Tibbur-Rəsul (Peyğəmbər təbabəti)



Yüklə 82,94 Kb.
səhifə3/3
tarix01.01.2017
ölçüsü82,94 Kb.
#4356
1   2   3


Həzrət Peyğəmbər (s) buyurur: Müsafir və ailəsi üçün səfərdə ən üstün mühafiz budur ki, iki rəkət namaz qılıb bu duanı oxusun: Pərvərdigara! Özümü, ailəmi, malımı, övladlarımı, dünya və axirətimi, əmanətlərimi, aqibətimi sənə tapşırıram, Sənə əmanət verirəm”. Həzrət Peyğəmbər (s) buyurur: Kim bu işi görsə Allah ona istədiyini verər, özünü, ailəsini və həyat sərmayələrini qoruyar.

 

Vəhşi heyvan təhlükəsi...



Həzrət Peyğəmbər (s) buyurur: Kim vəhşi heyvanın hücumundan qorxsa bu ayəni oxusun: Ləqəd caəkum rəsulun min ənfusikum əzizun ələyhi ma ənittum hərisun ələykum bil-mumininə rəufun rəhim. (Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!/“Tövbə”, 128)

 

Minikdə qorunmaq üçün...



Miniyə süvar olan şəxs canını və miniyini qorumaq üçün bu duanı oxusun: “Bismillahi və la həvlə və la qüvvətə illa billah əlhəmdulillahilləzi hədana lihazə və sübhanəlləzi səxxərə ləna haza və ma kunna ləhu muqrinin” (Allahın adı ilə, Allahdan başqa güc yoxdur. Həmd Allaha məxsusdur, məni bu vasitə ilə hidayət etdi. Bu miniyi mənə ram edən kəs pak-pakizədir. Yoxsa mənim onu ram etmək gücüm yox idi.)

 

Gözdəyməyə qarşı...



İmam Sadiq (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: Həzrət Peyğəmbər (s) Həsən (ə) və Hüseyni (ə) şərdən və bəladan qurtarmaq üçün bu duanı oxuyardı: “Sizi sığındırıram Allahın kəlmələri və gözəl adlarına... Hər zəhərli heyvan və həşəratlardan, bəd nəzərdən həsədin şərindən! Həzrət (s) buyurur: Həzrət İbrahim (s) İsmail (s) və İshaqı (s) bu dua ilə Allaha sığındırardı.

 

Sehr və şeytana qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Sehr və şeytandan qorxan şəxs bu ayəni oxusun: “İnnə rəbbəkumullahulləzi xələqəssəmavati vəl ərzə fi sittəti əyyamin summəstəva ələlərşi yudəbbiruləmrə ma min şəfiin illa min bədi iznihi zalikumullahu rəbbukum fəbuduhu əfəla təzəkkərun.” (Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşə üz tutan), hər işi yerinə qoyan (səhmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?/ Yunis, 3)

 

Yenə gözdəyməyə haqqında...



Peyğəmbərdən (s) rəvayət olunur ki, bir şeyi görəndə heyrətlənən və narahat olan insan zərəri uzaqlaşdırmaq üçün bu duanı oxusun: “Əllahussəməd, maşaəllah, La qüvvətə illa billah.”

 

Qorxu və həyəcana qarşı...



Bir şəxs Peyğəmbərə (s) qorxu və nigarançılıqdan şikayətləndi. Həzrət buyurdu ki, kim bu duanı davamlı şəkildə oxusa qorxu və nigarançılıq ondan uzaq olar: “Sübhanəllahil-məlikil-qudus, Rəbbil məlaikəti vərruhi xaliqissəmavati vələrz, zil-izzəti vəlcəbərut” (Malik və müqəddəs Allah pakdır, mələklər və ruhun rəbbidir, göylər və yerin xaliqidir, izzət və hökm sahibidir).

 

Bir daha misvak haqqında...



Həzrət Peyğəmbər (s) buyurur: Kim gündə bir dəfə misvak çəksə, Allah ondan razı qalar. Kim gündə iki dəfə misvak çəksə, peyğəmbərlərin sünnəsini yerinə yetirirb, Allah onun hər rəkət namazına yüz rəkətin savabını yazar, yoxsulluqdan uzaq olar.”

 

Çətinliyə qarşı istiğfar namazı...



Həzrət Peyğəmbər (s) buyurur: Əgər dolanışıqda çətinlik, işdə maneə yaransa Allaha dua et, istiğfar namazı qıl. Bu namaz iki rəkətdir. Birinci rəkətdə Həmd, Qədr, surələri oxunur, sonra 15 dəfə istiğfar edilir. Rükuda 10 istiğfar deyilir. Rükudan sonra, səcdədə, səcdədən sonra, ikinci səcdədə, ikinci səcdədən sonra 10 dəfə istiğfar edilir. İkinci rəkət də birinci rəkət kimidir. Bütün namazda 150 istiğfar var.

 

Təmizlik...



Həzrət Peyğəmbər (s) buyurur: Libaslarınızı yuyun, saçlarınızı qısaldın, misvak çəkin, zinətlənin, təmiz olun. Bəni-İsrail bu işləri görmədiyindən qadınları zina etdi.”

 

Qəm-qüssə xəstəlik yaradar...



Həzrət Peyğəmbər (s) buyurur: Əxlaqı pis olan özünə əzəb verir. Pərişanlığı çox olanın bədəni xəstələnir. Xalqla sərt davrananın şərafəti əldən çıxır. Beləsinin alicənablığı aradan qalxır... Həzrət (s) buyurur: Qəm-qüssə qocalığın yarısıdır. İnsan tez qocalır, süstləşir, beli əyilir, saçları ağarır.

 

Yenə sədəqə...



Həzrət Peyğəmbər (s) buyurur: Sübhü sədəqə ilə başlayın. Çünki bəlalar sədəqə sipərini aşa bilmir.

 

Yoxsulluq və xəstəlik günaha qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Allahdan yoxsulluq və xəstəlik gələndə bilin ki, günahlarınızı yumaq istəyir... Yenə buyurur: Möminin xəstəliyi onun günahlarının kəffarəsidir... Buyurur: Xəstəlik anları günahların yuyulduğu anlardır.

 

Bədən hərarətli olanda...



İnsan qızdırma keçirəndə onun günahları ağacdan yarpaqlar tökülən kimi tökülür... Qızdırma hər mömin üçün cəhənnəm odundan qurtuluşdur. Bir gecə qızdırma bir il günahların kəffarəsidir... Həzrət (s) buyurur: Qızdırma Allahın yer üzündə zindanıdır. Bəzən qızdırma ölümün başlanğıcı olur.

 

Hər zaman təmizlik!



Həzrət Peyğəmbər (s) buyurur: Həqiqətən İslam paklıqdır. Pak olun, yalnız pak insanlar behiştə daxil olar.

 

Saqqalınızı darayın!



Həzrət Peyğəmbər (s) buyurur: Saqqalınızı darayın, dırnaqlarınızı qısaldın. Şeytan tüklər və dırnaqlar altındadır.

 

Qəm-qüssəyə qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Kim dünyada qəm-qüssə, çətinliklə qarşılaşsa belə dua etsin: “Allahu Rəbbi la uşriku bihi şəyən təvəkkəltu ələlhəyyilləzi la yəmut” Əllamə Mirza Məhəmməd Hüseyn (s) Naini zikir edir ki, rəvayətdə say bildirilməsə də bu duanın 40 dəfə oxunduqda qəbul olunması mənə sübuta yetib.

 

Evdən çıxanda...



Həzrət Peyğəmbər (s) buyurur: Evdən çıxan şəxs “Bismillah” desin. Mələklər ona salamatlıqla müjdələyər. “La həvlə və la qüvvətə illa billah” desə mələklər ona deyər ki, işlərin düzəldi. Təvəkkəltu ələllah deyəndə mələklər onu bəlalardan amanda qalması ilə müjdələyər.

 

Sehr-caduya qarşı...



Rəvayətdə deyilir ki, Cəbrail Peyğəmbərə (s) ona qarşı sehr edildiyini xəbər verdi. Peyğəmbər Əlini (ə) çağırıb buyurdu ki, filan quyuda sehr var, get onu gətir. Əmirəlmöminin (ə) deyilən yerə getdi, quyunun dibindən bir halğa tapıb onu Peyğəmbərə (s) gətirdi. Quyuda on bir düyün vurulmuş ip (“zihi”) vardı. Cəbrail “Nas” və “Fələq” surələrini gətirdi. Peyğəmbər buyurdu ki, Ya Əli, bu surələri düyünlərə oxu. Həzrət Əli (ə) hər ayəni oxuyanda bir düyün açılırdı. Surələr başa çatanda düyünlər açıldı və sehr batil oldu.

 

Gözün ağrayırsa...



Həzrət Peyğəmbər (s) buyurur ki, göz ağrıyanda bu duanı oxuyun: “Əllahummə məttəni bisəmi və bəsəri vəcəlha vəcəlhəl-varisəyni minni vənsurni əla mən zələməni və ərini fihi sari.”

 

Heyvanların dəliliyinə qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Ya Əli! Heyvan dəlilik edəndə onun sol qulağına oxu: “Və ləhu əsləmu mən fissəmavati vələrzi təvən və kərəhən və iləyhi turcəun.”

 

Çətinlik zamanı...



Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Ya Əli (ə)! Bir şey səni qorxudanda ya çətinliklə rastlaşanda belə dua et: “Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd ən tusəlli əla Muhəmmədin və ali Muhəmməd və ən tuncini min hazəl ğəmm.”

 

Qızdırmaya qarşı...



Həzrət Peyğəmbər (s) Fatimənin (s) yanına gəldi və gördü ki, Həsən (s) qızdırıb. Cəbrail nazil oldu və dedi: “Ya Məhəmməd! Həsənin qızdırmasını aparacaq dua söyləyim? Həzrət (s) buyurdu ki, bu duanı öyrət! Cəbrail dedi: “Əllahummə la ilahə illa əntəl-əliyyil-əzim, və lil-kəlimatit-tammat, vəddəəvatil-mostəcabat, həll ma əsbəğə bifulan” (Fulan sözü yerinə qızdıran şəxsin adı çəkilir). Həzrət (s) bu duanı oxudu və əlini Həsənin (ə) başına çəkdi. Allahın lütfü ilə qızdırma aradan qalxdı.

 

Hakimdən qorxuya qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Başçı, hakimdən qorxu yarananda bu duanı oxusanız qurtularsınız. Məni haqq olaraq seçənə and olsun, nə vaxt bu duanı oxudumsa düşmənə qalib gəldim. Dua belədir: “Ya aliməl-ğuyubi vəssərairi ya mutaə ya əzizə ya əlimə ya haziməl-əhzabi li əhməd ya kaidə firəvnu limusa ya munci isa min əydizzulməti ya muxəlləsə nuhun minəl ğərqi ya qasidə kullə xəyr, ya zəlcəlali vəl ikram, ya xaliqəl xəyir, ya əhləl xəyr, rəğəbtu iləykə fi kəza və kəza (Kəza və kəza yerinə istəyini deyirsən) fəsəlli əllahummə əla Muhəmmədin və alihi və fərrəc ənni əğisni vəstəcibli vərhəmni ya ərhəmərrahimin.”

 

Diş ağrısına qarşı...



İbn Abbas Peyğəmbərin belə buyurduğunu (s) nəql edir. Dişi ağrıyan adam barmağını həmin dişin üzərinə qoyub bu iki ayəni yeddi dəfə oxusun. Ənam, 98: “Və huvəlləzi ənşəəkum min nəfsin vahidətin fəmustəqərrun və mustəvdəun qəd fəssəlnəl-ayati liqəvmin yəfqəhun.” (Sizi tək bir nəfərdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik); Mulk, 23: “...Huvəlləzi ənşəəkum vəcəələ ləkumussəmə vələbsarə vələfidətə qəlilən ma təşkurun.” (...Sizi yoxdan yaradan, sizə qulaq, göz və qəlb verən Odur. (Allahın nemətlərinə) nə az şükür edirsiniz!) Həqiqətən, Allahın izni ilə ağrı aradan qalxar.

 

Qorxuya qarşı...



Bir şəxs Peyğəmbərə (s) iztirab və qorxudan şikayətləndi. Həzrət Peyğəmbər (s) buyurdu: Kim bu duanı çox oxusa Allah onu qorxu və iztirabdan uzaqlaşdırar. Subhanəllahi rəbbil-mələkul-quddusu rəbbul-məlaikəti vərruh, xaliqussəmavati vələrzi zil izzəti vəlcəbərut”.

 

Üzücü fikirlərə qarşı...



Həzrət Peyğəmbər (s) buyurur: Kim üzücü fikirlərə düçar olsa belə dua etsin: “Allahu Allahu Allahu Rəbbi La uşriku bihi şəyən təvəkkəltu ələl-həyyilləzi la yunamu və la yəmut”. Başqa bir fərəc duası: “Ya mən yəkfi min kulli şəyin və la yəkfi minhu şəyun ikfini ma əhəmməni.” Yəni, ey hər şeyə kifayət edən və heçnəyin kifayət etmədiyi, sən özün məni düşündürən şeyi sona çatdır.

 

Gün uzunu amanda qalmaq üçün...



Həzrət Peyğəmbər (s) buyurur: Kim sübh bu duanı oxusa gün başa çatana qədər heç bir bəla görməz. Hər kəs gecə bu duanı oxusa sübhə qədər bəladan amanda qalar. Dua belədir: “Bismillahilləzi la yəzurru məə ismihi şəyun filərzi və la fissəmai və huvəssəmiul-əlim. ( O Allahın adı ilə ki, adı ilə yerdə və göydə bir şey zərər göməz. O eşidən və biləndir).

 

Xəstəliyin dörd təsiri...



Həzrət Peyğəmbər (s) buyurur: Xəstə öz xəstəliyindən dörd səmərə görər: Üzərindən vəzifə götürülər, Allah mələklərə əmr edər ki, sağlamlıq vaxtı etdiyi işləri yazsınlar, günaha yol verib xəstələnmiş əzanın günahları silinər, xəstə ölsə bağışlanar, sağ qalsa günahları pozular.

 

Saçlara qulluq...



“Məkarimul-Əxlaq” kitabında yazılır ki, həzrət Peyğəmbər (s) güzgüyə baxıb saçını darayar, güzgü olmayanda suya baxıb bu işi görərdi. O təkcə ailəsi yox, səhabələri üçün də zinətlənərdi. Həzrət (s) buyurur: Allah istəyir ki, onun bəndəsi din qardaşı ilə görüş üçün evdən çıxanda zinətlənsin.

Nəql olunur ki, həzrət Peyğəmbər (s) saçını və saqqalını sidrlə yuyardı. Həzrət Əli (ə) buyurur: Peyğəmbər (s) daim saçını darayar, su ilə onu səliqəyə salardı. Buyurardı ki, saçı ətirləndirmək üçün su bəs edər.

 

Yatan zaman sürmə...



İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) yatan zaman gözlərinə sürmə (sürmeyi-səng) çəkirdi. Yatmazdan öncə dörd dəfə sağ, üç dəfə sol gözünə sürmə vurardı. Başqa bir hədisdə deyilir ki, Peyğəmbərin (s) xüsusi sürmə qabı var idi. Hər gecə gözünə bu sürmədən vurardı. “Sunənun-Nəbiyy” kitabının müəllifi yazır ki, Peyğəmbərin (s) gözünə neçə dəfə sürmə çəkməsi barədə fərqli xəbərlər var. Buna görə də bu işin sayı yox, özü sünnə sayılmalıdır.

 

Belağrıya qarşı...



İmam Sadiq (ə) buyurur: Peyğəmbər bel ağrısından əziyyət çəkdiyi zaman Allah ona göstəriş verdi ki, buğda ilə əti bişirib yesin.

 

Xoş qoxu...



İmam Sadiq (ə) buyurur: Peyğəmbərin (s) müşk qabı vardı. Hər dəstəmazdan sonra ətirlənirdi. Evdən çıxanda keçədən xoş ətir qoxusu gəlirdi. Ona ətir təklif edəndə qəbul edər və buyurardı: Qoxusu gözəl özü yüngüldür. (Gəzdirmək asandır) Ətirlənmək üçün üzrü olanda təkcə barmağının başına ətir vurardı.

Peyğəmbərin (s) ən çox sevdiyi ətir müşk idi. İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) təamdan çox ətirə pul verirdi.

 

Necə yemək?



İmam Sadiq (ə) buyurur: Allah cəddimi Peyğəmbər (s) seçdiyi gündən o Həzrət (s) ömrünün sonuna qədər söykənmiş vəziyyətdə yemək yemədi. Həmişə qul kimi oturar, qul kimi yeyərdi. Bununla Allah qarşısında təvazösünü bildirərdi.

Həzrət (s) yemək zamanı namazdakı kimi iki dizi üstə oturardı. Deyərdi ki, mən bəndəyəm, bəndə kimi otururb, bəndə kimi yeyirəm. Həzrət Əli (ə) buyurur: Həzrət Peyğəmbər (s) süfrə kənarında qullar kimi əyləşərdi. Sol ayağına ağırlıq salardı... İmam Sadiq (ə) buyur: Allahın rəsulu qullar kimi əyləşərdi, əlini yerə qoyardı, üç barmağı ilə yeyərdi. O təkəbbürlü hakimlər kimi iki barmağı ilə tikə gətürməzdi. Nəql olunur ki, Peyğəmbər (s) nar yeyəndə onu tam şəkildə yeyər və bunu tövsiyə edərdi. İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) başqaları ilə süfrəyə əyləşəndə onların rahat yeməsi üçün süfrəyə əlini birinci uzadar, süfrədən əlini sonda çəkərdi.

 

Neysan suyu...



Seyid ibn Tavus deyir: “Zadul-Abidin” kitabında rəvayətçi nəql edir ki, atam Əbülfütuh (r) vasitə ilə Abdullah ibn Ömərdən nəql edir: Biz əyləşmişdik, Peyğəmbər (s) oraya gəldi. Salam verdi. Biz də salamına cavab verdik. Buyurdu ki, sizə elə bir şey tanıtdırım ki, dava-dərmana ehtiyacınız qalmasın. Rum təqvimi ilə Neysan ayında yağış suyunu yığın, ona yetmiş dəfə “Həmd”, “Ayətəl-Kürsi”, “Tövhid”, “Fələq”, “Nas”, “Kafirun”, “Qədr”, “Əllahu-Əkbər”, “La ilahə milləllah”, “salavat” oxuyun, Həmin suyu yeddi gün gecə və gündüz için.

 

İnsan və cinin şərinə qarşı...



İnsan və cinin şərindən amanda qalmaq üçün bu duanı oxuyun: “Bismillahir-Rəhmanır-Rəhim, La ilahə illəllahu ələyhi təvəkkəltu və huvə rəbbul-ərşil-əzim. Maşaəllahu kanə və ma ləm yəşa ləm yəkun əşhədu innəlahə əla kulli şəyin qədir və innəllahə qəd əhatə bikulli şəyin ilma. Əllahummə inni əuzu bikə min şərri nəfsi və min şərri kulli dabbətin əntə axizun binasiyətiha innə rəbbi əla siratin mustəqim” (Bağışlayan və mehriban Allahın adı ilə. Allahdan başqa məbud yoxdur. Ona təvəkkül etmişəm Odur uca ərşin Rəbbi. Allahın istədiyi olacaq, onun istəmədiyi olmayacaq. Şəhadət verirəm ki, Allah hər şeyə qadirdir. Elmi hər şeyi əhatə edir. Pərvərdigara! Həqiqətən öz nəfsimin və hər canlının şərindən Sənə sığınıram. Həqiqətən Allahın yolu doğru yoldur).

 

Peyğəmbərin (s) dua-zirehi



Rəvayətlərdə nəql olunur ki, həzrət Amənə Peyğəmbərə (s) hamilə olduğunu bildiyi zaman ona yuxuda deyilmişdi: “Sən insanların ən üstününə hamilə olmusan. Onun adını Tövratdakı kimi Əhməd qoy və bu yazını onun ütündə gəzdir. Amənə yuxudan ayılanda yanında üstü yazılı bir parça gördü. Dəri üzərində yazılmışdı: “Bismillahi əstərikə Rəbbəkə və əuzikə bilvahidi min şərrə kulli hasidin qaimin əv qaidin və kulli xəlqin zaidin fi turuqil-məvaridil-ətəzurruhu fi yəqzətin vəla mənamin və la fi zənin və la fi muqamin səcisəl ləyali və əvaxirəl-əyami yədullahi fəvqə əydihim və hicabullahi fəvqi aditihim” (Allahın adı ilə Rəbbini sənə sipər və mühafiz seçirəm. Bütün həsəd aparanların ayaq üstə və oturaq vəziyyətdə şərindən, bütün ovçuların tələsindən sən pənah aparıram. Oyaq vəziyyətdə, yatdığı zaman, gecə və gündüz Allahın əli onun üzərindədir...)

 

Çətinlik zamanı Peyğəmbərin (s) dua-zirehi...



Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Ya Əli! Bir əmr ya hadisə səbəbindən ölüm sorağına gəlsə, ya çətinliyə düşsən bu duanı oxu: Allahumə inni əsəlukə bihəqq muhəmmədin və li muhəmmd ən tusəlli əla muhəmmədin və ali muhəmməd və ən tuncini min hazəl-ğəmm.”

 

Peyğəmbərin (s) şərə qarşı duası...



Həzrət Peyğəmbər (s) buyurur: Kim Allahı bu adlarla çağırsa duası qəbul olar. Bu adların oxunduğu dəmir Allahın izni ilə əriyər. And olsun məni haqq olaraq elçi göndərən Allaha! Kimə aclıq və susuzluq üz versə, bu şəxs Allahı həmin adlarla çağırsa aclığı və susuzluğu yatar. And olsun Məni haqq olara peyğəmbər göndərənə! Bir kəs çatmaq istədiyi məqsədə aparan yolu dağ kəsən zaman bu adları oxusa dağlar ovular, yol açılar. And olsun məni haqq-ədalət olaraq peyğəmbər göndərənə! Kim bu duanı ağılını itirənə oxusa dəlilikdən qurtarar. Bu duanı doğuşu çətin olan qadına oxusalar doğuşu asanlaşar. Bir şəhər yansa və evi odla əhatələnmiş şəxs bu duanı oxusa evi oddan qorunar. Kimm bu duanı qırx cümə axşamı oxusa nə qədər böyük günahı olsa bağışlanar. And olsun məni haqq olaraq göndərənə! Kim pərişan ikən bu duanı oxusa Allah onun dünya və axirət qəmlərini dağıdar. And olsun məni haqq olaraq peyğəmbər seçənə! Kim bu duanı zalım padşahın hüzuruna daxil olmazdan qabaq oxusa Allah padşahı ram edər, padşah həmin şəxsə tabe olar. Şərif dua budur:

Bismillahi-Rəhmanir-Rəhim 

Əllahummə inni əsəlukə ya mənihtəcəbə bişüai nurihi ən nəvaziri xəlqihi

ya mən təsərbəl bil-cəlali vəl-əzəməti vəştəhərə bittəcəbbəri fi qudsihi

ya mən təali bil-cəlali vəl-kibriyai fi təfərrudi məcdi

ya məninqadətil-umuri bi əzimmətiha təv-ən liəmrihi

ya mən qamətissəmavati vəl-ərzunə mucibatin liddəvəti

ya mən zəynəs-səmaə bin-nucumit-taliəti və cəələha haditən lixəlqi

ya mən ənarəl-qəmərəl-munirə fi səvadil-ləylil-muzlimi bilutfihi

ya mən ənarəş-şəmsəl-munirətə və cəələha məaşən lixəlqihi və cəələha mufərriqətən bəyəl-ləyli vən-nəhari biəzəməti. Ya mən istəvcəbəş-şukrə binəşri səhaibi niəmihi əsəlukə biməqaidil-izzə min ərşikə və muntəhər-rəhməti min kitabikə və bi kulli ismin huvə ləkə səmməytə bihi nəfsəkə əv istəsərtə bihi fi ilmil-ğəybi indəkə və bikulli ismin huvə ləkə ənzəltəhu fi kitabikə əv əsbəttəhu fi qulubis-safinəl-haffinə həvlə ərşikə fətəracəətil-qulubu iləs-suduri ənil-bəyani biixlasil-vəhdaniyyəti və təhqiqil fərdaniyyəti muqirrətən ləkə bil məbudiyyəti və innəkə əntə əllah əntə əlllah əntə əllah la ilahə illa əntə və əsəlukə bil-əsmail-ləti təcəlləytə biha lil-kəlim ələl cəbəlil əzim fələmma bəda şuau nuril-hucubi min bəhail-əzəməti xərrətil-cibalu mutədəkdikətən li əzəmətikə və cəlalikə və həybətikə və xəvfən min sətvətikə rahibətən minkə fəla ilahə illa əntə fəla ilahə illa əntə fəla ilahə illa əntə və əsəlukə bil-ismil-ləzi fətəqtə bihi rətqə əzimi cufuni uyunin-nazirinəl-ləzi bihi tədbiri hikmətikə və şəvahidu hucəci ənbiyaikə yərifunəkə bifitənil qulubi və əntə fi ğəvamizi musirrati səriratil-ğuyubi əsəlukə biizzəti zalikəl-ismi ən tusəlli əla muhəmmədin və ali muhəmməd və ən təsrifə ənni və ən əhli huzanəti və cəmiil-mumininə vəl-muminati cəmiəl afati vəl-ahati vəl-ərazi vəl-əmrazi vəl-xətaya vəz-zunubi vəşşəkki vəşşirki vəlkufri vəşşiqaqə vənnifaqə vəzzəlaləti vəlcəhli vəlməqti vəlğəzəbi vəlusri vəzziqi vəfəsadiz-zəmiri və hululin-niqməti və şəmatətil ədai və ğələbətil-ricali innəkə səmiud-duai lətifun li ma təşau və la həvlə və la qüvvətə illa billahil-əliyul-əzim.

 

اللَّهُمَّ إِنِّی أَسْأَلُكَ یَا مَنِ احْتَجَبَ بِشُعَاعِ نُورِهِ عَنْ نَوَاظِرِ خَلْقِهِ یَا مَنْ تَسَرْبَلَ بِالْجَلَالِ وَ الْعَظَمَةِ وَ اشْتَهَرَ بِالتَّجَبُّرِ فِی قُدْسِهِ یَا مَنْ تَعَالَى بِالْجَلَالِ وَ الْكِبْرِیَاءِ فِی تَفَرُّدِ مَجْدِهِ یَا مَنِ انْقَادَتِ الْأُمُورُ بِأَزِمَّتِهَا طَوْعاً لِأَمْرِهِ یَا مَنْ قَامَتِ السَّمَاوَاتُ وَ الْأَرَضُونَ مُجِیبَاتٍ لِدَعْوَتِهِ یَا مَنْ زَیَّنَ السَّمَاءَ بِالنُّجُومِ الطَّالِعَةِ وَ جَعَلَهَا هَادِیَةً لِخَلْقِهِ یَا مَنْ أَنَارَ الْقَمَرَ الْمُنِیرَ فِی سَوَادِ اللَّیْلِ الْمُظْلِمِ بِلُطْفِهِ یَا مَنْ أَنَارَ الشَّمْسَ الْمُنِیرَةَ وَ جَعَلَهَا مَعَاشاً لِخَلْقِهِ وَ جَعَلَهَا مُفَرِّقَةً بَیْنَ اللَّیْلِ وَ النَّهَارِ بِعَظَمَتِهِ یَا مَنِ اسْتَوْجَبَ الشُّكْرَ بِنَشْرِ سَحَائِبِ نِعَمِهِ أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ سَمَّیْتَ بِهِ نَفْسَكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِی عِلْمِ الْغَیْبِ عِنْدَكَ وَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ أَنْزَلْتَهُ فِی كِتَابِكَ أَوْ أَثْبَتَّهُ فِی قُلُوبِ الصَّافِّینَ الْحَافِّینَ حَوْلَ عَرْشِكَ فَتَرَاجَعَتِ الْقُلُوبُ إِلَى الصُّدُورِ عَنِ الْبَیَانِ بِإِخْلَاصِ الْوَحْدَانِیَّةِ وَ تَحْقِیقِ الْفَرْدَانِیَّةِ مُقِرَّةً لَكَ بِالْمَعْبُودِیَّةِ وَ إِنَّكَ أَنْتَ اللَّهُ أَنْتَ اللَّهُ أَنْتَ اللَّهُ لَا إِلَهَ إِلَّا أَنْتَ وَ أَسْأَلُكَ بِالْأَسْمَاءِ الَّتِی تَجَلَّیْتَ بِهَا لِلْكَلِیمِ عَلَى الْجَبَلِ الْعَظِیمِ فَلَمَّا بَدَا شُعَاعُ نُورِ الْحُجُبِ مِنْ بَهَاءِ الْعَظَمَةِ خَرَّتِ الْجِبَالُ مُتَدَكْدِكَةً لِعَظَمَتِكَ وَ جَلَالِكَ وَ هَیْبَتِكَ-وَ خَوْفاً مِنْ سَطْوَتِكَ رَاهِبَةً مِنْكَ فَلَا إِلَهَ إِلَّا أَنْتَ فَلَا إِلَهَ إِلَّا أَنْتَ فَلَا إِلَهَ إِلَّا أَنْتَ وَ أَسْأَلُكَ بِالاسْمِ الَّذِی فَتَقْتَ بِهِ رَتْقَ عَظِیمِ جُفُونِ عُیُونِ النَّاظِرِینَ الَّذِی بِهِ تَدْبِیرُ حِكْمَتِكَ وَ شَوَاهِدُ حُجَجِ أَنْبِیَائِكَ یَعْرِفُونَكَ بِفِطَنِ الْقُلُوبِ وَ أَنْتَ فِی غَوَامِضِ مُسَرَّاتِ سَرِیرَاتِ الْغُیُوبِ أَسْأَلُكَ بِعِزَّةِ ذَلِكَ الِاسْمِ أَنْ تُصَلِّیَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَصْرِفَ عَنِّی وَ عَنْ أَهْلِ حُزَانَتِی وَ جَمِیعِ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ جَمِیعَ الْآفَاتِ وَ الْعَاهَاتِ وَ الْأَعْرَاضِ وَ الْأَمْرَاضِ وَ الْخَطَایَا وَ الذُّنُوبِ وَ الشَّكِّ وَ الشِّرْكِ وَ الْكُفْرِ وَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ الضَّلَالَةِ وَ الْجَهْلِ وَ الْمَقْتِ وَ الْغَضَبِ وَ الْعُسْرِ وَ الضِّیقِ وَ فَسَادِ الضَّمِیرِ وَ حُلُولِ النَّقِمَةِ وَ شَمَاتَةِ الْأَعْدَاءِ وَ غَلَبَةِ الرِّجَالِ- إِنَّكَ سَمِیعُ الدُّعاءِ لَطِیفٌ لِمَا تَشَاءُ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ

 

 



 

 

 



                                                                                                                                                                                                                 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 
Yüklə 82,94 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin