Tətbiq edilən termin və anlayışların açıqlanması


Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri



Yüklə 223,36 Kb.
səhifə2/3
tarix16.02.2017
ölçüsü223,36 Kb.
#9015
1   2   3

Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri.

  1. Sığorta hadisəsi əlamətlərinə malik hadisələrin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində, lakin 3(üç) iş günündən gec olmayaraq sığortaçıya və ya onun nümayəndəsinə yazılı sığorta tələbini göndərməklə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə dərhal xəbər verməlidir.

  2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Qaydaların 10.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.

  3. Sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir.

  4. Bu Qaydaların 10.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir.

  5. Fərdi qəzanın baş verdiyi andan 12 аy müddətində həmin hadisə səbəbindən ölüm baş verərsə, fərdi qəza nəticəsində ölüm hеsаb olunur.

  6. Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:

  1. sığorta şəhadətnaməsinin əsli;

  2. sığorta hadisəsi şəraitinin ətraflı təsviri və sığorta ödənişinin alınması üsulu (sığortaçının kassasından nağd ödəmə və ya bank rekvizitləri tam göstərilməklə köçürmə vasitəsilə) göstərilməklə sığorta tələbi;

  3. əgər sığorta hadisəsi sığorta olunanın xidməti vəzifələrini yerinə yetirdiyi zaman baş vermişdirsə, qanunvericilikdə müəyyən olunmuş qaydada tərtib edilmiş istehsalatda bədbəxt hadisə barədə akt;

  4. sığorta olunanın xəstənin stasionar və ya ambulator kartasından çıxarışın əsli;

  5. sığorta olunanın işlədiyi yerin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək qabiliyyətinin olmaması barədə vərəqələrinin surəti;

  6. əlillik qrupunun müəyyən edilməsi barədə Tibbi-Sosial Ekspert Komissiyasının arayışının əsli və əlillik vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

  7. ölümün səbəbi barədə tibbi şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti (ölüm halında);

  8. sığorta olunanın ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (ölüm halında);

  9. sığortaçının hüquq mühafizə orqanlarından və / və ya hadisənin xüsusiyyətlərindən asılı olaraq digər müvafiq səlahiyyətli orqanlarından sorğu etdiyi, hadisənin baş verməsini və onun səbəblərini və şəraitini təsdiq edən sənədlər;

  10. sığorta ödənişini alan fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxs olduqda isə, onun dövlət qeydiyyatı haqqında şəhadətnamənin və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.

  11. sığorta ödənişini alan fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxs olduqda isə, onun dövlət qeydiyyatı haqqında şəhadətnamənin və müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;

  12. sığorta müqaviləsi üzrə faydalanan şəxs sığorta olunanın özü olduğu halda, sığorta olunanın ölümü halında sığorta ödənişini almaq hüququna malik olan şəxsin təyin edilməsi barədə notarius tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi;

  13. zəruri hаllаrdа sığоrtаçı sığorta ödənişini alan şəxsdən bаşqа sənədləri də tələb edə bilər.

    1. Sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallarda sığortaçı sığorta ödənişini alan şəxsin kimliyinin müəyyən edilməsi üçün ondan aşağıdakı sənədləri tələb etmək hüququna malikdir:

      1. hüquqi şəxslərdən - olduğu yer haqqında məlumat;

      2. fiziki şəxslərdən - yaşayış yeri və iş yeri, işəgötürəninin adı və fəaliyyət növü haqqında məlumat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, həmçinin müvafiq vergi orqanında uçota alınmasını təsdiq edən sənədin surəti.




  1. Sığorta ödənişinin həyata keçirilməsi şərtləri və qaydası

    1. Sığortaçı sığorta müqaviləsi ilə təminat verilmiş hadisələr baş verdikdə, sığorta ödənişini bu Qaydaların 10-cu maddəsinə əsasən sığortaçının tələb etdiyi sənədlərə və sığortaçının və ya onun nümayəndəsinin tərtib etdiyi sığorta aktına əsasən ödəyir.

    2. Sığorta ödənişinin miqdarı fərdi qəza nəticəsində alınan xəsarətin ağırlığından asılı olmaqla, sığorta məbləğindən aşağıdakı faizlərlə hesablanır:

      1. ölüm halında – 100 %;

      2. bədən xəsarətinin nəticəsi olaraq ümumi əmək qabiliyyətinin daimi itirilməsi halında (aşağıda göstərilməyən bədən хəsаrətləri nəticəsində əmək qаbiliyyətinin dаimi tam itirilməsinə görə sığorta ödənişi sığorta olunanın əsas əmək fəaliyyətinin növü nəzərə аlınmаdan aşağıda göstərilmiş bədən хəsаrətləri ilə müqаyisədə оnlаrın аğırlıq dərəcələrinə müvаfiq оlаrаq vеriləcəkdir.):




Əlillik

Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)

Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi

100

Tam müalicəolunmaz psixoz

100

Hər iki qolun və ya hər iki əlin itirilməsi

100

Hər iki qulağın travma mənşəyi ilə tam karlığı

100

Aşağı çənənin çıxardılması

100

Nitqin tam itirilməsi

100

Bir qolun və bir ayağın tam itirilməsi

100

Bir qolun və bir ayaq pəncəsinin tam itirilməsi

100

Bir əlin və bir ayaq pəncəsinin tam itirilməsi

100

Bir əlin və bir ayağın tam itirilməsi

100

Hər iki ayağın tam itirilməsi

100

BAŞ

Kəllə sümüyünün bütün qalınlığı boyu zədələnməsi:




- ən azı 6 sm2 olan səth

60

- 3 sm2 –dən 6 sm2 – dək olan səth

30

- 3 sm2 –dən az olan səth

20

Aşağı çənənin qismən, qalxan hissəsinin bütünlükdə və ya yuxarı çənə sümüyünün yarısının çıxardılması

40


Bir gözün tam itirilməsi

40

Bir qulağın tam karlığı

30




YUXARI ƏTRAFLAR




Əlillik

Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)




SAĞ

SOL




Bir qolun və ya bir əlin itirilməsi

60

50




Qol sümük maddəsinin əsaslı zədələnməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə)

50

40





Yuxarı ətrafların tam iflici (sinirlərin müalicəolunmaz zədələnməsi )

65

55




Dolanan sinirin tam iflici

20

15




Bazunun ankilozu

40

30




Əlverişli vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu (düz bucaqdan 15 dərəcə aralı)

25

20





Əlverişsiz vəziyyətdə fiksə edilərək dirsəyin ankilozu

40

35




Iki bazu önü sümük maddəsinin əsaslı itirilməsi (müəyyənləşdirilmiş və müalicəolunmaz zədələnmə)

40

30





Orta sinirin tam iflici

45

35




Bağlama yerində mil sinirinin tam iflici

40

35




Bazu önünün mil sinirinin tam iflici

30

25




Əlin mil sinirinin tam iflici

20

15




Dirsək sinirinin tam iflici

30

25




Biləyin əlverişli vəziyyətdə fiksə edilərək ankilozu (düz və əlin üstü vəziyyətdə)

20

15





Biləyin əlverişsiz vəziyyətdə fiksə edilərək ankilozu (bükmə və deformasiyalı açma və ya çevrilmiş vəziyyətdə)

30



25




Baş barmağın tam itirilməsi

20

15




Baş barmağın qismən itirilməsi (dırnaq falanqası )

10

5




Baş barmağın tam ankilozu

20

15




Şəhadət barmağının tam amputasiyası

15

10




Şəhadət barmağının iki barmaq sümüyünün tam itirilməsi

10

8




Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi

5

3




Baş barmağın və şəhadət barmağının eyni zamanda amputasiyası

35

25




Şəhadət barmağından savayı baş barmağın və digər barmağın tam itirilməsi

25

20




Baş və şəhadət barmağından savayı iki barmağın tam itirilməsi

12

8




Baş və şəhadət barmağından savayı üç barmağın tam itirilməsi

20

15




Baş barmaq daxil olmaqla dörd barmağın itirilməsi

45

40




Baş barmaqdan savayı dörd barmağın itirilməsi

40

35




Orta barmağın tam itirilməsi

10

8




Baş və şəhadət barmaqlarından savayı bir barmağın tam itirilməsi

7

3




AŞAĞI ƏTRAFLAR

Əlillik

Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)

Ombanın tam itirilməsi (yuxarı hissəsi )

60

Ombanın (aşağı hissəsinin) və ayağın tam itirilməsi

50

Ayaq pəncəsinin tam itirilməsi (baldır –ayaq barmağının disartikulyasiyası (parçalara bölünməsi))

45


Ayaq pəncəsinin qismən itirilməsi (topuqaltı-sümüyünün disartikulyasiyası (parçalara bölünməsi))

40


Ayaq pəncəsinin qismən itirilməsi (orta ayaq dırnağının disartikulyasiyası (parçalara bölünməsi))

35


Ayaq pəncəsinin qismən itirilməsi (ayaq darağı – ayaq dırnağı arxasının disartikulyasiyası (parçalara bölünməsi))

30


Aşağı ətrafların tam iflici (müalicəolunmaz sinir zədələnməsi)

60

Xarici dizaltı sinirinin tam iflici

30

Daxili dizaltı sinirinin tam iflici

20

Iki sinirin tam iflici (xarici dizaltı sinirinin və daxili dizaltı sinirinin tam iflici)

40


Ombanın yan hissəsinin ankilozu

40

Dizin ankilozu

20

Ombanın və ya hər iki ayaq sümüklərinin sümük maddəsinin itirilməsi (müalicəolunmaz hal)

60


Diz qapağının sümük maddəsinin itirilməsi və bununla bağlı fraqmentlərin əsaslı ayrılması və ayağın uzadılması (dartılması) zamanı hərəkətlərin məhdudlaşması

40


Diz qapağının sümük maddəsinin itirilməsi, hərəkətlərin saxlanılması şərti ilə

20


Aşağı ətrafların ən azı 5 sm qısaldılması

30

Aşağı ətrafların 3 sm-dən 5 sm–dək qısaldılması

20

Aşağı ətrafların 1 sm-dən 3 sm–dək qısaldılması

10

Ayaq pəncəsinin bütün barmaqlarının amputasiyası

25

Ayaq pəncəsinin baş barmağı da daxil olmaqla dörd barmağın amputasiyası

20


Ayaq pəncəsinin dörd barmağının tam itirilməsi

10

Ayaq pəncəsinin baş barmağının tam itirilməsi

10

Ayaq pəncəsinin iki barmağının tam itirilməsi

5

Ayaq pəncəsinin, baş barmaqdan savayı, bir barmağın amputasiyası

3




SINIQLAR

Sınıq

Sığorta ödənişinin miqdarı (sığorta məbləğindən %-lə)

Omba və ya çanaq sümüyünün sınığı (bud sümüyü və büzdümdən savayı ):




a) Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

100

b) Bütün digər ağır sınıqlar

50

c) Çoxsaylı sınıqlar,ən azı biri tam

30

d) Bütün digər sınıqlar

20

Omba və dabanın sınığı:




a)       Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

50

b)       Bütün digər ağır sınıqlar

40

c)       Çoxsaylı sınıqlar,ən azı biri tam

30

d)       Bütün digər sınıqlar

20

Baldır, körpücük sümüyü, topuq, dirsək oynağı, bazu və ya bazu önü sümüyünün sınığı (bilək daxil olmaqla, lakin mil sümüyünün klassik sınığı istisna olmaqla):




a)       Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

40

b)       Bütün digər ağır sınıqlar

30

c)       Çoxsaylı sınıqlar,ən azı biri tam

20

d)       Bütün digər sınıqlar

12

Aşağı çənənin sınığı:




a)       Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

30

b)       Bütün digər ağır sınıqlar

20

c)       Çoxsaylı sınıqlar, ən azı biri tam

16

d)       Bütün digər sınıqlar

8

Kürək, diz qapağı, döş sümüyü, əlin (barmaqlar və biləkdən savayı),ayaq pəncəsinin (barmaqlar və dabandan savayı) sınığı:




a)       Bütün digər ağır sınıqlar

20

b)       Bütün digər sınıqlar

10

Bazu önü mil sümüyünün klassik sınığı:




a)       Ağır sınıqlar

20

b)       Bütün digər sınıqlar

10

Onurğa sütunun sınıqları (büzdümdən savayı bütün fəqərələr):




a)       Bütün kompresyon sınıqlar

20

b)       Bütün tinəbənzər, köndələn çıxıntılar və ya çanaq sümüyünün sınığı

20

c)       Onurğa sütunun bütün digər sınıqları

10

Bir və ya bir neçə qabırğanın, almacıq sümüyünün, büzdümün, yuxarı çənənin, burunun,bir və ya bir neçə ayaq barmaqlarının, bir və ya bir neçə əl barmaqlarının sınığı:




a)       Çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam)

16

b)       Bütün digər ağır sınıqlar

12

c)       Çoxsaylı sınıqlar,ən azı biri tam

8

d)       Bütün digər sınıqlar

4

Yüklə 223,36 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin