Topic: Places Are parks important for a city?


Parklar bir şəhər üçün vacibdirmi?



Yüklə 52,73 Kb.
səhifə3/33
tarix28.11.2023
ölçüsü52,73 Kb.
#167724
1   2   3   4   5   6   7   8   9   ...   33
Fatimə

1.Parklar bir şəhər üçün vacibdirmi?
Bəli, parkların olması şəhərlər üçün vacibdir. Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Bu da vətəndaşlarımızda yeni istirahət mədəniyyəti formalaşdırır.
2. Ölkənizdə çoxlu ictimai parklar və ya bağlar varmı?
Dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün guşələrində, xüsusən də paytaxtımız Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıqlar abadlaşdırılır. daha da genişləndirilir. Bu bir daha sübut edir ki, Azərbaycan parklar ölkəsidir. Bakı şəhərində artıq 300-ə yaxın park, bağ və istirahət məkanı var və yeni parkların salınması, mövcud parkların əsaslı təmiri və yenidən qurulması prosesi davam etdirilir.
Paytaxtımıza xüsusi gözəllik verən parklardan biri də “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkıdır. Sahəsi 11,2 hektar olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır. Park 30 dekabr 2021-ci ildə istifadəyə verilib.
3. Parka gedəndə nə etməyi xoşlayırsınız?
Mən parkda təmiz havada gəzməyi, uşaqlarla oynayıb əylənməyi daha çox sevirəm. Bundan başqa parkda rəfiqələrimlə piknik etməyi də sevirəm. Əsasən yay aylarında parkda gəzmək, piknik etmək daha gözəldir. Bakının yaşıl mədəni mərkəzlərindən biri hesab olunan Nəbatat bağını çoxumuz “Botanika bağı” kimi də tanıyırıq. Saysız-hesabsız flora nümunələri ilə zəngin olan bu bağda piknik etmək çox gözəldir.
4. Şəxsi bağda yoxsa ictimai bağda oynamağa üstünlük verirsiniz?
İctimai bağda oynamağa, əylənməyə daha çox üstünlük verirəm. Çünki həmin ərazilərdə insanlar çox olur. Mən insanlarla vaxt keçirməyi, sosiallaşmağı sevirəm. Parklarda müxtəlif yaş qruplarından olan insanların olması məni sevindirir. Uşaqlarla oynayıb, yaşıdlarımla söhbət edib, yaşlılardan nəsihətlər alaraq günümü səmərəli keçirirəm.

Yüklə 52,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin