TİBBİ Şuranin geniŞLƏNDİ­ RİLMİŞ toplantisinda z. Qarayev: “Kafedramızın



Yüklə 12.77 Mb.
Pdf просмотр
səhifə1/4
tarix14.12.2016
ölçüsü12.77 Mb.
  1   2   3   4

TİBBİ  ŞURANIN GENİŞLƏNDİ­

RİLMİŞ TOPLANTISINDA 

Z.QARAYEV: 

 “Kafedramızın 

müəllimləri 

ATU-nun ictimai 

həyatında aparıcı 

qüvvəyə çevrilib”

MDB MƏKANINDA ƏN MÖHTƏŞƏM 

TƏDRİS CƏRRAHİYYƏ KLİNİKASI

TƏLƏBƏLƏRİMİZ ALMANİYADA YAY 

PRAKTİKASINDAN QAYIDIB

KƏNARDAKI KAFEDRALAR “TİBB 

ŞƏHƏRCİYİ”NDƏ CƏMLƏNDİ

 

 



 

 

           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          



№ 15 (1590) 16 sentyabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

4-5

6

3

4-5

Azərbaycan Respublikası Konstitusiyasının 109­cu 

maddəsinin 32­ci bəndini rəhbər tutaraq və Azərbaycan Res­

publikası Prezidentinin “Azərbaycan Respublikasının ali 

məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi 

haqqında” 2001­ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına 

uyğun olaraq qərara alıram:

1. 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrup-

ları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının 

ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü 

verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli 

gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2014-cü il.



2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil 

olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında

BU  SAYIMIZDA 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ATU-da “Bilik günü” qeyd edildi

2

http://www.amu.edu.az

16 sentyabr 2014-ъц ил

2

u

Təhsilin, el-



min, biliyin, 

tərəqqi üçün 

açar, inkişafın 

hərəkətverici 

qüvvəsi he-

sab olunduğu 

ölkəmizdə yeni 

dərs ilinin ilk 

günü - «Bilik 

günü» həmişə 

ümumxalq bay-

ramı kimi qeyd 

olunur.

 

Bu  münasibətlə  respub-



likamızın  hər  yerində  oldu-

ğu  kimi  Azərbaycan  Tibb 

Universitetində də geniş top-

lantı keçirilmişdir. 

Toplantı iştirakçıları ilk öncə 

ümummilli  liderimiz  Heydər 

Əliyevin  büstü  önünə  əklillər 

qoydu, tər çiçəklər düzdülər.



Tədbiri  giriş  sözü  ilə  açan 

Tibb  Universitetin  rektoru, 

millət 

vəkili, 

akademik 

Əhliman  Əmiraslanov

 

doğ-



ma  kollektivi  və  tələbə  adını 

qazananları, həmçinin onların 

valideynlərini  yeni  tədris  ili-

nin  başlanması  münasibətilə 

təbrik  etmiş  və  bu  əlamətdar 

günün  yaranma  tarixindən 

danışmışdır.

Universitet    rəhbərinin  çı-

xışında  Azərbaycanın  dövlət 

müstəqilliyini 

qazanmasın-

dan  keçən  illər  ərzində  res-

publikamızın  həyatının  bü-

tün  sahələrində,  xüsusən 

də  təhsil  sahəsində  bö-

yük  uğurların  əldə  edildiyi 

önə  çəkildi.  Sözünə  davam 

edən  rektor  elmə  və  təhsilə 

göstərilən  dövlət  qayğısın-

dan  bəhs  etmiş,    universite-

tin  keçdiyi  inkişaf  yoluna  da 

nəzər  salmışdır.  Bildirmiş-

dir  ki,  bu  elm  müəssisəsinin 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsi,  yük sək 

ixtisaslı  tibb  kadrlarının  ha-

zırlanması  ümummilli  lider, 

müstəqil dövlətimizin memarı 

və qurucusu Heydər Əliyevin 

adı ilə bağlıdır. Tibb təhsilinə 

həmişə  diqqət  və  qayğı  ilə 

yanaşan  ulu  öndər  Heydər 

Əliyev  iki  dəfə  ATU-da  ol-

muş,  kollektivimiz  qarşısında 

proqram xarakterli çıxış etmiş 

və  müəllimlərimizin  əməyinə 

yüksək  qiymət  vermişdir.    

O,  ümummilli  lider  Heydər 

Əliyevin  təhsilə  daim  böyük 

önəm  verdiyini,  ulu  öndərin 

ideyalarının  Azərbaycan  Pre-

zidenti İlham Əliyev tərəfindən 

uğurla həyata keçirildiyini bil-

dirmişdir.

Universitetin 

nəzdində 

onko loji,  stomatoloji,  təd-

ris-te rapevtik  və  tədris-cər -

rahiyyə klinikalarının fəaliyyət 

göstərdiyini,  de yən  rektor 

bütün  bunları  Azərbaycan 

dövlətinin  sə hiyyə  sahəsinə 

yük sək  diqqəti  kimi  qiy-

mətləndirmişdir.  O,  mə lumat 

vermişdir ki, bu il 2014/2015-

ci  tədris  ilində  ATU-ya  1022 

nəfər  qəbul  olunub.  Onlar-

dan 957 nəfər həkim və hərbi 

həkim, 50 nəfər hərbi feldşer, 

15  nəfər  isə  magistr  ixtisa-

sını  seçib.  Eyni  zamanda, 

müqavilə  əsasında  145  xari-

ci  tələbə  hazırlıq  şöbəsindən 

universitetin  birinci  kursuna 

qəbul  olunub.  Builki  qəbul 

imtahanlarında 

600-dən 


çox  bal  toplamış  366,  700 

bal  toplamış  2  nəfər  bizim 

universitetdə  təhsil  alacaq-

dır. Prezident təqaüdçülərinin 

sayı isə 25 nəfərdir.

  Universitetimizin  əldə  et-

diyi  nailliyyətlərə  toxunan 

rektor 


vurğulamışdır 

ki, 


keçən  tədris  ili  ərzində  bir 

çox  uğurlarımız  olmuşdur  ki, 

bunlardan  ən  yadda  qalanı 

tədris  cərrahiyyə  klinikasının 

açılışında    ölkə  Prezidenti  İl-

ham Əliyev və Heydər Əliyev 

fondunun  prezidenti  Meh-

riban    xanım  Əliyevanın  bu 

mərasimdə  iştirak  etmələri 

və    AMEA-nın bu il keçirdiyi  

növbəti seçkilər zamanı dörd 

əməkdaşımızdan    bir  nəfərin 

həqiqi,  üç  nəfərin  isə  müxbir 

üzvülüyə seçilməsi olmuşdur. 



Tədbirdə  yeni  dərs  ili 

münasibətilə  müəllim  və 

tələbələri 

təbrik 

edən 

Səhiyyə  nazirinin  müavini 

Elsevər Ağayev 

 

Azərbaycan 



təhsilinin  və  səhiyyəsinin 

infrastrukturunda  əsaslı  is-

lahatlar  aparıldığını  qeyd 

edərək  bildirmişdir  ki,  bütün 

bu  irəliləyişlərin  kökündə 

Azərbaycanın  daim  artan  iq-

tisadi  gücü  dayanır.  Bütün 

sahələrdə  gedən  dinamik 

inkişaf  isə  ulu  öndər  Heydər 

Əliyev  tərəfindən  bünövrəsi 

qoyulan  iqtisadi  siyasətin 

təntənəsinin göstəricisidir.

Ölkəmizdə 

ildən-ilə 

müəllimlərin  və  həkimlərin 

maddi  rifah  halının  yaxşı-

laşdırılması 

istiqamətində 

görülən  tədbirlərdən  danı-

şan  nazir  müavini  diqqətə 

çatdırmışdır  ki,  Azərbaycan 

hökumətinin  qarşısında  du-

ran başlıca məqsəd təhsil və 

səhiyyə  sahələrində  yüksək 

keyfiyyətə nail olmaqdır. Məhz 

bunun nəticəsidir ki, bu il res-

publikamızın  üç  bölgəsində 

tibb  kollecləri  fəaliyyətə  baş-

lamışdır.

Azərbaycan 

təhsili 

və 


səhiyyəsinin 

uğurlarından 

söhbət  açan  E.Ağayev

  demiş-


dir ki, son 10 ildə əsaslı təmir 

olunmuş və yeni tikilmiş 600-

dək    tibb  müəssisəsi  açıla-

raq  xalqımızın  istifadəsinə 

verilmişdir.  O,  son  beş  ildə  2 

mindən çox məktəb binasının 

da  istifadəyə  verildiyini  qeyd 

etmişdir. 



YAP-ın 

Nəsimi 

rayon 

təşkilatının 

sədri, 

Milli 

məclisin  deputatı  Məlahət 

İbrahimqızı

 

Azərbaycan Tibb 



Universitetinin 

ölkəmizdə 

və  xaricdə  böyük  nüfuza 

malik  olduğunu,  bu  təhsil 

müəssisəsinin  xalqımıza  yal-

nız bacaraqlı tibbi kadrlar deyil, 

həm də görkəmli şəxsiyyətlər 

bəxş  etdiyini  dilə  gətirmişdir. 

O, qeyd etmişdir ki, indi Tibb 

Universitetinin  məzunlarının 

sorağı  dünyanın  inkişaf  et-

miş bir çox ölkələrindən gəlir. 

Və bu da şübhəsiz ki, mənim 

də  məzunu  olduğum  doğma 

universitetimizə  həmişə  baş 

ucalığı gətirib.   



A

TU- nun biofiziki və bioüzvi 

kimya  kafedrasının  müdiri, 

akademik    Dilqəm  Tağıyev 

və  I  cərrahi  xəstəliklər  ka-

fed rasının  müdiri,  AMEA-

nın  müxbir  üzvü  Nuru 

Bay ramov

  da  tələbələrin  

yüksək  təhsil  almaları  üçün 

Tibb  Universitetində  hər  cür 

şəraitin  yaradıldığını  bildir-

miş, bu peşənin məsuliyyətini 

dərk edərək əzmlə çalışmağı 

tövsiyə  etdilər.  Bu  gün  ATU-

nun  böyük  maddi-texniki  ba-

zaya malik olduğunu vurğula-

yan  natiqlər  gənclərə  tövsiyə 

etdilər ki,  əsil vətəndaş olmaq 

üçün təkcə savad azdır, həm 

də milli-mədəni sərvətlərimizi 

qoruyub saxlamalı və gələcək 

nəsillərə öturməliyik.



700  balla  ATU-nun  tə-



 

bə si  adını  qazanan  Pre-

zi dent 

təqaüdçüsü 

İlkin 

Məmmədzadə

  I 

kurs  tələ-

bələri  adından  gələcək  mü-

əl limlərinə  təşəkkürünü  çat-

dırmış,  daim  bu  ali  təhsil 

ocağının  adını  ucaldacağına 

və  müəllimlərinin  etimadını 

doğruldacağına  söz  vermiş-

dir.

Tədbiri  yekunlaşdıran  aka-



demik  Ə.Əmirasdanov  tə-

ləbləri bir daha təbrik edərək 

bildirdi ki, bu il həm də bizim 

üçün  ona  görə  əlamətdardır 

ki,  Prezident  təqaüdçüləri 

arasında reytinq cədvəli üzrə 

həmişə  olduğu  kimi  yenə  də 

birinciyik.  Bununla  da  Prezi-

dent  təqaüdçülərinin  1/4  -i 

bizim universitetin payına dü-

şür.

Sonda  rektor  AMEA-nın 



üzvlüyünə  seçilən  əmək-

daşları bir daha təbrik edərək 

onlara  xüsusi  hədiyyəsini 

təqdim  etdi.  Bundan  baş-

qa  Prezident  təqaüdünə  la-

yiq  görülən  25  tələbənin  hər 

birinə  tələbə  bileti  və  qiymət 

kitabçası  ilə  birlikdə  akade-

mik  Əhliman  Əmiraslanovun 

müəllifi  olduğu  «Onkologiya» 

dərsliyi hədiyyə olundu.

MƏNSUR

ATU-da “Bilik günü” qeyd edildi

Bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmlən-

dirilməsi, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması ümum-

milli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər 

Əliyevin adı ilə bağlı

dır.


16 sentyabr  2014-ъц ил

http://www.amu.edu.az

3

Azərbaycan Tibb Universitetinin tələbələri universitetini maliyyə dəstəyi ilə xarici ölkələrdə müxtəlif 

proqramlarda iştirak edirlər. Bu cür təlimlər tələbələrə öz bilik və bacarıqlarını daha da artırmağa, 

praktika qazanmağa yardımçı olur.

Pediatriya fakültəsinin 5-ci kurs tələbəsi Fidan Əsədzadə bu il yay praktikasını Almaniyada keçib. Fidan 

Əsədzadə Norolhorn şəhərinin EUREGİO klinikasında 

təcrübə keçib. Kardiologiya şöbəsində praktikada ikən 

müxtəlif prosedurlarda iştirak edib, exokardioqramma, an-

qioqrafiya çıxarıb: „Çox sevindirici haldır ki, bizim texnoloji 

avadanlıqlarımız baxımdan Almaniyadan geri qalmadığımızı 

deyə bilərəm. Əsas fərq yalnız təhsil sisteminin və işin 

qurulmasındadır“. 

Fidan deyir ki, 

Almaniyada praktika 

keçməyi həmişə 

arzulayıb: „Mən 

öz xəyalımı məhz 

ATU rəhbərliyinin 

dəstəyi sayəsində 

gerçəkləşdirə bil-

dim. Bu işdə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri 

Rəhimə Qabulovadan böyük yardım gördüm. Göstərilən qayğıya 

görə həmçinin ATU rektoru Əhliman Əmiraslanova Almaniyadakı 

klinikanın rəhbərliyinə təşəkkür edirəm“. 

Yay praktikasını Almaniyada keçən digər tələbə - Müalicə işi 

fakültəsinin 4-cü kursundan Samirə Səlimovadır. O, iyulun 2-dən 

avqustun 1-nə kimi EUREGİO klinikasının ümumi cərrahiyyə 

şöbəsində praktika keçib. Dediyinə görə, alman dilini yaxşı bilməsi ona seçimində yardımçı olub: „Ora-

da əməliyyatlarda assistent kimi iştirak etdim. Bir çox əməliyyatların sonunda mənə tikiş qoymağa, digər 

bu kimi müdaxilələr etməyimə icazə verdilər. Xəstələrlə təmas qurmaq çox işimə yaradı, daha çox şey 

öyrəndim. Düzdür, klinikaların təchizatında, həkimlərin bilik səviyyəsində bizim onlardan elə də çox fərqimiz 

yoxdur, sadəcə yanaşma tərzi fərqlidir. Məncə, insan hər yerdə nəyisə öyrənə bilər“. 

Samirə və Fidan Tibb Universitetinin köməyilə Almaniyada praktika keçdiklərinə görə ATU rəhbərliyinə, 

xüsusilə rektor Əhliman Əmiraslanova bir daha təşəkkür edir, Almaniyada yaradılan imkanlara görə 

EUREGİO klinikasının təmsilçilərinə, o cümlədən ümumi cərrahiyyə şöbəsinin baş həkimi Nevzat Doğana, 

həmyerlimiz Rüfət Məhərrəmova təşəkkür edirlər.  

        


ATU-nun mətbuat xidməti

Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində 

tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə 

ki, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin „Tibb 

şəhərciyi“ndə yerləşən klinikalarda və tədris binalarında keçiriləcək. 

Əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif 

istiqamətlərindəki xəstəxanalarda yerləşən kafedralara getməli olur-

dular. Bu isə tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə 

gecikməsinə səbəb olurdu. 

Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris 

kafedraları ATU-nun „Tibb Şəhərciyi“ndə yerləşən, ən müasir tib-

bi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi 

klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb. 

Beləliklə, ATU-da tələbələrin tədris proqramını tam əhatə etməyə imkan 

verən kafedralar artıq „Tibb Şəhərciyi“ndə birləşib. Bu isə tələbələrin daha 

çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına 

şərait yaradır. 

Hazırda „Tibb Şəhərciyi“ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji 

klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.

KAFEDRALAR “TİBB ŞƏHƏRCİYİ”NDƏ CƏMLƏNDİ



TİBBİ  ŞURANIN GENİŞLƏNDİ RİLMİŞ 

TOPLANTISINDA 

Sentyabrın 11-də Tədris Terapevtik Klinikanın tibbi şurasının 

növbəti genişləndirilmiş toplantısı olub. Tibbi personalın 

qatıldığı toplantını klinikanın direktoru, professor Surxay 

Musayev açaraq ilk növbədə klinikada yaradılan şəraitə, 

əməkdaşlara göstərilən qayğıya görə ölkə və universitet 

rəhbərliyinə təşəkkürünü  bildirib.

Klinikanın direktoru  diqqəti ötən ilin müvafiq dövrü ilə müqayisədə qazanılan 

uğurlara yönəldib. Göstəricilərin nəzərə çarpacaq dərəcədə yüksəldiyini vurğu­

laya raq qeyd edib ki, keçən il klinikamıza 3000 xəstə müraciət etmişdisə, bu il 

mürciət edənlərin sayı 4600­ə çatıb. Xəstələrin müayinə və müalicəsinin təşkili, 

həkimlərin nəzəri və təcrübi biliklərinin artırılması, ixtisaslaşması, rezidentlərin 

rotasiyası, təcrübə kursları və tibb bacılarının peşəkarlığının artırılması 2014­

cü ildə başlıca hədəfimiz olub. Eyni zamanda dərs otaqlarının yeni dərs ilinə 

hazırlanması işi başa çatdırılıb, gələcəkdə mobil tipli tədrisə keçid və ixtisaslaşmış 

şöbələrin yaradılması nəzərdə tutulub.

Universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev tədris 

prosesinin aparılmasında ciddi islahatlara  zərurət yarandığını diqqətə çatdıraraq 

bildirib ki, bu günün tələbəsi artıq 10­15 il əvvəlki tələbə deyil. Dünyaya çıxışları 

olan müasir tələbələri köhnə qaydada aparılan mühazirələrlə razı salmaq çox 

çətindir. Xüsusən kliniki kafedralarda Boloniya prosesinin tələbləri kifayət 

qədər gözlənilməli, testlərin tərtibçiləri cari mənimsəmənin nə qədər olması, 

bacarıqlara görə balların necə qiymətləndirilməsi, dərs buraxmaya görə hansı 

balların çıxılmasına aid sualları cavablandırmaqda çətinlik çəkməməlidirlər.  

Bütün bunlara görə ilk növbədə kafedra müdirləri məsuliyyət daşıyırlar. 

Tədris Terapevtik Klinikada rezidentlərlə işin yüksək səviyyədə təşkil 

olunduğunu deyən S.Əliyev vurğulayıb ki, əgər Avropa təhsil sisteminə 

inteqrasiyadan danışırıqsa, aparılan mühazirələrin, məşğələ dərslərinin 

qaydalarını dəyişməli, dünyada baş verən yeniliklərin gecikmədən 

universitetimizdə tətbiqinə nail olmalıyıq. 

Universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev də 

müşavirədə çıxış edərək Universitetimizə qəbul olunan tələbələrin səviyyəsinin  

yüksəlməsi ilə  professor­müəllim heyətinin qarşısına  qoyulan tələblərin də 

artdığını deyib. Bildirib ki, orta məktəbi əla qiymətlə bitirən məzunların böyük 

əksəriyyəti bizim universiteti seçirsə, deməli, üzərimizə böyük məsuliyyət düşür.  

Təsadüfi deyil ki, bu fərqlənməni ölkə rəhbərliyi də həmişə diqqətdə saxlayır. 

Son bir neçə ildə iki möhtəşəm klinikanın tikilib istifadəyə verilməsi bir tərəfdən 

universitetimizə olan diqqət və qayğının bariz nümunəsidirsə, digər tərəfdən 

qarşımıza qoyulan çox ciddi tələbdir. Əgər ən müasir avadanlıqlarla təchiz 

olunmuş kliniklar yardadılıbsa və  qəbul imtahanlarında ən yüksək bal toplayan  

tələbələrin 60­70 faizi bizim universitetə qəbul olunubsa əsas vəzifəmiz həmin 

tələbələri yüksək mütəxəssis kimi yetişdirməkdir. 



A.KAMRANOĞLU

TƏLƏBƏLƏRİMİZ ALMANİYADA YAY PRAKTİKASINDAN QAYIDIB



Ы Мцалиъя-профилактика факцлтяси цзря

Qasımov Nicat Nazim oğlu

Mahmudov Şəmisdan Akim oğlu 

Əlizadə Fidan Rüfət qızı 

Qüdrətli Qəmər Əhməd qızı 

Əzizzadə Nazim Mirzə oğlu

Süleymanova Fəridə Azər qızı 

Ağabəyova Xanım Məmməd qızı

Eminov Kənan Zabil oğlu

İsgəndərova İlahə Sahib qızı

Məmmədrzayeva Gülnar Ehtibar qızı

Nağıyeva Arzu Qulu qızı

Novruzov Elmar Eldar oğlu 

Məhərrəmov Taleh Qardaşxan oğlu

ЫЫ Мцалиъя-профилактика факцлтяси цзря

Məmmədzadə İlkin Rəfael oğlu 

Alpaşayev Vüqar Kazım oğlu

Həmidli Fərid Kamil oğlu

İmaməliyev Elnur Müşfiq oğlu 

Qasımova Lamiyə Elman qızı 

Xəlilov Oruc Şəmsəddin oğlu

Xurşudova Minayə İbrahim qızı

Əsgərbəyli Aygün Əliağa qızı

Süleymanova Afina Rasim qızı

Quliyev Fuad Firudin oğlu

Məmmədova Günel Murad qızı

Tağıyeva Təranə Şükür qızı

2014/2015-ъi тядрис илиндя АТУ-йа дахил 

олмуш Президент тягацдчцляри

http://www.amu.edu.az

16 sentyabr 2014-ъц ил

4

Klinika  haqqında 

qısa arayış:

2013-cü  il  sentyabrın  12-də 

Azərbaycan  Tibb  Universi-

tetinin 

Tədris-Cərrahiyyə 

Klinikasının  açılışı  olub. 

Açılış  mərasimində  prezi-

dent  İlham  Əliyev  və  xa-

nımı  Mehriban  Əliyeva  da 

iştirak edib.

Dövlət  başçısı  klinikanın 

rəmzi açılışını bildirən len-

ti kəsib. 

Klinikada  tədrislə  yanaşı, 

əhaliyə  yüksək  diaqnostik 

və  cərrahi  müalicə-tibbi 

yardım  da  göstərilir.  Kli-

nikada  ümumi  cərrahiyyə, 

uşaq 

cərrahiyyəsi, 

döş 

qəfəsi  cərrahiyyəsi,  oftal-

mologiya,  travmatologiya, 

neyrocərrahiyyə  və  digər 

şöbələr  fəaliyyət  göstərir. 

Tibb  müəssisəsi  müxtəlif 

cərrahi  əməliyyatlar  apar-

maq  üçün  ən  müasir  ava-

danlıqla təchiz edilib.

 Klinikada cərrahi və diaq-

nostik  istiqamətlərdə  ka-

fedralar və şöbələr fəaliyyət 

göstərir.  İl  ərzində  burada 

2  min  800  tələbənin,  400-

dən  çox  rezidentin,  20-dən 

artıq  doktorantın  cərrahi 

ixtisaslı fənlər üzrə tədrisi 

ilə  professional  bir  heyət 

məşğul olur.

Klinikada  üç  min  kvad-

ratmetr  ərazidə  xüsusi  ci-

hazlar  və  simulyasiya  apa-

ratları  ilə  təchiz  olunmuş 

tədris-treninq  mərkəzi  ya-

radılıb.  Bu  tibb  ocağında 

həm diaqnostik müayinələr 

aparılır,  həm  də  endosko-

pik əməliyyatlar icra edilir. 

Orijinal  memarlıq  üslubun-

da inşa edilən 13 mərtəbəli 

binanın  həyətində  geniş 

abadlıq-quruculuq 

işləri 

aparılıb.

 

“Əsas hədəflərimizdən 

biri də bura gələn hər 

xəstənin bizdən məmnun 

və razı qalmasıdır”

Bizi  klinikanın  girişində 

mühafizə  xidmətinin  əməkdaşı 

qarşılyayır  və  görüşəcəyimiz 

insanlarla  əlaqə  saxlamaq  üçün 

qeydiyyat  aparan  qızlara  ya-

xınlaşmağımızı  məsləhət  gö-

rür.  Qısa  müddətdə  kimlərlə 

görüşəcəyimizi 

bir 


daha 

dəqiqləşdirib  ikinci  mərtəbəyə 

qalxırıq.  Yeri  gəlmişkən,  xatır-

ladaq  ki,  digər  klinikalarda  re-

portaj  hazırlayarkən  bələdçimiz 

həmişə tibb işçiləri olub. Bu dəfə 

isə fərqli mənzərə ilə rastlaşırıq. 

Yəni ilk həmsöhbətimiz klinika-



nın ixtisasca həkim olmayan baş 

Каталог: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə