«TƏSDİq ediRƏM» Elmi işlər üzrə prorektor



Yüklə 31,6 Kb.
səhifə2/6
tarix26.08.2023
ölçüsü31,6 Kb.
#140648
1   2   3   4   5   6
bilet felsefe az — 2022 5



«Dil və ictimai fənlər» kafedrasının dosenti, s.f.d.. Rəna Ərəbxanova





8.4 Mülkiyyət və onun cəmiyyətdə rolu

Cəmiyyətdə insanlar arasında çoxtərəfli iqtisadi əlaqələr mövcuddur. Bu əlaqələr iki əsas tipə ayrılır. Birinci, mülkiyyət münasibətləri (insanlar arasında bu münasibətlərə müvafiq qərarlaşan sosial-iqtisadi münasibətlər) hesab olunur. Bu qəbildən olan əlaqələr böyük sosial qruplar, ayrı-ayrı kollektivlər və cəmiyyət üzvləri arasında istehsalın nəticələrini mənimsəməyə görə fərqlər yaradır. Sosial-iqtisadi münasibətlər mülkiyyət formalarından asılı olaraq formalaşır. Başqa sözlə, məhz mülkiyyət formaları həmin münasibətlərin başlıca məzmununu və inkişaf istiqamətini müəyyən edir. Belə ki, bu inkişaf həmişə və bütün sahələrdə mülkiyyətçilərin mənafeləri ilə bağlı həyata keçirilir.


İkinci tip təşkilati iqtisadi münasibətlər adlanır. Həmin münasibətlər də çox mühümdür, çünki istehsalın bütün tərəfləri müəyyən səvijyədə təşkil edilməlidir. İnsanların birgə fəaliyyəti bunsuz keçinə bilmir. Qeyd olunan münasibətlər tipi insanların ayn-ayrı iş sahələri üzrə bölünməsini, təsərrüfat fəaliyyətinin üsullanm və istehsalın-idarə olunmasım əhatə edir.
Mülkiyyət cəmiyyətin iqtisadi sferasının mərkəzi məsələsidir. Mülkiyyət münasibətləri aşağıdakı üç əsas məsələni aydınlaşdırır: istehsalın nəticələrinin mənimsənilməsi; istehsal şəraitindən daha yaxşı istifadə olunması və təsərrüfat fəaliyyətinin gəlirinin sahibliyi. Mülkiyyət münasibətlərinin bütün sistemi insanlarda iqtisadi maddi, əmlak maraqlan əmələ gətirir. Mülkiyyətin fəlsəfi mövqedən təhlili ona hüquqi, siyasi və qismən də iqtisadi elmlərin yanaşmasından fərqlənir. Həmin elmlər mülkiyyəti əsasən hüquqi baxımdan şərh edirlər. Fəlsəfə isə mülkiyyətin hüquqdan kənar tərəflərini də araşdırır, onu sosial münasibətlərin növü kimi nəzərdən keçirir. Bu cəhətə diqqət yetirərək J.Russo göstərirdi ki, mülkiyyət vətəndaş cəmiyyətinin həqiqi əsası və vətəndaşların öz öhdəliklərini yerinə yetirməsinin həqiqi zəmanətçisidir. Əgər əmlak insanın insan üçün götürdüyü girov olmasaydı, onda insanların öz öhdəliklərindən boyun qaçırması və qanunları lağa qoymasından asan heç nə olmazdı.
Mülkiyyət dedikdə bu və ya digər birliyə (ailə, səhmdar cəmiyyətinə və sairə) daxil olan hər bir insanın qanuni əldə etmiş olduğu nemətlərə sahib olması, onlardan istifadə etməsi və üzərində sərəncam vennəsi başa düşülür
Mülkiyyətin subyekti kimi ayrınayrı fiziki şəxslər və yaxud hüquqi şəxslər (müəssisə və təşkilatlar, səhmdar cəmiyyəti) çıxış edir. Mülkiyyətə malik olmaq onun sahibinə azad hərəkət etmək (onun üzərində istədiyi kimi sərəncam etmək) hüququ verir. Beləliklə mülkiyyət onun subyektinin iradəsinə yenilik gətirir. Bu onun həyatı üçün zəruri keyfiyyətdir. Buna görə də subyekt özünün fiziki və mənəvi qüvvələrini mülkiyyətə tətbiq edir. Bu halda belə bir məqsəd güdür ki, mülkiyyət onun həyati tələbatlarını ödəyəcəkdir və həyatının əsas mənasını reallaşdırmağa kömək edəcəkdir.
Mülkiyyətin obyekti məsələsi də diqqəti cəlb edir. Bu anlayışa təbiətdə olan və insanın yaratdığı bütün maddi və mənəvi obyektlər daxildir. Bunlar həm də elə obyektlərdir ki, onların sayı və miqdarı bütünlükdə bəşəriyyət üçün nisbətən azlıq təşkil edir. Sonunju keyfiyyət insanlann mülkiyyətə olan marağını yaradır.
Mülkiyyətin məzmununda insanın öz şəxsi, cismani və ıııhi məhsulları birinci yeri tutur. Bundan sonra ikinci yerdə əmək alətləri gəlir. Bu tərəf sanki birincinin davamı və tamamlanması kimi çıxış edir. Əslində mülkiyyət məhz insanın cismani və ruhi dünyasından kənara çıxaraq insanlar arasındakı münasibətlər sahəsinə daxil olduqda özünün əsl məzmununa malik olur. Bu halda mülkiyyət çox vacib bir keyfiyyət - özgələşə bilmə keyfiyyəti əldə edir. Məlumdur ki, insanın cismani orqanları (əli, ayağı, gözü və sair), habelə ruhi məhsulları (xarakteri, ağlı, istedadı və sair) özgələşdirilə bilməz, yəni onları girov qoymaq, satmaq, almaq, borc vermək qeyri-mümkündür. (Bu münasibətdə quldarın qul üzərində hüququ istisnalıq təşkil edir). Lakin əmək alətləri üzərində mülkiyyət özgələşmənin bütün formalarına məruz qala bilir. Buna görə də sözün əsl mənasında mülkiyyət məhz ondan başlanır. Həmin andan etibarən mülkiyyət sosial münasibətlər forması kimi çıxış edir. Mülkiyyətin bu mənası ona sahibolma, ondan istifadəetmə və üzərində sərəncamvermə anlayışlanna yeniliklər gətirir. Qeyd edək ki, söhbət həmin üç anlayışın hüquqi məzmunundan gedir, çünki bu anlayışlar xalq arasında bəzən təhrif olunmuş şəkildə işlənilir.

Yüklə 31,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin