Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
 doğru çingizilər müsəlmanlığı qəbul etsələr də, 

hələ dəfn mərasimi buddist qaydası ilə icra olunurdu. Deməli, 

hələ  Batı,  Hülaki  dövründə  ölkədə  islam  münasibəti  xeyli 

zəifləyir.  Müsəlman  olmayan,  müsəlman  mədəniyyətinə, 

xüsusilə 

fars 


ədəbiyyatına  xor  baxan 

monqolların 

Azərbaycanı istila etməsi ilə ölkədə ərəb-fars dillərinin nüfuzu 

parçalandı.  Ərəb  dili  hegemoniyasının  zəifləməsi  fürsətindən 

istifadə  olunur.  Görünür,  bu  fürsətin  sayəsində  ana  dilində 

                                                 

1

 «Nəvayi» məcmuəsi, Bakı, 1926,  səh. 76. 



2

 Бартольд В.В. Сочинения, II том, I часть. М. – 1963, с. 148.  



 

165 


yazılar 

genişlənir. 

Əvvəllər 

azərbaycanca 

yazılar 

məhdudlaşdırıldığından,  himayə  olunub,  qorunub  saxlan-

madığından  bizə  gəlib  çatmamışdır.  Ancaq  bu  dövrdən 

yazıların üzü köçürülüb yayıldığından onların müəyyən qismi 

dövrümüzə  qədər  gəlmişdir.  Doğrudur,  XIV  əsrin  ortalarına 

doğru, xüsusilə Özbəyin dövründə islam və onun mədəniyyəti 

yenidən  hakim  kəsilir,  ancaq  ana  Azərbaycan  dilində  yazılar 

bu qısa sərbəstlik zamanında elə kütləvi rəğbət qazanmışdı ki, 

daha  onun  qarşısını  almaq  mümkün  deyildi.  Türkcə 

(azərbaycanca) məscidə, mədrəsəyə girmişdi. Bizə gəlib çatan 

ilk ana dilli yazıların XIII əsrə aid olması məhz həmin tarixi-

siyasi  şəraitlə  bağlıdır.  Bu  dövrdən  Azərbaycan  dilində  həm 

elmi, həm də xüsusən bədii ədəbiyyat nümunələrinə müntəzəm 

rast  gəlirik.  Azərbaycan  dilində  yazıların  genişlənməsi, 

şübhəsiz, ərəb-fars dillərinin daralmış nüfuzunun yerini doldu-

rurdu.  Artıq  bu  dövrdən  üç  dildə    (ərəbcə,  farsca, 

azərbaycanca) eyni dərəcədə yazmaq ustalıq sayılır.  

4. Bizə «Dədə Qorqud kitabı»ndən sonra ana dilində gəlib 

çatan  ilk  yazılı  nümunə  XIII  əsr  şairi  Həsənoğlunundur. 

Tarixi  mənbələr  təsdiq  edir  ki,  onun  Azərbaycan  dilində 

«Divan»ı  olmuşdur,  Həsənoğlu  mükəmməl  söz  ustası  kimi 

tanınmış,  ona  türk  və  fars  dillərində  çoxlu  nəzirələr 

yazılmışdır.  Şairin  əlimizdə  olan  məşhur  qəzəli  həm  öz  söz 

sənətinin,  həm  də  bütövlükdə  o  dövr  Azərbaycan  ədəbi-bədii 

dilinin səviyyəsi haqqında   aydın   təsəvvür yaradır:  

  

Apardı köŋlümi bir xoĢ, qəməryüz, canfəza dilbər; 



Nə  dilbər, dilbəri-Ģahid, nə Ģahid, Ģahidi-sərvər!  

Məölsəm, sən büti-Ģəngül, sürahi, eyləmə qül-qül;  

Nə qül-qül, qül-qüli-badə; nə badə, badeyi-əhmər.  

BaĢumdan getmədi hərgiz sənüŋlən içtigüm badə;  

Nə badə,  badeyi-məsti;  nə məsti, məstiyi-sağər. 

ġə

ha, Ģirin söziŋ qılur Misirdə bir zaman kasid; 

Nə kasid, kasidi-qiymət, nə qiymət, qiyməti-Ģəkkər. 

TutuĢmayınça  dər  atəĢ, bəlürməz  xisləti-ənbər,       

Nə  ənbər, ənbəri-suziĢ, nə  suziĢ, suziĢi-məçmər. 

Ə

zəldə canum  içində yazıldı surəti-mə‘ni, 



 

166 


Nə  mə‘ni, mə‘niyi-surət, nə surət, surəti-dəftər. 

Həsənoğlu saŋa gərçi duaçıdır,  vəli sadiq, 

Nə  sadiq, sadiqi-bəndə, nə bəndə, bəndeyi-çakər.  

 

Qəzəlin  dili  klassik  poeziya  formasının  mükəmməl  



nümunəsidir.  Burada      milli  sözlərlə  əcnəbi  sözlər  artıq 

qaynayıb-qarışmışdır  –  semantik  və      qrammatik    cəhətdən 

uyğunlaşmışdır.      Klassik    poeziya  üçün  səciyyəvi 

göstəricilərdən  biri  kimi  izafət  birləşmə  tipi  geinş  yer  tutur. 

Qəzəlin dilində aydın məcaz və idiomatika görünür – şirin söz, 

sürahi,  apardı  könlümü,  qəməryuz,  çanım  içində,  başımdan 

getmədi

  və  s.  Milli  sözlərlə  milli,  alınma  sözlərlə  alınma  və 

milli  sözlərlə  alınma  sözlərin  məna  və  qrammatik  cəhətdən 

bağlanmasındakı    çeviklik    qəzəldə    bədii    fikrin  ifadəsinə  

sərrastlıq  və  dərinlik  verir.  Qəzəlin  ümumi  forma  - 

kompozisiya xüsusiyyəti də diqqəti  cəlb edir: dörd-beş sözün 

iştirakı ilə həcmli beyt yaradılır. Hər beytin birinci misrasında 

verilən  bədii  atribut-obraz  ikinci,  farsca  misrada  sürəkli  və 

incə  şəkildə  konkretləşdirilir,  dərinləşdirilir,  genişləndirilir: 

əvvəlcə  — 

qəməryüz  dilbər,  yaxud  canfəza  dilbər,  sonra 

dilbəri-Ģahid  (dilimizdəki  gözəllər  gözəli  qəlibinə  uyğundur), 

daha  sonra  Ģ

ahidi-sərvər  (təxminən    bu  mənada:    gözəllə

sərvərinin  –  gözəllər  tacidarının  gözəli).  Bu,  az    sözlə  dərin 

məna  ifadə  etməyin  XIII  əsrdə  gözəl  nümunəsidir.  Qəzəlin 

dilində  müəyyən  ifadələr  dövr  haqqında  müəyyən  təsəvvür 

yaradır:  gözəlin  şirin  sözünün  Misir  səkəri  ilə  müqayisəsi; 

yaxud 

duaçıdır, vəli sadiq ifadəsi dua etməyin həmişə ürəkdən 



yox, bəzən boğazdan yuxarı  icrası haqqında məlumat verir.  

Həsənoğlu  qəzəlində  şairin    fərdi  istedadı  ilə  Azərbaycan 

türkcəsinin  milli  mükəmməlliyi  birləşir,  dahilərə  məxsus  bir 

sənət  nümunəsi  yaranmış  olur.  Əlimizdəki  ədəbi  faktlar 

göstərir  ki,  qəzəl    öz  dil  sənətkarlığı  ilə  Şərqi,  türk  dünya 

ədəbiyyatını  iki  əsr  heyrətdə  saxlamışdır.  XIII  əsrin 

əvvəllərində  yazılmış  bu  şeirə  XIV  əsrin  sonunda,  yüz  əlli  il 

sonra yazılmış bu nəzirə – Misir məmlük şairi Seyfi Sarayinin 

şeiri:    

  


 

167 


Tapulmas hüsn mülkündə saŋa təŋ bir qəmər-mənzər, 

Nə mənzər, mənzəri-Ģahid, nə Ģahid, Ģahidi-dilbər. 

Bu gün Yusuf camalini qılubdur haq saŋa bəxĢiĢ

Nə bəxĢiĢ, bəxĢiĢi-devlət, nə devlət, devləti-məfxər. 

Söziŋ dürrü cəvahirdür köŋüllər gəncinə layiq, 

Nə layiq, layiqi-Xosrov, nə Xosrov, Xosrovi-kiĢvər. 

Bu hüsnüŋ Ģövqü zövqinə köŋül tutiləri tapdı

Nə tapdı, tapdı xoĢ ləzzət, nə ləzzət, ləzzəti-Ģəkkər. 

Cəmaliŋ nəqĢinə Seyfi-Sarayi bağladi surət,  

Nə  surət, surəti-həsna, nə həsna, həsnai-canpərvər. 

 

Bu  da  Həsənoğludan  iki  əsr  sonra  yaşamış  Türkiyə  şairi 



Əhməd Dainin nəzirəsidir: 

 

Eyya, hurĢidi-məhpeykər, cəmalüŋ MüĢtəri-mənzər, 



Nə mənzər, mənzəri-tale‘, nə tale‘, tale‘i-ənvər. 

Yüziŋdür ayəti-rəhmət, öziŋdür mazhəri - kudrət, 

Nə qüdrət, qüdrəti-sani‘, nə sani‘, sani‘i-əkbər. 

Cəmalüŋdən cihan rövĢən, yanağuŋ qöncai-gülĢən, 

Nə gülĢən, gülĢəni-cənnət, nə cənnət, cənnəti-kövsər. 

Müənbər saçlaruŋ dilkeĢ, münəvvər hilkatüŋ məhvəĢ

Nə məhvəĢ, məhvəĢi-cazu, nə cazu, cazuyi-dilbər. 

Süleyman surəti səndə, Sekəndər sirəti səndə

Nə surət, surəti-Yusif, nə Yusif, Yusifi-sərvər. 

FələĢətrəncini utdun, səadət mülkini tutdun, 

Nə mülkət, mülkəti-dövlət, nə dövlət, dövləti-qeysər. 

Ə

gərçi kullaruŋ bihəd, vəli kəmtər qulıŋ Əhməd, 

Nə Əhməd, Əhmədi-Da‘i, nə da‗i, da‘ii-çakər

*

.     



 

Hələ yəqin ki, arada nə qədər ikinci dərəcəli şairlərin sözü 

olub.    

Başqa  bir  cəhəti:  Həsənoğlunun  bu  şeiri  müləmmə 

formasında yazılıb: beytlərin hər birində birinci misra türkcə, 

ikinci  farscadır.  Elə  bil  Həsənoğlu  bu  iki  dili  yarışa  qoşur. 

                                                 

*

 Нязиря Фцзулинин «Мяни ъандан усандырды…» гязяли кими дахили гафийя иля 



йазылыб: Яэяръи кулларuŋ бищяд, vяли кямтяр кулıŋ Ащмяд

 

168 


Nəvainin «Mühakimətül-lüğəteyn» (iki dilin yarışı – türkcə ilə 

farscanı  müqayisə  edir)  traktatından    iki  yüz  il  əvvəl 

Həsənoğlu Şərqin məşhur şeir dili olan  farscanı əyani surətdə 

türkcə ilə üz-üzə qoyur. Və öz ana dilinin  qüdrətini göstərir. Əsas 

bədii  fikir  birinci  misradadır,  ikinci  misra  sintaksisdəki  bir  cümlə 

üzvünün əlavəsi hüququndadır. Yəni əsas mətləb cümlənin qanuni 

üzvündədir,  əlavə  üzv  məhz  onun  əlavəsidir,  köməkçi  ifadəsidir. 

Birinci  misra  ikincini  yedəyində  aparır.  Birinci  misra  müstəqil 

(cümlə  kimi) işlənir və bədii məna ifadə edir:  Apardı köŋlümi  bir 

xoş, qəməryüz, canfəza dilbər – mübtədası, xəbəri, tamamlığı, təyini 

olan sadə cümlə. İkinci cümlə müstəqil işlənə, fikir ifadə edə bilmir, 

cümlənin əlavə üzvü kimi: Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-

sərvər. Yaxud birinci misra mürəkkəb cümlənin  baş, ikincisi budaq 

cümlə hüququndadır. Birinci cümlə hakimdir, dominantdır, ikinci 

asılıdır,  ona  xidmət  edir.  Bu  misralararası  güc  nisbəti  türkcə  ilə 

farscanın arasındakı mükəmməllik dərəcəsinin fərqinə bərabərdir. 

Türkiyə ədəbiyyatşünası N.S.Banarlı yazır: «Sarayinin…azəri şairi 

Həsənoğluya  söylədiyi  qəzəl  nəzirəsi  gərək  söylənilməsindəki 

ustalıq  və  təbiilik  bakımından,  gərək  Türk  Divan  şeirinin  Misir 

coğrafiyasındakı  həyatını  göstərməsi  və  bilhassə  əsrin  türk 

ədəbiyyatları  arasında  bağlılığı  bəlirtmək  bakımından    tanınmaya 

və təkrarlanmaya dəyər bir mənzumədir». Yəni türkcə sənət vasitəsi 

kimi uzaq-uzaq coğrafiyaların türkcələrini bir-birinə bağlayırdı. Bu 

şeirlərin  hamısında  Azərbaycan  türkcəsi  aşkar  görünür.  Bu, 

türkcəmizin   tarixi yaşama materikinin  genişliyidir. Buna  görə  də 

gələcəkdə    fransızca  ilə  müqayisə  edib  avropalılıar  deyəcəklər  ki, 

«Azərbaycan türkcəsini bilərək bütün Şərqi gəzmək olar.» 

Son  vaxtlarda  alman  türkoloqu  Barbara  Flemminq  ədəbi 

iсtimaiyyətə Həsənoğlu imzalı yeni bir qəzəl təqdim etmişdir:  

 

Necəsin, gəl, ey yüzi ağum bənüm!  



Səəritdün odlara yağum bənüm. 

And içərəm, səndən artuq sevməyəm,  

Sənün ilə xoĢ keçəçağum bənüm. 

Hüsn içində, saŋa manənd  olmaya,  



Ə

sli  yuca,  könli  alçağum  bənüm.  

Al əlumi,  irəyüm məqsuduma,  


 

169 


Qoma yürəkdə yana dağum bənüm.  

Sən rəqibə sirrini faĢ  eylədün,  

Anun i1ə oldu Ģıltağum bənüm.  

QıĢladum  qapuŋda itlərüŋ ilə,  

Oldı kuyuŋ uĢda  yaylağum bənüm.  

Bəölicək yolına gömün bəni,  

Baqa tursun yara toprağum bənüm.  

Toprağumdan bitə həsrətlə ağaç,  

Qıla zari  cümlə  yaprağum  bənüm.  

Bu  Həsənoğlı sənüŋ bəndəndürür,  

Anı rədd etmə, yüzi ağum bənüm! 

 

Bir  sıra  faktlara  görə  hesab  etmək  olar  ki,  bu,  həqiqətən 



«Apardı  könlümü»  qəzəlinin  müəllifidir.  1.  Möhürbeytdə 

müəllifin imzası  var  (ancaq  Həsənoğlu  adlı  başqa şairlər  də 

ola bilərdi). 2. Qəzəl sənətkarlıq səviyyəsinə görə qəbul olun-

muşun  keyfiyyətindədir.  Dil,  ifadə  aydınlığı,  məcaz,  təşbih 

sarrastlığı  hər  iki  qəzəldə  eyni  istedadın  bədii  düşüncə 

məhsuludur,  kamillik  dərəcəsi  üst-üstə  düşür.  3.  Hər  ikisinin 

son  beytində  aşiqin  məşuqəyə  sədaqəti  üçün 

bəndəlik  (qul) 

təşbihi  işlədilir.  Bu,  ilk  baxışda  saman  çöpündən  yapışmaq 

kimi  görünə  bilər,  ancaq  fərdi  bədii  üslubun  daxili  məna 

strukturu  və  formal—tipoloji  komponentlərinin  vəhdəti 

baxımından  mühüm  detaldır;  çox  hallarda  sənətkar  müxtəlif 

əsərlərində  eyni  tipli  dil  materialına  müraciət  edir  və    bu 

uyğun  ifadə  —  detallar  əsərlərin  strukturunda    analoji  

mövqelərdə  yerləşdirilir.  4.  Bu  qəzəl    də  əvvəlki  tapılan  tipli  

mənbədə  aşkar edilmişdir. 5. Əsər dil, ifadə və nəfəsinə görə 

XV—XVI  əsrlərin  yazı  abidələrindən  çox  «Kitabi-Dədə 

Qorqud»  mizanı  ilə  səsləşir.  Klassik  poeziya  janrının  ölçü-

tələbləri  qalmaqla  xalq  ədəbiyyatı  ifadələri  qəzəlin  dilində 

aşkar  iz  buraxmışdır:  (ürəyinin) 

yağını  əritmək,  and  içmək, 

ə

lini  almaq,—  bu  ifadə  «əlindən  tutmaq»  mənasında  bu  gün 

də  munisdir,  —  ç

ağı  xoĢ  keçmək,  ürək    dağı,  əsli  yuca  (əsil-

nəcabətli,  zatlı-köklü), 

könlü  alçaq  (sadə,  təvazökar 

mənasında  «Dədə  Qorqud»da  işlənən  bu  idiom  indiki 

dialektlərimizdə də qalır), 

yuzi ağ (pak, alnı açıq mənasında, 


 

170 


ü

züqara  idiomunun  antonimi.  Birinci  misradakı  yüzi  ağ

müstəqim  mənada  ağ  üzlü,  göyçək  məqamında  işlənir.  Eyni 

zamanda 


ağ  qədim  türk  dillərindəki  günəĢ.  İkinci  misradakı 

ə

ritmək sözü bunu təsdiq edir. Yenə danışıq dilindən gələn Ģıltaq 

sözü  çox  orijinal  məqamda  görünür.  Klassik  poeziya  janrlarının 

dili  üçün  səciyyəvi  olmayan  haldır  ki,  qəzəldə  milli  Azərbaycan 

sözləri aparıcı üstünlüyə malikdir. Birinci beytdə bir dənə alınma 

söz  yoxdur,  ikincidə  ancaq 

xoĢ,  yeddincidə  isə  yalnız  yar  sözü 

farscadır.  Bunlarda  da,  göründüyü  kimi,  fonetik  və  semantik 

cəhətdən alınmalıq hiss olunmur.      

Qəzəl, bütün gözəllikləri öz yerində, birinci növbədə, aydın 

ifadə tərzi ilə ürəyə yol tapır. Burada aydınlıq estetik faktora 

çevrilir.  Dil  həm  üslubi  zərifliyi,  həm  də  qrammatik  kamilliyi 

ilə  cəlbedicidir.  «Bən  ölicək»  və  «Toprağumdan  bitə»  sözləri 

ilə  başlanan  beytlər  bir-birini  tamamlayan  şəffaf,  mənalı 

rəssam  tablosu  yaradır.  Torpaqdan  ağacın  həsrətlə  bitməsi, 

onun  yarpaqlarının  zar  qılması  ifadələri  şairin-aşiqin  daxili-

hissi  yanğılarını  və  səmimiliyini  sözlə  ifadə  etməkdən  çox 

əşyalaşdırıb  göz  qabağında  canlandırır.  Bu  səmimilik  və 

cəfakeşlik 

aşiqin 


məşuqəsinin 

itləri 


ilə 

qışlaması 

mübaliğəsində  də  görünür  —  bu,  tipik,  koloritli  klassik 

poeziya ifadəsidir.   

Bu  yaxınlarda  İ.  Həsənoğlunun  türkcə  üçüncü qəzəli  bizə 

məlum  oldu.  Qəzəlin  dili  bir  çox  cəhətdən  diqqəti  çəkir, 

birinci növbədə, anlaşıqlı olması ilə: 

  

Ə

cəb, bilsəm, məni Ģeyda qılan kim?! 

Baŋa bu eĢq odın peyda qılan kim?! 



Ə

cəblərəm, əcəb qaldum, ilahi, 



Ġ

man əhlün dutıb tərsa qılan kim?! 

QamıĢdan Ģəkərü taĢdan cəvahir, 

Ağacdan daneyi-xurma qılan kim?! 

Tənüm  yetmiĢ iki dürli  damardır, 

Kimün irmaq, kimün dərya qılan kim?! 

Qo bu tədbiri, gəl təqdiri gözlə

Bugünki vədəyi fərda qılan kim?! 

Bu nət‘üŋ fərriĢi hər dəm bu fərraĢ


 

171 


Bu ərĢüŋ rəngini mina qılan kim?! 

Həsənoğlu, bu bir qarta mə‘nidə

Anuŋ, xub, surətin ziba qılan kim?! 

  

Qəzəlin dilində 33 ərəbcə, farsca, 26 türkcə olmaqla 59 söz 



var.  Bir  dənə  farsca  izafət  işlənir:  daneyi-xurma.  Əcnəbi  söz-

lərdən  bugünkü  ədəbi  dildə  işləməyənlər  bunlardır:  tərsa 

(xristian),  tən

  (bədən),  fərda  (sabah),  nət  (süfrə/həsir/döşək), 



fərriş (fərş edən, yayan, açan), fərraş (həmin məna: fərş edən 

və əlavə: Kəbə xidmətçisi). Bu sözlərdən hamısı Həsənoğludan 

bəri,  XX  əsrin  əvvəlləri  də  daxil  olmaqla  bütün  dövrlərdə 

ədəbi  dilimizdə  işlənmişdir.  Söz  birləşmələri  və  cümlələrin 

türkcənin  milli,  müasir  qrammatikası  ilə  qurulması  göz 

qabağındadır:  eşq  odu,  iman  əhli,  qamışdan  şəkər  qılan,  bu 



tədbir,  bugünkü  və’də,  «Əcəb,  bilsəm,  məni  şeyda  qılan 

kim/dir»,  «Tənüm  yetmiş  iki  dürli  damardır»…Qəzəlin  dili 

göstərir  ki,  hələ  XIII  əsrdə,  Nəsimidən  yüz  əlli  il  əvvəl 

türkcəmiz  təsəvvüf    düşüncəsinin  ifadəçisi  kimi  uğurla 

işlənirmiş.  Həsənoğlu  indi  «qamışdan  şəkər,  daşdan  cəvahir, 

ağacdan  xurma  dənəsi  yaradan,  yəni  yoxdan  hər  şeyi  var 

edən,  heç  nədən  hər  şeyi  zahirə  çıxaran,  peyda  edən  kimdir» 

sualını  verir;  gələcəkdə  Nəsimi  deyəcək:  «Aləmül  –qeybəm, 

vücudam, həm anın dəryasiyəm; Allahi-nurun nuruyam; kafü 

nunun  məbdəi,  həm  kainatın  mənşəyiyəm»;  Füzuli  deyəcək: 

«Bu  nə  sirdir  ki,  olur  hər  ləhzə  yoxdan  var  söz;  Hər  dəm 

göstərir  niqabi-qeybdən  rüxsar  söz».  Həsənoğlu  deyir:  Bu 

nət‘ün  fərrişi  hər  dəm  bu  fərraş-yəni  ərşlə  fərşi,  yeri,  göyü 

yaradan bu fərraş-bu yaradıcıdır. Nəsimi deyəcək: Ərşlə fərşü 



kafü  nun  məndə    bulundu  cümlə.  Həsənoğlu  deyir:  Əcəb, 

bilsəm, məni şeyda qılan kim?! Füzuli deyəcək: Heyrət, ey büt, 

surətin  gördükdə    lal  eylər  məni.  «Əcəb»  Füzulinin  «heyrət» 

dediyi  təsəvvüf  anlayışıdır  –  arifin,  aşiqin  Allahın  xilqəti, 

Haqqın  camalı  qarşısında  heyrətə  dalmasıdır.  Həsənoğlu 

eynən  əcəb  (heyrət)  deyir  və  Tanrının  möcüzələrinə  əcəblənir 

(heyrət edir).  Şeirində Həsənoğlu əvvəldən axıra Tanrı eşqini  

vəsf  edir,  bu  eşqin  oduna  yandığını  nida  qılır  –  şair  Allaha 

sevginin ən ali mərtəbəsindədir, o, sadəcə seyr etmir, elə belə 


 

172 


eşqə  can  atmır,  bu  eşqin  odunun  içindədir,  deməli,  həqiqətə 

çatıb. Yəni Həsənoğlu  artıq bu fəlsəfənin mürşididir, təsadüfi 

deyil  ki,  o,  zamanında  Şeyx  İzəddin  kimi  tanınmış  və  sufi 

şairlər ona nəzirələr yazmışlar.   

Bu da maraqlıdır ki, Həsənoğlu dilində aqlütinasiya daha 

möhkəmdir, analitizm  Füzulidəki səviyyəyə çatmayıb-«heyrət 

etmək»  yerində  «əcəblə»  (mək)    işlənir.  Qəzəlin  dilində 

aydınlıq,  geniş  anlaşma  dərəcəsi  divan  ədəbiyyatı  sistemində 

xəlqiliyə  nümunə  olacaq  səviyyədədir.  Ancaq  Füzulidəki  

danışıq  türkcəsi,  canlı  dil  deyimləri,  frazeologiya  burada 

yoxdur. 

Həsənoğlu dilindəki alınma və milli leksikanın sonralar və 

indi də yaşaması göstərir ki, o zaman sabitləşmə getmiş ədəbi 

dil  nümunəsi  var  idi,  onum  möhkəm  ənənə  və  zəmini 

olmuşdur.    

5.  1.  İlk  yazılı  nümunələrdəncə  üslubi  fərqlənmələrin  əla-

mətləri nəzərə çarpır. Yazılı abidənin varlığı nə qədər qiymətli 

xəbər-hadisədirsə, onun dilində janra, vəznə, mövzuya görə dil 

materialının sistemləşdirilməsi faktı da eyni dərəcədə əhəmiy-

yətlidir. Məhz bu faktorlar ümumxalq dilinin dərinliklərindəki 

zənginliyi aşkar edir, hər söz, hər ifadə, hər qrammatik biçim 

bir  mətləblə,  bir  məcaz  və  ya  təşbihin  təhriki  ilə  üzə  çıxır.  O 

ifadə  tərzini  ki,  qəzəldə  görə  bilmirik,  onu  məsnəvi 

formasında  tapırıq,  yaxud  bunlarda  olmayanı  qoşma  və  ya 

bayatı  janrlarında  müşahidə  edirik.  Əli  adlı  şairin  «Qisseyi-

Yusif» mənzum dastanının dili xalq şeiri üslubuna uyğundur. 

Bu  cəhət  həm  mövzunun  rəvayətdən  —  xalq  ədəbiyyatından 

alınması, həm də qoşma formasında yazılması ilə şərtlənir: 

 

Misr içrə bir tacir olur irdi, 



Anuŋ adı Məlik ibn Doğər irdi. 

Doğər oğlı Məlik bir tuĢ gördi, 

Müəbbirə tə‗vilün sorar imdi. 

Aytur: bu tün bir tuĢ gördüm, 

TuĢim içrə Kən‘ana varur irdim. 

Ad qoyusı təqrəsində yürər irdim, 

Gün həqiqət kökdin yerə ensə imdi, 


 

173 


Tolub  ay  müəyyən  gögdin  endi, 

Qoynımdın girübən yaqamdıçıqdı

Həm kökdin dür, mərcan, yinçü yağdı

Mən anı ətəgimə dərdim imdi. 

 

Saqınuban mən anı dizər irdim, 



Cəm‘ qılub sanduqıma qoyar irdim, 

Bu duĢı hiç gümansız böylə gördim, 

Ya müəbbir, bunca tə‘vil qılgil imdi. 

Müəbbir aydur: gəl otur sən bu yanumda, 

Yorayım   duĢunqı   tə‗birimdə

Ġ

ki qızıl-altın qoygil bu yanumda, 

DuĢını  mübarək   yoram  imdi...  

 

Göründüyü kimi, nağıl-təhkiyə formasında söhbət gedir: «biri 



var  idi»  nağıl  başlanğıcı  mühafizə  olunur,  xəbərlər 

irdi  (idi) 

əlaməti ilə qurtarır. Hətta  təhkiyə forması belə tələb etdiyindən 

təxminən  hər  bənddə  misra  –  cümlənin  sonunda  –  rədif  məqa-

mında 

imdi  ünsürü  təkrar  olunur.  Bu  da  söz  seçilməsini 



məhdudlaşdırır  və  göründüyü  kimi,  hətta  qafiyə  sisteminin 

pozulmasına  gətirir.  Ümumiyyətlə,  belə  əhatəli  mövzu  üçün 

qoşma  forması  yaramır,  müəllifin  söz  və  ifadə  imkanlarını 

ləngidir. Xalq dilinə yaxınlıq aşkar görünür; milli sözlər üstündür, 

izafət biçimi yoxdur, 

tə‗vil, tə‗bir ərəb kəlmələri ilə yanaşı, yorma 

sözü  də  işlənir.  Hətta  bu  çevirmə  adın  verilməsində  də  görünür: 

əvvəl  əcnəbi  forma—

Məlik  ibn  Doğər,  sonra  milli:  Doğər  oğlu 

Məlik. «Qoynundan girib yaxasından çıxmaq» ifadəsi də koloritli 

danışıq  nümunəsidir.  Dastanın  qoşma    formasında  yazılması  o 

dövr  şifahi  xalq  poeziyası  janrları,  onların  kütləviliyi  və  yazılı 

ədəbiyata təsiri haqqında müəyyən qənaət hasil edir; indiki xalq 

şeir  formalarımız  XIII  əsrdə  sabit  şəkildə  mövcud  olub. 

Məzmunca  həmin  dövrlərin  hadisələrini  əks  etdirən  bu  bayatı 

misraları da fikrimizi təsdiqləyir:   

   

Apardı  Batı  məni,  



Qul  eylər, satı  məni.  

Yollar  uzun,  mən  yorğun,  

Doğrayır  çatı məni. 


 

174 


 

Bayatının  yalnız  məzmunu  deyil,  başlama  tərzi  (bəziləri 

«Mən  aşiq»,  «Əziziyəm»  sözləri  ilə  başlanır.  Görünür,  hər 

dövrün  öz  kütləvi  qəlibi  olub),  leksik  tərkibi,  müqayisəsi  də 

uyğundur.  Bu  bayatıdakı  rəvanlıq,  emosional  dərinlik, 

sözlərin müvafiqliyi Həsənoğlunun yazılı ədəbiyyatdakı dilinə 

müqabildir.  Bu  dövr  xalq  ədəbiyyatımızın  dili  formaca  cilalı, 

məzmunca  həzindir.  Hətta  həzin  lirika  pərdəsinin  altında 

ictimai  siqlət  dayanır.  Deməli,  XIII-XIV  əsrlərdə  yazılı 

ədəbiyyatda  Həsənoğlu  şeiri,  şifahidə  bayatılar  ədəbi  dilimiz 

üçün  etalondur.  «Qisseyi-Yusif»də  qoşmanın  effektsizliyi 

müəllifinin fərdi istedadı ilə bağlıdır. 

5.  2.  Bu  cəhətdən  həmin  dövrün  başqa  bir  mənzum 

əsərinə,  «Dastani-Əhməd  Hərami»yə  diqqət  yetirək.  Əsər 

klassik poeziya janrında – məsnəvi   formasında yazılıbsa da, 

dilində  xəlqilik  prinsipi  izlənir.  Klassik  poeziya  janrları  üçün 

səciyyəvi olan qeyri-kütləvi ərəb-fars sözlərinin, izafət və izafət 

silsilələrinin bolluğu burada görünmür, alınma sözlər semantik 

cəhətdən milliləşmişdir, bir sözlə, xalq dili  norması gözlənir:   

 

Bu dastanı bu gün bünyad edəlüm,  



Haqquŋ  qüdrətlərün  biz  yad edəlüm. 

Gəlün, ey  mə‗ni  bəhrin seyr edənlər,  

Bu dərya gövhərindən xeyr edənlər, 

Məanidə qılı iki biçənlər, 

Dilindən daima gövhər saçanlar! 

Gəlün barı bugün söhbət qılalım, 

Məani kanınuŋ dürrin bulalım. 

Anuŋ birligün zikr eyləyə  dil, 

Xatırda   qalmaya  zərrəcə   müĢgil... 

...Nə zahirdir ol kim, gözdən iralmaz, 

Nə batindir ol kim, hərgiz görülməz. 

Anuŋ  əvvəlinüŋ  öni  bulunmaz, 

Anuŋ  axırınuŋ  sonı bulunmaz... 

...Olursa   həq-təaladan   inayət, 

Qılam  bu  qissəyi  bir-bir  hekayət. 

Məgər kim ol  zamanda  bir  hərami 



 

175 


Dərüb döĢürmiĢdi  çoq hərami. 

Bilürdi sehr elmindən bəğayət, 

Nücum elmində də qadirdi ğayət. 

 

Gər  əfsun  oquyub  bir  gəz  ürəydi



*

,  


Olıqdəm  ayı  gögdən  endirəydi...  

Qılıc  salsa, bir ərə dəpinəydi,  

Qoğan aslan kibi kim çapınaydı.  

DemiĢlər  adına  Əhməd  Hərami,  



Ç

avı  tolmuĢ  idi  ellər  təmami... 

 

Verdiyimiz parçada müasir dil baxımından arxaik sayılan 



10  sözdən 

(kan,  iralmaq,  qissə,  döĢürmək,  oxumaq,  gəz, 



ü

rmək,  olıqdəm,  qoğan,    çav)    ancaq  ikisi  (kan,  qissə

alınmadır. Qalanı milli sözlərdir ki, bunlardan ikisi 

(iralmaq, 

olıq)  morfoloji  cəhətdən  arxaik  sayılır,  ikisi  də  (oxumaq,  

ü

rmək)  yalnız  semantik  yükünü  dəyişib.  Parçadakı  leksik 

materialın belə tərkiblənməsinin nisbəti bütün dastana aiddir. 

Belə aşkar olur ki, bu dövrdə ərəb-fars sözləri gələcəkdə yerini 

tutub  ədəbi  və  ümumi  ünsiyyətdən  sıxışdıracağı  türk  mənşəli 

sözlərin  mövqeyini  hələ  sarsıda  bilməyib;  ərəb,  fars  dilləri 

Azərbaycanda dövlət dili sayıldıqlarından dilimizə nüfuz edən 

öz  sözlərini  siyasi  cəhətdən  himayə  edir  və  qədim  tayfa 

yadigarları  kimi  qalan  sinonimləri  sıxışdırır,    həmin  cərgədə 

yer  tutur.  Xalq  birliyi  yarandıqdan    sonra    dilimizə  nüfuz 

etdiyindən  bu  sözlər  cavan  və  perspektivli  görünür.    Bunun 

nəticəsidir  ki,  həmin  dövrdə  xalq  dilində,  geniş  ünsiyyətdə 

işlənən  milli  və  alınma  leksikanın  ümumi  balansından 

sonralar  arxaikləşmə  prosesində  türk  mənşəli  sözlər  nisbətən 

daha  çox  işləklikdən  düşməyə  məruz  qalır  (yuxarıdakı 

rəqəmlə müqayisə et: 10 arxaizmdən səkkizi millidir). Müasir 

xalq dilimizlə müqayisədən belə aydınlaşır ki, XIII-XIV əsrlər 

ədəbi dili xəlqi bünövrədə meydana gəlir: milli sözlərlə işlənən 

alınmalar  ümumxalq  ünsiyyətinə  keçmiş,  semantik  anlaşma 

cəhətdən bu iki mənbə arasında fərq təxminən yoxdur. Görə-

                                                 

*

 Цфцрмяк 



 

176 


cəyimiz kimi, klassik  janrın inkişafı sonrakı əsrlərdə bu fərqi 

yaradır və hiss etdirir. 

«Dastani-Əhməd Hərami»də dilin mükəmməlliyi, ifadənin 

zənginliyi  ilə  yanaşı,  təbiiliyi  məsnəvi  forması  ilə  də  bağlıdır. 

Bu forma dili nəsr-təhkiyə imkanları ilə təmin edir. Ġ

ki at yükü 

odun  varub  aldı,  qılı  iki  biçənlər,  yaĢı  xərc  etmək  (omrü 

keçirmək), 

gəlin  barı,  qara  bağrı  qan  olmaq,  ürəyinə  su 

səpilmək, əlindən  can qurtarmaq, boğazlayıb atmaq, nə kim 

var (tamam), mənim ucumdan, düni günə ulayuban (calayıb) 

ge

tmək,  həyasından  qızarmaq,  yemək-içmək  kimi  geniş 



yayılmış ifadələr və ümumiyyətlə, bu ifadə tərzi epik formanın 

dil-təhkiyə  tələbləri  ilə  bağlıdır.  Bu,  aşkarca  mənzum  hekayə 

dilinin  başlanğıcıdır.  Epik  təsviri  lövhələr  danışıq  dilinin, 

folklor  dilinin  ədəbi-bədii  material  kimi  istifadəsinə  şərait 

yaradır:  burada  «Dədə  Qorqud»un  dili  ilə  çoxlu  səsləşmələr 

vardır.  Türk  mənşəli  sözlərin  «Dədə  Qorqud»dakı  işləklikdə 

müvaziliyi və antonim birləşmələri: 

sağ-əsən, qızıl-altın, dərib-

doĢürmək, ulu-kiçi və s. Həmin baxımdan bu beyt tipikdir:  

Nə turursuz, turun, bir-bir quĢanun, 

Nə qayırun, nə qorxun, nə üĢənün.  

 

Bu  sinonim  cərgədən  ancaq 



qorxmaq  yaşayır  (turmaq 

felinin  omonimliyindən  bədii  nitq  üçün  sənətkarlıqla  istifadə 

olunub:  1-ci  də 

dayanmaq,  ikincidə  qalxmaq).  Uyğunluq 

qədim  leksikon  və  morfoloji  təzahürdə  də  görünür: 

yağma 

(Güləndam  könlin  anun  qıldı 

yağma),  oxumaq  (çağırmaq), 

becit,  qoğan  (kükrəmiş,  qızğın  –  qoğan  aslan),  önərmək, 

evərmək,  iralmaq  (iraq  olmaq,  uzaqlaşmaq),  məgər  (heç 

demə,  ola  ki), 

ulamaq,  donanmaq  (geyinmək),  gedirmə

(aparmaq)  və  s.  Sintaksisində,  təşbih  və  məcazlar  sistemində 

də xalq danışıq nümunələri, milli təmizlik – yad təsirin azlığı 

nəzərə çarpır. Bütün bu əlamətlər göstərir ki, «Dastani-Əhməd 

Hərami»  «Dədə  Qorqud»  boyları  kimi  xalq  türkcəsindən 

geniş  bəhrələnmişdir.  Söz  yaradıcılığı  cəhətdən  də  maraqlı 

faktlar  var  ki,  bunlar  həm  qədimlik,  həm  də  xalq  dili 

göstəriciləridir: 

bəkçi  (gözətçi),  bilüm  (elm),  yoldaĢ,  haldaĢ 

(eyni vəziyyətdə olan), 

kindarlıq, xalq (camaat – şəhrün  xalqı



 

177 


və  s.  Klassik  poeziya  dilində  ən  çox 

dünü  gün  kimi  işlənmə 

məqamında  həm  eyni  forma 

(Düni  günə  ulayıban  gedərdi), 

həm 

dünü gündüz, həm də gecə gündüz qarşılıqları işlənir. Bu, 



görünür,  danışıq  variantıdır.  Cü

nbüĢ  fars  sözünə  ancaq 

danışıq  dili  abidələrində  təsadüf  olunur,  indi  də  dialektizm 

səviyyəsində  qalır.  (M.Ə.Sabirdəki  mənası  ilə  müqayisə  et). 

«Dədə  Qorqud»dakı 

xanlar  xanı,  bəylər  bəyi  qəlibi  və  titulu 

ilə  yanaşı,  Ģ

ahənĢah  da  (fars  dilinin  təsiri)  işlənir  (Şahənşaha 

der, ey bəglər bəgi, Sən cahan içində daim olgil əsən – burada 

«cahan içində» konstruksiyası da danışığa məxsusdur, klassik 

poeziya dilində «cahan içrə» kimi işlənərdi).   

5.  3.  Azərbaycan  dilində  bütov  halında  bizə  çatan  ilk 

divan 

Qazi  Bürhanəddinindir.  Klassik  poeziya  dilinin  təşbih, 



obraz-məcazlar  sistemi,  leksik-qrammatik  tərkibi  haqqında 

ilk  müfəssəl  təsəvvürü  məhz  bu  «Divan»  əsasında  alırıq.  İlk 

dəfə  burada  klassik  poeziyanın  xüsusi  isimlərdən  ibarət  söz-

obrazları əhatəli  kəmiyyətdə görünür: 

Xızr,  Məryəm,  Ġsa,  Yəhya,  Yusif,  Musa,  Adəm,  Həvva, 

Nəmrud,  Davud,  Bağdad,  Misir,  Nil,  Rum,  Çin,  təxti  -

Süleyman,  Yusifi-Kənan  və  s.  Belə  xüsusi  adların 

təşbihləndirilməsinə  tipik  bir  nümunə; 

Xətti  Xızr,  ağzı 

Məryəm,  sözi  Ġsa,  ləbi  Yəhya,  özi  Yusif,  gözi  Musa,  zehi  

Adəm, zi  Həvvadır.  

İzafət  sonrakı  klassiklərin  dili  ilə  müqayisədə  çox  deyil, 

ancaq  var:  xüsusilə  təşbih  mövqeyində  duran  standart 

izafətlər:   

abi-heyvan,  əĢki-sürx,  rəngi-ruyi-zərd,    atəĢi-

Nəmrud,  badi-səba, xunbahayi-eĢq (şairin bu koloritli izafəti, 

güman  ki,  azərbaycancanın  kalkasıdır: 

eĢqin  qan  bahası). 

Bununla  belə    Q.Bürhanəddinin  dili  üçün  izafət  və  onun 

əcnəbi  lüğət  komponentləri  müqabilində  milli  qarşılığın 

işlənməsi daha  səciyyəvidir: 

qaĢı   yay,  kiprikləri Ģəcər, yüzü  

gül, gözü nərgiz, göz yaĢıüz sarusı... Maraqlıdır   ki,  ilk dəfə   

məhz    bu    «Divan»da      izafətlərin  leksik    və  ən  zərurisi, 

qrammatik cəhətdən çevrilməsini görürük:   

heyvan suyu (Bən 

sənüŋ  ləlü-ləbüŋə,  yə‘ni  heyvan  suyinə    Təşnə  oldım...  – 

qəribədir ki, şair leksikoqraf işi görür: 

lə‗li-ləb  məcazını  yəni  

deyərək  aydınlaşdırır  və daha aydın olmaq  üçün 

abi-heyvan 


 

178 


yox,   

heyvan  suyu  işlədir),  cadu  göz  (çeşmi-cadu),  təni  bərg,  

kirpikləri cadu, xədəngi cadu, yürəgi səng (səngdil) və s.    

Şairin  təşbihləri  dəqiqliyi  və  təbiiliyi  ilə  gözəl  təsir 

bağışlayır.  Bir  neçə  nümunə: 

könül  kəkliyə,  gözlər  Ģahbaza 

bənzədilir: Köŋüllər kəkliginə bu dünyadə, İlla şahin gözlərin 

şahbaz  imiş; 

qaplan,  aslan,  əjdəha  –  güclülük,  ahu  –  zəiflik 

rəmzi: 


Qaplan,  aslan,  əjdəhalar  cümləsi  Əcəlüŋ  qıynağında 

ahu  imiĢ,  Badi-səba  –  qəmmaz  (söz  gəzdirən);  Nilufər  yandı

baĢun  taldı  suya,  Neynəsün  qəmmazdurur  badi-səba.  Zülf  – 

dam (tor), 

xal – danə; Yar yüzündə incidür, dürdanədir, Zülfi 

damü  qara  xalı  danədür.  Dünya  –  keçid:  Dünya  bir 

keçütdürür, 

gələ

keçə

(«dünya 


bir 

pəncərədir» 

müqayisəsindən dəqiqdir) və s.   

Qazi  Bürhanəddin  dilinin  koloritli  –  özünəməxsus 

məsəlləri,  aforizmləri  vardır.  Bunların  xeyli  qismi  gələcək 

klassiklərdə müşahidə olunur. Bu o deməkdir ki, bunlar fərdi  

aforizmlər deyil, xalq dilindən gəlir: 

Ta  dikən  tolmayınca  bağçada  Bən  anı  balta  ilə 

qırmamıĢmən; Ərənlər cərgəsində deyilən sözə Yerinə yetmə

gərək meydanunda; Canə can verməyənün nə canı var - Can 

verənin  adı  ilə  sanı  var;  Ər  kiĢinün  mətaı  ərlik  olur;  Əzəldə 

həq  nə  yazmıĢ  isə  bolur,  Göz  nəyi  ki,  görəcək  isə,  görür;  Ə

oldur,  həq  yolunda  baĢ  oynaya.  DöĢəkdə  ölən  yigit  murdar 

bolur; Əldə beĢ barmağı düz kim görmüĢdür; Hər zaman tanrı 

yaxar  bir  çırax;  Mərd  olan  yerdə  labüd  namərdi  var;  Hə

günün  günəĢi,  gecənin  mahi  var;  Qanğı  canda  od  varını  ah 

bilir; Hər zaman bir yigidün dövranıdur; Əgərçi damdur zülfi, 

vəli quĢ danəyə düĢər  və s.  

Q.Bürhanəddinin bədii dili lirik mahiyyəti ilə səciyyələnir. 

Ancaq  onun  dilində  qəhrəmanlıq  motivi,  patetika  boyası 

yaradan bir qrup söz aydın görunür. Əslində bu sözlər dastan 

leksikonudur:  ə

r,  ər  kiĢi,  əranə,  ərən,  ərlik,  ər  güni  (döyüş, 

sınaq  günü), 

erkək,  nər,  qoç,  aslan,  qaplan,  əjdəha,  Ģiranə

nəranə, buğra, düĢmən, meydan, ox, qılınc, cövlan  etmək  və 

s. 

Bu  sözlər  şairin  bütün  əsərləri  boyu  yayılmış  işlək 



leksikadır.  Bunlar  şairin  lirikasını  həzinlikdən  qurtarır,  ona 

 

179 


yüksək  əhval-ruhiyyə  daxil  edir,  gümrahlıq  gətirir.  Şairin 

yaratdığı  bədii  lövhə  elə  bir  tablodur  ki,  onun  bir  tərəfində 

qılınclı-qalxanlı  ərlər,  o  biri  tərəfində  ala  gözlü,  al  yanaqlı 

gözəllər  dayanırlar.  Həm  də  sadəcə  dayanmırlar,  onların 

arasında  hissi  və  fikri  ünsiyyət  gedir,  bununla  da  tablo 

şəkillikdən  çıxıb,  canlı  həyata  çevrilir:  döyüşlü,  vuruşlu, 

məhəbbətli bir həyata. Bu sözlər həm məcazi mənada işlənir: 

Haqqa 


Ģü

kr, 


qoçlarun 

devranıdur...Günbatardan 

güntoqan yerə dəkin EĢərinün bir nəfəs seyranıdur. Həm də 

həqiqi-müstəqim  mənada  işlənir:

  Hədəf  ilə  oxü  qılıc  urırısax, 

Qoparalum Misir eli qayasını.  

Məhz bu cəhətlə bağlıdır ki, «Dədə Qorqud»dakı 

«xanım» 

xitabı  ilə  səsləşən 

«bəgim»  işlənir:  Səni  sevməyən,  bəgim, 

adəm dəgül (maraqlıdır ki, hər iki söz bu gün qadın adı kimi 

geniş  işlənir  — 

Xanım,  Bəyim).  Belə  bir  leksik—semantik 

qrupun  işləkliyi,  şübhəsiz,  Q.Bürhanəddinin  dövlət  xadimi 

olması  ilə  bağlıdır;  şair  monqol  əsarəti  dövründə,  Əmir 

Teymur  işğalı  zamanı  xalqda  ruh  düşkünlüyü  yaranmasın 

deyə,  nikbinlik,  döyüşkənlik  təlqin  edir,  işğalçı  sərkərdələrə 

mənəvi  meydan  oxuyur:  Ġ

ki  aləmdə  həqqə  sığınmıĢuz. 

ToxtamıĢ  nə  ola,  ya  Axsax  Temur?  Ümumiyyətlə,  dövlət 

xadimliyi  onun  dilində  aydın  əks-səda  tapır:  onun  dilində 

abstrakt  müqayisə  və  məcazlar  yox,  konkretlik  səciyyəvidir, 

şair  bədii  ümumiləşdirmələrlə  tərbiyə  məqsədinə  ciddi  fikir 

verir, insanlara həm ailə, həm də cəmiyyət üçün yararlı olmaq 

hissi aşılayır: Y

ar gərək yarı ilə həmrəng ola. Gər niĢatü eyĢü 

sülhü cəng ola. Bu konkretlik şairin ictimai qayəsi ilə şərtlənir: 

o, bədii əsərlərində müəyyən təbliğat məqsədi izləyir.

 

Öz bədii 



təbliğatı  qavransın  deyə,  xalq  dilinə,  aydın  danışıq  dilinə 

müraciət edir. Şairin dilindəki aydınlıq və konkretlik ictimai-

didaktik  məzmunlu  tuyuq  və  rübailəri  ilə  yanaşı,  sevgi 

şeirlərində  də  görünür.  Anlayışlar  arasındakı  koordinatın 

dəqiqliyi, müxtəlif sintaktik vahidlərdə leksik mənaların aydın

 

əlaqələri  həm  kamil  bədiilik  yaradır,  həm  də  onun 



qavranmasını asanlaşdırır:   

   


Dedim ki:  ləbüŋ ! Dedi: nə  Ģirin söylər!  

 

180 


Dedim ki:  belüŋ !  Dedi: nə  narın söylər! 

 

Burada 



ləb  və  Ģirin,  bel  və  narın  söz-anlayışları  arasında 

aydın  assosiasiya  vardır.  Bəzən  dilində  nahəmvarlığa  rast 

gəlinsə də, ümumən, sadə və xəlqi dil, aydın və şəffaf portret, 

dolğun  və  nüfuzedici  bədiilik  Q.Bürhanəddin  şeirləri  üçün 

doğma atributlardır: 

     


Ol göz ki  yüziŋ görməyə, göz demə ana,  

ġ

ol yüz ki tozıŋ silməyə, yüz demə ana.  



ġ

ol söz ki içində, sənəma, vəsfüŋ yox,  

Sən badi-həva dut anı, söz demə ana. 

 

Tolanub zülfiŋə  itirmiĢ  özin,  



Ey  koŋül, qarə köŋül,  miskin  köŋül. 

 

Can çün yüzüni gördi, yılduzi neylərəm bən?  



Dil çün saçuni gördi, gündüzi neylərəm bən?  

 

Sonralar  Nəsimi  və  Füzulidəki  səs  melodiyasının  uyarı 



görünür: 

Gül ol ola, bülbülünü gözləyəġah ol ola, bir qulunu 

gözləyə.  Xub  anə  deyəm  ki,  hər  dəm  içində  Bülbülünü

qülqülünü gözləyə. Bu tuyuqda l səsinin yaratdığı ritm gül və 

bülbül məfhumlarını daim xatirə gətirir. Bəzən burada Füzuli 

obrazlarıının kökü görünür: 

Yürək dəlük-dəlük oluban nalələ

qılur,  Dəvası  bu  ki,  yə‘ni  bənəm  Ģimdi  nayi-eĢq  (Füzulinin 

«nalədəndir  ney  kimi...»  beyti  ilə  müqayisə  et).  Şair  tipik 

danışıq  dili  ifadələrini  klassik  poeziya  dilinə  gətirir: 

yaxĢı-

yaman, qatı-yumĢaq, alax-bulax (indiki: ələk-vələk), ağız-ağı

(bu,  başqa  heç  kəsdə  işlənmir,  indiki 

ağız  dolusu,  çoxlu 

mənasındadır:  Ağız-ağız,  yardan  raz  olsa  xoş), 

kükür-kükü

kükrəmək  və  s.  Onun  dilində  aparmaq  (daha  işlək  olan 

ilətmək  müqabilində),  ölməklik,  oynamaq  (qurban  vermək), 



çə

ləb (allah) kimi sözlərin işlənməsi göstərir ki, bunlar o, vaxt 

canlı dildə mövcud olmuşdur. 

Q.Bürhanəddin oğuzların salur tayfasındandır. Buna görə 

də onun    dilində oğuz elementləri cəmləşməli idi. Həqiqətən 


 

181 


burada  oğuz  xüsusiyyətləri  seçilir: söz sonunda karlaşma – 

yamax, irax, ayax, son hecada dodaq   saitlərinin   işləkliyi – 

yürəgüm,  aparur,    ərənlərün,  meydanidür,  təsirlik  halda    -yı 

işlənməsi  – 

dünyayı,  qapuyi  və  s.  Eyni  zamanda  qıpçaq  dil 

qrupuna  məxsus  xüsusiyyətlər  də  güçlüdür:  söz  başında  t  – 

toğru,  tamu,  taĢ;  təsirlik  halda  nı—  vəsfimüzni,      Bağdadnı

bənizümni;    feli      sifət      şəkilçisi  -qan  —  tutqan,  yazılğan;  - 

mə

şəxs 


şəkilçisi 

-irməmiĢmən, 

 

dərməmiĢmən,  



qırmamıĢmən;    -əd  indiki  zaman  şəkilçisi:  -  dillənədür, 

yanadurur  və  s.  Deməli,    Qeysəriyyədki    oğuzlar  anlayışı  

qədim  oğuz  tayfasını  əks  etdirmir, məzmunca metamorfoz   

olmuş  etnonimdir.  Şairin  doğulduğu      və    böyüdüyü      yerdə   

müxtəlif    tayfa    dilləri    əsasında  formalaşmış    Azərbaycan  

xalq dili  fəaliyyət  göstərmişdir. 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin