TiBBİ Şuranin geniŞLƏNDİ­ RİLMİŞ toplantisinda z. Qarayev: “Kafedramızın


Klinikanın direktoru Hacıqulu Bağırov



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix02.01.2022
ölçüsü12,77 Mb.
#1481
1   ...   29   30   31   32   33   34   35   36   37
Klinikanın direktoru Hacıqulu Bağırov:

- Klinikamız MDB məkanında bütün təchizatı olan vahid 

tədris cərrahi klinikadır. Əsas vəzifəmiz tədrislə müalicəni 

professional olaraq aparmaqdır. Cərrahi yönümlü bütün 

kafedraların yerləşdiyi klinikamızda treninq mərkəzi, mul-

ti-media ilə təchiz olunmuş dərs otaqları mövcuddur.

Ayın 8-də tədrislə bağlı müşavirədə də qərara alındı ki, 

təhsil,  elm,  etika,  tibbi-ekpertiza  komissiyaları  yaradıl-

sın və həmin komissiyalar vasitəsilə həm tədrisə, həm də 

müalicə işlərinə nəzarət edilsin.

Hədəfimiz  ən  unikal  əməliyyatların  aparılmasıdır.  İn-

vaziv  kardiologiya  əməliyyatının  aparılması  artıq  real-

laşıb.  Açıq  qəlb  əməliyyatlarının  aparılması  üçün  ciddi 

hazırlıq  işləri  görülür.  Transplantasiya  əməliyyatlarını 

dərindən öyrənmək məqsədilə əməkdaşlarımızı Türkiyəyə 

ezamiyyətə  göndərmişik.  Gələcəkdə  qaraciyər  və  böyrək 

köçürmə  əməliyyatları  həyata  keçiriləcək.  Bu  sahədə 

səriştəsi olan mütəxəssislərimiz var. Mən bir rəhbər kimi 

buradakı mütəxəssislərin səviyyəsindən çox razıyam. Onu 

da bildirim ki, burada universitetin 16 kafedrası fəaliyyət 

göstərir. Professor-müəllim heyətindən əlavə hörmətli rek-

torumuz  akademik  Əhliman  Əmiraslanovun  tövsiyəsi  ilə 

xaricdə təhsil alan uzmanlar klinikamıza yönləndirilir.  Se-

vindirici haldır ki, mama-ginekoloji, burun-boğaz-qulaq, 

ağız,  üz-çənə,  ürək-damar  cərrahiyyəsi,  travmatologiya, 

urologiya, radiologiya sahələri üzrə fəxr edə biləcəyimiz 

mütəxəssislər çalışırlar.  

Hələlik klinikada gün ərzində 20-25 əməliyyat aparılır, 

hədəfimiz isə bu rəqəmi 60-70-ə çatdırmaqdır.

Son  olaraq  deyim  ki,  möhtərəm  prezidentimiz  İlham 

Əliyev cənablarının sərəncamı ilə yaradılan və xeyir-duası 

ilə fəaliyyətə başlayan Tədris Cərrahiyyə Klinikasının qısa 

müddətdə  müsbət  imic  qazanmasında  universitetimizin 

rəhbəri,  millət  vəkili,  akademik  Əhliman  Əmiraslanovun 

şəxsi nüfuzu  böyük rol oynayıb. Kollektivimizin qarşısında 

duran başlıca vəzifə də bu müsbət imici qoruyub saxlamaq, 

klinikamızı ölkənin ən reytinqli klinikasına çevirməkdir.

Biz  də  öz  növbəmizdə  “hədəfə  doğru  gedən  yolunuz 

açıq  olsun,  burada  şəfa  tapan  xəstələrin  sevincindən  hər 

birinizə pay düşsün”- deyirik. Unutmayaq ki, bıçaq cani 

əlində  ölüm, cərrah əlində isə şəfa alətidir. Ölümə meydan 

oxuyan şəfa bıçağınız heç vaxt korşalmasın!



Arif MƏMMƏDLİ,

Qabil ABDULLAYEV

Fotolar Cənnətalı Çingizindir

MDB MƏKANINDA ƏN MÖHTƏŞƏM 

TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASI

Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin