«TƏSDİq ediRƏM» Elmi işlər üzrə prorektor


Elmi idrakın empirik metodları



Yüklə 31,6 Kb.
səhifə6/6
tarix26.08.2023
ölçüsü31,6 Kb.
#140648
1   2   3   4   5   6
bilet felsefe az — 2022 5

Elmi idrakın empirik metodları.

Elmi idrakın empirik metodları.


Müşahidə elmi tədqiqatın başlanğıc nöqləsi olub, elmi idrakın müxtəlif sahələrində, o cümlədən təbiətşünaslıqda geniş tətbiq olunur. Müşahidə obyektin məqsədli və müntəzəm qavranılması prosesidir. İzlədiyi məqsəd və daşıdığı vəzifədən asılı olaraq müşahidələr elmi və qeyri-elmi olur. Hərbi işdə, cinayətin təhqiqində, gündəlik həyatda istifadə olunan qeyri-elmi müşahidədən fərqli olaraq elmi müşahidə müəyyən elmi məsələni, problemi həll etmək məqsədilə aparılır. Elmi müşahidələr əsasında irəli sürülən müəyyən fərziyyələr və ideyalar son nəticədə qanunların kəşfinə gətirib çıxarır. Məsələn, Tixo-Bragenin planetlərin hərəkəti üzərində apardığı elmi müşahidələr, yuxarıda qeyd etdiyimiz kimi, Kepler qanunlarının kəşfi üçün empirik əsas olmuşdur.
Elmi idrakın empirik metodlarından biri də müqayisədir. Müqayisə gerçəkliyin müəyyən sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini müəyyən etməyə imkan verən idraki üsuldur. Müqayisə nəticəsində iki və ya daha çox obyektin ümumi cəhətləri müəyyən edilir ki, bu da qanunların açılması yolunda çox mühüm addımdır.
Elmi idrakın məhsuldar metodu olması üçün müqayisə iki əsas tələbə cavab verməlidir. Əvvəla, o hər cür obyektlər arasında deyil, ancaq obyektiv ümumiliyə malik olan obyekllər arasında aparılmalıdır. İkincisi, müqayisə obyektlərin hər cür əlamətləri üzrə deyil, ancaq mühüm və əhəmiyyətli əlamətləri üzrə aparılmalıdır.
Elmi idrakın müqayisə ilə sıx bağlı olan digər metodu ölçmə adlanır. Bu melod tarixən onun əsasını təşkil edən müqayisə əməliyyatından irəli gəlsə də, o, müqayisəyə nisbətən idrakın daha universal və güclü metodudur. Əsası Qaliley və Nyuton tərəfindən qoyulmuş müasir eksperimental təbiətşünaslıq məhz ölçmə metodu sayəsində meydana gəlib inkişaf etmişdir.
Ölçmə etalon və ya ölçü vahidi vasitəsilə hər hansı bir kəmiyyətin (məsələn, sür'ət, tə'cil, çəki, uzunluq, vaxt və s.) ədədi qiymətinin təyin edilməsi əməliyyatıdır. Ölçmə vasitəsilə kəmiyyətin ədədi qiyməti tapılaraq müəyyən ölçü vahidləri - kiloqram, nyuton, metr, coul, veber və s. ilə ifadə olunur. Ölçmə eyni keyfiyyəti ifadə edən kəmiyyətlərin ədədi müqayisəsidir. Məsələn, hər hansı cismin kütləsini ölçərkən əslində biz iki kütləni - cismin və etalonun kütləsini müqayisə edirik.
Elmi tədqiqatın tarixən qədim və geniş yayılmış metodlarından biri də eksperimentdir. Eksperiment latın sözü olub sınaq, təcrübə, sübut mənasını verir. Eksperiment həmişə müşahidə ilə bağlı olur. Lakin müşahidədən fərqli olaraq eksperimentdə insan hadisələri yalnız seyr etməklə kifayətlənməyib, həm də onların gedişinə fəal müdaxilə edərək onları elə bir süni vəziyyətə gətirir ki, bu vəziyyətdə onların xassələrini öyrənmək təbii haldakına nisbətən daha asan olur.
Eksperimentin təbiəti mürəkkəbdir. Eksperiment bir növ praktiki abstraksiya olub, yalnız praktika ilə deyil, həm də nəzəri təfəkkürlə bağlıdır. Eksperimentin nəzəriyyə ilə əlaqəsi öz ifadəsini fikri eksperimentdə tapır.
Maddi eksperimentdə cismin özündən istifadə edən tədqiqatçı fikri eksperimentdə onun obrazından, ideal modellərdən istifadə edir. Fikri eksperiment maddi eksperimentlə nəzəriyyə arasında aralıq mövqe tutur, burada maddi eksperimentin gücü ilə məntiqin gücü birləşir.
Daşıdığı məqsəddən, tədqiqat predmetindən, istifadə olunan texnikanın xarakterindən asılı olaraq eksperimentləri tədqiqat, yoxlama və nümayiş eksperimentlərinə ayırırlar.



    1. Cəmiyyətin sosial sferası. Stratifikasiya təlimi.

9.5 Estetik və əxlaqi şüur.
Yüklə 31,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin