«TƏSDİq ediRƏM» Elmi işlər üzrə prorektor


Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu



Yüklə 40,51 Kb.
səhifə5/9
tarix26.08.2023
ölçüsü40,51 Kb.
#140653
1   2   3   4   5   6   7   8   9
bilet felsefe az — 2022 5

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu inkişaf prosesinin ümumi mexanizmini açır. Onun elmdə və praktikada böyük rolu məhz bununla müəyyən olunur. Bu qanunu aydın başa düşmək üçün birinci növbədə onu ifadə edən "keyfiyyət", "kəmiyyət" və "ölçü" kateqoriyalarına diqqət yetirmək lazım gəlir.


Keyfiyyət dedikdə bu və ya digər predmetin mahiyyətini müəyyən edən, onu başqalarından fərqləndirən xassələrin məcmusu başa düşülür. Predmetin xassəsi onun başqaları ilə oxşar və fərqli əlamətləridir. Xassə predmetin müəyyən fərəfıni səciyyələndirir. Hegel göstərirdi ki, predmetin xassəsi onun digərləri ilə konkret münasibətində aşkara çıxır.1 Xassə keyfiyyətin bir tərəfinin ifadəsidir. Keyfiyyət predmeti bütöv bir tam kimi müəyyən edir.
Kəmiyyət anlayışı da çox mühüm yer tutur. O, hadisə və proseslərin miqdarını, həcmini və sayını bildirir. Əgər keyfiyyət obyektin nisbi sabit tərəfini əks etdirirsə, bundan fərqli olaraq kəmtyyət anlayışı onun dəyişkənliyini göstərir.
Hər bir predmetin öz keyfiyyəti və kəmiyyəti vardır. Onlar bir-birindən ayrılmazdır. Bu vəhdət ölçü anlayışında ifadə olunur. Ölçü müəyyən keyfiyyətin və kəmiyyətin qarşılıqlı şərtlənməsi deməkdir. Digər tərəfdən ölçü predmetdə baş verən dəyişikliklərin hüdudlarını ifadə edir. Kəmiyyət dəyişmələri yalnız bu hüdudlar çərçivəsində baş verə bilir. Ondan kənara çıxdıqda predmet öz keyfiyyətini itirir və yenisi ilə əvəz olunur.
İnkişaf prosesinin mexanizmi aşağıdakı kimidir: predmetdə baş verən kəmiyyət dəyişmələri (onun miqdarının artması və ya azalması, daxili dəyişkənliyin intensivliyi) müəyyən həddədək onun keyfiyyətinə toxunmur. Lakin elə bir an gəlib çatır ki, tədricən toplanan kəmiyyət dəyişmələri köhnə keyfiyyətlə bir əraya sığmır, keyfiyyət ilə kəmiyyət arasında ziddiyyət baş verir. Həmin ziddiyyətin həlli köhnə keyfiyyətdən yenisinə keçid deməkdir. Bu keçid inkişafın fasiləsizliyində müəyyən fasilə momentini ifadə edir və sıçrayış adlanır. Deməli, sıçrayış kateqoriyası keyfiyyət dəyişmələrini göstərir. Sıçrayış inkişafın əvvəlki gedişi ilə hazırlanan obyektiv prosesdir. O, predmetdə baş verən ziddiyyətləri həll edir. Yeni keyfiyyətə keçdikdən sonra predmetdə yeni ziddiyyətlər qərarlaşır. Beləliklə, sıçrayış predmetin yüksələn xətt üzrə inkişafını ifadə edir. Başvermə müddətinə görə sıçrayışlar iki cür olur: ani sıçrayışlar və uzun dövrü əhatə edən sıçrayışlar. Birincilərə misal olaraq mikroaləmdə elementar hissəciklərin bir-birinə çevrilməsini göstərmək olar. Belə çevrilmə çox sürətlə - saniyənin milyonda biri ərzində baş verir. Uzunmüddətli sıçrayışlar isə adətən böyük dövr ərzində gedir və min illərlə davam edir. Təbii şəraitdə uranın parçalanması, karbohidrogen (neft) ehtiyatlarının yaranması bu qəbildəndir
Yuxarıda deyilənlərə əsasən kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununu aşağıdakı kimi ifadə etmək olar. Bu qanun maddi sistemlərin elə bir qarşılıqlı asılılığını ifadə edir ki, burada kəmiyyət dəyişmələri müəyyən mərhələdə keyfiyyət dəyişmələrinə gətirib çıxarır, yeni keyfiyyət isə növbəti kəmiyyət dəyişmələri üçün yeni imkanlar və interval yaradır. Kəmiyyət dəyişmələrinin yeni keyfiyyətə keçməsi mexanizmini suyun qızdırılması nümunəsində aydın görmək olar. Biz suyu 99 dərəcəyə qədər qızdırdıqda onda kəmiyyət dəyişmələri baş verir və toplanır. Lakin bu dəyişikliklər suyun keyfiyyətinə toxunmur. Temperaturu bir dərəcə artıraraq 100 dərəcəyə çatdırdıqda, kəmiyyət dəyişiklikləri yeni keyfiyyətə keçir (yəni su mayelikdən çıxır, buxar keyfiyyəti əldə edir). Yaxud başqa bir misal; iki kilometr yüksəklikdə uçan mərminin sürəti saniyədə 1000, 2000... 7910 metr olarsa, o qayıdıb torpağa düşür. Sürət cəmi bir metr artaraq 7911-ə çatdıqda uçuş öz keyfiyyətini dəyişir və kosmik xarakter alır, kosmik sürət çoxalaraq saniyədə 11189 metr olduqda uçuş planetlərarası uçuşa və 16662 metrə çatdıqda isə ulduzlararası uçuşa çevrilir.




    1. Yüklə 40,51 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin