This is your presentation title


Biznesin qurulacağı yerin seçilməsinə təsir edən amillər



Yüklə 12,1 Kb.
səhifə3/4
tarix16.12.2023
ölçüsü12,1 Kb.
#180869
1   2   3   4
toğrul 1

3. Biznesin qurulacağı yerin seçilməsinə təsir edən amillər
Biznesin qurulacağı yerin seçilməsində aşağıdakı amillər diqqətlə təhlil edilməli və səmərəlilik, gəlirlilik və qənaət meyarları kontekstində nəzərə alınmalıdır:
Bazara yaxınlıq: Xidmət ediləcəyi nəzərdə tutulan bazarın demoqrafik xüsu­siyyətləri, sosial - iqtisadi xüsusiyyətləri və bazarın inkişaf potensialı təsis yerinin seçimində nəzərə alınmalı olan amillərdir. Mal və xidmət istehsalına deyil, satışına diqqət yetirən müəssisələr üçün bazara yaxın olmaq istehlakçıların istədiyi miqdarda və vaxtda satış şansını artıran amil kimi qəbul edilməlidir.
Xammal: Nəqliyyat və daşınma xərcləri xammalla bağlı nəzərə alınmalı olan mühüm amillərdir. Daşınma zamanı asanlıqla xarab ola bilən və ya çürüyə bilən mate­rialların xammal kimi istifadə edilməsi halında müəssisələr mümkün qədər xammal mənbələrinə yaxın yerlərdə qurulmalıdırlar
İşçi qüvvəsi və əmək məsrəfləri: Bu gün avtomatlaşdırmanın genişlənməsi və texnologiyanın inkişafı nəticəsində işçi qüvvəsinə ehtiyac qismən azalsa da, istehsal prosesində insan amilinin tamamilə maşınlarla əvəzlənəcəyini gözləmək olmaz. İşçi qüvvəsi əmək tutumlu müəssisələr üçün çox vacib element hesab edilməklə yanaşı, kapital tutumlu müəssisələr üçün də əhəmiyyətini qoruyub saxlayır.
4. Məkan yeri ilə bağlı təkmilləşdirmələr
Müəssisələrin yaradılması və yerləşdirilməsinin müəyyən edilməsi yuxarıda qeyd olunduğu kimi, diqqətlə tədqiq olunmalı və araşdırılmalıdır. Ən münasib müəssisə yerinin seçilməsi zamanı toplanma, dağılma və mütəşəkkil sənaye zonaları adlan­dırılan təkanverici fəaliyyət ola bilər.
Toplanma problemi
Müəssisələrin qurulma qərarı verilərkən qeyd olunan amilləri mümkün qədər bir araya gəldiyi bölgələri seçirlər. Həqiqətən də, bəzi regionlar yerləşmə amilləri baxı­mından o qədər zəngin inkişaf etmişdir ki, onlar demək olar ki, biznes üçün cəlbedi­cilik yaradırlar. Bu mənada müəssisələrin müəyyən bir bölgədə yerləşmə amillərinin birgə mövcudluğu ilə cəlb olunaraq həmin bölgədə məskunlaşması toplanma adlanır.

Yüklə 12,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin