«TƏSDİq ediRƏM» Elmi işlər üzrə prorektor


Cəmiyyətin sosial sferası. Stratifikasiya təlimi



Yüklə 40,51 Kb.
səhifə7/9
tarix26.08.2023
ölçüsü40,51 Kb.
#140653
1   2   3   4   5   6   7   8   9
bilet felsefe az — 2022 5

Cəmiyyətin sosial sferası. Stratifikasiya təlimi.

Cəmiyyətin sosial sferasını müxtəlif sosial birlik formaları (sosial qruplar və etniki birliklər) arasında qərarlaşmış olan nisbi sabit əlaqələr sistemi təşkil edir. Sosial sfera konkret-tarixi xarakter daşıyır. Bu o deməkdir ki, cəmiyyətin hər bir inkişaf mərhələsində ona uyğun sosial sfera da qərarlaşır. Bir ictimai quruluş digəri ilə əvəz olunduqda sosial sfera da dəyişilir və inkişaf edir. Lakin sosial sfera cəmiyyətin mövcudluğunun avtomatik nəticəsi deyildir. O, nisbi müstəqildir. Onun inkişafında varislik əlaqələri özünü göstərir. Bunun nəticəsidir ki, hər bir dövrün sosial sferası ondan əvvəlkilərin müəyyən elementlərini özündə saxlayır. Eynilə də onda gələcək sosial həyatın rüşeymləri bu və ya digər dərəcədə mövcud olur.



Stratifikasiya təlimi
Stratifıkasiya anlayışı (lat. stratum - təbəqə və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif süxurların şaquli [112 - 113] yerləşməsini bildirir) gətirilmişdir.
Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. «Təbəqələşmə» anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir - diferensiasiya və stratifıkasiya.
Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir. «Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, «stratifıkasiya» bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir. Biz bu termindən cəmiyyətin təbəqələşməsi prosesini və bunun nəticəsini ifadə etmək üçün istifadə edəcəyik.
Stratifikasiyanın tarixi tipləri aşağıdakılardır:

  1. quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər.

Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil etməsi barədə marksist təliminin inkarıdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, sinif anlayışı keçmiş cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı, lakin müasir industrial cəmiyyətin sosial strukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə əsas səhmdarların istehsalın idarə edilməsindən kənarlaşdırılması və onların muzdlu menecerlərlə əvəz olunması ilə əlaqədar mülkiyyət münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı «strat» ilə əvəz edilməlidir
Bu nəzəriyyəyə görə, hər strata təqribən eyni gəliri, səlahiyyəti, təhsil və nüfuzu olan insanlar daxildir. Cəmiyyətdə yuxarıdan aşağıya doğru zənginlər, varlılar, orta təbəqə və yoxsul adamların stratları yerləşir. [113 - 114]
P. Sorokinin sosial stratifıkasiya ilə bağlı fıkirləri də maraq doğurur. O, sosial stratifıkasiyanın üç müxtəlif növünü fərqləndirir: iqtisadi, siyasi və peşə.
Siyasi stratifikasiya cəmiyyətin bütün tərəflərini əhatə edən iyerarxiya ranqları sistemini təsvir edir. Bura nüfuz, hakimiyyət və s. daxildir.
Peşə stratifikasiyası əhalinin fəaliyyətinə, məşğuliyyətinə və peşəsinə görə bölünməsidir. P. Sorokinin fikrincə, əhalinin peşə əlaməti üzrə stratifıkasiyası cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr «dövlət ümumiliyinə» görə olan təsadüfi əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan əlaqələrdən fərqli olaraq dərin, köklü [114 - 115] və əsaslı xarakter daşıyır.
İqtisadi stratifıkasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir:

  1. qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması;

  2. iqtisadi piramidanın hündürlüyünün artması və azalması 1 . Qeyd etmək lazımdır ki, stratifikasiya nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri cəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar onun da bir sıra çatışmazlıqlara malik olduğunu göstərirlər. Onlardan biri cəmiyyətdə mükafatlandırma sisteminin bölgüsündə əhəmiyyətli rol oynayan hakimiyyət amilinin rolunun nəzərə alınmamasıdır. Bu xüsusilə demokratiya prinsiplərini rəhbər tutmayan ölkələrin sosial strukturu üçün səciyyəvidir. Bu cəhətdən xarakterik nümunə kimi MDB-nin əksər ölkələrinin sosial strukturunu göstərmək olar.




Yüklə 40,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin