Topic: Places Are parks important for a city?


Bugünkü parklar uşaq vaxtı səyahət etdiyiniz parklardan nə ilə fərqlənir?



Yüklə 52,73 Kb.
səhifə4/33
tarix28.11.2023
ölçüsü52,73 Kb.
#167724
1   2   3   4   5   6   7   8   9   ...   33
Fatimə

5.Bugünkü parklar uşaq vaxtı səyahət etdiyiniz parklardan nə ilə fərqlənir?
Əvvəllər parkların sayı az idi. Bugün artıq demək olar ki, hər bölgənin özünəməxsus bitkilərlə, müxtəlif attraksionlarla bəzədilmiş gözəl parkları var. Bundan əlavə, bugünkü parklar gözəl mənzərəli məkanlarda salınıb. Bugünkü parklar daha komfortludur və istirahət üçün daha məqsədəuyğundur.
6. Boş vaxtlarınızda hansı yerləri ziyarət etməyi xoşlayırsınız?
Səyahət etmək insanın dünya görüşünün daha da zənginləşməsinə birbaşa təsir edən faktordur. Amma səyahət etməyin faydası təbii ki təkcə bu deyil. Belə ki səyahət zamanı biz bir müddətlik də olsa gündəlik monoton həyatımızdan uzaqlaşmış oluruq, ağır iş rejimi, əsəb, stress, bir çox digər problemlər qısa müddətə də olsa bizdən uzaqlaşır, bu da bizim mənəvi cəhətdən bir qədər rahatlaşmağımıza və enerji yığıb daha səylə və effektiv çalışmağımıza yardımçı olur. Özümüzlə baş-başa qalıb sakit bir mühitdə öz gələcək həyatımız və planlarımız barədə daha da yaxşı düşünmək şansı əldə edirik. Buna görə də mən boş vaxtlarımda əsasən sakit yerləri ziyarət etməyi xoşlayıram. Bundan başqa kitabxanalara gedib, müxtəlif mövzularda bədii kitablar oxuyuram, şəhidlər xiyabanını ziyarət edirəm. Əlavə olaraq, boş vaxtım çox olduqda müxtəlif əyləncəli yerlər kəşf edirəm.
7. Hansına üstünlük verərdiniz: səs-küylü və ya sakit yerlər?
Mən əsasən sakit yerlərə üstünlük verirəm. Çünki sakit yerlərdə daha çox istirahət edirəm. Sakit yerlər daha çox düşünməyimə, düzgün qərarlar almağıma kömək edir.
8. Məkan çox səs-küylü və ya çox sakit olduqda nə edirsiniz?
Əsasən getdiyim yerlərə müəyyən müddət ərzində uyğunlaşmağa çalışıram. Lakin səs-küylü məkanları sevmədiyim üçün səs-küy çox davam edərsə, daha sakit məkanlara gedirəm. Səs-küylü məkanlar yorucu olur.
9. Uşaqlıqda mənzilinizdə ən çox sevdiyiniz yer hansı idi?
Uşaqlıqda evimizdə ən çox sevdiyim məkan balkon idi. Çünki evdə olduğum zaman balkondan uşaqlara baxırdım. Uşaqlar həyətdə maraqlı oyunlar oynayırdılar. Onları gördükdən sonra mən də onlarla oynamağa gedirdim.


Yüklə 52,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin