Tibb bacısı ixtisası üzrə yeni nümunəvi test sualları 1 Həll edilmiş bcj, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə müddəti maksimum nə qədərdir?


) Biksin əməliyyat üçün yığımının neçə üsulu var?



Yüklə 245,58 Kb.
səhifə3/3
tarix25.03.2017
ölçüsü245,58 Kb.
#12566
1   2   3

133) Biksin əməliyyat üçün yığımının neçə üsulu var?

Biksin əməliyyat üçün yığımının 3 üsulu var.

1. Universal yığım

2. Məqsəd yönlü yığım

3. Çeşidlənmiş yığım
Ədəbiyyat: Qostişev. (səh - 13)
134) Termiki üsulla sterilizasiya olunmayan endoskopik alətlər necə sterilizasiya olunur?
Termiki üsulla sterilizasiyası mümkün olmayan endoskopik, torakoskopik, laparoskopik, alət və vasitələr xüsusi qaz sterilizatorlarında 16 saat 18˚C - də sterilizə olunur.
Ədəbiyyat: Qostişev. (səh - 11)
135) Adi ketqut sapları neçə vaxtdan sonra sorulur?
İri və xırda buynuzlu heyvanların nazik bağırsağından və ya vətərindən hazırlanan ketqut sapları daxili orqanlarda aparılan əməliyyatlarda işlədilir. Sorulma müddəti 15 - 20 gündür.
Ədəbiyyat: M. M. Abakumov - 1985. (səh - 42)

136) Çıxığın yerinə salınmasında anesteziya məqsədilə novokainin neçə faizli məhlulu işlədilir?
Çıxığın yerinə salınmasından əvvəl yerli anesteziya məqsədilə 40 - 60 ml 1% - li novokain məhlulu uzun iynə ilə oynaq boşluğuna yeridilir.
Ədəbiyyat: M. M. Abakumov. (səh - 385)
137) Optik alətlərin paroformalin şkaflarda sterilizasiya müddəti neçə saatdan az olmamalıdır?
Optik alətlər paroformalin şkaflarda 48 saatdan az olmayaraq saxlanmalıdır. Çıxarıldıqdan sonra 10 - 20 dəqiqə müddətində civə - oksisian (1: 1000) məhlulunda və ya 95% - li spirtdə saxlanmalıdır.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
138) Xromosistoskopiya zamanı vena daxilinə aşağıdakılardan hansı işlədilir?
Xromosistoskopiya uroloji praktikada diaqnostika məqsədilə tez - tez işlədilir. Bu prosedurada adi sistoskopiyaya, vena daxilinə göy rəngli maddə - indiqokarminin yeridilməsi əlavə edilir. Vena daxilinə vurulmuş indiqokarmin böyrəklər vasitəsilə ifraz olunur. Bu proses sistoskop vasitəsilə izlənir.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
139) Dolu sidik kisəsindən sidik ləngimələrində sidik kateterlə neçə dəqiqə müddətinə boşaldılmalıdır?

Sidik kisəsindən sidik birdən boşaldıqda qanın kiçik çanağı axması sürətlənir ki, bu da beynin kəskin qansızlaşmasına və kollapsa səbəb olur. Ona görə də sidik porsiyalarla 15 - 20 dəqiqə müddətində boşaldılır.
Ədəbiyyat: S. İmamverdiyev. (səh - 25)
140) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır?
Yemək borusu yanıqlarında rentgenoloji müayinə 15 - 20 gündən sonra aparılır. Bu müddət ərzində patoloji prisesin kəskin dövrü keçir və xəstə kontrast maddəni uda bilir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997 (səh - 121)
141) Kəskin appendisit zamanı həkiməqədərki tibbi yardıma aiddir?
Qarın boşluğunun kəskin destruktiv xəstəlikləri zamanı klinik simptompların itməməsi üçün heç bir dərman müdaxiləsilə yol vermək olmaz. Sağ qalça çuxuruna buz qovuğu qoyub, təcili cərrahi şöbəyə çatdırmaq lazımdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 218)
142) Boyun venalarından qanaxma zamanı təhlükəli, zərərçəkmişin ölümünə səbəb nədir?
İri vena damarları zədələndikdə baş verənqorxulu ağırlaşma hava emboliyasıdır. Bu zaman hava emboliyası ürək, ağciyər, beyin və başqa orqanların qan damarlarının mənfəzini qapayır ki, bu da ölümlə nəticələnir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 74)
143) Donmalar zamanı ilk tibbi yardıma aid deyil:
Donmalar zamanı ilk tibbi yardımın məqsədi bədəni tez bir zamanda qızdıraraq normal temperaturu bərpa etməkdir. Bədənin qızdırılması düz bağırsaqda temperatur 35˚C - yə çatana qədər davam etdirilməlidir. Donmalar zamanı ilk tibbi yardım məqsədilə qan buraxma əks göstərişdir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997.
144) İlan sancması zamanı hansı tədbiri həyata keçirmək olmaz?
İlan sancması zamanı ilk yardım məqsədilə dişlənmiş yara nahiyəsinə kalium permanqanat məhlulu ilə isladılmış aseptik sarğı qoyularaq, immobilizasiya şinalarından istifadə edilir. Sonra əzələ daxilinə ilan zəhərinə qarşı spesifik zərdab (10 - 30 ml) vurulur. Heparin işlədilməsi əks göstərişdir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 283)
145) Yanıq şoku zamanı ağrıkəsici təsirli narkotik preparatların hansı nahiyyəyə yeridilməsi məqsədəuyğundur?
Yanıq şoku zamanı ağrıkəsici narkotiklər morfin, omnopon, promedol, fentanil işlədilir. Şok zamanı toxumalardan dərmanların sorulması ləng getdiyi üçün bu preparatların vena daxilinə yeridilməsi məqsədə uyğundur. Yaşlı insanlara və 3 yaşına qədər uşaqlara vena daxilinə işlədilməsi təhlükəlidir.
Ədəbiyyat: B, D, Komarov. (səh - 74)

146) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun neçə faizli məhlulundan istifadə edilir?

Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun 1% - li məhlulundan və ya 0. 5% - li bor turşusu məhlulundan istifadə edilir.
Ədəbiyyat: İnkova A. N. (səh - 132)
147) Bayılmanın obyektiv əlamətlərinə hansı aid deyil?
Bayılma labil, sinir sisteminə malik qadınlarda daha çox rast gəlinir. Yaranmasına səbəb damar tonusunun kəskin pozulmasıdır ki, buda hipotenziyaya səbəb olur(yəni arterial təzyiq kəskin düşür). Obyektiv olaraq dəri örtüyünün kəskin avazıması ətrafların soyuması, bəbəyin genişlənməsi baş verir. Dəri örtüyünün qızarması (hiperemiya) bayılma üçün xarakterik deyil.
Ədəbiyyat: İnkova A. N. (səh - 113)
148) Kimyəvi yanığın ağırlığı hansı faktordan asılı deyil?
Kimyəvi yanığın ağırlıq dərəcəsi kimyəvi maddənin tərkibindən, temperaturundan, qatılığından və təsir müddətindən asılıdır. Havanın temperaturundan asılı deyil.
Ədəbiyyat: İnkova. A. N. (səh - 132)
149) Yaranın birincili sağalması neçə gün davam edir?
Birincili olaraq o, yaralar sağalır ki, yara kiçik, kənarları hamar və dərin olmasın. Yara aseptik qaydalara uyğun nəzarət altında olduqda ilk bitişmə ilə bütün sağalma prosesi 5 - 8 günə qədər günə davam edir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 126)
150) Ağciyərin zədələnmələrində hansı simptoma rast gəlinmir?
Ağciyərin zədələnməsi üçün (onu əmələ gətirən səbənlərdən asılı olmayaraq) 4 simptom xarakterikdir.

1. Qanhayxırma

2. Dərialtı emfizema

3. Hematoraks

4. Pnevmotoraks

Disfagiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 81)

151) Sınıqların ümumi klinik əlamətlərinə aid deyil?
Sınıqların əsas simptomları ağrı funksiyanın pozulması deformasiya travmatik ödem və krepitasiyadır. Şiddətli ağrı nəticəsində baş verən travmatik şok, kollaps ümumi simptomlardır. Asfiksiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh – 107)

152) Dərinin funksiyasına nə aid deyil?
Dərinin tənəffüsdə, orqanizmin immun müdafiəsində, istilik tənzimləmədə və piqment əmələgətirmədə iştirak etməsi, D vitamini sintezi onun funksiyalarına aiddir. Hormonal tənzimləmə onun funksiyalarına aid deyil.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 12)


153) Dərinin hansı sahələrində piy vəziləri mövcud deyil?
Piy vəziləri dəri örtüyünün ovuc və ayaqaltı istisna olmaqla hər yerində rast gəlir və tük follikulları ilə sıx kontaktda olur. Piy vəziləri dərinin funksiyalarının saxlanmasında böyük rol oynayır.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 11)


154) Köpüşük nədir?
Dəri səpkiləri birincili və ikincili olmaqla 2 yerə bölünür. Birincili morfoloji elementlər daxili və xaricə qıcığa qarşı ilkin reaksiya kimi, ikincili elementlər isə müvafiq olaraq birincili elementlərin təkamülü nəticəsində onların yerində əmələ gəlir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 18)



155) Dərinin elastikliyini itirməsi nəticəsində aşağıdakılardan hansı əmələ gəlir?
Çat dərinin xətti defekti olub – dərinin II morfoloji elmentlərinə aiddir. Daha çox dəri büküşlərində əmələ gəlir və ağrılı olur. Səthi çatlar ekzemada, neyrodermitdə rast gələ bilər.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 22)


156) Qartmaq nədir?
Qovuq, qovuqcuq, eroziya, habelə eroziya və yara ifrazatı – eksudasiya məhsulları quruduqda qartmaq əmələ gəlir. Qartmaq II morfoloji elementlərə aiddir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 20)


157) Epidermis və derma arasında az miqdarda maye toplanması ilə xarakterizə olunur.
Qovuqcuq I morfoloji elementlərə aiddir və boşluqlu elementlərdəndir. Digər səpkilər – ləkə, düyüncük, köpüşük və qabarcıq isə boşluğu olmayan elementlərdir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 123)

158) Dəri xəstəliklərinin müalicə üsullarına aiddir.
Bu üsul diatermiya aparatından alınan cərəyanla toxumanın yandırılmasına əsaslanır, dermatologiyada ziyillərin, papillomaların, teleangiektaziyaların müalicəsində işlədilir.
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 157)
159) Kəpəklənən (rəngbərəng) dəmrov üçün xarakterikdir.
Kəpəklənən (rəngbərəng) dəmrov - keratomikozlar qrupundan olan göbələk xəstəliyidir. Törədiciləri Pityrosporum orbiculare keratomikozlar qrupuna aiddir , bunlar adətən dərinin səthi zədələnməsini (epidermis səviyyəsində) törədir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 106)


160) Pedikulyoz törədicisi­nin hansı mikroorqanizmlərə aid olduğunu göstərin.
Baş biti (Pediculus capitis) qanla qidalanan tipik parazit olub, bütün ömrünü insan bədənində - daha çox qızların və qadınların başının tüklü hissəsində keçirir. Pedikul­yoz həmişə qaşınma ilə müşayiət olunur.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 134)



161) Sadə herpesin müalicəsində daha effektlidir:

Sadə herpes (Herpes simplex) virus etiologiyalı xəstəlikdir. Xəstəliyin çox rast gəl­diyi yerlər burun - dodaq nahiyəsidir. Müalicəsində virusəleyhinə preparat - asiklovir 200 mg dozada gündə 5 dəfə daxilə 5 - 10 gün, yerli məqsədlə isə asiklovir məlhəmi bir neçə gün təyin edilir.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 88)


162) Vulqar (adi) sızanaqların lokalizasiya yerlərini göstərin.
Vulqar (adi) sızanaqlar piy vəziləri ətrafında səthi və dərin yerləşir. Dərin (dermada) yerləşdikdə yerində yara və ya çapıq qalır, səthi yerləşdikdə iz qoymur.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 74)






163) Qonoreyanın inkubasiya dövrü orta hesabla neçə gündür?

Qonoreya infeksion zöhrəvi xəstəlik olub xəstənin sidik - сinsiyyət üzvlərininin selikli qişasını zədələyir. Törədiсiləri – qonokokklardır. İnkubasiya dövrü 3 - 5 gündür.


    Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 215)









Yüklə 245,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin