This is your presentation title



Yüklə 12,1 Kb.
səhifə1/4
tarix16.12.2023
ölçüsü12,1 Kb.
#180869
  1   2   3   4
toğrul 1

  • Ad-Toğrul
  • Soyad-Həsənov
  • Qrup-103
  • Fənn-Biznesin əsasları
  • Mövzu-Biznesin qurulması

PLAN:
1. Biznesin təsis edilməsi şərtləri
2. Biznes təhlilləri:
3. Biznesin qurulacağı yerin seçilməsinə təsir edən amillər
4. Məkan yeri ilə bağlı təkmilləşdirmələr
5. Biznesin ölçüsünün müəyyən edilməsi
1.Biznesin təsis edilməsi şərtləri
Yaxşı biznes ideyası, lazımi resursları, bəlkə də ən əsası biznes qurmaq bacarığı olan şəxs və ya insanlar biznes dediyimiz sosial-texniki strukturları qurmaq üçün bir sıra araşdırmalar aparmalıdırlar. Araşdırma və təhlil aparmadan biznes qurmaq çox risklidir və bu, təkcə biznesi quran şəxsi və ya insanları deyil, bütün cəmiyyəti nara­hat edəcək nəticələri meydana çıxara bilər. Biznes ideyasının yaranması anından biznesin ilkin qurulması mərhələsinə qədər aparılan tədqiqat və araşdırmalara müəssisələrin təsisi tədqiqatları deyilir. İlk öncə yeni bir biznes qurmaq istəyən şəxsin və ya insanların yerinə yetirməli olduğu şərtləri araşdırmaq faydalı olacaq:
  • Yaxşı ideya
  • Yaxşı fürsət
  • Rahat Yer
  • Uyğun vaxt
  • İşin həyata keçirilməsi üçün tələb olunan resursların təmin edilməsi

İnvestisiyaların təşviq edilməsi
Uğurlu bir işə başlamaq üçün lazım olan pul vəsaiti müxtəlif təyinatlı investisiyalar şəklində cəlb oluna bilər:
  • Hər hansı bir məhsulun yaradılması və ya təkmilləşdirilməsinə yönəldilən pul və digər maddi vəsaitlər;
  • Müəyyən bir dövrdə ölkədə mövcud olan ümumi istehsal vasitələrinə və ya mövcud kapital fonduna olunan əlavələr;
  • İstehsal prosesini təmin etmək və ya təkmilləşdirmək üçün sahibkarlar tərəfin­dən qoyulan vəsaitlər .

2.Biznes təhlilləri
Biznes yaradılarkən aşağıdakılar araşdırılmalıdır:
-Bazarın öyrənilməsi və tələbin proqnozlaşdırılması,
-Biznesin həcminin (gücünün) müəyyən edilməsi,
-Biznesin qurulacağı yer və qərarlaşdığı region.
Qurulması planlaşdırılan biznes üçün həm layihələndirmədən əvvəl, həm də la­yihənin yekun mərhələsində iqtisadi, texniki, maliyyə və hüquqi təhlillər aparılmalı­dır.

Yüklə 12,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin