TəSDİq ediRƏm azmiu-nun Elm və Texnika İşləri üzrə prorektoru prof. A. R.Şərifov “ ” 2021-ci IL



Yüklə 228,73 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix10.03.2023
ölçüsü228,73 Kb.
#87165
1   2   3   4   5   6   7   8   9   10   11
 
VII Bölmə 
İnşaat məhlulları və mineral yapışdırıcılar əsasında hazırlanan süni daş 
materialları 
 
İnşaat məhlullarının təyinatı və təsnifatı. Məhlul qarışığı üçün materialların - 
qum, yapışdırıcı maddələr, su və plastikləşdirici əlavələrin xarakteristikaları. 
Sement, əhəng, gips və polimer məhlulları haqqında qısa məlumat, onların 
hazırlanma texnologiyasının xüsusiyyətləri, inşaat texniki xassələri və tətbiq sahələri. 
Qarışıq məhlullar. Məhlul qarışığının xassələri, rahat yayılma qabiliyyəti. 
Plastikləşdiici maddələrin məhlul qarışığı xassələrinə təsiri. 
Qarışıq məhlul tərkibinin hesablanması və məhlulun hazırlanması. Bərkimə 
prosesi. Məhlulun möhkəmlik və şaxtayadavamlılıq markaları.
Hörgü, suvaq və dekorativ məhlullar. Xüsusi təyinatlı ineksiya, hidroizolyasiya, 
tamponaj, istiliyə davamlı, akkustika və döşəmə məhlulları, onların hazırlanması, 
əsas texniki xassələri. Quru inşaat qarışıqları. 


Yapışdırıcının növünə görə süni daş materiallarının təsnifatı: əhəngdən, gipsdən, 
maqnezial yapışdırıcılardan və asbest-sementdən hazırlanan material və məmulatlar. 
Əhəngdən hazırlanan material və məmulatlar, istifadə olunan xammal ( əhəng, 
kvars qumu və su). Məmulatların avtoklavda emalı ( əsas mərhələlər). Silikat kərpici, 
tərkibi, istehsal texnologiyası, əsas xassələri və tətbiq sahələri. Texniki və iqtisadi 
göstəricilərinə görə silikat kərpicinin adi gil kərpicindən üstünlükləri. 
Əhəng- posa və əhəng-kül kərpicləri, əsas xammallar, istehsal texnologiyası, 
xassələri, tətbiq sahələri. 
Çoxməsaməli silikat məmulatları-köpüklü və qazlı silikat məmulatları, 
hazırlanma texnologiyası, əsas texniki göstəricilər və tətbiq sahələri. 
Gipsdən hazırlanan məmulatlar, istifadə olunan əsas xammallar,hazaırlanma 
texnologiyası, əsas texniki göstəricilər. Təyinatına görə gips və gips beton 
məmulatlarının növləri: arakəsmə panellər və tavaları, ventilyasiya blokları, gips-
karton lövhələri və s. 
Maqnezial yapışdırıcı maddələrdən hazırlanan material və məmulatlar. 
Maqnezial fibrolit tavaların, ksiolit döşəmələrin və ksiolt tavacıqların istehsal 
texnologiyasının əsasları. 

Yüklə 228,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin