vasitəsilə yaxud fiziki buxalanma vasitəsilə yenidən atmosferə qayıdır. Beləliklə atmosferlə- torpaq arasında istilik – rütubət mübadiləsi yaranır. O atmosferin cərəyan etməsinin ümumi qanunlarından asılı olaraq hava kütlələrinin qarışması nəticəsində mürəkkəbləşir. Bu mübadilə prosesində torpağın mühüm xassəsi olan hidrotermiki rejimi yaranır.

V.V. Dokuçayev iqlimin torpaq əmələgəlməsinə, habelə relyefin inkişafına, xüsusilə bitkilər və heyvanlar aləminin formalaşmasına hərtərəfli təsiri olduğunu göstərmişdir.

Temperatur şəraitlərinin və rütubətin müəyyən qaydada qruplaşmaları, üzvi maddələrin yaranma və parçalanma sürətinin, habelə aşınma və torpaqəmələgəlmə proseslərinin sürəti və xarakterini müəyyən edir. Məlum olduğu kimi temperatur yüksəldikcə suyun ionlaşması artır və kimyəvi reaksiyaların sürəti böyüyür. Torpaq kollidlərinin özlərini necə aparmaları və torpaq strukturunun yaranması temperaturdan və rütubətdən asılıdır.

Torpaq proseslərinin təkini almaq üçün torpağın su – istilik rejiminə, torpaqəmələgəlməsi zamanı inkişaf edən bioloji prosesləri daha dolğun bağlılığı olan iqlim göstəricilərinin mühüm əhəmiyyəti vardır. Belə göstəricilərə 1-ci növbədə bitkilərin vegetasiya müddəti ilə əlaqədar olan torpaqda gedən proseslərin daha fəal olduğu müddətin aqroiqlim göstəricilərini aid etmək lazımdır. Lakin vegetasiya qurşaqlarından sonra torpaq proseslərinin yavaşmasına baxmayaraq tam kəsilmir, ona görə də ümumi iqlim göstəriciləri çox əhəmiyyətə malikdirlər.

İqlim başlıca termiki qruplara bölmək üçün vegetasiya müddətində temperaturası orta hesabla 100C – dən artıq olan sutkaların temperaturalarının cəmi əsas götürülür.



İqlim qrupları: >100C- temperatur cəmi

1. Soyuq ( polyar) ____________6000- dən az

2. Soyuq mütədil ( boreal )_____ 600 0- 20000

3. İsti mötədil ( subborial ) ____ 20000- 3800 0

4. İsti ( subtropik ) ___________ 3800 0- 80000

5. Çox isti ( tropik )­­­­­___________80000- dən çox


Qeyd olunan termiki qrupların iqlimləri yer kürəsini əhatə edən en qurşaqları şəklində yerləşir. Qurşaqlar nəinki orta sutkalıq temperaturların cəmi ilə həm də bitki və torpaqların müəyyən itkiləri ilə xaraketizə olunurlar ki, onlarda rütubətdən asılı olaraq geniş hüdudlar daxilində tərəddüd edirlər. Onlara torpaq bioiqlimi və ya daha dəqiq desək torpaq- biotermiki qurşaqlar adı verilmişdir.

Torpaqəmələgəlməsində iqlimlərin başlıca qrupları ilə:

1) Torpaqların istilik rejimi

2) Kimyəvi və bioloji proseslərin sürəti

3) Optimal rütubətlikdə bioloji məhsuldarlıq kimi amillər sıx əlaqədardır.

Yağmurlarla rütubətlənmə şəraitinə görə torpaq tədqiqatları zamanı iqlimi altı əsas qrupa bölürlər:

İqlim qrupları: Vısotskyə, İvanova görə rütubətlənmə əmsalı

1. Çox rübutəli ( ekstra humid ) ­­­­_______3- dən çox

2. Rütubətli ( humid ) _______________1-3

3. Yarım rütubətli ( semihumid) _______ 1- 0,5

4. Yarım quru ( semiarid ) _____________ 0,5- 0,3

5. Quru( arid) _______________________ 0,3- 0,1

6. Çox quru ( ekstra arid) ______________ 0,1- dən az

Belə bölgü üçün əsas meyar yağmurların miqdarının buxarlanmaya olan nisbəti götürülür ki, buna rütubətlənmə əmsalı deyilir. O, ilk dəfə Q.N.Visotski, tərəfindən müəyyən edilmiş, sonralar N.N.İvanov tərəfindən müəyyən edilmiş, N.N.İvanov tərəfindən iqlimlərin təsnifatında tətbiq edilib.

İqlimin atmosfer rütubətlənməsinə görə qradasiyası ilə:

1) Torpaqların su rejimi

2) Torpaqların oksidləşmə-reduksiya potensialı

3) Eyni termiki şəraitlərdə aşınma və yuyulma dərəcəsi kimi amillər bağlıdırlar.

Torpaqların əmələgəlməsində ilin mövsümləri üzrə yağmurların paylanması, yağmurların düşmə intensivliyi, havanın nisbi rütubəti və mövsümlər üzrə küləyin gücü böyük rol oynayırlar.

Ümumiyyətlə bütün bunları ümumiləşdirərək demək olar ki, iqlimin torpaq əmələgəlməsinə təsiri iki cürdür: Birbaşa və dolayı

Birinci onu göstərirki, bütün iqlim elementləri torpaq əmələgəlməsində birbaşa təsir edir.

İkinci təsirə iqlimin flora və faunaya təsiri nəzərdə tutulur. Aydındır ki, bütün bu proseslər torpaq üzərində baş verir və bu da öz təsirini torpağa göstərməyə bilməz.




Yüklə 31,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin