Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Lüğətlər.  İslamın  qəbulu  ilə  türklər  və  ərəblər  arasında 

ikitərəfli – türk-ərəb və ərəb-türk münasibətləri yaranır. Təbii 

ki, bu münasibətlər qarşılıqlı  anlaşma üzərində qurulmalı idi. 

Bu  siyasi-tarixi  tələbat  türklərdə  ərəbcəyə  və  ərəblərdə 

türkcəyə  meyil  doğurur.    Bu  qarşılıqlı  maraq  onların  

qarşısında  bir-  birinin  dilini  öyrənmək  ehtiyacı  yaradır. 

Həmin  ehtiyacı  ödəmək  üçün  dil  əsərləri,  qrammatikalar, 

lüğətlər  yazılmalı  idi.  Bu  tarixi  zərurətin  ilk  məhsulu  kimi 

M.Kaşğarinin  monumental  «Divanü  luğat-it-türk»  əsəri 

meydana  çıxır.  Bu  divan-lüğətdə  ərəblərin  türkləri  tanıması 

üçün  hər  şey  vardı:  türkün  etnik  tarixi,  yaşadığı    coğrafiya, 

yaratdığı  yazılı  və  şifahi  ədəbiyyat  və  türkü  var  edən  dili  – 

lüğəti, fonetikası, qrammatikası ilə. İslamın qəbulu prosesində 

ərəblərin  türk  coğrafiyalarına  aramsız  axınları  ikinci 

mərhələdə  türklərin  ərəb  ölkələrinə    fasiləsiz  yürüşlərilə  əvəz 

olunur.  Və  XI-XII  əsrlərdən  İslam  Şərqində  türklərin  nüfuzu 

artır.  Ərəb  ölkələrində  türk  dili  hakim  olur.  Xüsusilə 

Səlcuqların  hakimiyyətə  gəlməsi,  Anadoluda  türk  dövlətini 

yaratması və geniş imperiya quruculuğu ilə bu nüfuz daha da 

güclənir. Monqol yürüşləri zamanı türkün və türk dilinin kultu 

davam  etməyində  qaldı.  Çünki  monqol  ordusunda  türk 

döyüşçüləri əksəriyyət təşkil edirdi və türk sərkərdələri böyük 

hörmət  sahibləri  idi;  türk  dili  monqol  ordusunda  ünsiyyət 


 

182 


vasitəsi kimi işlənirdi. XIII əsrin ortalarından Misirdə qıpçaq-

məmlük  hakimiyyəti ilə uzunömürlü bir yeni türk imperiyası 

yaranır.  Bununla  islam  Qərbində,  Afrikanın  Şimalında, 

İspaniyada türkün və türk dilinin meydanı daha da genişlənir.  

Buna görə də XIII-XIV əsrlərdə çox dəyərli türk dili lüğətləri 

yaradılır. 

Bütün  islam  ölkələrində,  o  cümlədən  Azərbaycanda  ərəb 

dili  din  dili,  elm  dili,  dövlət  dili  kimi  işlənir  və  deməli,  yerli 

xalqlar, o cümlədən Azərbaycan türkləri ərəb dilini öyrənməli 

olurdular. Bu şəraitdə qədim dilçilik məktəblərindən olan ərəb 

dilçiliyi bütün türk dünyasına və eləcə də Azərbaycana  nüfuz 

edir.  Yetişən  böyük  Azərbaycan  dilçiləri  yalnız  türk  dilinin 

deyil,  ərəbcənin  də  tədqiqi  ilə  məşğul  olurlar.  Yetişən  türk 

dilçiləri  ərəbcə-türkcə  və  türkcə-ərəbcə  lüğətlər  hazırlayırlar. 

Ərəb dilçiliyinin inkişafında bilavasitə Azərbaycan dilçiləri də 

iştirak  edirlər:  Cəmaləddin  Ərdəbili  (XII-XIII  əsrlər), 

Sə‗dəddin Bərdəyi (XIV əsr)

1

 və b. Ancaq qeyri-azərbaycanlı 



türk  dilçilərinin  yaratdığı  əsərlər,  xüsusilə  lüğətlər  bilavasitə 

Azərbaycan  türkcəsinin  tarixi  üçün  də  böyük  əhəmiyyət  kəsb 

edir.   

Bu  lüğətlər,  birinci  növbədə,  türk  dillərinin  işlənmə 

coğrafiyasından  məlumat  verir.  Türk  dili  işləndiyi  həmin 

iqlimlərə mədəniyyət aşılayırdı

*

.  Bu lüğətlərdə  ərəb Şərqində 



və  Qərbində  yaşayan  türklərin  dillərinin  öyrədilməsi  və  ərəb 

dillərinin  onlara  öyrədilməsi  başlıca  məqsəd  götürülür.  Bu 

lüğətlər  içərisində  Əndəlusda  (İspaniya)  doğulan,  Qahirədə 

(ərəb  dünyasının  mədəniyyət  beşiyi  olan  Misir)  ömrünü  başa 

vuran  Əbu  Həyyanın  (1256-1344)  ərəbcə-türkcə  «Dürrül-

mudiyyə  fil  lüğat-it-türkiyyə»  (Türk  dilində  inci)  və  türkcə-

ərəbcə «Kitabül-idrak li-lisanül-ətrak» (Türklərin dilinin idrak 

kitabı)  lüğətləri  xüsusi  tarixi  əhəmiyyət  kəsb  edir.  Əsirəddin 

                                                 

1

  Эениш  мялумат  цчцн  бах:  Агаева  А.А.  Азербайджанские  языковеды 



средновековья. Баку, 1990.  

*

  Аллащ,  сян  сахла:  еля  бил  тцрк  юз  мядяниййятини  сяриб  даьыдыб.  Йайыб, 



совуруб,  щярби  сирлярини  Авропайа  юйрядиб  юзцня  мцгабил  щазырлайыб, 

Авропаны юз ялейщиня капиталист инкишаф йолуна салыб йеня Асийайа гайыдыб. 

Даща онун габаьында дура билмир…  


 

183 


Əbu Həyyan Əndəlusinin bu əsərləri yaratdığı ərazilər qıpçaq-

məmlük  imperiyasını  təşkil  edirdi.  Deməli,  bu  lüğətlərin  söz 

tutumunda  qıpçaq-türk  sözləri  mühüm  yer  tutur.  M.Kaşğa-

rinin müqayisəli təqdimatına görə oğuz və qıpçaq tayfalarının 

dilləri  arasında  90-95  faizə  qədər  uyğunluq  vardır.  O  biri 

tərəfdən,  yenə  M.Kaşğarinin  məlumatına  görə,  oğuzların 

zəngin yazılı və şifahi ədəbiyyatı və bu ədəbiyyatın mükəmməl 

dili  olmuşdur.  Yəni  zamanında  ədəbi  təzahür  kimi  oğuzcanı 

bütün  türklər  bilmişlər.  Deməli,  ikinci  nəticə  çıxır  ki,  Əbu 

Həyyanın  lüğətlərində  oğuz  sözləri  də  öz  miqdarına  görə 

seçilməlidir. Nəzərə alanda ki, Azərbaycan dilinin etnik təməli 

oğuz  və  qıpçaq  dillərinin  üstündə  durur,  onda  aydın  olur  ki, 

Əbu  Həyyan  lüğətlərinin  Azərbaycan  türkcəsinin  tarixinin 

öyrənilməsində  mühüm  əhəmiyyəti  vardır.  Bunu  həmin 

lüğətlərin    tədqiqatçıları  da  təsdiq  edirlər

1

.  Lüğətlərdə  eynən  



bu  gün  türkcəmizdə  işlətdiyimiz  fonetika  və  semantika  ilə 

yüzlərlə  söz  var:  ana,  ata,  ad,  altı,  ayğır,  ancaq,  oğlaq,  oğru, 



bıçaq,  bit,  boşa(maq)-talağını  vermək,  batman,  boğ(maq), 

əvli(evlənmiş), qılıc, qın, qol, qul, su, susa(maq), saç, sarı, təkə, 

yoldaş, əş, yay qabı…   

Eyni  zamanda  müasir  ünsiyyət  üçün  arxaikləşmiş,  ancaq 

«Dədə  Qorqud  kitabı»nın,  Nəsimi,  Füzuli  dilinin  lüğət 

tərkibində  olmuş  yenə  yüzlərcə  leksik  vahid  işlənmişdir:  əsən 

(sağ),  əsənlə  (mək),  sağraq  (badə,  kasa),  sası  (üfunət,  çirkin), 

səmiz  (kök),  görk  (gözəllik),  görklü  (gözəl),  qarındaş  (qardaş, 

bacı),  əsrük  (sərxoş),  əsrü  (mək)-sərxoş  olmaq,  ülüş  (pay), 



ülə(mək)-bölmək,  paylamaq,  ud//ut

1

  (həya,  abır),  güz//küz 

                                                 

1

  З.Рцстямованын  щесабына  эюря,  «Дцррцл-Мuдийyя»дяки  1250  сюзцн  80 



фаизи мцасир Азярбайъан ядяби дили вя диалектляриндя  галыр (Ясиряддин Ябу 

Щяййан ял-Яндялуси, Яд-дцррял-мuдиййя фил-луьатят-тцркиййя. Бакы, 1997, с. 

17).  Lüğətdəki  «Дядя  Горгуд  китабы»,  Фцзули  дилиндя  ишляниб  бу  эцн 

архаикляшмиш  сюзляри  дя  бура  ялавя  етсяк,  бу  фаиз  бир  гядяр  дя  артар. 

Э.Ямированын  щесабламасына  эюря,  «Китабцл-идрак»да  2400  сюз  вар  ки, 

бунун  да  1080-и  бу  эцн  Азярбайъан  тцркъясиндя  ишлянир  (Э.Ямирова. 

Ясиряддин  Ябу  Щяййан  ял-Яндялусинин  «Китабцл-идрак»  ясяри  Азярбайъан 

дили тарихи цчцн мянбя кими (ф.е.н.авторефераты), Бакы, 2004, с.20.  

1

  Утан(маг)  феiлинин  кюкцдцр,  йалныз  «Дядя  Горгуд  китабы»нда  утсуз 



(щяйасыз) шяклиндя растланыр. 

 

184 


(payız),  yazı  (çöl),  us  (ağıl),  qısraq  (at),  əyər  (yəhər),  tanuq 

(şahid), yalavac (peyğəmbər)… 

Sözlərin tarixi fonetikası  haqqında bu kitablar söz deyir: 

kirbik,  yulduz,  yaşıllık  (q  yox,  məhz  k),  anlar  (onlar),  bular 

(bunlar), mən//bən, ussi (uslu-ağıllı), yaxışşı (q yox, x)…   

Türkün məişət mədəniyyəti haqqında məlumat verir: quru 

(y)ət (hisə verilmiş ət, kolbasa), çuçka (donuz balası, çoşka), 

turb  (turp),  soğan,  sarımsaq,  mərcimək,  taraq//daraq,  bıçqıç 

(qayçı), bəşik (beşik)… Əbu Həyyanda ən maraqlı faktlardan 

biri  «Dürrül-mudiyyə»  lüğətində  türklərin  kişi  və  qadın 

adlarının verilməsidir. Kişi adları «Dədə Qorqud kitabı»nda, 

«Koroğlu»da,  ümumiyyətlə,  qəhrəmanlıq  dastanlarındakı 

adları  xatırladır  –  adlar  türkün  tarixi  qəhrəmanlıq  obrazını  

canlandırır:  Qaçmas,  Qorqmas,  Ölməs,  Qayıtmaz,  Ürküməs 

(Hürkməz), Laçın, Balaban (Tərlan), Sunqur (Şahin), Canqılıc, 



Aqbars  (Ağbars),  Aqbay.  Bu  siyahıda  məmlük-qıpçaq 

imperiyasının əsasını qoyan, böyük türk sərkərdəsi Baybarsın 

da  adı  var.  Burada  Tağrıbərmiş  (Tanrıverdi  –  Allahverdi 

adından  əvvəl  türk  bunu  işlədirmiş),  Toqutumuş  (Toxtamış), 



Canum,  Qanum,  Canberdi  (Canverdi)  xüsusi  isimlərinə  rast 

gəlirik. Qadın adları da eyni dərəcədə maraq doğurur. Bu gün 

türkün keçmiş titul bildirən sözlərini qadınlara ad veririk – bu, 

babalarımızın  qadına  ulu  münasibətidir.  Atalar  sözündə 

deyildiyi  kimidir:  Aslanın  erkəyi,  dişisi  olmaz.  Ona  görə  də 

qadınlara  deyiblər:  Bəyim  (bəy+im  –  mənim  bəgim),  Xanım 

(xan+ım  –  mənim  xanım),  Sultan,  Salatın  (Sultanlar), 

Ağabəyimağa.  Əbu  Həyyanın  qadın  adları  siyahısında  bu  ad 

modelini görürük: Qonanbəy, Sevərbəy, İncibəy, Göhərbəy, Ta-



tlıbəy (Dadlıbəy),  Verdiqan (Verdixan).  Bu isə əsl zərif qadın 

adıdır: Cansevər

Əlamət  və  keyfiyyətin  dərəcəsi  müxtəlif  yollarla  ifadə 

olunur:  alaca-bulaca  (rəngbərəng),  sarıca  (sarımtıl),  abbaq 

(apağ,  ağappağ),  qıbqızıl  (qıpqırmızı),  gömgöy,  yamyaşıl, 

sabsarı, qabqara

Maraqlıdır  ki,  samitlərin  qoşalaşmasından  qrammatik 

semantika  üçün  istifadə  olunur:  qqıb  (qırmızı),  yyam  (yaşıl), 

ssab  (sarı),  yoqssız  (yoxsul,  tamam  heç  nəyi  olmamaq), 


 

185 


saqalssız  (tamam,  saqqalsız),  kossa  (tamam  tüksüz),  yaxışşı 

(çox  yaxşı).  Məlumdur  ki,  qədim  türkcədə  səsin  və  sözün 

təkrarı  ilə  kəmiyyət  artıqlığı  ifadə  olunmuşdur

1

.  Bu  gün  də 



əlamətin  çoxluğunu  tələffüzlə  bildiririk:  gözzəl,  qəşşəng, 

qoççaq, böyük-böyük 

binalar (həm bunların çoxluğu, həm də 

çox  böyük  olması  bildirilir).  Təsadüfi  deyil  ki,  Əbu  Həyyan 

«Kitab  əl-idrak»da  təkidlilik  məqamında  təkrardan  istifadə  

olunmasını  deyir:  «Tə‘kid  iki  cürdür:  ləfzi  və  mə’nəvi.  Ləfzi 

tə‘kid hər hansı bir sözün təkrarından ibarət olub, həm təkdə 

və  həm  də  cümlədə  vaqe  olur.    Tək  isimdə  Səncər,  Səncər 

turdı, feildə Səncər turdı, turdı, ədatda əvət, əvət 

2

».    



Qrammatik  baxımdan  «Dürrül-mudiyyə»də  Azərbaycan 

türkcəsinin  tarixi  sintaksisi,  «Kitab  əl-idrak»da  tarixi  morfo-

logiyası üçün qiymətli dil faktları var. 

Azərbaycanlı 

olmayan 

türk 


dilçilərinin 

əsərləri 

türkcəmizin tarixi üçün nə dərəcədə faydalı material versə də, 

azərbaycanlı  dilçilərin  hazırladığı  lüğətlərin  öz  tarixi  dəyəri 

var.        

1.  Hüsaməddin  Xoyi.  Töhfeyi-Hüsam  (XIII  əsr).  Bilindiyi 

kimi,  orta  əsrlərdə  türkcə  xeyli  mənzum  elmi  əsər  var. 

«Töhfeyi-Hüsam»  türkcələrin  tarixində  ilk  mənzum  lüğətdir. 

Hüsaməddin  Güney  Azərbaycanın  Xoy  şəhərində  doğulmuş 

və ilk təhsilini də burada  almışdır.  Ancaq tarixin yaddaşına 

həkk  etmiş  olduğu  yaradıcılığı  Anadoluda  keçmişdir.  Böyük 

leksikoqraf-dilçi  kimi  tanınan  Hüsaməddin  Xoyi  həm  də 

zəmanəsinin sayılan şairlərindən olmuşdur. Öz əsərlərində adı 

belə  keçir:  Hüsaməddin  Həsən  bin  Əbdülmö‘min  Xoyi. 

Mardində 

olmuş 


və 

əsas 


ömrünü 

Kastamonidə 

Çobanoğullarının  sarayında  yaşamışdır.  Çoban  oğullarını 

mədh  edən  şeirlərində  yüksək  bədii  sənətkarlıq  var.  Bədii 

əsərlərini  fars  dilində  yazıb.  Azərbaycanın  və  bütövlükdə 

Şərqin  böyük  filosofu  sayılan  Seyid  Zülfüqar  Şirvaniyə  həsr 

                                                 

1

  Бах.  Гаджиев  Т.  О  происхождении  геминат  в  тюркских  языках. 



Советская тюркология. Б.,1971, №6, с.26-31. 

2

  Ясиряддин  Ябу  Щяййан.  «Китаб  ял-идрак  ли-лисан  ял-ятрак.  Бакы,  1992, 



с.109. 

 

186 


etdiyi  qəsidəsi  nadir  sənət  nümunələrindəndir.  Ona  cavab 

qəsidəsində  Seyid  Zülfüqar  Hüsaməddin  Xoyini  «millətin  və 

dinin qılıncı», «sözün Allahı» adlandırıb. Hüsamın «Nəsib əl-

fityan  və  nəsib  ət-tibyan»  adlı  ərəbcə-farsca  və  «Töhfeyi-

Hüsam» adlı türkcə-farsca mənzum lüğətləri vardır. 

Türkcə-farsca  «Töhfeyi-Hüsam»  mənzum  lüğəti  20 

qit‗ədən – fəsildən, 302 beytdən ibarətdir

1



Lüğətin  yazılışında  şair  əruzun  müxtəlif  bəhrlərindən 

istifadə edib. Ən yığcam bəhr 8-ci qit‗ədir – I növ mütəqarib 

(fə‗Ulin    fə‗Ulin  fə‗Ulin  fə‗Ul):  Bəgəl  yenə  qoltuq,  əriĢdür, 

biləg… Ən uzunu 7-ci qit‗ədir – I növ rəcəz bəhri (müstəf‗Ġlün, 

müstəf‗Ġlün,  müstəf‗Ġlün,  müstəf‗Ġlün):  Hirə  qafa,  pilə  papaq, 

piĢani  atın,  ruy  yüz…  Ən  az  həcmli  18-ci  qit‗ədir  –  12 

misradan, ən iri həcmlisi 9-cu qitədir – 64  misradan ibarətdir. 

Şeir forması qəzələ uyğun gəlir: ilk iki misra həmqafiyə olur, 

sonrakı  beytlərin  ikinci  misrası  həmin  qafiyə  ilə  davam  edir.  

Bütün qitələrdə son beytin misraları öz aralarında qafiyələnir.  

Lüğətin  başlanğıcı  dövrün  məsnəvilərinin,  poemalarının 

əvvəli kimi Allahın adı ilə açılır:   

  

Xuda Taŋrı, təvangər mə‗nisi bay,  



ĠĢə

 buyruq edici karfərmay. 

  

Sonra peyğəmbərin ünvanı gəlir: 



 

Bozorq ulu, peyğəmbərdür xəbərçi, 

FəriĢtədür, soruĢöŋdən keçən pay.  

Sonra da başqa lüğətlərdə olan kimi göy cisimləri:    

 

Setarə ıldız o xorĢid GünəĢ



Zəmin yer, asiman gög, mahdur ay.   

 

Lüğətdə,  ümumiyyətlə,  bədii-mənzum  əsərlərdəki  kimi 



bədii  təsvir  vasitələrindən,  dili  bədiiliklə  təmin  edən  müxtəlif 

                                                 

1

  Бах:  Ялясэярова  Т.,  Садыгова  Ъ.  Щцсамяддин  Хойи.  Тющфейи-Щцсам. 



Бакы, 1996, 238 с. 

 

187 


göstəricilərdən  istifadə  olunur.  Məsələn,  tərcümə  olunan 

sözlərin seçim ardıcıllığında antonimliyə fikir verilir: 

Bəbala rəv yuqary var deməkdür, 

Aşağı en demək, yə‘ni foru ay, – 

– bədii təzad yaranır və yadda saxlama asanlaşır. Əksərən 

sözlər  semantik  qruplar  üzrə  sadalanır  ki,  bu  da  qavrayışa 

sürəklilik gətirir:   

 

Təbər balta, qılınc ĢəmĢi o tir oq



Sepər qalqan, kəmin busu, kəman yay. 

 

Misralarda  melodiya  yaradılmasına  şair-leksikoqraf 



xüsusi diqqət yetirir: Dərd ağrı, dozd oğrı, dərun iç o dər qapu, 

Bigah er, dir gec o dur iraq durur – d və r samitlərinin yaratdığı 

assonans əsl şeir ritmi kimi qavranır. 

Bəzən farsca və türkcə sözlər adi ikidilli lüğətlərdəki kimi 

sadəcə qarşı-qaşıya qoyulur: 

 

Bər-üzər, ba-ilə, dən-əz, dər-də



*

Sən-to, mən-bən, Ģoma-siz o ma-biz.  



 

Bəzi  hallarda  isə  de,  ayıt  deməkdir,  denür  (deyilir),  nədir, 



bil,  yəni  sözləri  ilə  aydınlıq  gətirilir:  ayranə  de 

duğ;  xer  ayu, 

səg it, tonuz qoraz denür; qaçacaq yerə ayıt: caye qoriz. 

Bəzən  farscalar  həmcins  üzv  kimi  sadalanır,  sonra 

türkcələr eyni sıra ilə verilir: Bərfo zemestan: biri qar, biri qış

Bəzən  də  misranın  birində  birbaşa  qarşılıqlar,  o  birində 

həmcins ardıcıllıq verilir:   

 

Yek bir o do iki, se üç, həçar dörd o pənc beĢ,  



ġ

eĢ həft o həĢt altı, yedi, səkiz o dəh on. 

 

Bu  da  həmin  prinsipə  uyğundur  ki,  misranın  birində 



türkcələr, ikincisində farscalar gəlir:   

                                                 

*

  Бу  мисрада  кюмякчи  сюзлярин  (цзяр//цзяриндя,  иля)  вя  шякилчилярин  (-дя 



йерлик, -дян чыхышлыг щал шякилчиляринин) фарсъа гаршылыглары верилир. 

 

188 


 

AĢağa vo yuqaru vo ard o öŋ

Mə‗niləri: zir o zəbər, pəs o piĢ

 

Adətən  qafiyə    mövqeyində  eyni  dilin  sözləri  işlənir. 



Türkcə:  

 

Xoy dər* o xakestər kül, xam çig, 



Dərz yit o əndazə təsim** duk ig. 

 

Parə qafa, pilə qapaq, piĢani alın, ruy yüz, 



Bini burundur, rox yanağ, kirpik mojə, sinə köküz. 

 

Farsca:  



 

Təni-lağər o ruğ, ayranə de duğ 

Quruq qorə, vəli boyunduruğ yuğ

 

Lüğətdə  onlarla  məişət  sözləri  var  ki,  bunlar  XIII  əsr 



Azərbaycan    cəmiyyəti  haqqında,  məişət    və  evdarlığı, 

təsərrüfat və məşğuliyyəti haqqında təsəvvür yaradır: ç

ardaq, 

ç

arıq,  çomaq,  çölmək,  çəküc,  çərçi,  çöp,  baĢaq,  baĢmaq, 

boyunduruq,  burunduruq  (noxta,  yiyən),  qılçıq,  gön,  tava, 

arğac, uyuq (bostanda qurulan müqəvva), ayran, qatıq, qab-

qacaq,  baldır,  yengə,  gədük,  savurmaq,  sezmək…Bu  sözlərin 

əksəriyyəti  şeir  dilində  yoxdur,  ancaq  gündəlik  danışıqda-

ünsiyyətdə  işlədilir.  Bu  sözlərin  hamısının  farsca  qarşılığı 

verilir,  yəni  türklərin  və  farsların  həyatın  bütün  sahələri  ilə 

bağlı  canlı    ünsiyyət  saxlaması  üçün  gerçək  dil  təminatı 

yaradılır.  Tam  ünsiyyət  üçün  leksik  vahidlərlə  yanaşı, 

qrammatik  vasitələrin  də  qarşılığı  verilir:  məndə-dər  mən, 

baŋa qarşu-be pişəm, -da(-də) – dər, - dan (-dən) -əz, idi (imiş) 

– bud və s. 

                                                 

*

 тяр



**

 тясим тцркъя сюздцр: юлчц. 



 

189 


Lüğətin  dilində  (sözlüyündə)  müasir  dil  baxımından 

onlarla  türk  mənşəli  arxaizmlər  cəmləşmişdir.  Bunlar 

Nəsiminin, Füzulinin  dilindəkindən dəfələrlə çoxdur. Lüğətdə 

bədii  nitqin  sözləri  yox,  dilin,  bilavasitə  işlək,  canlı  dilin 

materialı  əhatə  olunur.  Deməli,  bu  arxaizmlər  Hüsaməddin 

Xoyinin 


zamanında 

Azərbaycan 

xalqının 

gündəlik 

danışığında  işlənmişdir.  Deməli:  bu  qədim  türk  sözləri  hələ 

XIII  əsrdə  yaşamaq,  qalmaq  üçün  müasir  ünsiyyətimizdəki 

qarşılıqları ilə vuruşurmuşlar: ayıt (de), alp (qəhrəman), baqır 

(mis),  bilgə  (daneşməndə,  müdrik),  qavıç  (xəbərçi),  qısraq 

(madyan, at), ilət (yetir-), irmək (yetmək), iss (sahib), ırlamaq 

(oxumaq-melodiya  ilə),  ısırmaq  (dişləmək),  yaya  (piyada), 

yilim (yapışqan), çətük//çədük (pişik), süŋü (nizə), çaqıl (daşlı), 

çayan  (əqrəb),  sırıtmaq  (təyin  etmək),  sırça  (şüşə  cam), 

soqman  (uzunboğaz  çəkmə),  suçı  (şərab),  sülük  (zəli),  tanla 

(səhər,  dan  yeri),  təkələ  (minik  heyvanı),  ünəkülük  (düşmən-

çilik etmə), ağ (tələ)… 

Xeyli məqamda sözlüyün türkcə tərəfində də alınma (ərəb, 

fars)  sözlər  işlənir:  hakim  –  davər,  hasil-xəvid,  heybət-şokuh, 

həmlə-tək,  hirs-az  (tamah),  şe‘r-camə,  şəbnəm-jalə,  divanə, 

əvvəl, aləm, busitan (bostan), əpsəm ol (sus-xamuşkon). Birinci 

tərəfdəki  sözlər  Azərbaycan  dili  faktı  kimi  verilir  və  farscaya 

çevrilir.  Deməli:  həmin  ərəb  və  fars  sözləri  XIII  əsrdə 

semantik cəhətdən tam türkcələşiblərmiş. 

Lüğətdə  morfoloji-aqlütinativ  yolla  söz  yaradıcılığı  geniş 

yer  tutur:  qısac  (qayçı),  əksüglig,  düdükçi  (tütək  çalan),  ələk, 



əlsüz,  yırtmac  (yarıq),  götürüci  (sahib),  üşiləyəcək  (yelpik, 

sərinlədici-üşütmək  felindən),  xəbərçi  (peyğəmbər-ərəbcə 



xəbər+türkcə-çi),  yaldanmaq  (yaltaqlanmaq,  gal  «itin  yemi» 

sözündəndir), biliş (tanış, aşina)… 

Maraq  doğuran  mürəkkəb  sözlər  var:  mumturacaq 

(şamdan),  çəribaşı  (sərkərdə,  ordu  başçısı),  işə  buyruqedici 

(hakim),  güntoğduğı  (şərq),  günbatdığı  (qərb),  əkin  başı 

(başaq), arqası qoz (qozbel), qızoğlan (qız uşağı)… 

Ümumiyyətlə,  analitizm  geniş  yer  tutur,  bir  çox  hallarda 

anlayış  təsviri  yolla  ifadə  olunur:  sənduq  ki,  balçıq  ilətələr 

(təhnə),  suda  binilən  tuluq  (suda  batmamaq  üçün  üfürülüb 


 

190 


taxılan  qurşaq),  cahil  kimsə  (nadan),  yerüŋ  altında  arq 

(kəhriz),  saç  bölügi  (hörük),  eşək  sürən  dəgirmən  (eşşək 

çəkməklə  hərəkətə  gətirilən  dəyirman),  şəxsi  gücdən  qurtaran 

(dadrəs-dadaçatan), işüŋ təmamı (nəticə)… 

Ədəbi dilin lüğət tərkibinin  türkcə mənzərəsini qavramaq 

üçün  ictimai-terminoloji  və  müxtəlif  məzmunlu  elitar  leksika 

diqqəti  çəkir:  buyruq  (fərman),  verim  (borc),  qalqan,  dəmrən 

(oxun dəmir ucluğu), varlıq, dərnək (əncümən, ictimai qurum), 



axşamiçün  (şam  yeməyi),  əvət,  omuz,  yelkən,  qopuz,  eş/əş, 

yavru, bəgdaş (yoldaş, tay-tuş), savaş… 

Belə  nümunələr  var  ki,  lüğətdəki  məlum  türkcə  qarşılıq 

indi arxaikləşmiş, o zaman tərcümə ilə anladılan isə indi lüğət 

tərkibində  milli  işlənmə  pasportu  alıb:  huş-us,  mis-baqır, 



kəniz-qırnaq,  kar-sağır,  çeşmə-biŋər  (pinar,  bulaq),  xəstəgi 

(lik)-sayruluq, ayin-törə, girov-tutuz, behişt-uçmaq. 

Lüğət  tarixi  fonetika  üçün  xeyli  material  verir:  axşam  (x 

işlənməsi),  əyər  (yəhər),  kiçi,  yedi,  səkiz,  saruqğa//qasırğa, 



saqsığan (saqsağan), tavuk. 

Lüğətdə frazeologiya çox zəif əks olunur, görünür, lüğətin 

hərfi  mənaya  meyli,  məcazdan  qaçmaq  tələbi  bu  nəticəyə 

gətirmişdir.  İşimiz  oldu  göy  (işi  yaxşı  olmaq),  nəsnə  bilməz 



kimsə  (bacarıqsız),  sınub  qanmaq  (həzm  etmək).  Bu  hikmətli 

söz verilir və farscaya çevrilir: Kim gülə irişürsə, aqibət dikən 



dərə – hər ke ba qol estizəd, aqebət beçinəd xar

2.  Fəxrəddin  Hinduşah  Naxçıvani.  Əs-sihah  əl-əcəmiyyə

Əsər  farsca-türkcə  lüğətdir.  Oğlu  Şəmsəddin  Məhəmməd  ibn 

Hinduşah  Naxçıvanlının  1328-də  bitirdiyi  «Sihahül-furs» 

lüğətinin müqəddiməsində işlətdiyi «atam mərhum Fəxrəddin 

Hinduşah»  ifadəsindən  aydın  olur  ki,  Fəxrəddin  Hinduşah 

ibn  Səncər  Naxçıvani  XIV  əsrin  əvvəllərində  (1328-ci  ilə 

qədər)  ölmüşdür.  Hinduşah  Naxçıvani  dövrünün  görkəmli 

alimi  –  tarixçisi,  dilçisi,  şairi,  tərcüməçisi,  münşisi  (katibi) 

olmuşdur.  Eyni  zamanda  tarixi  məlumatlara  görə,  o,  dövlət 

xadimi kimi də tanınmışdır. Türkcə, ərəbcə, farsca mükəmməl 

bilmişdir.  Öz  yazdığına  görə  o,  Bağdadda  mədrəsə  təhsili 

görmüş,  ümumən  vətənindən  kənarda  yaşamışdır.  Farsca 

şeirlərindən  birində  arzularının  içində  doğma  torpağına 


 

191 


qovuşmasını  da  deyir:  «Ya  rəbb!  Ey  məkan  və  zaman 

yaradan,  peyğəmbəri  göndərən,  Qur‗anı  göydən  endirən 

Allah!  Mən  dərvişə  güc  bəxş  elə,  mən  ürəgi  yaralıya  şəfa 

göndər.  Bir  də  arzum    budur  ki,  məni  Naxçıvan  torpağına 

yetirəsən»

1

. Hinduşah Naxçıvaninin qiymətli əsərlərindən biri 



də  farsca-türkcə  lüğətdən  ibarət  olan  «Sihahül-əcəm»dir. 

Lüğətdə 10 minə yaxın türkcə söz əhatə olunmuşdur. Bu lüğət 

XIII-XIV əsrlər Azərbaycan ədəbi dilinin və xalq dilinin lüğət 

tərkibi  haqqında  təsəvvür  yaradır.  Oğul  Hinduşahın  atasının 

1320-ci illərdə öldüyünü deməsindən aydın olur ki, lüğət XIII 

əsrin  sonları,  XIV  əsrin  əvvəllərində  yazılmış  olmalıdır.  Əsər 

üç  hissədən  ibarətdir:  ərəb  dilində  müqəddimə;  farsca-türkcə 

lüğət; fars dilinin qrammatikası (ərəbcə).  

Maraqlı cəhətlərdən biri fars dilinə keçmiş türk sözlərinin 

qeydə  alınmasıdır.  Yəni  xalis  türk  sözləri  fars  sözləri 

siyahısında  sıralanır  və  türkcə  qarşılığı  verilir:  qazğan-qazan


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin